Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

 
48 
tarixi  haqqında  çox  qiymətli  məlumatlar  verir.  Bu  məlumatlar  bir  çox 
hallarda müasir zamanda antik fəlsəfə tarixinə aid olan yeganə  informasiya  
mənbəyidir. 
Hippolitus  öz  əsərində  Plato  fəlsəfəsinin  bir  çox  müddəaları  ilə 
razılaĢır, lakin onun kosmoqoniyasını, ruhların köçməsi inancını, Tanrı 
ilə  materiyanın  əzəldən  mövcud  olması  ideyasını 
rədd  edir
91
.  Hippolitusun  qənaətinə  görə,  P lato 
fəlsəfəsi  Xristianlığa  daha  yaxındır.  Aristotelin 
fəlsəfəsində isə Xristianlığa yaxın olan müddə-alar 
Plato fəlsəfəsi ilə müqayisədə bir qədər azdır. 
Bütpərəst  filosofları  Hippolitus  üç  hissəyə 
bölür: 
1.  Fizioloqlar  (naturfilosoflar).  Bu  kate-
qoriyaya  Sokratdan  əvvəl  yaĢamıĢ  filosoflar  aid 
edilir. 
2.  Etoloqlar  (əxlaqçılar).  Plato  və  Sokrat-la 
təmsil olunurlar. 
3.  Dialektiklər  (məntiqçilər).  Bu  kateqo-
riyaya Aristotel və stoiklər daxildirlər. 
Hippolitusun  fikrincə  skepsisizm  və  epi-
kurçuluq  fəlsəfəsi  Xristianlığa  zidd  olan  təlim-
lərdir  və  onları  yuxarıda  göstərilən  heç  bir  kate-
qoriyaya aid etməmiĢdir. 
Beləliklə,  filosofların  klassifikasiyasını  ve-
rəndən  sonra,  Hippolitus  yazırdı  ki,  qnostik  tə-
limlərdə bir az fəlsəfə varsa da, o qədim filosof- 
 
 
Hippolitus
 
lardan alınıb, və sonra mövhumatlarla qarıĢdırılıb. Bunu sübut etmək üçün, 
«Philosophumena  kata  pason  haireseon  elenchus»  kitabının  dördüncü 
hissəsində  Hippolitus,  onun  zamanında  yayılmıĢ  mövhumatlar  haqqında 
məlumat  verir  və  magiya
92
,  astrologiya
93
,  nekromantiya
94
  kimi  yalançı 
                                                 
91
  Hippolytus.  Philosophumena  kata  pason  haireseon  elenchus  (Bütün  hereslərin 
təkzib edilməsi)  IV,  3.  Bu  kitab  latın  dilində  «Refutatio  omnium  haeresium»  adlanır. 
Ġngiliscə:  
http://www.ccel.org/fathers2/ANF-05/anf05-10.htm# P1395_ 390918 
92
  Magiya  (yunanca  ―mageia‖)  –  insanın  təbiət  proseslərinə  müdaxilə  etməyin 
mümkünlüyü  inancından  irəli  gələn  sehrbazlıq,  cadugərlıq,  ovsunçuluq  əməllərinə 
və  bunlarla  bağlı  ayinlərə  deyilir.  Magiya  ilə  məĢğul  olanlar  onu  ―ağ‖  və  ―qaraya‖ 
bölürlər.  Ağ  magiya  tərəfdarları  onun  Ġlahi  qüvvələr  tərəfindən  dəstəklənməsi  və 


 
49 
elmləri  rədd  edərək,  qnostik  təlimlərinin  onlarla  bənzər  cəhətlərini 
vurğulayır. Nəticədə o yazır ki, qnostiklər öz ideyalarını bu mövhumatlardan 
alıblar. 
Kitabının onuncu hissəsində isə Hippolitus ―bütün hereslərə‖ qarĢı öz 
dünyagörüĢünü  izah edir. Ġsanın təbiətinin (xristologiyanın)  izah edilməsinə 
çox yer verir və burada o, subordionalizm (yəni Loqosun ataya tabe olması) 
prinsipinə üstünlük verir. 
Hippolitusun  dünyagörüĢü  sinkretik  olmuĢdur.  Onun  kosmoloji
95
 
baxıĢlarında stoisizm fəlsəfəsinin elementləri müĢahidə edilir. Onun fikrincə, 
dünya  heç  nədən  Tanrı  tərəfindən  yaradılıbsa  da,  o  bir  bədənə  bənzəyir. 
Əvvəlcə 4 substansiya yaradılmıĢdır: yer, su, hava və od. Onlar əbədidir və 
məhvedilməzdir.  Sonra  isə  onlardan  dünyada  hər  bir  Ģey  yaranmıĢdır.  O 
Ģeylər məhvə və ölümə məruz qalır. Substansiya nöqteyi-nəzərindən ən sadə 
məxluqlar – oddan yaranan mələklərdir. Ġnsan ruhu od və havadan ibarətdir, 
bədəni  isə  torpaq  və  sudan
96
.  Hippolitus  bu  cür  eklektik  fikirləri,  III  əsrdə 
xristian  ideoloqlarının  bütpərəst  fəlsəfəsinin  müddəalarından  istifadə 
etməsinin göstəricisidir. 
 
Ġsgəndəriyyə ilahiyyat məktəbi 
 
                                                                                                                   
xeyrə yönəlməsini  iddia  edirlər.  Qara  magiya isə  Ģeytanlar  tərəfindən  dəstəklənir  və 
onunla  məĢğul  olan  adamlar  Ģər  iĢlər  törədirlər.  Monoteist  dinlərində  (o  cümlədən 
Xristianlıqda) həm ―ağ‖, ―həm də ―qara‖ magiya ilə məĢğul olmaq qadağandır və  bu 
iĢlə məĢğul olanlar böyük günahkar hesab olunurlar. 
93
 Astrologiya (yunanca ―astron‖ - ulduz, ―loqos‖ isə - söz, anlayıĢ, təlim deməkdir) 
– Kosmik  cisimlərin  (ulduzların,  planetlərin)  düzülüĢünə  görə  insan  taleyi  haqqında 
qabaqcadan xəbər əldə etmənin mümkünlüyünü iddia edən və bu sahəni tədqiq edən 
elm. Monoteist dinlərində (o  cümlədən Xristianlıqda) bu elm  fala baxmanın bir  növü 
kimi  qiymətləndirilir.  Bu  dinlərdə  astrologiya  ilə  məĢğul  olmaq  qadağandır  və  bu 
iĢlə məĢğul olanlar böyük günahkar hesab olunurlar. Müasir pozitiv dünyagörüĢündə 
isə astrologiya elm sayılmır,  mövhumatla  bərabər tutulur. 
94
  Nekromantiya  (yunanca  nekros  –  ―ölü‖  deməkdir)  –  ölüm  halına  daxil  olma,bu 
haldan  çıxma,  ölülərlə  ünsiyyət  bağlama  praktikasıdır.  Bu  termini  bütpərəstlərin 
tanrılarına  qurban  kəsilmiĢ  heyvanların  içalatı  ilə  fala  baxmaq  mənasında  da 
iĢlədirlər 
94
  Hippolytus.  Philosophumena  kata  pason  haireseon  elenchus  X,  32.  Ġngiliscə: 
http://www.ccel.org/fathers2/ANF-05/anf05-14.htm# P2309_ 744389 
95
 Kosmologiya – qədim yunanların dünyanın quruluĢu haqqında təsəvvürləri. 
96
 Hippolytus. Philosophumena kata pason haireseon elenchus X, 32.  


 
50 
Xristianlığın  formalaĢmasında  apologetlər  çox  əhəiyyətli  fəaliyyət 
göstərmiĢdirlər. Lakin o dövrdə Xristianlıq hələ sistemləĢmiĢ bir təlim halına 
gəlməmiĢdi.  Bütpərəst  fəlsəfi  doktrinalarda  mübarizə  aparmaq  üçün  isə 
fundamental,  sistemləĢmiĢ  və  hərtərəfli  bir  nəzəriyyə  yaratmaq  lazım  idi. 
Ona görə də, bir neçə xristian mütəfəkkiri bu çətin iĢlə məĢğul olmuĢdur. Bu 
iĢdə  ən  böyük  nailiyyətləri  Ġsgəndəriyyədə  II  əsrdə  təsis  edilən  ilahiyyat 
məktəbinin nümayəndələri əldə etmiĢdirlər. Bu məktəb Xristianlığın əsasları 
ilə tanıĢ olmaq və onu qəbul etmək istəyənlər üçün açılmıĢdır. Eyni zamanda 
bu məktəb ən savadlı təbəqələrin xristian təliminə marağı oyatmaq istəyirdi. 
Lakin bunun üçün təkcə dini ehkamların tədrisi kifayət etməzdi. Ona görə də 
burada fəlsəfi fəndlərə də böyük əhəmiyyət verilirdi. Dini ehkamlarla antik 
mədəni  və  fəlsəfi  irsin  bir-birinə  yaxınlaĢması,  uyğunlaĢması  siyasəti 
aparılırdı.  Burada  çalıĢan  alimlər  bu  yaxınlaĢmaya  nail  olmayaraq 
Xristianlığın  yayılmasının  mümkün  olmamasını  anlayırdılar  və  bu 
istiqamətdə məqsədyönlü iĢ aparırdılar. 
179-cu  ildən  Ġsgəndəriyyə  məktəbinə  Panten  baĢçılıq  etməyə 
baĢlamıĢdı.  O  keçmiĢdə  stoik  olmuĢdu.  O  fəlsəfəyə  daha  da  çox  önəm 
verirdi.  Lakin  Pantenin  əsərləri  bizim  zəmanəmizə  çatmamıĢdı.  Buna 
baxmayaraq, Ġsgəndəriyyə ilahiyyat məktəbinin digər məĢhur nümayəndələri 
- Klemensin və Origenusun dünyagörüĢləri bu gün yaxĢı məlumdur. 
 
İsgəndəriyyəli Klemens (Clemens Alexandrinus) 
Ġsgəndəriyyə  ilahiyyat  məktəbinin  ən  görkəmli  nümayəndələrindən  biri 
Klemens  (150-215)  olmuĢdur.  OnunXristianlığı  qəbul  etdiyi  tarix  məlum 
deyil.  Lakin  məlumdur  ki,  o  Pantenin  tələbəsi,  sonra  isə  onun  köməkçisi 
olmuĢdur.  Sonra  o  presviter  vəzifəsinə  təyin  edilmiĢ,  və  190-cı  ildə 
Ġsgəndəriyyə  məktəbinə  baĢçılıq  etməyə  baĢlamıĢdır.  III  əsrin  əvvəllərində 
imperator Septimius Severusun çarlığı dövründə xristianlar dini etiqadlarına  
görə təqib edildiyi zaman, Klemens Ġsgəndəriyyəni tərk etmiĢdir. 
Klemens  zamanəsinin  ən  savadlı  adamlarından  biri  olmuĢdur.  Onun 
tərəfindən  üç  hissədən  ibarət  xristian  ensiklopediyasına  bənzər  bir  əsər 
yazılmıĢdır.  Birinci  hissə  «Protrepticus»  (Ellinlərə  nəsihət  vermə),  ikinci  – 
«Paedagogus» (Pedaqoq), üçüncü – «Stromata» (Rəngli xalçalər) adlanır. 
Bu  əsərlərdən  məlum  olur  ki,  Klemens  təkcə  apologetika  ilə 
məhdudlaĢmırdı.  O  eyni  zamanda  missioner  idi.  Xristianlığı  yaymaq  üçün 
isə o, bu dini yunan və roma xalqlarının düĢüncə tərzlərinə və elmi ənənəsinə 
uyğunlaĢdırmalı idi. Nəticədə, Klemens, kompromislərə gedərək Xristianlığı 
―fəlsəfələĢdirməli‖,  fəlsəfəni  isə  ―xristianlaĢdırmalı‖  idi.  Bu  məqsədə  nail 
olmaq üçün, Klemens  bir tərəfdən fəlsəfənin fəzilətindən  danıĢaraq, biliyin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə