Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

 
51 
maarifsiz,  korkoranə dindən üstünlüyündən söhbət açmıĢdır. Digər tərəfdən 
isə o, fəlsəfənin rolunu dinə qulluq etməkdə görərək, ilk dəfə olaraq ―fəlsəfə 
–  dinin  qulluqçusudur‖  prinsipini  ifadə  etmiĢdir
97
.  Bununla  Klemens  biliyi 
imanın çərçivəsi  ilə məhdudlaĢdırmıĢdır. Yəni fəlsəfi  bilik, dini ehkamların 
əql nöqteyinəzərindən əsaslandırılması üçün istifadə edilməlidir. 
Biliyin  rolunu  yüksək  qiymətləndirən  Kle-mens, 
ilk  dəfə  olaraq,  onun  dini  ehkamlarla  və  imanla 
uyğunlaĢması,  onların  arasındakı  ziddi-yətlərin  ortadan 
qaldırılmasının  vacibliyini  vurğu-lamıĢdır.  Bundan 
sonra,  iman-bilik  münasibətləri  problemi  orta  əsr 
fəlsəfəsinin  ən  mürəkkəb  prob-lemlərindən  birinə 
çevrilmiĢdi.  Bu  məsələyə  münasi-bətdə  bir  çox 
xristianlar, 
imanın  olduğu  halda  bi-liyin  lazım 
olmaması  iddiasına  düĢdülər.  Qnostiklər  isə  buna  əks 
mövqedən  çıxıĢ  etmiĢdirlər.  Onlar  hesab  edirdilər  ki, 
xüsusi  biliyə  (qnosisə)  və  fəlsəfəyə  çatan  adam  üçün 
iman lazım  deyil. 
 
Klemens bunların arasında  orta mövqeyi tuturdu. Biliklə   imanın bir-
birinə  zidd  olmaması  fikrini  irəli  sürürdü.  Ġman  əqli  məntiqi  metodlarla 
əsaslandırıla  bilər,  bilik  isə  imansız  öz  ruhunu  itirir.  Buna  görə  də  əsl 
fəlsəfəni  yalnıĢ  fəlsəfədən  (sofistikadan
98
)  fərqləndirmək  lazımdır
99
.  Əsl 
fəlsəfə,  Klemensin  fikrincə,  insanlara  Tanrı  və  dünya  arasında 
münasibətlərin qurulması yollarını göstərir, müdrikliyi və xeyri öyrədir
100

Əsl fəlsəfə birdir. Lakin ona doğru gedən yollar müxtəlifdir. Onlardan 
ikisi  daha  əhəmiyyətlidir.  Biri  ―barbarların‖  (yəni  yəhudilərin),  digəri  isə 
yunanların  fəlsəfəsidir.  Yəhudi  xalqına  əsl  fəlsəfə  (yəni  Əhdi-Ətiq  Tanrısı 
haqqında  bilik)  peyğəmbərlər  vasitəsi  ilə  açılıb.  Yunanlar  isə  fəlsəfəni  öz 
düĢüncələri  ilə  əldə  etsələr  də,  onda  bir  Ġlahi  həqiqətlər  vardır.  Onlar  Ġlahi 
həqiqətə  təbii  yolla  çatmaq  istəyirdilər.  Yunanların,  fəlsəfədə  baĢqa 
xalqlardan  daha  çox  nailiyyətlər  əldə  etməsi,  onların,  yəhudilər  kimi,  Ġlahi 
tərəfindən seçilmiĢ bir xalq olduğunun göstəricisidir. 
                                                 
97
 Clemens Alexandrinus.  Stromata I,  5. 
Ġngiliscə: http://www.ccel.org/fathers2/ANF-02/anf02-57.htm# P4831_ 1447881 
98
  Sofistika  (yunanca  ―sophistike‖  biclik  iĢlədərək  mübahisə  aparmaq  deməkdir) 
Məntiq  qanunlarını  bilərəkdən  pozulmasının  və  yanlıĢ  dələllər  əsasında  qurulmuĢ 
fikir. 
99
 Clemens Alexandrinus.  Stromata I,  3.  
100
 Clemens Alexandrinus.  Stromata II,  41. 
Ġngiliscə: http://www.ccel.org/fathers2/ANF-02/anf02-59.htm#TopOfPage 


 
52 
Yəhudilər  üçün  Tövrat  nədirsə,  Yunanlar  üçün  də  fəlsəfə  odur. 
Fəlsəfənin  və Tövratın mənbəyi  birdir. Bu Loqosdur. O,  yəhudilərə birbaĢa 
vəhylə açılıb, yunanlara isə təbii qanunları əqllə təhlil və tədqiq etməsi yolu 
ilə
101
.  Lakin,  Klemensin  fikrincə,  ən  gözəl  və  dəyərli  Ģeyləri  yunanlar 
yəhudilərdən alıblar. 
Beləliklə  yunan  fəlsəfəsi  Xristianlığa  aparan  bir  yoldur  və  hörmətə 
layiqdir.  Hər  bir  fəlsəfədə  həqiqətin  zərrəcikləri  vardır.  Lakin  bütövlükdə  
həqiqət yalnız Xristianlıqda əks olunmuĢdir. Elmlər sonda fəlsəfə ilə, fəlsəfə 
isə  ilahiyyatla  tamamlanır.  Ġlahiyyat  ən  yüksək  məqamdır  və  əsl 
həqiqətdir
102
.  BaĢqa  elmlərin  dəyəri  onların  ilahiyyata  münasibətindən 
asılıdır. BaĢqa elmləri və fəlsəfəni bilmədən, yaxĢı ilahiyyatçı olmaq olmaz. 
Eyni zamanda , hər bir xristian üçün fəlsəfə ilə məĢğul olmaq vacib deyil. Bu 
dünyada  və  axirətdə  xilas  olmaq  üçün,  Tanrıya  iman  etmək  və  xristian 
dininin müddəalarını qəbul etmək kifayətdir. Bununla Klemens qnostiklərin 
ideyalarını  rədd  edirdi.  Məlum  olduğu  kimi,  qnostiklər  hesab  edirdilər  ki, 
yalnız  xüsusi  biliklərə  (qnosisə)  malik  olan  adamlar  xilas  ola  bilərlər
103

Onların dediklərinə görə, adi xristian möminləri məhv olacaqlar. 
Qnostiklərin  ideyalarını  rədd  edən  Klemens,  imanın  idrak  prosesinin 
nəticəsində  əmələ  gəlməsi  haqqında  çox  maraqlı  bir  fikir  irəli  sürmüĢdür. 
Hər  bir  bilikdə  imanın  elementləri  vardır.  Çünki  ifadə  edilən  hər  bir  Ģeyin 
dəlilini, sonra isə onun əsasında qurulan baĢqa mülahizələri sübuta yetirmək 
mümkün  deyil.  Bu  halda  dəlil  axtarma  silsiləsini  sonsuzluğa  qədər  davam 
etmək  lazım  olardı.  Buna  görə  də  hər  bir  adam  öz  mübahisələrində  dəlili 
öncələyən  bir  Ģeyə  arxalanır.  Bu  hissiyyat,  fərziyyə,  hamı  tərəfindən 
bəyənilən rəy,  hörmətli adamın fikri  ola bilər. Bu  isə artıq  iman deməkdir. 
Yəni,  hissiyyatına arxalananda hər bir adam özünə, fərziyyəyə arxalananda 
bu  fərziyyənin  həqiqət  olduğuna,  cəmiyyət  tərəfindən  qəbul  olunmuĢ  rəyə 
arxalananda,  bu  cəmiyyətdə  qəbul  olunmuĢ  fikrin  həqiqət  olmasına, 
ağsaqqalların  rəyinə  arxalananda  isə  onun  fikrinin  məqsəduyğunluğuna 
inanır və bunun əsasında öz dəlillərini qurur. 
Bu  əsaslar  insanın  mülahizələrinin  bünövrəsini  təĢkil  edir.  Bu 
bünövrənin  möhkəmliyi,  etibarlılığı  onun  üzərində  qurulmuĢ  mülahizənin 
nəticəsini  həll  edir.  Əgər  bu  bünövrə  zəif  və  yanlıĢdırsa,  onda  mülahizə, 
hətta  formal  məntiq  qanunlarına  uyğun  Ģəkildə  aparılsa  belə,  yalnıĢ 
                                                 
101
 Clemens  Alexandrinus.  Stromata  VI,  5,8. Ġngilis  dilinə  tərcüməsi  burada  yerləĢir:  
http://www.ccel.org/fathers2/ANF-02/anf02-67.htm# P8215_ 2366146 
102
 Clemens Alexandrinus.  Stromata VI,  2.  
103
 Mattanın Ġncili,  10:  26; 13:  11; 20:  16. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə