135
ƏLAVƏLƏR
PĠFAQORÇULAR VƏ YENĠ PĠFAQORÇULUQ
Pifaqor və pifaqorçular
Qədim yunan mütəfəkkiri Pifaqoras (Pythagoras) (e.ə. 580-500)
Samos adasında anadan olmuĢdur. Sonra o, Cənubi Ġtaliyaya köçüb, orada
Kroton Ģəhərində dini ittifaq (təriqət) yaratmıĢdı. Pifaqorasın özündən heç
bir əsər qalmamıĢdır. Buna görə də Pifaqoras və onun ardıcıllarının
dünyagörüĢü yalnız nisbi təsvir edilə bilər. Onlar tərəfindən hansı fikirlərin
irəli sürülməsi haqqında dəqiq məlumat yoxdur. Məlumdur ki, e.ə. V-IV
əsrlərdə pifaqorçuluq ideyaları təkmilləĢdirilib, yeni keyfiyyət və məzmun
almıĢdı, oraya çoxlu yeni ideyalar daxil olunmuĢdu. Yalnız onu demək olar
ki, Pifaqorasın yaĢadığı dövrdə, onun təliminin ümumi nəzəriyyəsi, ondan
sonra isə, pifaqorçuluğun fəlsəfəsi yaranmıĢdı. Daha sonra isə pifaqorçuluq
yeni platonçuların fəlsəfəsi ilə birləĢib, onun daxilində ərimiĢdi.
Rəvayətlərə görə, Krotona gələndən sonra, Pifaqoras dini-fəlsəfi
«Pifaqorçular ittifaqı» yaratmıĢdı. Bu ittifaqın yaradılmasında məqsəd - ən
istedadlı və ağıllı adamları birləĢdirərək, onları cəmiyyəti idarə etmə
iqtidarında olan qüvvəyə çevirməkdən ibarət olmuĢdu. Bu adamlar həm
elmi, həm də əxlaqi cəhətdən baĢqalarından seçilərək, cəmiyyətin aristokrat
təbəqəsini təĢkil etməli idilər. Məhz bu cür fəaliyyətlərinin nəticəsində,
pifaqorçular Krotonda tanınmıĢdılar.
«Pifaqorçular ittifaqı» gizli dini-fəlsəfi təĢkilat idi, onun daxili həyatı
haqqında heç kəsə məlumat verilmirdi. Ġttifaqa yeni üzvlər, yalnız
sınaqlardan keçəndən sonra qəbul edilirdilər. Bunun üçün xüsusi dini
mərasim də keçirilirdi.
Məlumdur ki, Pifaqoras bir sıra əxlaqi və mənəvi prinsiplər irəli
sürmüĢdür. O deyirdi ki, insan nadanlıqdan, ailə ixtilaflarından, fitnədən,
biclikdən aralanıb, üç ideala can atmalıdır: gözəllik və Ģərəfə; həyatda
faydalı olan Ģeyə; ləzzətli və həzz verici Ģeylərə. Bu ifadələrdə əxlaqsızlıq
deyil, möminlik nəzərdə tutulur.
Pifaqorçular çox sərt həyat tərzi çərçivəsində yaĢayırdılar. Səhər
tezdən yuxudan ayılırdılar, idmanla məĢğul olurdular. Gün ərzində hansı
136
iĢlərin görülməsini planlaĢdırırdılar və daim əmək fəaliyyətində idilər.
AxĢamlar isə, bir yerdə yığılıb, keçdiyi günə yekun vururdular və tanrılarına
ibadət edirdilər. Heyvan ətini yemirdilər, cadulara qarĢı ayinlər tərtib
etmiĢdilər. Eyni zamanda pifaqorçular zehni əməyə də böyük əhəmiyyət
verirdilər. Onlar təbabət, psixoterapiya, riyaziyyat və baĢqa elmləri inkiĢaf
etdirirdilər. Pifaqorusun özunə bir neçə elmi ixtira aid edirlər. Onun ən
böyük ixtiralarından biri həndəsədə düzbucaqlı üçbucağın hipotenuza ilə
katetlərin münasibətləri haqqında teoremdir.
Pifaqorçularda biliyin iki növü vardır: ―akusmata‖ (eĢidilən) –
müəllimlərdən Ģagirdlərə verilən Ģifahi və dəlilsiz biliklər; ―matemata‖ (elm,
bilik) – biliyin özü.
Ġctimai həyatda pifaqorçular hakimiyyət problemlərinə diqqət
yetirirdilər və cəmiyyətin hakimiyyətsiz qalmasını yol verilməz hesab
edirdilər. Ən ali hakimiyyət tanrılara məxsusdur. Onları tanımaq və onlara
ibadət etmək hamının borcudur. Tanrılardan sonra, hökmdarlara, böyüklərə,
ata-anaya və sonda qanunlara tabe olmaq lazımdır.
Pifaqoras həm də ―kosmos‖ anlayıĢını müasir mənada, yəni bütün
dünyanı əhatə edən fəza kimi baĢa düĢürdü, onun qanunauyğunluğu və
ahəngdə olması haqqında danıĢırdı. Dünyanın və kosmosun gözəlliyi, yalnız
düzgün, intizamlı həyat tərzi sürən insanlar üçün açılır. Kosmosun ahəngini
insan həyatına keçirmək pifaqorçuların ideallarından biri idi.
Pifaqorçuların kosmoqoniyasına görə, dünya bir kürədir, sonsuz və
əbədi boĢluqlardan yaranıb və o boĢluqlarla nəfəs alır. Bu nəfəs alma
nəticəsində dünya geniĢlənir və bölünür, göy cisimləri, hərəkət və zaman
yaranır. Dünyanın mərkəzində od, Zevsin evi, təbiətin qanunu Prinsipi
yerləĢir. Sonra isə, oddan yaranmıĢ yer, planetlər və ulduzlar gəlir. Onlar
odun ətrafında yerləĢir. Göründüyü kimi, pifaqorçular yeri kainatın mərkəzi
hesab etmirdilər və onu kürə Ģəklində təsəvvür edirdilər.
Pifaqoras ruhların bir bədəndən baĢqa bədənlərə köçməsinə inanırdı.
O hesab edirdi ki, hər Ģey müəyyən müddətdən sonra yenidən dünyaya gəlir.
Ruh günahlara görə bədəndə qalmağa məhkumdur. Həyatın ən baĢlıca
məqsədi, onu bədən əsarətindən qurtarmaqdan və baĢqa bədənlərə köçməyə
imkan verməməkdən ibarətdir. Buna nail olmaq üçün, pifaqorçuların həyat
tərzini yaĢamaq lazımdır.
Pifaqoras təliminin tərkib hissəsi olan rəqəmlərin mistikası xüsusi
maraq doğurur. Onların inanclarına görə, rəqəmlər əĢyalarda əks olunur,
hətta Ģeylər rəqəmlərin obrazlarıdır, onlar hər Ģeyin əsası və səbəbidir. Bu
təkcə cismi olan Ģeylərə deyil, həm də mücərrəd anlayıĢlara aiddir. Hər Ģey,
o cümlədən dini, etik, sosial və s. problemlər riyazi mahiyyət daĢıyır.
137
Rəqəmlər həndəsi mənada baĢa düĢülürdü. Belə ki, nöqtə – vahiddir;
iki nöqtədən düz xətt alınır; üç nöqtə – artıq müstəvidir. Burada müxtəlif
həndəsi fiqurlar haqqında anlayıĢlar yaranır.
BeĢ guĢəli ulduz pifaqorçuların rəmzi idi.
Yeni pifaqorçuluq
Bizim eramızdan əvvəl IV əsrdə Pifaqoras məktəbinin fəaliyyəti sona
çatmıĢdı. Buna baxmayaraq, bu məktəbin ideyaları antik dünyagörüĢündə
müxtəlif formada təzahür edirdi. Xüsusi ilə də Plato və onun bəzi ardıcılları
pifaqorçuluq təliminin bəzi fikirlərini öz fəlsəfi görüĢlərinə daxil etmiĢdilər.
Bu rəqəmlər, tale haqqında təlimə, kosmoloqiyaya, kosmoqoniyaya aid idi.
Platodan sonra bu cür ideyaların ardıcılları Spevsippos (Speusippos)
və Ksenokratos olmuĢdur. Lakin sonra, yunan fəlsəfəsində materialist
təmayüllər, mistik və idealist təlimlərin təsirini zəiflətdirmiĢdilər.
Bununla yanaĢı, müxtəlif gizli pifaqorçu dərgilərində bu təlim bir din
kimi təbliğ edilirdi. Bu cür dini təmayüllər sonrakı dövrlərdə antik dünyada
geniĢ Ģəkildə yayılmağa baĢlamıĢdı. Bu proses böhran içində olan Romada
daha da sürətlənmiĢdir. Orada bizim eramızın I əsrində pifaqorçuluq
platoçuluqla qarıĢıq Ģəkildə yenidən meydana gəlir və dini-mistik bir təlimə
çevrilir. Daha doğrusu, bu proses platoçuluğun əsasında təĢəkkül tapmıĢ
pifaqorçuluq təliminin bərpası kimi qiymətləndirilə bilər. Bu yeni yaranan
təlimi yeni pifaqorçuluq (neopifaqorçuluq) adlandırırlar.
Yeni pifaqorçular, platoçuluqla stoya və peripatetik
271
məktəbin
ideyalarını eklektik Ģəkildə birləĢdirməyə çalıĢırdılar. Bu təlimin ardıcılları
abidliyi, ölümdən sonra həyatın davam etməsini, ruhun mövcud olmasını
təbliğ edirdilər.
Yuxarıda qeyd edildiyi kimi, yeni pifaqorçuluq bir dini təlim kimi
tanınmıĢdır. Onun ən məĢhur nümayəndələrindən biri Tianlı Apollonios idi.
O bir ―peyğəmbər‖ kimi tanınmıĢdı, camaata müxtəlif möcüzələr göstərərək,
onları pifaqorçuluq əqidəsinə dəvət edirdi. Apollonios haqqında rəvayətləri
kiçik Filostratos (Philostratos) «Apollonios Tyanensis epistolae» (Tianlı
Apolloniosun həyatı) kitabında (III əsr) qələmə almıĢdı
272
. Bu kitabda onun
Hindistana, Romaya, Yunanıstana, Misirə, Ġspaniyaya səyahətlərindən və
271
Peripatetiklər (yunancə "peripatetikos" - gəzinti zamanı əldə edilən bir Ģey
deməkdir) – Aristotel məktəbinin ardıcıllarıdır.
272
Bax: Filostrat, V. Ar. // Ранович А. Б. Первоисточники по истории раннего
Христианства. Античные критики Христианства. М.: Политиздат, 1990, с. 154-
157.
Dostları ilə paylaş: |