Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   2   3   4   5   6   7   8   9   ...   100

 
14 
mahalın  əhalisi Orta Asiyaya və  Qazaxıstana  sürgün  olunmuş,  keçmiş  Sovetlər 
Birliyinin yeddi respublikasına səpələnmişlər. 
Rusların  işğal  edə  bilmədiyi və  Türkiyənin tərkibində  qalıb  Çıldır  adlanan 
ərazilər tarixi Axıska-Çıldır bəylərbəyliyindən öz müstəqilliyini saxlayan yeganə türk 
torpaqlarıdır. 
Mahalın  parçalanmış  üçüncü  hissəsi isə  Ermənistana  qatılmışdır.  Ağbaba, 
Qızılqoç və Şörəyel kəsimlərini əhatə edən bu böyük ərazilərin yalnız müəyyən bir 
hiss
əsində-Ağbabada  (Amasiyada) azəri türkləri  qalmışdı.  1988-ci ilin sonuncu 
deportasiyasında  bu  rayonun  aborigen  əhalisi-azəri türkləri sonuncu nəfərinədək öz 
tarixi v
ətənlərindən ermənilər tərəfindən zorla qovuldular. Yeri gəlmişkən burada bir 
m
əsələyə də aydınlıq gətirməyi lazım bilirik. Azərbaycan aşıq mühitlərinin tanınmış 
t
ədqiqatçısı  prof.  M.Qasımlı  Çıldır  mahalının  parçalanmış  üçüncü  hissəsindən 
danışarkən  yalnız  Ağbaba  və  Qızılqoç  (Amasiya  və  Qukasyan)  rayonlarından  bəhs 
edir. Halbuki Şörəyel vadisinin də böyük bir hissəsi zorla qoparılaraq Ermənistanın 
t
ərkibinə  qatılmışdır.  Şörəyeldə  yerləşən onlarla kənddən bir neçəsi (Güllübulaq, 
Oxçoğlu, Qaraçanta, Mağaracıq və s.) Amasiya rayonuna verilmişdir. Digər kəndlər 
(Qanlıca,  Aralıq,  Gav,  Bayandur  və  s.) Düzkənd (Axuryan) rayonunun inzibati 
ərazisinə daxil edilmiş və bu kəndlərdə yaşayan yerli əhalinin-türklərin hamısı XIX 
əsrdə  zorla dədə-baba  yurdlarından  didərgin  salınmışdılar.  Həmin kəndlərin 
b
əzilərində ermənilər gətirilib məskunlaşdırılsa da, bəziləri xaraba qalmışdı. Bütün bu 
deyil
ənlər Ağbaba-Çıldır aşıq mühitinin nə qədər məşəqqətli bir şəraitdə öz varlığını 
qoruyub  saxladığını  göstərir.  “Tarixi  Çıldır  mahalı  anlayışı  bu  üç  bölümün 
bütövlüyünd
ən ibarətdir.  Çıldır  aşıq  mühiti  də  həmin  iri  miqyaslı  ərazidə  qərar 
ta
pmışdır” [106, 198]. 
İlk  növbədə  qeyd  olunmalıdır  ki,  Azərbaycan  aşıq  sənətinin  lokal  arealında 
Ağbaba-Çıldır  bölgəsinin  tarixi  coğrafiyası  çağdaş  Ağbaba-Çıldır  aşıq  mühitinin 
coğrafi  hüdudlarından  bir  neçə  dəfə  böyük etnik-mədəni  ərazini  əhatə  edir. Tarixi 
qaynaqlardan b
əllidir ki, Səfəvilərdən alındıqdan sonra Osmanlı İmperatorluğunun 44 
əyalətindən biri və  bu  əyalətin mərkəzi  Çıldır  olan  Axıska-Çıldır  bəylərbəyliyinin 
s
ərhədləri müxtəlif zaman kəsimlərində  cənubda  İqdır,  şimalda  Borjom,  qərbdən 


 
15 
Acariya, 
şərqdən isə  Borçalı  mahalının  ərazilərinə  qədər  geniş  bir  hüdudları  əhatə 
etmişdir. Belə bir geniş sərhədlərə malik olan Çıldır əyaləti 1578-ci ildə Osmanlılar 
t
ərəfindən fəth edildiyi dövrdə 6 böyük sancaqdan (Axiska, Xırtız, Axırkələk, Çıldır, 
Poskof v
ə  Bədrə  sancaqları)  ibarət inzibati ərazini  əhatə  etmişdir.  Bu  sancaqların 
t
ərkibində isə 22 nahiyə (Azqur, Adıgün, Canbaz, Əsmincə,Akşehir və s.) fəaliyyət 
göst
ərmişdir. Bəzi mənbələrdə Çıldıra bağlı olan sancaqların sayının 9 olduğu qeyd 
olunur [177, 28]. Tarixi v
ə  coğrafi  araşdırmalarda  müxtəlif  adlarla  adlanan  Çıldır 
vilay
əti  öz  tarixi  mövcudluğu  boyu  siyasi-inzibati, hərbi-  strateji  əhəmiyyət kəsb 
etmişdir.  Vilayətin tərkibinə  daxil  olan  Axıska  mahalı  bu  baxımdan  xüsusi  önəm 
daşımışdır.  Əsasən  əkinçilik  və  ticarətlə  məşğul  olan  əhalinin milli-etnik tərkibini 
parçalamaq, onu etnik-m
ənəvi  yaddaşından  uzaqlaşdırmaq  Çar  Rusiyasının  və  bu 
dövl
ətin  əlaltılarının  əsas  planına  daxıl  idi.  “Ruslar  İsgəndərun və  Bəsrə  körfəzinə 
çıxmaq  üçün  zəbt etdikləri Qarsda, Tükiyə  ilə  Azərbaycan türkləri  arasında 
yabancılardan  ibarət  birlik  qurmağı  və  özlərinə  sadiq  bir  topluluq  yaratmağı 
planlaşdırırdılar”  [168, 75]. Bu məqsədlə  göstərilən  ərazilərə  müxtəlif yerlərdən 
erm
ənilər,  ruslar,  toxabırlar,  malakanlar,  volqa  almanları,  hətta estonlar belə 
köçürülüb yerl
əşdirilirdi. Bu məkrli siyasətin həyata keçirilməsi istiqamətində Rusiya 
erm
ənilərdən istifadə  etməyi  özünün  başlıca  məqsədi  sayır,  Şərqi Anadolunu ələ 
keçirm
ək üçün bir-birinin  ardınca  işğalçı  müharibələr  aparırdı.  “Tüklərlə  rusların 
savaşları XVIII-XX yüzillərdə üç yüz ilə qədər bir müddət əhatə edir. Bu isə ortalama 
iyirmi ild
ə  bir  çarpışma  deməkdir.  Yaxın  tarixdə  bu qədər  çox  vuruşan  başqa  iki 
mill
ət yoxdur” [168,  89].  Aşıq  Şörəyelli  Əfkari  “Şörəyel  dastanı”  şeirində  “iyirmi 
ild
ən bir xarab olursan. Həmişə belədir işin, Şörəyel” -deyərkən qeyd etdiyimiz tarixi 
gerç
əklikləri, bölgədə  aparılan  amansız  müharibələri nəzərdə  tuturdu. Bütün bu 
faktları  və  tarixi  statistikanı,  bəzi poetik təsvirləri nümunə  gətirməkdə  məqsədimiz 
Ağbaba-Çıldır  aşıq  mühitinin  XIX  əsrdən etibarən məşəqqətli bir tarixi-mədəni 
şəraitdə öz inkişafını davam etdirməsinin ətraflı mənzərəsini yaratmaqdır. 
Əvvəldə  qeyd edildiyi kimi, Rusiya müharibələr, etnik təmizləmələr, 
deportasiyalar v
ə s. vasitəsi ilə Ağbaba-Çıldır bölgəsinin inzibati-coğrafi xəritəsini öz 
xeyrin
ə dəyişmək məqsədi ilə bərabər, həm də həmin vasitələrlə bölgənin sənət xəri-


 
16 
t
əsinə, milli-estetik dəyərlərə ciddi zərbələr vurmağa, tarixi-genetik qaynaqları, xal-
qın etno-milli yaddaşını zəiflətməyə çalışırdı. Ağbabada, Çıldırın Gürcüstanın tərki-
bind
ə olan Axıska mahalında yer-yurd adlarının ermənilər və gürcülər tərəfindən də-
yişdirilməsi, coğrafi obyektlərə qondarma adların verilməsi bu siyasətin müəyyən bir 
h
əlqəsini təşkil edir. “Axıska və çevrəsi Gürcüstana bağlandıqdan sonra gürcü dövləti 
s
əlahiyyətliləri bu əski  türk  yurdunun  yer  adlarını  ya  tamam  dəyişmiş,  ya  da  tam 
olaraq gürcül
əşdirmişlər”  [177,  111].  Axıska  mahalında  gedən tarixi-linqvistik 
genosid erm
ənilər tərəfindən  Ağbaba  mahalında  və  ümumiyyətlə, bütün 
Erm
ənistanda həyata keçirilmişdir. Qərbi Azərbaycanın toponimiyası ilə bağlı ardıcıl 
t
ədqiqatlar  aparan  türkoloq  Aslan  Bayramov  yazır  ki,  “türklərə  düşmən münasibət 
b
əsləyən ermənilər iki mindən çox türkmənşəli çoğrafi obyekt adını dəyişdirmişlər” 
[129, 17].  
Nümun
ə  gətirdiyimiz örnəklər  düşmənin türklərə  qarşı  nə  qədər  irimiqyaslı 
bir ölçüd
ə mənəvi genosid törətdiklərinin aydın mənzərəsini yaradır. Aşıq sənətinin 
xalqın etno-milli yaddaşında əvəz olunmaz funksiya daşıdığını nəzərə alsaq, Ağbaba-
Çıldır  aşıqlarının  yaradıcılığında  türkmənşəli onomastik vahidlərin  sıx-sıx  poetik 
vasit
əyə çevrilməsinin şahidi olarıq. Bu xüsusiyyət bölgənin coğrafi toponimiyasının 
Ağbaba-Çıldır  aşıq  mühitində  lokal  coğrafi  arealın  tarixi-estetik göstəricisi kimi 
kifay
ət qədər ciddi əhəmiyyət  daşıyır.  Həcmindən və  janrından  asılı  olmayaraq  bu 
mühitd
ə  yaranmış  hər  bir  aşıq  şeiri  vətənin  tarixi  coğrafiyasından  kənarda qalan 
hüdudları,  bu  hüdudlar  daxilindəki makro və  mikrotoponomləri, milli koloroti, 
regional görüntül
əri əks etdirmək baxımından çağdaş dövrümüzdə türkçülüyün milli 
m
ənafeyini, etno-milli  yaddaşın  bərpası  və  yaşarılığını  təmin etmək üçün ətraflı 
araşdırma tələb edən bir məsələdir. 
 
Aşıq mühitinin tarixi coğrafiyasının özünəməxsusluğu 
Bölg
ə aşıq mühitinin təşəkkülündə, el sənətkarlarının yetişməsində tırınqıların 
ön
əmli  rolu  olmuşdur.  Regional  bir  janr  kimi,  bu  lirik  nəğmələr,  əsasən müəyyən 
m
ərasimlərdə-toylarda,  şənliklərdə  ifa  olunurdu.  Tırınqılar  mütləq sini, məcməyi, 
qazan, v
ə  ya vedrədə  çalınan  xüsusi  ritmlə  müşayiət edilir, məclisdəkilər  tırınqının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə