Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

 
42 
əbədi olaraq Ata ilə vəhdət təĢkil edirdi, sonra isə Ondan ayrıldı. Ayrılandan 
sonra,  Atanın  mahiyyətində  və  tamlığında  heç  bir  əksiklik  və  yaxud  baĢqa 
dəyiĢiklik baĢ verməmiĢdir. Bu proses, Yustinusun fikrincə, insan tərəfindən 
deyilən  sözə,  cümləyə  bənzərdir
75
.  Loqosun  Atadan  doğulması  iĢığın  bir 
məĢəldən  digərinə  ötürülməsi  kimidir.  Yustinusun  fikirləri  bir  çox  hallarda 
VI  əsrdə  formalaĢan  ortodoksal  xristian  inancı  ilə  üst-üstə  düĢürdü.  Lakin 
onun dövründə hələ heç bir rəsmi xristian ilahiyyatı yox idi. 
Beləliklə Yustinus,  yunan fəlsəfəsinin  bəzi  müddəalarının  Xristianlıq 
tərəfindən  mənimsənilməsi  və  həzm  edilməsi  ənənəsinə  qədəm  qoyan  ilk 
mütəfəkkirlərdən  biri  olmuĢdur.  Sonra  bu  ənənə  Klemens,  Origenus, 
Laktantius və Boetsius tərəfindən davam etdirilmiĢdir. 
Yustinusdan fərqli olaraq,  Xristianlığın baĢqa bir məĢhur apologeti Tatian
76
 
(125-175)  kəskin  surətdə  yunan  ənənəsi,  mədəniyyəti  və  fəlsəfəsinə  qarĢı 
çıxıĢ  edirdi.  O  yazırdı:  «Siz  (bütpərəstlər)  müdrikliyi  hissələrə 
parçalamısınız və özünüzü əsl müdriklikdən  məhrum etmisiniz. Siz Tanrını 
tanımırsınız.  Bir-birinizlə  mübahisə  edərək  özünüzü  təkzib  edirsiniz»
77

Yunanların  və  Romalıların  müdrikliyini  rədd  edərək  Tatian  onlara  qarĢı 
―barbarların  müdrikliyini‖  ortalığa  qoyur
78
.  Onun  fikrincə  ―barbarların 
müdrikliyi‖ öz sadəliyi, beynəlmiləlliyi, birliyi və əxlaqı ilə fərqlənir. Yunan 
və Roma filosoflarının təlimləri ilə həyat tərzləri və əməlləri arasında bir çox 
hallarda  fərqlər  var  idi.  Məsələn,  Diogen  acgözlülüyün  ucbatından  ölmüĢ, 
Aristip isə əxlaqsız həyat sürürmüĢ
79

Ümumiyyətlə,  Tatianın  fikrincə,  yunanlar  hər  bir  müsbət  Ģeyi  baĢqa 
xalqlardan  götürüb,  sonra  onları  mənimsəyiblər,  özlərinki  hesab  ediblər. 
Onlar  əlifbanı  finikiyalılardan,  tarixi  -  misirlilərdən,  münəccimliyi  - 
babilistanlılardan  götürüblər.  Fəlsəfəni  isə  yunanlar  yəhudilərdən  alıblar, 
                                                 
75
 Justinus. Dialogus cum Tryphono Judaeo (Yəhudi Trifonla  dialoq),  61.   
Ġngiliscə: Philosopher and Martyr, with Trypho, a Jew  
http://www.ccel.org/fathers2/ANF-01/anf01-48.htm# P4044_ 787343 
Rusca: Диалог с Трифоном иудеем  
http://www.krotov.info/acts/ 02/02/ius_trif.html 
76
 Tatian təxminən 120 ildə Mesapotamiyada dünyaya gəlmiĢdi, Yustinusun  tələbəsi 
olmuĢdu. 
77
 Tatian. Adversus graecos (Yunanlara ünvanlanmıĢ  söz), 25.   
Ġngiliscə: Address of Tatian to the Greeks. 
http://www.ccel.org/fathers2/ANF-02/anf02-37.htm# P1114_ 299739 
78
 Romalılar və  yunanlar hər  bir yadelliyə  ―barbar‖ deyirdilər  (yunanca –  barbaros). 
Burada söhbət onlara yad olan yəhudi-xristian ənənsindən gedir. 
79
 Tatian. Adversus graecos, 7. 


 
43 
sonra  isə  ona  əlavələr  ediblər.  Lakin  bu  əlavələr  əslində  səhvlərdir, 
yanılmalardır.  Nəticədə  isə  yunanların  əlində  fəlsəfə  öz  əsl  mahiyyətini 
itirib
80
.  
Tatianın  dünyagörüĢü,  ümumiyyətlə,  Yustinusun  dünyagörüĢü  kimi 
idi.  O  da,  Tanrının  birliyini,  Loqosun  (Ġsanın)  Atadan  doğulmasını  qəbul 
edirdi. Trititanizm (Tanrının  üç sifətdən  ibarət olması) haqqında Tatian heç 
bir  Ģey  deməmiĢdi,  çünki  bu  ideya  onun  zamanında  hələ  aktual  məsələyə 
çevrilməmiĢdi. 
Qeyd  etmək  lazımdır  ki,  antik  mədəniyyəti  rədd  edən  Tatian,  bəzi 
hallarda ortodoksal Xristianlığa da zidd fikirlər səsləndirirdi. Məsələn, o 
hesab edirdi  ki,  insan  ruhu  bədənə  bağlı  olduğuna  
görə təbiətcə bu dünyanın məhsuludur. Ona görə də 
ruh bədənlə bir yerdə məhv olur. Hətta Tatian ruhu 
―zülmət‖  adlandırırdı
81
.  Burada  qnostiklərin  təsiri 
hiss  edilir.  Eyni  za-manda,  onun  fikrincə,  ruhdan 
baĢqa  insanın  mə-nəviyyatı  da  vardır.  Bu 
mənəviyyat  insan  təbiə-tinə  daxil  deyil,  bir  baĢa 
Ġlahinin lütfüdür. 
Daha  sonra  Tatian  qiyamət  günü  və  dir-çəlmə  
ideyalarını  qəbul  edərək,  onları  orto-dok-sal 
Xristianlıqdan  fərqli  tərzdə  yozurdu.  O,  he-sab 
edirdi  ki,  Tanrı  hər  Ģeyi  məhv  edəndən  sonra 
yenidən  dünyalar  yaradacaq  və  həyat  yenidən 
davam edəcək. Sonra o dünyalar da məhv olub yeni 
dünyalar  yaranacaq,  və  bu  proses  sonsuzlu-ğa  
qədər davam edəcək. 
 
 
Tatian 
 
Bu cür fikirlərə görə Tatian rəsmi kilsə tərəfindən pislənmiĢdir və onu 
heretiklərin  sırasına  daxil  etmiĢdirlər.  Buna  baxmayaraq,  Tatianın 
apologetikada müstəsna rolu olub. Onun  bir çox fikirləri gələcəkdə xristian 
filosofları  tərəfindən  qəbul  edilib,  inkiĢaf  etdirilmiĢdir.  Məsələn,  Tatian 
düĢünürdü ki, təbiət və insan təbiəti əslində Ģərdir və Tanrının lütfü olmasa, 
adamları ölümə aparır. Bu ideya sonralar Avqustinusun fəlsəfəsində mühüm 
yer tutacaq.  
Daha  bir  tanınmıĢ  yunandilli  apologet  Afinoqor  (Athenagoras) 
Xristianlığı  qəbul  etməmiĢdən  öncə  bir  Afina  filsofu  olmuĢdur.  O  II əsrdə 
yaĢamıĢdır. O dövrdə Cənubi Qalliya və Afrika xristianları təqib  olunurdu. 
                                                 
80
 Tatian. Adversus graecos, 7. 
81
 Tatian. Adversus graecos, 13. 


 
44 
Xristianları  ateizmdə,  dövlət  dinindən  imtina  etməsində,  sui-qəsdlərin 
hazırlanmasında, kannibalizmdə və baĢqa cinayətlərdə ittiham edirdilər. 
Bu  səbəbdən  Afinoqor  imperator  Markus  Aureliusa  «Legatio  pro 
christianis» (Xristianlar üçün xahiĢ etmə) apologiyasını yazmıĢdı. Bu əsərdə 
o, platoçuların və stoiklərin ideyalarından istifadə edərək, xristianlara bəraət 
qazandırmaq  istəyirdi və onlar tərəfindən  heç bir cinayətin  iĢlənilməməsini 
sübuta yetirdi. 
Ġlk  növbədə  Afinaqor  xristianların  güya  ateist  olduğu  ittihamlarını 
təkzib edirdi. O, imperatora çox sadə dildə izah edirdi ki, xristianların yalnız 
bir  olan  Tanrıya  iman  etməsi  heç  də  ateizm  demək  deyil.  Daha  sonra 
Afinaqor,  yunan  fəlsəfəsi  tarixi  ilə  müqayisələr  apararaq  Platonun, 
Aristotelin və digər mütəfəkkirlərin də monoteist olduğu haqqında fikir irəli 
sürmüĢdür.  Məhz buna görə Xristianlıqla bəzi yunan filosoflarının ideyaları 
arasında  uyğunluq  və  bənzərlik  vardır.  Deməli  onların  mənbəyi  birdir  və 
monoteizmdən əmələ gəlmiĢdir. Bu  isə o  deməkdir ki, monoteizm daha da 
tərəqqipərvər  bir  əqidədir.  Nəhayət  Afinaqor,  dahi  yunanların  monoteist 
ruhlu  fikirlərinin  hörmətlə  qarĢıladığı  halda,  nəyə  görə  xristianlar  həmən 
fikirlərə  sadiq  qalmalarına  görə  təqiblərə  məruz  qalmalı  və  ateizmdə 
ittihamlandırılmalıdırlar suallarını verir. 
Lakin  bu sua lları verərkən, Afinaqor, özündən öncəki apologetlərdən 
fərqli  olaraq,  yunanların  qədim  yəhudi  peyğəmbərlərinin  fikirlərinin 
alınması  haqqında  heç  bir  Ģey  demir,  realist  mövqeyindən  çıxıĢ  edir. 
Afinaqora görə Tanrının varlığı və birliyi fikri təbiət haqqında düĢüncələrdən 
də  irəli  gələ  bilər.  Dünya  bir  gəmidir,  onu  idarə  edən  isə  sükançıdır. 
DüĢüncəli  insan  həmən  o  sükançının  varlığını  baĢa  düĢməlidir.  Lakin 
insanların əksəriyyəti gəmini sükançı  ilə səhv salırlar və Tanrının yaratdığı 
məxluqata  ibadət  edirlər.  Bəzi  bütpərəstlərin  sükançının  var  olduğunu 
anlaması Yaradıcı və məxluqatın arasında olan təbii rəğbətin olduğuna görə 
baĢ verir. Onu Afinaqor ―bədii alov‖ adlandırır
82

Afinaqor  imanı  düĢüncə ilə zənginləĢdirilməsinin  zəruriliyini anlayan 
və  bu  istiqamətdə  bir  çox  addımlar  atan  mütəfəkkirlərdən  biri  olmuĢdur. 
Onun  fikirləri  təxminən  150  ildən  sonra  qəbul  ediləcək  rəsmi  xristian 
doktrinası  ilə  əksər  hallarda  üst-üstə  düĢürdü  və  kilsə  tərəfindən  qəbul 
edilmiĢdi. 
                                                 
82
 Athenagoras. Legatio pro christianis, 7.  
Ġngiliscə: By Athenagoras the Athenian: Philosopher and Christian.  
http://www.ccel.org/fathers2/ANF-02/anf02-46.htm# P2139_ 587041 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə