Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya



Yüklə 338,42 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix24.02.2018
ölçüsü338,42 Kb.
#27646
1   ...   4   5   6   7   8   9   10   11   12

35 

 

Bu  müddəalar  peşə  davranış  qaydalarının  təbiəti  ilə  bağlı, 



həmçinin  fərqli  qaydaların  fərqli  yerli  xüsusiyyətlərdən  asılı 

olması,  lakin  buna  baxmayaraq  ümumi  dəyərlərə  söykənməsi 

barədə Perucca Bəyannaməsindəki fikirləri təkrarlayır.  

 

1.3-cü Maddənin şərhi – Kodeksin Məqsədi  

 

Bu  müddəalar  Perucca  Bəyannaməsindəki  prinsiplərin  Avropa 



Birliyi,  Avropa  İqtisadi  Zonası,  İsveçrə  Konfederasiyası 

ərazisindəki  vəkillər,  həmçinin  CCBE-nin  Müxbir  və  Müşahidəçi 

Üzv ölkələrindəki vəkillər, xüsusilə onların beynəlxalq fəaliyyəti 

(1.5-ci Maddədə göstərilmişdir) üçün nəzərdə tutulmuş Davranış 

Kodeksinə  çevrilməsini  ifadə  edir.  1.3.2-ci  Maddə  Kodeksdəki 

əsas müddəalarla bağlı CCBE-nin xüsusi niyyətlərini əks etdirir.  



 

1.4-cü Maddənin şərhi – Kodeksin şəxslərə görə qüvvəsi 

 

Qaydaların 1977-ci il Vəkil Xidmətləri Direktivi və Vəkil Təsisatı 



Direktivi ilə müəyyən edilən bütün vəkillərə, həmçinin CCBE-nin 

Müxbir və Müşahidəçi Üzv ölkələrinin vəkillərinə şamil olunduğu 

göstərilmişdir.  Bu,  Direktivlərə  sonradan  qoşulmuş  ölkələrə 

mənsub  olan  və  adları  düzəlişlə  Direktivlərə  əlavə  edilmiş 

vəkilləri  də  əhatə  edir.  Kodeks  Tam  Üzv,  Müxbir  Üzv  və  ya 

Müşahidəçi  Üzv  olmasından  asılı  olmayaraq  CCBE-də  təmsil 

olunan  bütün  vəkillərə,  daha  dəqiq  desək  aşağıdakılara  şamil 

olunur:  

 

Albaniya Avokat  



Ermənistan Pastaban  

Avstriya Rechtsanwalt;  

Belçika avocat / advocaat / Rechtsanwalt;  

Bosniya və Herseqovina advokat / odvjetnik;  

Bolqarıstan advokat;  

Xorvatiya odvjetnik;  

Kipr dikegóros;  



36 

 

Çex Respublikası advokát;  



Danimarka advokat;  

Estoniya vandeadvokaat;  

Finlandiya asianajaja / advokat;  

KYR Makedoniya advokat;  

Fransa avocat;  

Gürcüstan Advokati / Advokatebi  

Almaniya Rechtsanwalt;  

Yunanıstan dikegóros;  

Macarıstan ügyvéd;  

İslandiya lögmaður;  

İrlandiya barrister, solicitor;  

İtaliya avvocato;  

Latviya zvērināts advokāts;  

Lixtenşteyn Rechtsanwalt;  

Litva advokatas;  

Lüksemburq avocat / Rechtsanwalt;  

Malta avukat, prokuratur legali;  

Monteneqro advokat;  

Moldova Avocat  

Niderland advocaat;  

Norveç advokat;  

Polşa adwokat, radca prawny;  

Portuqaliya advogado;  

Rumıniya avocat;  

Serbiya advokat;  

Slovakiya advokát / advokátka;  

Sloveniya odvetnik / odvetnica;  

İspaniya abogado / advocat / abokatu / avogado;  

İsveç advokat;  

İsveçrə  Rechtsanwalt  /  Anwalt  /  Fürsprech  /  Fürsprecher  / 

avocat / avvocato /advokat;  

Türkiyə avukat;  

Ukrayna advokat;  

Birləşmiş Krallıq advocate, barrister, solicitor.  




37 

 

 



Kodeksin  Avropadakı  digər  qeyri-üzv  ölkələrdəki  vəkillər 

tərəfindən  də  qəbul  edilməsi  və  beləliklə  də  onlarla  Üzv 

Ölkələr  arasında  müvafiq  sazişlər  əsasında  tətbiq  oluna 

bilməsi arzu ediləndir.  



 

1.5-ci  Maddənin  şərhi  –  Kodeksin  tətbiq  olunduğu 

fəaliyyətlərin əhatə dairəsinə görə qüvvəsi 

 

Bu  qaydalar  Avropa  Birliyi,  Avropa  İqtisadi  Zonası,  İsveçrə 



Konfederasiyası ərazisindəki vəkillər, həmçinin CCBE-nin Müxbir 

və Müşahidəçi Üzv ölkələrindəki vəkillər arasındakı “beynəlxalq 

fəaliyyətlərə”  birbaşa  tətbiq  olunur  –  1.4-cü  maddəyə  və  1.6-ci 

maddədə “Üzv Ölkə” anlayışına baxın (Həmçinin, gələcəkdə digər 

ölkələrdən olan vəkillərə də şamil olunma barədə yuxarıda qeyd 

olunanlara  baxın).  Beynəlxalq  fəaliyyət  anlayışı,  məsələn  A 

ölkəsindən olan bir vəkillə B ölkəsindən olan vəkil arasında hətta 

A  ölkəsinin  daxili  hüquq  məsələsi  ilə  bağlı  əlaqələri  əhatə  edir; 

lakin  A  ölkəsinin  vəkilləri  arasında  A  ölkəsinin  ərazisində  B 

ölkəsi ilə bağlı bir məsələ üzrə əlaqələri əhatə etmir, bu şərtlə ki, 

onların  heç  bir  fəaliyyəti  B  ölkəsində  həyata  keçirilmir.  Bu 

anlayış həmçinin A ölkəsindən olan vəkillərin hətta A ölkəsindən 

B ölkəsinə göndərilən  yazışma şəklində olsa  belə, B ölkəsindəki 

fəaliyyətlərini əhatə edir.  



 

1.6-cı Maddənin şərhi – Anlayışlar 

 

Bu müddəa Kodeksdə istifadə edilən bir sıra anlayışları müəyyən 



edir: məsələn, “Üzv Ölkə”, “Mənsub olduğu Üzv Ölkə”, “Digər Üzv 

Ölkə”, “Səlahiyyətli Qurum”, “Direktiv 77/249/EEC” və “Direktiv 

98/5/EC”. “Vəkil beynəlxalq fəaliyyətləri həyata keçirdiyi halda” 

ifadəsi  1.5-ci  maddədə  verilmiş  “beynəlxalq  fəaliyyətlər” 

anlayışına uyğun təfsir olunmalıdır.  

 

2.1-ci Maddənin şərhi – Müstəqillik  



38 

 

 



Bu maddə əsasən Perucca Bəyannaməsində ümumi şəkildə təsbit 

olunmuş prinsipi təkrarlayır.  



 

2.2-ci Maddənin şərhi – Etimad və vicdanlılıq 

 

Bu  maddə  də  Perucca  Bəyannaməsində  əks  olunmuş  ümumi 



prinsipi təkrarlayır.  

 

2.3-cü Maddənin şərhi – Konfidensiallıq  

 

Bu müddəalar əvvəla (2.3.1.-ci maddə) Perucca Bəyannaməsində 



təsbit  olunmuş  və  AM&S  (157/79)  işində  Avropa  Məhkəməsi 

tərəfindən tanınmış ümumi prinsipləri təkrarlayır. Növbəti 2.3.2-

4-cü maddələr isə həmin prinsipləri konfidensiallığın qorunması 

ilə  bağlı  xüsusi  qaydalar  şəklində  açıqlayır.  2.3.2-cü  maddədə 

konfidensiallığa  riayət  edilməsini  tələb  edən  əsas  qayda  ifadə 

edilmişdir. 2.3.3-cü maddədə göstərilmişdir ki, bu öhdəlik, hətta 

sözügedən  müştərinin  təmsil  edilməsinə  xitam  verdiyi  halda 

belə,  vəkil  üçün  məcburi  xarakter  daşıyır.  2.3.4-cü  maddə 

müəyyən  edir  ki,  vəkil  konfidensiallığın  qorunması  öhdəliyinə 

yalnız  özü  riayət  etməklə  kifayətlənməməli,  həmçinin  öz 

şirkətinin bütün əməkdaşlarının və işçilərinin də riayət etməsini 

tələb etməlidir.  



 

2.4-ci  Maddənin  şərhi  –  Digər  vəkil  birlikləri  tərəfindən 

müəyyən edilmiş qaydalara hörmət 

 

Vəkil  Xidmətləri  Direktivinin  4-cü  maddəsi  bir  üzv  ölkəyə 



mənsub  olan  və  Avropa  Birliyi  müqaviləsinin  49-cu  maddəsinə 

uyğun  olaraq  digər  üzv  ölkələrdə  qeyri-müntəzəm  və  ya 

müvəqqəti  əsaslarla  xidmət  göstərən  vəkillərin  riayət  etməli 

olduqları qaydalar barədə aşağıdakı müddəaları əks etdirir:  

(a)   hər  hansı  digər  üzv  ölkədə  məhkəmə  proseslərində  və  ya 

dövlət  orqanlarının  qarşısında  müştərinin  təmsil  edilməsi 




Yüklə 338,42 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə