Avqust benton


Orduda oğrunun edam  edilməsi



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə91/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   87   88   89   90   91   92   93   94   ...   101
Benton PDF.çapı

Orduda oğrunun edam  edilməsi
. Bir neçə  gün  öncə  mən 
bir oğrunun edam olunmasının şahidi oldum. Əvvəl onun gözlə-
rini çıxardılar, sonra əllərini, burnunu və qulaqlarını kəsdilər. Da-
ha sonra onu boğdular və başını 3 gün müddətində ordugahın ba-
zarında dar ağacından asdılar. Bu edamı ona görə təfsilatı ilə şərh 
edirəm ki, iranlıların insani hisslərdən nə qədər uzaq olduqlarını 
dərk edəsiniz. Halbuki bizim dinimiz olduqca mülayim bir dindir. 
İranlıların  hamısının  belllərində  dava  düşəndə  istifadə  etmələri 
üçün xənçər olur. Ancaq onlar təsadüfi hallarda dava edirlər. Çün-
ki onlar səbirli və hövsələlidirlər. Bir gün bir əsgər öz həmxidmə-
tini  bıçaqlamış, bir müddət  Şahzadənin  at  tövləsində gizlənmiş, 
daha sonra qaçmış və cəzalandırılmaqdan canını qurtarmışdı. 
Ayın 14-də gecə zəlzələ baş verdi. Həmin gün Şahzadə ge-
neral Sebastianidən məktub almışdı. Məktubda general Qardanın 
İranda səfir təyin olunması barədə məlumat verilirdi. Məktubdan 


109 
məlum  olurdu  ki,  imperator  uğurlu  müharibəni  başa  vurmuşdu. 
Şahzadə bu xəbərdən sevindiyini bildirdi. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə