Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə17/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

 
45 
TanınmıĢ  apologetlərdən  biri  də  II  əsrdə  yaĢayan  Antioxiyanın 
yepiskopu 
olan 
Teofilus 
(Theophilus) 
olmuĢdur. 
Onun 
əsli 
Mesopatamiyadan idi. 
Teofilin dünyagörüĢü Tatiana yaxın idi. Məsələn, o da hesab edirdi ki, 
yunanlar özlərinə aid edən hər bir yaxĢı Ģeyi yəhudilərdən alıblar. Sonradan 
aldıqlarına  yenilik  gətirməklə  onların  mahiyyətlərini  dəyiĢdiriblər
83
.  Sonra 
Teofil  xristianlara  edilən  ateizm  ittihamları  bütpərəstlərə  qaytarır.  Ġstər 
Epikur  olsun,  istərsə  də  Plato    ya  Sokrat,  onların  heç  biri  əsl  imana 
arxalanmayıblar. Ona görə də onların müdrikliyi əslində aldadıcıdır. Çünki 
müdriklik  imandan  baĢlamalıdır.  Bu  fikri  əsaslandırmaq  üçün  Teofil,  
«Avtolika  ünvanlanmıĢ  üç  kitab»  adlı  apologiyasında  skeptik  mövqedə  
duran Avtolik adlı bir bütpərəstə 3 sual verir: Hansı xəstə həkimə tabe olub, 
onun dediklərini  icra etməsə, müalicə oluna bilər?  Sükançıya tabe olmadan 
gəmidə  üzmək  mümkündürmü?  Müəlliminin  dediklərinə  etibar  etməyən 
adam alim ola bilərmi?
84

Ġmana üstünlük verən Teofil əqli dəlilləri, sağlam düĢüncəni də  inkar 
etmir. O hesab edirdi ki, dünyanı müĢahidə edən adamlar, Tanrının varlığını 
öz ağılları  ilə dərk edə bilərlər. Məsələ bundardır ki,  insan öz ruhunu görə  
bilməz. Onun  haqqında biliyi, yalnız bədənin hərəkətini duyarkən, əldə edə 
bilər. Bunun kimi, Tanrını da gözlə görmək olmaz, lakin onun varlığını hiss 
etmək olar. 
Teofilin  fikrincə,  çarları  da  insanların  əksəriyyəti  görmürlər,  amma 
onların qanunlarını icra edirlər
85
. Öz əsərində Teofil bu cür analogiyaları çox 
gətirir və onun bəzi fikirləri gələcəkdə bir çox  xristian teoloqları tərəfindən 
təkrar səslənmiĢdir. 
 
 
 
Qnostisizmlə mübarizə 
 
II-III  əsrlərdə  xristian  mütəfəkkirləri  təkcə  bütpərəstlərlə  deyil,  eyni 
zamanda  öz  sıralarında  olan  müxtəlif  mistik  təlimlərə  qarĢı  mübarizə  
                                                 
83
 Theophilus. Ad Autolicum (Avtolika  ünvanlanmıĢ  üç kitab),  II, 12.   
Ġngiliscə: Theophilus to Autolycus.  
http://www.ccel.org/fathers2/ANF-02/anf02-42.htm# P1469_ 430289 
84
 Theophilus. Ad Autolicum I, 8.   
Ġngiliscə: http://www.ccel.org/fathers2/ANF-02/anf02-41.htm# P1399_ 405324 
85
 Theophilus. Ad Autolicum I, 5-6. 


 
46 
aparmaq  məcburiyyətində  də  qalmıĢdırlar.  Bu  təlimlərdən  formalaĢmada 
olan xristian ortodoksiyanın ən ciddi rəqibi qnostisizm idi. 
Qnostik  təlimlərə  qarĢı  çıxıĢ  edən  mütəfəkkirlərdən  biri  imperator 
Markus  Aureliusun  dövründə  Lion  Ģəhərinin  yepiskopu  olmuĢ  İrineus 
(Irenaeus)  olub.  «Contra  haereses»  (Yereslərə  qarĢı)  risaləsində,  Ġrineus 
qnostik təlimlər haqqında kifayət qədər ətraflı məlumat verərək, onlara qarĢı 
öz mülahizələri ilə çıxıĢ etmiĢdir. 
Ġrineus,  Tanrının  dərk  edilməsindən  və  hər  Ģeydən  uca  olmağından 
söhbət  açaraq,  qnostiklərin  dünyanın  yaradılıĢı  ilə  bağlı  konsepsiyalarını 
rədd edirdi. O yazırdı ki, qnostiklərin dünyanın yaradılıĢı prosesinin təsəvvür 
edilməsi cəhdləri uğursuzluğa  məhkumdur. Bunu sözlə  ifadə etmək  olmaz. 
Bu  mövzu  ilə  bağlı,  Ġrineus  qnostiklərin  alleqoriya  və  analogiyalara  ifrat 
dərəcədə əl atmasını Ģiddətli tənqid edirdi. 
Sonra Ġrineus qnostiklərin varlıq haqqında fikirlərini tənqidlərə məruz 
qoyub, rədd etmiĢdir. Belə ki, qnostik Valentinususa görə həqiqi 
varlıq  Tanrını  və  onun  emanasiyalarını 
(eonları)  əhatə  edən  pleromadır.  Maddi 
dünya  isə,  həqiqi  varlıq  deyil.  Ona  kenoma  
deyilir.  Burada  Ġrineusa  görə  ziddiyyət 
vardır. Çünki əgər pleroma əsl varlıqdırsa, o 
hər  Ģeyi  əhatə  etməlidir.  Deməli  bu  halda 
kenoma  anlayıĢı  üçün  yer  qalmır.  Əksinə, 
kenoma  pleromanı  əhatə  edirsə,  onda,  o  əsl 
varlıqdır
86
.  
Ġrineus  qnostiklərin  Tanrını  Ģərin 
mövcud  olmasına  görə,  məsuliyyət  daĢı-
masından  qurtarmaq  (teodiseya)  cəhd-lərini 
də  rədd  edirdi.  Məlum  olduğu  kimi, 
qnostiklərin  təlimində  Tanrı  Ģəri  yaratma-
mıĢdır,  o  eonların  fəaliyyətinin  nəticəsində 
dünyada  mövcuddur;  Tanrı  isə  yalnız  xeyir 
iĢlərin yaradıcısıdır; O dünyanın iĢlərində 
 
 
Ġrineus 
iĢtirak  etmir.  Ġrineusa  görə  bu  halda  da  ziddiyyət  və  məntiqsizlik  yaranır. 
Məsələ  bundadır  ki,  əgər  kiçik  eon  (Demiurq)  Ģər  olan  dünyanı  Tanrının 
iradəsinə zidd olaraq yaradıbsa, onda deməli Tanrı qüdrətli deyil; əgər onun 
                                                 
86
 Irenaeus. Adversus haereses II, 1. 
Ġnciliscə: http://www.ccel.org/fathers2/ANF-01/anf01-47.htm#TopOfPage   
Ruıça: http://khazarzar.skeptik.net/books/irenaeus/ah/ 


 
47 
iradəsi  və  icazəsi  ilə  yaradıbsa,  onda  o  Ģər  Tanrısıdır.  Lakin  qnostik 
teodiseyasını  rədd  edən  Ġrineus,  bu  məsələ  haqqında  öz  mövqeyini 
açıqlamamıĢdır.  Ümumiyyətlə  Ģərin  təbiəti  və  Tanrının  onun  mövcud 
olmasına görə məsuliyyət daĢıyıb daĢımaması məsələsi Xristianlığın ən çətin 
problemlərinin  birinə  çevrilmiĢdir  və  onu  son  olaraq  heç  kim  həll  edə 
bilməmiĢdi. 
Qnostik panteizmi rədd edən Ġrineus, kreasionizm pozisiyasından çıxıĢ 
edirdi.  Yəni  təbiət  Tanrı  tərəfindən  yaradılıb,  qnostiklərin  öyrətdiyi  kimi, 
Onun  emanasiyası  deyil.  Təbiət  ahəngdədir  və  gözəldir.  Ġnsanı  isə  bədbəxt 
edən onun  öz  iradəsidir. Onun bədəni heç də Ģər deyil, çünki onu Tanrı öz 
surətinə bənzər yaradıb. Ġnsanın əsl varlığını təmin edən amil təkcə ruh deyil, 
həm də bədəndir. Ruh bədənə həyat verir və həyat olaraq ölməzdir. ġüur isə 
ruhun təbii xüsusiyyətidir
87

Ġrineusa  görə  insan  kamil  məxluq  deyil  və  həqiqətə  özbaĢına  çata 
bilməz. Özünə arxalanan insan, qnostiklər kimi, həqiqətə çata bilməz. Həqiqi 
bilik  və  əqidə  əvəzinə  ibtidai  fantaziyalarının  əsirinə  çevrilər.  Həqiqəti  isə 
Tanrının  özü  kilsə  vasitəsi  ilə  insanlara  çatdırır.  Buna  görə  həqiqi  biliyə 
gətirən  yeganə  yol  imandan  baĢlayıb,  sonra  isə  kilsədən  keçir
88
.  Bu 
konsepsiya  bu  günə  qədər  rəsmi  xristian  kilsəsi  tərəfindən  dəstəklənilir. 
Beləliklə, Ġrineusa görə, həqiqi bilik (qnosis) Ġsanın həvarilərinin təlimidir
89

Antik  fəlsəfəni  çox  yaxĢı  bilən,  Ġrineusun  tələbəsi  olan,  III  əsrdə 
yaĢayan, Roma presviteri
90
 olan Hippolitus də qnostiklərə qarĢı çıxıĢ etmiĢdi. 
«Philosophumena  kata  pason  haireseon  elenchus»  (Bütün  hereslərin  təkzib 
edilməsi) adlı əsərində Hippolitus qnostisizmin mənbəyinin Ġlahi vəhy deyil, 
bütpərəst mifologiyasının olduğunu sübut etməyə çalıĢmıĢdır. Onun fikrincə, 
hətta  qnostik  təlimlərinin  əsasını  bütpərəst  fəlsəfələrdən  çox  mövhumatlar 
təĢkil edir. Ona görə də Hippolitus bu təlimlərin Ģübhəli olması və həqiqətə 
uyğun  olmaması  qənaətinə  gəlir.  Bütpərəst  fəlsəfəsinin  bütün  müsbət 
cəhətləri isə qnostisizmə deyil, xristian kilsəsinin təliminə uyğundur. Sonda 
isə Hippolitus qnostiklərin xristianları na danlıqda  ittiham etməsinin heç bir 
əsasının olmadığı qənaətinə gəlir. 
Bütün  yuxarıda göstərilən fikirləri əsaslandırıb sübuta yetirmək  üçün 
Hippolitus, əsərlərində müxtəlif fəlsəfi təlimlərin, mövhumatların və miflərin 
                                                 
87
 Irenaeus. Adversus haereses II, 19.  
Rusca: http://khazarzar.skeptik.net/books/irenaeus/ah/ 
88
 Irenaeus. Adversus haereses IV, 38.  
89
 Irenaeus. Adversus haereses IV, 33.  
90
 Presviter  (yunanca  ―presbyteros‖ ağsaqqal  deməkdir)  – ortodoks  (pravoslav)  və 
katolik kilsələrində  keĢiĢ vəzifəsini  icra edən adam. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə