Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   2   3   4   5   6   7   8   9   ...   100

 

“Ağbaba-Çıldır aşıq mühiti aşıq mühiti” əsəri yəqin  ki, nöqsansız da deyildir. 

əllif nğqsanları göstərən oxuculara əvvəlcədən öz minnətdarlığını bildirir.  


 

AĞBABA-ÇILDIR AŞIQ MÜHİTİNİN TARİXİ TƏŞƏKKÜLÜ VƏ 
COĞRAFİ ÇEVRƏSİ 
 
H
ər hansı aşıq mühitindən söhbət açarkən ilk növbədə həmin mühitin yaranıb 
formalaşdığı  coğrafi-areal, tarixi-mədəni  şərait, sosial-siyasi  quruluş,  regional 
xüsusiyy
ətlər diqqətlə  nəzərdən  keçirilib  araşdırılmalıdır.  Çünki  aşıq  yaradıcılığı 
xalqın etnik-mədəni yaddaşı kimi qeyd etdiyimiz komponentlərin əhatəsində təşəkkül 
taparaq  inkişafını  davam etdirir, yaxud da tənəzzülə  uğrayır.  Azərbaycan  aşıq 
yaradıcılığının  aparıcı  qollarından  birini  təşkil  edən  Ağbaba-Çıldır  aşıq  mühitinin 
köklü  şəkildə  öyrənilməsini  bu  mühitin  tarixi  coğrafiyasından,  formalaşıb  təşəkkül 
tapdığı  ərazinin iqlim və  relyefindən, bölgənin  tabe  olduğu  idarəçilik sistemindən, 
dövl
ətçilik ənənələrindən, sosial-siyasi quruluş və inzibati bölgüdən, eləcə də bölgə 
əhalisinin  etnoqrafiyasından,  adət-ənənəsindən, regional özünəməxsusluğundan 
k
ənarda təsəvvür etmək  olmaz.  Ağbaba-Çıldır  aşıq  mühitinin  əhatə  etdiyi lokal 
coğrafi-arealın xüsusi strateji mövqeyi və bunun bir sıra dövlətlərin əsrlər boyu siyasi 
maraq dair
əsində  olması,  bu  səbəbdən də  Türkiyə  ilə  Rusiya  arasında  davam  edən 
qanlı müharibələrin (qaçqınlıq və deportasiyaların, soyqırımı və repressiyaların saz-
söz s
ənətkarlarının  yaradıcılığında  poetik  inikası)  Ağbaba-Çıldır  aşıq  mühitinin 
Az
ərbaycan  aşıq  sənətindəki özünəməxsus yerini müəyyənləşdirir.  Tanınmış 
t
ədqiqatçı  M.Qasımlı  Azərbaycan  aşıq  mühitlərindən bəhs edərkən  yazır  ki, 
“keşməkeşli  və  məşəqqətli zaman ərzində  on  altı  tarixi  aşıq  mühitindən dördü 
(Göyç
ə, İrəvan, Dərələyəz, Çıldır (Ağbaba-Çıldır-A.M) zor tətbiq edilməklə sıradan 
çıxarılmış,  digər üçü (Dərbənd,  Qarabağ,  Naxçıvan)  isə  milli-mədəni siyasətin 
düzgün qurulma
ması  nəticəsində  tənəzzül və  ya yoxolma mərhələsinə  daxil 
olmuşdur” [106, 176].  
T
əəssüf  ki,  sıradan  çıxarılmış  Ağbaba-Çıldır  aşıq  mühitinin  lokal  tarixi-
coğrafiyası,  milli-mədəni səciyyəsi, etik-estetik xüsusiyyətləri və  s.  haqqında 
indiy
ədək folklorşunaslığımızda çox az söhbət açılmışdır. Halbuki Azərbaycan aşıq 
s
ənəti tarixən müxtəlif bölgələrdə bütöv halda mövcud olmuşdur. Söz yoxdur ki, ayrı-
ayrı  tarixi-mədəni bölgələrdə  yaranıb  formalaşan  aşıq  mühitləri Azərbaycan  aşıq 


 

s
ənətinin qırılmaz həlqələridir və bu həlqələrin hər birinin özünəməxsus yeri vardır. 
Bü ön
əmli cəhəti nəzərə alan prof. M.Qasımlı haqlı olaraq yazır ki, “Azərbaycan aşıq 
s
ənətinin həqiqi mənzərəsini yaratmaq üçün onun çağdaş mədəni görkəmiylə yanaşı 
tarixi m
əskunluğunun hüdudlarına da xüsusi diqqət yetirmək lazım gəlir” [106, 168]. 
Bu baxımdan Ağbaba-Çıldır aşıq mühitini digər aşıq mühitləri ilə birləşdirən ümumi 
c
əhətlərlə birgə özünəməxsus xüsusiyyətləri də çoxdur.  
 
Ağbaba-Çıldır aşıqlığı Azərbaycan aşıq sənətinin tərkib hissəsi kimi 
B
əllidir ki, Azərbaycan, həm də Türkiyə folklorşunaslığında aşıq mühitləri ilə 
bağlı  bir  sıra  ciddi  araşdırmalar  aparılsa  da,  bu  istiqamətdə  geniş  elmi  şərhini 
gözl
əyən məsələlər də çoxdur. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, “aşıq 
mühiti” termini  il
ə  bağlı  ikili  mübahisələr mövcuddur. Bəzi alimlər (prof. 
Q.Namazov, prof. A.N
əbiyev,  prof.  S.Paşayev  və  b.)  “aşıq  mühiti”  yox,  “aşıq 
m
əktəbi”  terimininin  işlənməsini daha məqsədəuyğun  hesab  edirlər. Məsələn, prof. 
Q.Namazov Az
ərbaycan aşıq sənətindən danışarkən Göyçə, Şəmkir, Qarabağ, Şirvan, 
Borçalı  aşıq  məktəblərindən bəhs  edir  [121,5].  Folklorşünas  alimlərdən  İ.Abbaslı, 
H.İsmayılov, M.Qasımlı, Z.Məhərrəmov, Ə.Kafkasyalı və başqaları Azərbaycan aşıq 
s
ənətində “mühit” anlayışının işlənməsini elmi cəhətdən daha düzgün sayırlar. Prof. 
M.Qasımlının  şərti  olaraq  “tarixi  aşıq  mühitləri” və  “çağdaş  aşıq  mühitləri” kimi 
s
əciyyələndirdiyi Azərbaycan  aşıq  yaradıcılığını  tarixi  mühitlər kimi qiymətlən-
dirm
əsi, bizcə,  elmi  baxımdan  daha  inandırıcıdır.  Tanınmış  tədqiqatçı  Azərbaycan 
aşıq  sənətinin tərkibində  fəaliyyətini davam etdirən  on  altı  çağdaş  aşıq  mühitinin 
olduğunu göstərir və hər bir mühitin özünəməxsus elmi səciyyəsini verir [106, 172].  
Türkiy
əli tədqiqatçı  Ə.Kafkasyalı  “İran  türkleri  aşık  mühitleri”  əsərində 
Güney Az
ərbaycandakı  aşıq  mühitlərini səciyələndirərək bu mühitin saz-söz 
s
ənətkarlarından,  aşıq  havacatlarından,  dastan  repertuarından  və  s. bəhs edir. 
Ə.Kafkasyalı  Güney  Azərbaycanın  aşıq  mühitlərinin təsnifini verərək  yeddi  aşıq 
mühitinin (T
əbriz-Qarabağ,  Urmiya,  Sulduz  -  Qarapapaq, Zəncan, Qum -  Savə, 
Xorasan v
ə Qaşqay aşıq mühitləri) adını çəkir [201]. 


 
10 
Qeyd ed
ək  ki,  prof.  M.Qasımlı  da  öz  tədqiqatında  Güney  aşıq  mühitlərinin 
ayrıca təsnifatını aparmış, lakin Sulduz-Qarapapaq aşıq mühitindən bəhs etməmişdir. 
Prof. A.N
əbiyev Azərbaycan aşıq sənətinin xüsusiyyətlərindən bəhs edərkən 
“aşıq məktəblərinin hər birinin özünəməxsusluğunu onun fərdi yaradıcılıq ənənəsi ilə 
bağlı”  [125,  49]  olması  fikrini  irəli sürərək bu sənətin lokal çevrəsini Anadolu
Şirvan, Təbriz və Göyçə aşıq məktəbləri adı altında təsnif edir. Daha sonra alim dörd 
aşıq mühitini: a) Borçalı; b] Dərələyəz, İrəvan, Çıldır, c) Gəncəbasar, d) Qarabağ aşıq 
mühitlərini Göyçə məktəbinin mühitləri kimi səciyyələndirir.  
A.Nəbiyevə görə, hər bir aşıq mühiti aşıq ifaçılıq ənənəsinin yayıldığı coğrafi 
əraziləri  əhatə  etdiyi  kimi,  bu  mühitə  “həmin  regionun  mədəni-tarixi mövqeyi, 
coğrafi  şəraiti,  iqlimi,  yerli  camaatın  adət-ənənəsi,  etnoqrafik  yaşam  tərzi,  dini-
məzhəbi görüşləri, saza-sözə  həssaslıq  dərəcəsi və s. kimi  çoxsaylı və  çoxyönümlü 
amillər daxildir” [125, 49].  
Deməli, aşıq mühitini səciyyələndirən cəhətlərdən biri müəyyən tarixi-coğrafi 
arealdırsa,  digərləri  yuxarıda  qeyd  olunan  xüsusiyyətlərdir.  Prof.  H.İsmayılov  bu 
cəhəti çox düzgün qiymətləndirərək yazır: “Ağbaba-Çıldır aşıq mühiti də Azərbaycan 
aşıq sənətinin lokal-regional spesifikası ilə xüsusi seçilən lokal çevrədə özünəməxsus 
sənət  elementlərinə  malik  zəngin  ocaqlarından  biridir.  Ağbaba-Çıldır  saz  havaları, 
məlum olduğu kimi, Azərbaycanın ayrı-ayrı bölgələrindəki saz havalarından seçilir. 
Bir  az  Göyçə,  Borçalı,  saz  havalarına  oxşasa  da,  daha  çox  Urmiya  aşıq  havalarına 
yaxındır”  [95,  3].  Tədqiqatçının  bu  qeydi  iki  baxımdan  əhəmiyyətlidir.  Birincisi 
Ağbaba-Çıldır  aşıq  mühitinin  müəyyən  özünəməxsusluğunu  alim  xüsusi  qeyd  edir. 
İkincisi, bu mühitdən danışarkən o, Çıldır aşıq mühitindən deyil, Ağbaba-Çıldır aşıq 
mühi
tindən danışır ki, bu da aşıq mühitlərini səciyyələndirən əsas xususiyyətlərlə tam 
uyğunluq təşkil edir.  
Yeri gəlmişkən, bir məsələni dəqiqləşdirmək burada yerinə düşər. Azərbaycan 
folklorşünaslığında  indiyədək  Ağbaba-Çıldır  aşıq  mühitindən  deyil,  Çıldır  aşıq 
mühitindən  söhbət  açılır  ki,  bu  da  elmi  baxımdan  düzgün  deyil.  Azərbaycan  aşıq 
mühitlərini  ətraflı  şəkildə  tədqiq  edən  prof.  M.Qasımlı  da  öz  tədqiqatlarında  Çıldır 
aşıq mühitindən bəhs edir [106, 198]. Halbuki, müəllifin özünün də qeyd etdiyi kimi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə