Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə30/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

 
82 
Dünyanı bu cür görən  insan hər Ģeydən daha da səmərəli  istifadə edə bilər. 
Bu cür görüĢ hər Ģeyin mahiyyətini dərk etmə, həyatdan həzz alma imkanları 
verir. 
Üçüncü  mərhələ  isə  Tanrını  dərk  etmək,  Onu  görməkdir.  Buna 
Qreqorios teosis deyir. Adi halda Tanrını görmək mümkün  deyil. Ona görə  
də  buna  nail  olmaq  üçün,  insan  bir  növ  ―özündən  çıxmalıdır‖,  əqlin  ona 
lazım olmamasının dərk edilməsi səviyyəsinə çatmalıdır. Bu cür hissiyyat o 
qədər qeyri-adidir ki, Qreqorios onu  ifadə etməyə çətinlik çəkmiĢdir. O, bu 
halı ―ayıq olaraq sərxoĢ olma‖ adlandırmıĢdı. Yəni ətrafda hamıya elə gəlir 
ki, adam sərxoĢdur, lakin əslində o, Müqəddəs Ruhdan ilham alır. Qreqorios 
bu  halı,  Əhdi-Ətiqdə  rəvayət  edilən  həvarilərin  hallarına  bənzədirdi
175
.  Bu 
ideyalar Ģübhəsiz neoplatonizmdən alınmıĢdır. 
 
Yohannes Xrisostomos 
  
Yohannes  Xrisostomos  (Ioannes  Chrysostomos)  (344-407)  kilsə 
atalarının  ən  tanınmıĢlarından  biri  idi.  O  Suriyanın  mərkəzi  Ģəhəri  olan 
Antioxiyada anadan olmuĢdur və orada təhsil almıĢdır. Sonra o, bir müddət 
rahib həyatı yaĢamıĢdır. Daha sonra isə o, Antioxiyada keĢiĢ olmuĢdur. 397-
ci  ildən  sonra  Yohannes  ən  yüksək  xristian  rütbəsinə  nail  olmuĢdur.  O  
Konstantinopolisin  patriarxı  olmuĢdur.  Lakin  onun  imperatorla  ixtilafı 
yarandıqdan sonra o, 402 ildə bu vəzifədən azad olunmuĢdu. 
Yohannes Xrisostomos çoxlu kitab müəllifi olmuĢdur. Onların  böyük 
əksəriyyətini  homiliyalar  təĢkil  edirdi.  Ümumiyyətlə  isə  o,  Müqəddəs 
Kitabın yozulması(ekzegetika) ilə tanınmıĢdır. Onun fikrincə, 
dörd Ġncilin müxtəlif müəlliflər tərəfindən, bir-
birindən  müstəqil  olaraq,  müxtəlif  vaxt  və 
məkanda  yazılması,  orada  olan  rəvayət-lərin 
həqiqiliyinə dəlalət edir. Hətta onların arasında 
olan  ziddiyyətlər  də  bu  həqiqəti  təsdiq  edir. 
Çünki  bu  o  deməkdir  ki,  Ġncilləri  yazan 
müəlliflər  bir-biri  ilə  ittifaqa  girmədən  eyni 
Ģeyləri 
yazmıĢdılar. 
Bu 
ziddiyyətləri, 
Yohannesin  fikrincə,  nəzərə  çarpacaq  qədər 
ciddi hesab etmək olmaz.  
Yohannes arianlara qarĢı da çıxıĢ et- 
 
                                                 
175
 Həvarilərin  iĢləri,  2. 


 
83 
miĢdi.  Burada  o  kappadokiyalı  müqəddəs  ataları  təkrarlayırdı.  Ġsada  eyni 
zamanda  Ġlahi  və  insani  mahiyyətin  hansı  Ģəkildə  bir-biri  ilə  uyğunlaĢması 
məsələsində Yohannes dəqiq bir fikir söyləməmiĢdir. 
Xristian  təlimində  ən  mühüm  problemlərdən  biri  ―ilk  günah‖ 
problemidir. Yohannesin fikrincə, bunun nəticəsində bəĢəriyyət günahlara və 
ölümə düçar olmuĢdur. Ġsanın gəliĢi isə xilasedici olmuĢdur. Ona iman edən 
xristianların  günahları  bağıĢlanmıĢdır  və  onlara  gələcəkdə  əbədi  həyat  vəd 
edilmiĢdir. 
Yohannes  Xrisostomos  var-dövlətə  qarĢı  çıxıĢ  edirdi,  müxtəlif 
kilsələri və Kilsə xadimlərini Ģiddətli tənqid atəĢinə tuturdu. Kilsələr insanın 
ruhunu  zənginləĢdirməlidir,  binaların  daxilini  yox.  Dünya  malı  insanlar 
arasında  qeyri-bərabərliyə  səbəb  olur,  deməli  ədalətsizliyin  əsasını  təĢkil 
edir.  Yohannesin  fikrincə,  əgər  hər  Ģey  Tanrıya  məxsusdursa,  onda  
xristianlar ―bu mənimdir, bu isə sənin‖ sözlərini dilə gətirməməlidirlər. 
KeĢiĢ  zümrəsini  imperatorun  hakimiyyətindən  yüksək  sayan  Ġoann, 
dövlətin  kilsə  iĢlərinə  müdaxilə  etməsi  cəhdlərinin  əleyhinə  çıxıĢ  edirdi. 
Dövlət  isə  günahın  nəticəsidir.  Dövlətin  verdiyi  cəzaların  əksinə  olaraq, 
Kilsə mərhəmət prinsipindən çıxıĢ edir. 
Yohannes  Xrizostom  əsasən  əxlaqi  məsələlərə  həsr  olunan  bir  çox 
əsər  müəllifi  olmuĢdur
176
.  Ən  tanınmıĢ  əsərlərinin  biri    «Peri  hierosynes» 
adlanan  keĢiĢlər  haqqında  kitabdır.  Bundan  baĢqa  onun  homiliyaları, 
məktubları,  Bibliya  kitablarına  yazılmıĢ  Ģərhləri  kilsə  xadimləri  tərəfindən 
yüksək qiymətləndirilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
176
  Yohannes  Xrisostomosun  əsərlərinin  rus  dilinə  tərcüməsi  bu  səhifədə 
yerləĢdirilmiĢdir:  http://www.ispovednik.ru/zlatoust/index.htm 


 
84 
 
 
 
V FƏSĠL 
 
XRĠSTOLOJĠ MÜBAHĠSƏLƏR 
 
 
Xristoloji mübahisələrin baĢlanması 
 
IV  əsrin  sonunda,  arianlıq  tamamilə  məğlub  ediləndən  sonra,  Ġsanın 
Ata ilə mahiyyətcə bir olması və Tanrının üçlü (trinitar) təbiətə malik olması 
ideyaları  Xristianlığın  rəsmi  dini  doktrinasına  çevrildi.  Lakin  bu  qalibiyyət 
rəsmi  Kilsəni  yeni  problemlərlə  üzləĢdirdi.  Məsələ  bundadır  ki,  əgər  Ġsa 
Tanrı ilə eyni mahiyyətə malikdirsə, digər tərəfdən isə, bu dünyaya bir insan 
kimi  gəlmiĢdirsə,  onda  deməli  Ġsa  hər  iki  təbiətə  malikdir.  Lakin  dünyaya  
gələn  Ġsada  Ġlahi  təbiətin  insan  təbiəti  ilə  hansı  Ģəkildə,  hansı  münasibətdə 
birləĢməsi sualı yaranmıĢdır.  
Bu suallara cavab axtaran kilsə xadimləri uzun müddət sürən bir-birilə  
mübahisələr  aparmıĢdırlar.  Bu  mübahisələr  xristioloji  (yəni,  Ġsa  Məsihin 
mahiyyətinə aid olan) mübahisələr adlandırılmıĢdır.  
Ġsanın təbiəti haqqında IV əsrin sonunda müxtəlif fikirlər mövcud idi. 
Bəziləri onu insan, digərləri isə, Tanrı kimi qəbul edirdilər. Tertullia- 
 
nus «De Carne Christi» əsərində, onu  in-san 
bədəninə  girmiĢ  Loqos  kimi  təsəvvür  edirdi. 
Origenus  hesab  edirdi  ki,  Ġsada  in-san  ruhu 
vardır.  Ġsanın  təbiəti  haqqında  daha  da  çox 
Laodikiyalı Apolinarios dü-ĢünmüĢdür. Onun 
fikirləri  monarxianlara  və  arianlara  daha  da 
yaxın  idi.  O  hesab  edirdi  ki,  Ġsada  iki  təbiət 
eyni  zamanda  ola  bilməz.  Onda  olan  insani 
mahiyyət  tam  və  kamil  deyildir.  Ġsada  insan 
ruhu  deyil,  onun  əvəzində  Loqos  vardır
177

Yəni  insan  bədəni  Ġlahi  Loqosla  idarə 
edilirdi. Lakin 
                                                 
177
 А. В. Карташев.  Вселенские  Соборы. Париж, 1963.   
http://lib.eparhia-saratov.ru/books/10k/kartashev/councils/69.html 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə