Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

 
73 
Ġmperator  Teodosiusun  (Theodosius)  dövründə  (379-395)  arianlıq 
məğlub  edilib,  ortalıqdan  çıxarılmıĢdır.  381-ci 
ildə  imperator 
Konstantinopolisdə  (Ġstanbulda)  yeni  Kilsə  Məclisini  çağırıb,  mövcud  olan 
bütün xristian dininin əsas etiqad prinsiplərini yenidən nəzərdən keçirmiĢdi. 
Son olaraq o,  yalnız Atanın Oğulla bir mahiyyətə malik olması formulasını 
bəyənərək,  baĢqalarını  qanundan  kənar  elan  etmiĢdi.  Bu  qərar  imperatorun 
əmri idi. Bunu qəbul etməyənlər ağır iĢgəncə və təqiblərə məruz qalmıĢdılar. 
Beləliklə zor gücü ilə nəhayət vahid kilsənin yaradılması mümkün olmuĢdur. 
O zaman, Roma papazı Damasus isə, Hiyeronimus (Hieronimus) (342-420) 
tərəfindən edilmiĢ Bibliyanın  latın  dilinə tərcüməsini bəyənərək, Müqəddəs 
Kitabın baĢqa variantlarını qanundan kənar vəziyyətində qoymuĢdur.  
Bütün  bu  hadisələrə  baxmayaraq  müxtəlif  xristian  təriqətləri  öz 
fəaliyyətlərini  müxtəlif  formalarda,  əksər  hallarda  gizli  halda,  davam 
etdirirdilər. VaxtaĢırı onlara qarĢı müxtəlif tədbirlər həyata keçirilirdi. 
Xristianlığın  dövlət  dininə  çevrilməsi  prosesində  yeganə  maneə 
imperator  Yulianus  (Julianus)  (361-363)  olmuĢdur.  O  bütpərəstliyi 
dirçəltmək  istəyirdi    və  bütün  dinlərə  bərabər  hüquqların  verilməsinin 
tərəfdarı  idi.  Lakin  Yulianus  Ġranla  savaĢ  zamanı  həlak  olmuĢdu  və  onun 
ölümündən  sonra  Xristianlığın  dövlət  dininə  çevrilməsi  prosesi  məntiqi 
nəticəsinə çatmıĢdı.  
 
Rəsmi xristian təliminin yaranması. 
Kappadokiyalı
152
 kilsə ataları 
 
IV  əsrdə  Xristianlıq  artıq  bütpərəstlik  üzərində  tam  qələbə  çalmıĢdır 
və  Roma  imperiyasının  rəsmi  dövlət  dininə  çevrilmiĢdir.  Arianlıqla 
Atanasiosun ardıcılları  arasında gedən çəkiĢmələr zamanı  
hiyyətə  malik  olması    doktrinası  tərəfdar  ları  qalib  gəlmiĢdilər.  Məhz  bu 
cərəyan  dövlət  tərəfindən  tanınmıĢ  və  imperiyanın  rəsmi  Kilsəsini  təĢkil 
etmiĢdi. Bütpərəstlərlə birlikdə bütün baĢqa xristian cərəyanları və təriqətləri 
qadağan  olunmuĢ,  onların  tərəfdarları  isə  təqiblərə  məruz  qalmıĢdılar.  Bu 
proseslərlə bərabər, rəsmi xristian Kilsəsinin ideologiyası da yaranmaqda idi. 
Dini ehkamların sabitləĢməsi, onların fəlsəfi əsaslarının iĢlənməsi, 
                                                 
152
  Kappadokiya  –  yunan  sözüdür.  Müasir  Türkiyənin  mərkəzində  (Kiçik  Asiya 
yarımadasının mərkəzində)  yerləĢən qədim yerin adıdır. 
 
Roma imperiatorları müxtəlif dövrlərdə öz siyasi maraqla-rını 
rəhbər  tutaraq  bu  iki  cərəyanı  dəstəkləyirdilər.  Lakin  sonda 
Atanasiosun ardıcılları, yəni Atanın oğulla bir ma- 


 
74 
sistemləĢdirilməsi  iĢi  imperiyanın həm ġərqində, həm  də Qərbində gedirdi. 
ġərqdə  bu  iĢi  Ġsgəndəriyyəli  Atanasios,  Kesariyalı  Basilios,  Nazianzlı 
Qreqorios və Nissalı Qreqorios və Yohannes  Xrisostomos adlı kilsə ataları 
etmiĢdilər.  Onlara  ―kappadokiya  ataları‖  deyirdilər.  Qərbdə  isə  bu  iĢ 
Mediolanlı  Ambrosius,  Stridonlu  Hiyeronimus,  Avqustinus  və  Böyük 
Qreqorios  tərəfindən  aparılmıĢdır.  Bu  dövrün  patristikasına  neoplatonizm 
ideyaları çox böyük təsir göstrəmiĢdir. 
 
Kesariyalı Basilios (Basileios Kaisareias) 
Kesariyalı Basilios (330-379) kappadokiyalı Kilsə atalarından biri idi. 
O abid həyat keçirirdi, sonra isə Kappadokiyanın Kesareya
153
  
Ģəhərinin  yepiskopu  olmuĢdur.  Arianlara  qarĢı 
mübarizə  aparırdı.  Onun  əsərləri  arasında  homile-
tik
154
  üslubda  yazılanlar,  xüsusi  yer  tutur.  Bu  üs-
lubda  Basilios,  Bibliyanın  «Varlıq»  kitabının  əv-
vəlində  bəhs  edilən  Tanrının  altı  günə  dünyanın 
yaradılmasına
155
,  «Zəbur»  Kitablarına
156
,  müxtəlif 
əxlaqi  mövzular  haqqında  homiliyalar  yazmıĢdır. 
Abidliyə  həsr  olunmuĢ  əsərləri  arasında  «Regu-lae 
morales» (Əxlaqi qaydalar), «Asceticon mag num 
sive  Quaestiones » (Qısa qaydalar) ki- 
 
                                                 
153
  Kesareya  (latınca  ―Caesarea‖)  –  müasir  Türkiyədə  Qeysəri  (Kayseri)  Ģəhəridir. 
Daha qədim  zamanlarda  bu  Ģəhər Mazaki  adlanırdı,  Kappadokiya  çarlarının  paytaxtı 
olmuĢdu.  
154
  Homiliya  (yunanca  ―homileo‖  adamlarla  söhbət  etmə  mənasında  iĢlənilir)  – 
yığıncaqda  deyilən  nitq  deməkdir.  Homiliya  kilsədə  moizənin  bir  növüdür.  Bu 
söhbətləri  keĢiĢlər,  Müqəddəs  Kitabın  camaata  oxunuĢundan  sonra,  onun 
mənalarının  açılması  üçün aparırlar. 
155
 «Homiliae  in  hexaemeron» (Altı  günün  ərzində  yaradılıĢ haqqında  söhbətlər)  / /  
Текст  первых  девяти  бесед  приводится  по  изданию:  Творения  иже  во  святых 
отца  нашего  Василия  Великаго,  Архиепископа  Кесарии  Каппадокийския.  Ч.1. 
—  Москва,  1891.  —  С.  5–149.  Беседы  10  и  11  по  «Журналу  Московской 
Патриархии»,  1972,  № 1.   
h t t p :/ / www.kro t o v .in fo / lib ra ry / v / v a s i_ v e l/ 6d _ 1_ 4.h t ml 
156
  «Homiliae  super  psalmos»  (Zəbur  haqqında  söhbətlər)/ / Творения.  Василия 
Великого.   СПб.:  изд-во  П.П.Сойкина,  1911.  Т. 1. С.  94-119. 
 http://www.krotov.info/library/v/vasi_vel/1_094.html 


 
75 
mi əsərləri vardır. Bundan  baĢqa onun arianlığın əleyhinə yazdığı «Contra  
Eunomium »
157
  (Eunomiuma  qarĢı)  əsəri  və  «De  Sp ir itu   Sancto»
158
 
(Müqəddəs ruh haqqında) risaləsi vardır. 
Öz  əsərlərində  Basilios  bəzi  hallarda  antik  fəlsəfəyə  müraciət  edir. 
Birinci  növbədə  bu  cür  müraciətlər,  onun  «Homiliae   in  hexae meron» 
əsərindəki  kosmoloji  baxıĢlarına  aiddir
159
.  Burada  o  Platonun  «Timeus» 
(Timaeus)  əsərindən istifadə etmiĢdir. 
Basilios hesab edirdi ki, üç sifəti bir olan Tanrı əbədidir, dəyiĢməzdir, 
dərk  olunmazdır.  Antik  fəlsəfədə  Tanrının  materiya  ilə  birgə  əbədi 
mövcudiyyəti ideyasını Basilios rədd edir. Onun fikrincə, yaradılan hər Ģeyin 
həm mövcud olması (aktivliyi), həm də nəzərdə tutulan inkiĢafı (potensiyası) 
vardır.  Deməli  yaradılıĢ,  yunan  fəlsəfəsində  olduğu  kimi,  əvvəlcə 
materiyanın,  sonra  isə  ondan  müxtəlif  formaların  əmələ  gəlib,  yayılması 
istiqamətində getmiĢdir. 
Yunanlar  xristianlara  etiraz  edərək,  «Tanrı  yaradılıĢdan  öncə  nə 
edirdi?»  sualına  cavab  verərək  deyirdi  ki,  Bibliyada  deyilən  «BaĢlanğıcda  
Tanrı yeri və göyü yaratdı...»
160
  ifadəsini zamanın daxilində yaradılıĢ kimi 
baĢa  düĢmək  olmaz.  «BaĢlanqıcda…»  sözü  də  zaman  mənasında  baĢa 
düĢülməməlidir.  Buna  görə  «Tanrı  yaradılıĢdan  qabaq  nə  ilə  məĢğul  idi» 
sualını vermək düzgün deyil. Zaman da, baĢqa Ģeylər kimi, yaradılmıĢdır və 
yalnız  bu  dünyaya  aiddir,  Tanrıya  yox
161
.  Deməli  «YaradılıĢ»  kitabının 
əvvəlində  dünyanın  birinci  gün  yaradılması  ifadəsi,  bir  prinsip  kimi  baĢa 
düĢülməlidir. Sonra yaradılıĢlar isə bu ―günün‖ nəticəsi, davamıdır. 
Daha  sonra  Bibliyada  keçən  ―yaradılıĢın  6  günü‖  sözlərini  də  hərfi 
mənada  baĢa  düĢmək  olmaz.  Bu  yalnız  simvolik,  insan  Ģüuruna  uyğun  bir 
ifadədir. Onun mahiyyəti isə dərk olunmazdır. 
Basilios,  öz  əsərində,  insanın  yaradılıĢına  da  xüsusi  yer  verir.  O 
insanda Tanrı obrazının  həkk olunması haqqında söhbət açır. Ġnsan  hər bir 
Ģeyin mərkəzində yerləĢdirilir, ən yüksək məxluqdur. 
                                                 
157
 Rus dilinə tərcüməsi bu ünvanda yerləĢir: 
 http://apologia.narod.ru/catholic/vasil/spirit/bas_1contra1.htm 
158
  О  Святом  Духе  //  Творения.  Василия  Великого.    СПб.:  изд-во  П.П.Сойкина, 
1911.   
http://www.krotov.info/library/v/vasi_vel/duh01.html 
159
  Мейендорф  И.  Введение  в  Святоотеческое  богословие,  часть  2,  гл.  2,  М., 
2001.  http://www.krotov.info/library/m/ meyendrf/patr_12.ht ml 
160
 YaradılıĢ  1: 1. 
161
 Homiliae  in hexaemeron  I, 6. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə