Microsoft Word Azerbaycan tercume doc



Yüklə 172,53 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü172,53 Kb.
#76234


AZƏRBAYCAN  

 

Konstitusiya bütün inancların nümayəndələrinin heç bir məhdudiyyət olmadan öz 

dinlərinə sitayiş etmələrini təmin edir, buna baxmayaraq bəzi pis rəftar halları  və 

məhdudiyyətlər müşahidə olunmuşdur.  

 

Məruzənin  əhatə etdiyi dövr ərzində din azadlığına münasibətdə heç bir dəyişiklik baş 



verməmişdir. Bəzi dini qruplar qeydiyyata alınma zamanı gecikdirildiklərini və ya rədd 

edildiklərini, digərləri isə qeydiyyata alındıqlarını, yaxud bunu gözlədiklərini 

bildirmişlər. Ötən illərə nisbətən dini qruplar üçün dini ədəbiyyatların gətirilməsində bəzi 

məhdudiyyətlər qalmaqda davam etmişdir.  Əksər dini qruplar dövlətin müdaxiləsi ilə 

üzləşməmişlər. Buna baxmayaraq yerli hakimiyyət orqanları dini ayinləri izləmiş  və 

məmurlar ara-sıra qeyri-ənənəvi dini qruplara qarşı pis rəftar nümayiş etmişlər.  

 

Cəmiyyətdə dini qruplar arasında ümumən mehriban münasibətin olması din azadlığına 



müsbət təsir göstərmişdir, lakin qeyri-İslam dinlərini qəbul edən müsəlmanlara qarşı 

geniş  mənfi münasibət və öz dinlərini yayan qruplara, konkret olaraq evangeliya 

xristianları və missioner qruplara qarşı düşmənçilik olmuşdur.  

 

ABŞ hökuməti insan hüquqlarının təşviq edilməsinin tərkib hissəsi kimi hökumətlə din 



azadlığı  məsələlərini də müzakirə edir. Səfirlik din azadlığının müşahidə edilməsində 

iştirak edir və hökumət və bir çox dini qruplarla əlaqələr saxlayır.  

 

I Hissə. Dini Demoqrafiya 



 

Rəsmi məlumatlara  əsasən ölkənin  ərazisi 33774 kvadrat mil, əhalisi isə  təxminən 7.9 

milyon nəfərdir. Müxtəlif dini qrupların üzvlərinin sayı haqqında etibarlı  məlumat 

olmamışdır, lakin rəsmi məlumatlara  əsasən  əhalinin 96 faizi müsəlmanlardır.  Əhalinin 

qalan hissəsi ya başqa dinlərə etiqad edir, ya da ki,  inanclı deyirlər. Müsəlman çoxluq 

arasında dini ayinlərə  əməl olunması  səviyyəsi kifayət qədər aşağıdır və Müsəlman 

mənsubiyyəti dindən daha çox mədəni və etnik dəyərlərlə bağlı olmuşdur. Dini 

Qurumlarla İş üzrə Dövlət Komissiyasının (DQİDK) verdiyi məlumatlara görə müsəlman 

əhalinin 65 faizi Şiə, 35 faizi isə Sünnilərdir;  ənənəvi olaraq kəskin fərqlər müəyyən 

edilməmişdir.  

 

Xristianların böyük əksəriyyəti Rus Pravoslavlarıdır ki, onların da kimliyi, müsəlmanlar 



kimi, dinə olduğu qədər mədəniyyətə və etnik köklərə əsaslanmışdır. Xristianlar Bakı və 

Sumqayıt kimi böyük şəhərlərdə toplaşmışlar.  

 

Ölkənin yəhudi icmasının əksər hissəsini təşkil edən 15000 nəfər yəhudi Bakıda yaşayır. 



Qubada və onun ətrafında və başqa  ərazilərdə  də kiçik icmalar mövcuddur. Ölkədəki 

yəhudilərin çoxu iki qrupdan birinə aiddir: iki min ildən çox bundan əvvəl ölkənin şimal 

hissəsində məskunlaşmış yəhudilərin sələfləri olan “Dağ Yəhudiləri” və çar Rusiyası və 

sovet hakimiyyəti dövründə ölkəyə köçmüş avropa yəhudilərinin ardıcılları olan 

“Əşkinazilər”.  

 



Bu dörd qrup (Şiələr, Sünnilər, Rusiya Pravoslavları və Yəhudilər) ənənəvi dini qruplar 

hesab olunurlar. Evangeliya Lüteranları, Roma Katolikləri, Baptistlər, Malakanlar (Əski 

Rusiya Pravoslav Dindarları) , Yeddinci Günün Adventistləri və Bəhailərin kiçik qolları 

ölkədə yüz ildən artıq mövcud olmuşlar. Son on il ərzində xarici, yaxud qeyri-ənənəvi 

hesab edilən yeni dini qruplar, o cümlədən “Vəhabi” müsəlmanlar, Pentekost və 

evangeliya xristianları, Yehova Şahidləri və Krişnaçılar yaradılmışdır.  

 

Paytaxt Bakı  şəhərində kifayət qədər böyük əcnəbi xristian və müsəlman icmaları 



mövcuddur; hakimiyyət orqanları ümumi olaraq bu qruplara sərbəst  şəkildə ibadət 

etməyə imkan vermişdir.  

 

II Hissə. Din Azadlığının Vəziyyəti 



 

Hüquqi/Normativ Çərçivə 

 

Konstitusiya bütün dinlərə məxsus insanların heç bir məhdudiyyət olmadan öz dinlərini 



seçə  və etiqad edə bilməsini təmin edir, buna baxmayaraq bəzi pis rəftar halları  və 

məhdudiyyətlər müşahidə olunmuşdur. Konstitusiyaya əsasən hər bir kəsin öz dini 

mənsubiyyətini və inamını, o cümlədən ateizmi seçmək və ya dəyişmək, istədiyi dini 

qrupa qoşulmaq və yaratmaq və öz dininə ibadət etmək hüququ vardır. Din azadlığı üzrə 

qanun açıq  şəkildə dövlətə  hər hansı  fərdin və ya qrupun dini fəaliyyətinə müdaxilə 

etməyi qadağan edir, lakin bəzi istisnalar, o cümlədən dini qrupların fəaliyyətinin 

“ictimai qaydaları və sabitliyi pozduğu” hallar da vardır. 2006-cı ilin yanvarında hökumət 

dini qrupların siyasi fəaliyyətini məhdudlaşdırmaq məqsədilə din azadlığı üzrə qanuna 

dəyişiklik etmək niyyətində olduğunu bəyan etmişdir.  

 

Bir sıra normativ aktlarda, o cümlədən din azadlığı haqqında qanunda dini təşkilatların 



hökumət tərəfindən qeydiyyata alınması  tələbi hökumətə dini qrupları nizamlamağa 

imkan verir. 2001-ci ildə Dini İşlər üzrə  Şöbəni  əvəz etmiş Dini Qurumlarla İş üzrə 

Dövlət Komissiyası (DQİDK) dini qrupların qeydiyyata alınması  səlahiyyətini  Ədliyyə 

Nazirliyindən (ƏN) qəbul etmişdir. Hakimiyyət orqanları DQİDK və onun sədrinə 

qeydiyyat məsələləri ilə bağlı geniş  səlahiyyətlər vermişdir: dini ədəbiyyatların nəşri, 

gətirilməsi və yayılması üzərində  nəzarət və qanunu pozan dini qrupların fəaliyyətinə 

xitam vermək hüququ. Bundan əlavə, müsəlman dini qrupları DQİDK-da qeydiyyata 

düşməzdən əvvəl Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) razılıq məktubu almalıdırlar. 

2006-cı il iyunun 27-də prezident DQİDK-nın sədrini vəzifəsindən azad etmişdir. İşdən 

azad edilməklə bağlı heç bir səbəb açıqlanmamışdır, məruzənin  əhatə etdiyi dövrün 

sonunadək hökumət yeni sədr elan etməmişdir.  

 

Qeydiyyat dini qrupa bank hesabı açmağa, mülk icarəyə götürməyə və hüquqi şəxs kimi 



fəaliyyət göstərməyə imkan verir. Qeydiyyata alınmamış qruplar qeyri-qanuni hesab 

edilirlər və  fəaliyyət göstərmələri çətindir, lakin qeyri-mümkün deyil. Qeydiyyata 

alınmamış qruplar daha çox yerli hakimiyyət orqanları tərəfindən hücumlara məruz qalır 

və bağlanılırlar. 2001-ci ildə DQİDK dini qrupları yenidən qeydiyyata düşməyə çağırdı, 

lakin qeydiyyat yorucu və tez-tez və hətta uzun müddətli ləngimələr olur.  

 



Qeydiyyata düşmək üçün dini qruplar yeddi mərhələdən ibarət sistemsiz və 

məhdudlaşdırıcı  ərizə prosesini tamamlamalıdırlar. 2004-cü ildə qrupların verdiyi 

məlumata görə DQİDK-nın qeydiyyatla bağlı  sənədləşmə  işləri ilə  məşğul olan işçiləri 

təkrarən nizamnamələrin dili ilə bağlı mübahisələr edir, və həmçinin, bəzi qrupları necə 

təşkilatlanmaq üzrə  təlimatlandırırlar. Dini qruplar qeydiyyatın rədd edilməsindən 

məhkəməyə  şikayət verə bilərlər. Lakin appelyasiya məhkəməsinin göstəriciləri bu 

məruzənin əhatə etdiyi dövr ərzində hər hansı şikayətin təmin edildiyini təsdiq etmir.  

 

Məruzənin  əhatə etdiyi dövr ərzində iyirmi yeddi dini qrup qeydiyyata alınmış  və altı 



ərizə  rədd edilmişdir ki, bunların da beşi DQİDK tərəfindən qeyri-müsəlman dini qrup 

kimi müəyyən edilmişdir. Yenidən qeydiyyata alınmaya çağırışdan sonra əvvəlki qanunla 

qeydiyyata düşmüş 406 qrupla müqayisədə 347 dini qrup uğurla qeydiyyatdan keçmişdir. 

Qeydiyyata alınan  əksər qruplar müsəlman qruplardır. DQİDK-nin hesablamalarına 

əsasən iki min dini qrup fəaliyyət göstərir, lakin bunların çoxu qeydiyyat və ya yenidən 

qeydiyyat üçün müraciət etməmişlər. Yenidən qeydiyyata alınma zamanı problemlərlə 

üzləşmiş kiçik dini icmalardan biri Baptist təriqətidir. Onun beş  əsas kilsəsindən üçü 

uğurla yenidən qeydiyyata düşmüşdür, lakin 2005-ci ildə DQİDK  Əliabad və Neftçala 

baptist kilsələrinin ərizələrini rədd etmişdir ki, onlar da qeydiyyatsız qalmışlar.  

 

Din azadlığı haqqında qanuna əsasən siyasi partiyalar dini fəaliyyətlə  məşğul ola 



bilməzlər və dini liderlərə dövlət idarələrində  işləmək qadağandır. Dini obyektlərdən 

siyasi məqsədlər üçün istifadə edilə bilməz. 2005-ci il parlament seçkilərindən sonra 

DQİDK dini liderlərin siyasi fəaliyyəti üzərində  məhdudiyyətləri daha da sərtləşdirmək 

üçün din azadlığı haqqında qanuna dəyişikliklər planını  bəyan etmişdir. Dəyişikliklərin 

layihəsi bu məruzənin  əhatə etdiyi dövrün sonunadək özünün ilkin mərhələsində 

qalmışdır.  

 

Hökumətin tətbiq etdiyi din azadlığı haqqında qanun əcnəbilərin öz dinlərini yaymasını 



qadağan edir. 2005-ci ilin iyulunda hökumət Bakıdakı Mədh Kilsəsinin isveçli keşişinin 

vizasını yeniləməmişdir, baxmayaraq ki, məruzənin  əhatə etdiyi dövr ərzində başqa 

vizaların rədd edilməsi halı olmamışdır. Qanun DQİDK-nın icazəsi ilə dini ədəbiyyatların 

nəşr olunmasına və yayılmasına icazə verir, lakin hakimiyyət orqanları da bəzi fərdlərin 

ölkəyə dini ədəbiyyatlar gətirməsini və yaymasını  məhdudlaşdırmışdır. Dini 

ədəbiyyatların ölkəyə gətirilməsi üçün icazə alınması proseduru yorucu olaraq qalır, lakin 

dini təşkilatların verdiyi məlumatlara görə ötən il bu proses yaxşılaşmışdır və DQİDK 

müraciətlərə daha səmərəli şəkildə baxmışdır.  

 

Qeydiyyatdan keçmiş müsəlman dini qurumları sovet dövrü müftiliyi olan QMİ-nə 



tabedirlər ki, bu da məscidlərə axundlar təyin edir, ibadətləri dövri olaraq müşahidə edir 

və  hər il Məkkəyə  Həcc ziyarətlərini təşkil edir. Bunun din azadlığı haqqında qanuna 

uyğun olaraq DQİDK-da qeydiyyatdan keçmək istəyən müsəlman qrupları üçün ilkin 

nəzarət nöqtəsi olmasına baxmayaraq, buna DQİDK müdaxilə edə bilir. O, ölkədəki 

məscidlərə axund təyin edilməsi və  şəhadətləndirilməsi və  məscidlərə maliyyə  nəzarəti 

üzərində QMİ ilə  səlahiyyəti bölüşməyə  cəhd etmişdir. Bəzi müsəlman din rəhbərləri 

həm QMİ, həm də DQİDK tərəfindən müdaxilələrə etiraz etmişlər.  

 



Dövlət məktəblərində dinin tədris olunması icbari deyil. Dövlət təhsili dindən ayrıdır, 

lakin dinin məktəblərdə tədris olunması ilə əlaqədar heç bir məhdudiyyət yoxdur.  

 

Din Azadlığına Məhdudiyyətlər 



 

Məruzənin əhatə etdiyi dövrdə dövlət bəzi dini azadlıqları məhdudlaşdırmışdır. DQİDK 

bir neçə protestant qrupunun qeydiyyatını  rədd etmiş  və ya ləngitmiş, lakin qeydiyyatı 

əvvəllər rədd edilmiş və ya ləngidilmiş bir baptist kilsəsini qeydiyyata almışdır.  

 

Bundan  əlavə 2005-ci ildə  Ədliyyə Nazirliyi dini qeyri-hökumət təşkilatı (QHT) olan 



Azərbaycan Din və Demokratiya Mərkəzinin qeydiyyatını rədd etmişdir. Insan hüquqları 

üzrə  fəallar bəyan etmişlər ki, nazirlik bu qurumun qeydiyyatını onun dövlətin dini 

strukturlarını və onun fəaliyyətini tənqid etdiyinə görə rədd etmişdir.  

 

Qeydiyyata alınmamış dini qruplar fəaliyyət göstərməkdə davam edirlər və ötən illə 



müqayisədə daha az sayda rəsmi maneələr, dini ayinlərin yarımçıq kəsilməsi və ya polis 

hədə-qorxuları  və  cərimələri olmuşdur.  Əvvəlki illərdən fərqli olaraq polis reydləri 

zamanı döyülmələr haqqında məlumat yoxdur.  

 

Məsələn, 2006-cı il aprelin 16-da Bakı polisi qrupun fəaliyyətinin qanuni olub 



olmamasını yoxlamaq məqsədilə Daha Böyük Gözəllik protestant icmasının pasxa 

xidmətlərini xəbərdarlıq edilmədən yarıda kəsmişdir. Lakin qrup hökumətə  şikayət 

etdikdən sonra yerli məmurlar insidentə görə üzr istəmişlər.  

 

Yehova  Şahidlərinın üzvləri bildirmişlər ki, yerli hakimiyyət orqanları, xüsusən də 



Bakıdan kənarda, bəzi hallarda onların dini toplantılar keçirmək üçün ictimai binaları 

icarəyə götürmələrinə mane olmuş  və  şəxsi evlərdə görüşdüklərinə görə qrupun bəzi 

üzvlərini cərimə etmiş  və ya müvəqqəti saxlamışlar. Məsələn, 2005-ci il iyunun 12-də 

Bakıda polis təxminən 200 nəfər Yehova Şahidinin toplantısına müdaxilə etmiş, qrupun 

29 nəfər üzvünü polis idarəsində bir neçə saat saxladıqdan sonra azad etmişlər.  

 

Hakimiyyət orqanları Bakının Məhəbbət Baptist Kilsəsinin 2005-ci ilin iyulunda Qax 



şəhərindəki düşərgəsinə  və 2005-ci ilin noyabrında onlar Əli-Bayramlıda Baptist 

yığıncağına reyd etmişlər.  

 

Verilən məlumatlara görə 2004-cü ildə polis Gəncədə digər dini azlıqların, o cümlədən 



Yeddinci Günün Adventistlərinin toplantılarına reydlər etmişdir.  

 

Ədliyyə Nazirliyinin rəsmiləri və polis 2004-cü ildə Cümə Məscidinin icmasını məcburi 



olaraq oradan çıxarmışlar və uzun sürən məhkəmə prosesi başlamışdır. Məscid 

məruzənin əhatə etdiyi dövrün sonunadək bağlı qalmışdır.  

 

Hökumət rəsmiləri məscidin imamı  İlqar  İbrahimoğlunun siyasi fəaliyyətini Cümə 



Məscidi icmasının oradan çıxarılmasının səbəblərindən biri kimi göstərmişdir. 

Ibrahimoğlu siyasi müxalifət partiyası lideri İsa Qəmbərin 2003-cü il seçki 




kompaniyasını  dəstəkləmış  və 2005-ci ilin noyabr ayında parlament seçkiləri zamanı 

müxalifət partiyasının namizədlərinin xeyrinə təşviqat aparmışdır.  

 

2004-cü ildə ötən 2003-cü il seçki nümayişlərində iştirak etdiyinə görə günahkar bilindiyi 



üçün  İbrahimoğluna ölkədən kənara çıxmağa, o cümlədən rəsmən QHT nümayəndəsi 

kimi iştirak edəcəyi BMT və Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Təşkilatının bir 

neçə görüşlərində iştirak etməyə icazə verilməmişdir.  

 

30 iyun 2005-ci ildə Cümə  Məscidindən qovulmanın birinci ildönümündə, məscidin 



rəsmi olaraq bağlı olmasına baxmayaraq, bir qrup dindara rəhbərlik edərək Cümə 

Məscidinə ibadətə apardığına görə polis İbrahimoğlunu qısa müddətə saxlamış  və azad 

etmişdir.  

 

Yerli hüquq mühafizə orqanları ara-sıra dini ayinləri müşahidə etmiş və bəzi müşahidəçi 



xristian və müsəlmanlar dini mənsubiyyətinə görə  cəzalandırılmışlar. Din azadlığı 

haqqında qanun əcnəbilərin öz dinini yaymasını qəti qadağan edir və buna ciddi nəzarət 

edilir. Hakimiyyət orqanları təşkilatlanmış müsəlman icmasından ayrı fəaliyyət göstərən 

bir neçə iranlı  və digər xarici din xadimini qanunu pozduğuna görə ölkədən xaric 

etmişdir. Hökumət ölkədə  fəaliyyət göstərən son illər fəaliyyətləri məhdudlaşdırılmış 

islamçı missioner qruplarla (əsasən iranlılar və vəhabilər) da maraqlanmışdır. 2005-ci ilin 

mayında hökumət Sumqayıtda Səudiyyə  Ərəbistanı  tərəfindən maliyyələşdirilən Sünni 

məscidini bağlamışdır.  

 

Müxtəlif dini qruplar əvvəllər bəzi nazirliklər tərəfindən dini ədəbiyyatların gətirilməsinə 



məhdudiyyətlər qoyulduğunu və  ləngitmələr olduğunu bildirmişlər. Lakin DQİDK belə 

ədəbiyyatların gətirilməsini asanlaşdırmış  və yalnız bir neçə dini qrup DQİDK xəttilə 

ədəbiyyatların gətirilməsində çətinliklər olduğunu bildirmişdir.  

 

Hökumət dini təlimlər keçmək məqsədilə edilən səfərləri nizamlayır. Dini təhsil almaq 



üçün xaricə getmək istəyən  şəxslər DQİDK və ya Təhsil Nazirliyindən icazə almalı, 

yaxud qeydiyyatdan keçməlidirlər.  

 

Pasportlarda və ya şəxsiyyəti təsdiq edən digər sənədlərdə dini mənsubiyyətin 



göstərilməsi tələb olunmur. 1999-cu ildə məhkəmə pasport şəkillərində hicab geyinmək 

hüququnu tələb edən bir qrup müsəlman qadınının xeyrinə qərar çıxarmışdır, lakin Dini 

Əqidə və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin (DƏVAMM) verdiyi məlumata görə 

hakimiyyət orqanları müsəlman qadınlara pasport şəkillərində hicab geyinməsini qadağan 

etmişdir. 2004-cü ildə bir qrup qadın qadağaya etiraz etmək məqsədilə Avropa İnsan 

Hüquqları Məhkəməsinə (AİHM) müraciət etmişdir.  

 

Bəzi yerli hakimiyyət orqanları müsəlman qadınları  məktəblərdə hicab geyinməkdən 



çəkindirməkdə davam etmişdir. 2005-ci ilin iyununda Sumqayıt məhkəməsi bir məktəb 

müəlliməsinin dərs keçən zaman hicab geyinmək hüququnu təsdiq etmiş  və  məktəbə 

onun dərs deməyə icazə verilmədiyi iki ayın  əmək haqqının müəlliməyə ödənilməsini 

əmr etmişdir.  

 



Bir neçə ay ərzində  dəfələrələ  rədd etdikdən sonra Zaqatala rayon hakimiyyət 

nümayəndələri, nəhayət, öz oğullarına xristian adı qoymaq istəyən baptist valideynlərə 

doğum haqqında  şəhadətnamə vermişlər. Etnik gürcü azlığının nümayəndələri 

bildirmişlər ki, uşaqların qeyri-azəri adlarla qeydiyyata alınması bu rayonda xüsusilə 

çətindir.  

 

28 aprel, 2006-cı ildə öz dini inanclarına görə ölkənin icbari hərbi qulluğunu yerinə 



yetirməkdən boyun qaçırdığına görə polis Yehova Şahidlərinin üzvü Müşfiq 

Məmmədovu həbs etmişdir. Məmmədov məhkəməyə müraciət edərək, Konstitusiyaya 

əsasən, onun şüurlu etirazçı kimi alternativ hərbi xidmət hüququ vardır. Məmmədov 

istintaq təcridxanasında saxlanılmışdır. Bundan əvvlki halda, işə baxan Ali Məhkəmə 

qərar çıxarmışdır ki, Konstitusiyada dini inanclarına görə alternativ hərbi xidmət hüququ 

olmasına baxmayaraq, dini azlığın nümayəndəsi icbari hərbi xidməti yerinə yetirməlidir. 

Aşağı instansiya məhkəmələrində yeddi aylıq çəkişmələrdən sonra Ali Məhkəmə  qərar 

çıxardı ki, ölkə Ermənistanla “müharibə  şəraitində” olduğuna görə  hərbi xidmət tələbi 

fərdin alternativ xidmət hüququnu üstələyir. Bundan əlavə, məhkəmə hərbçilərin müvafiq 

icraedici qaydalar olmadığına görə  hərbinin alternativ hərbi xidmət seçimini təmin 

etməyə borclu olmaması haqqında arqumenti ilə razılaşmışdır. Nəticə etibarı ilə, fərd və 

onun ailəsi ölkəni tərk etmişdir.  

 

Baptist icmasının verdiyi məlumata görə hakimiyyət orqanları sovet ittifaqı dövründə 



müsadirə olunmuş, hazırda Bakıda mərkəzi kinoteatr kimi istifadə edilən, tarixi 

əhəmiyyətli binanı icmanın istifadəsinə qaytarmamışdır. Bəhai icması bildirmişdir ki, 

hökumət onların 2005-ci ilin avqustunda hakimiyyət orqanlarının tarixi əhəmiyyətli Bakı 

evinin onlara qaytarılması haqqında müraciətinə cavab verməmişdir. Hökumət iddia 

etmişdir ki, ölkənin tutulmuş  əmlakın geri qaytarılması haqqında qanununun olmaması 

onun binaları geri qaytarmasını mümkünsüz edir.  

 

Mətbuatın verdiyi məlumata görə, etnik ermənilərin üstünlük təşkil etdiyi, hakimiyyətin 



heç bir nəzarət etmədiyi ayrılmış Dağlıq Qarabağ regionunda Erməni Apostol Kilsəsi 

xüsusi statusdan istifadə edir. Dağlıq Qarabağın və işğal olunmuş yeddi rayonun 1990-cı 

illərdə Ermənistanla münaqişə zamanı regionu tərk etmiş  əksəriyyəti müsəlman olan 

etnik azəri əhalisi bu ərazilərə qayıda bilməmişdir.  

 

Din Azadlığına Qarşı Zorakılıqlar 



 

Bəzi məmurlar tərəfindən din azadlığının ara-sıra pozulması davam etmişdir. Bir çox 

hallarda qərəzli rəftar etnik Azərbaycanlıların qeyri-Rus Pravoslav xristianlığa və digər 

qeyri-ənənəvi dini qruplara çevrilməsinə qarşı antipatiyasını əks etdirir.  

 

2005-ci ilin martında televiziya ilə çıxış edən QMİ-nin sədri qeyri-ənənəvi dini qrupları 



təxribatçı sektalar adlandırmışdır. DQİDK-nin sədri televiziya ilə çıxışında Adventistlərin 

yeni tərəfdaşlar yığmaq üçün pulla alınmadan istifadə etdiklərini bildirmişdir. 21 iyun 

2006-cı il tarixində DQİDK-nın nümayəndəsi aparıcı telekanallardan biri ilə yayımlanmış 

çıxışında Adventistləri və başqa qeyri-ənənəvi dini qrupları  tənqid etmişdir. Eyni 




verilişdə Gəncə pravoslav kilsəsinin nümayəndələri qeyri-ənənəvi dini qrupların onların 

üzvlərinin “başını yediklərini” bildirmişlər.  

  

Qeyri-ənənəvi dini qruplar ölkənin ucqar rayonlarında, xüsusilə  də ölkənin  əsas 



ərazisindən ayrı olan Naxçıvanda fəaliyyət göstərmək üçün əsaslı problemlərlə 

üzləşmişlər. Məsələn, verilən məlumata görə, 2004-cü ilin dekabrında Naxçıvandakı 

kiçik Bəhai icmasının rəhbəri dini fəaliyyət və təlimlərə görə qısa müddətə saxlanılmış və 

sonradan azad edilmişdir. 

 

Hakimiyyət orqanları  təşkilatlanmış müsəlman icmasından ayrı  fəaliyyət göstərən və 



onların dediklərinə görə siyasi və terrorçu fəaliyyətlə  məşğul olan iranlı  və digər 

dindarların fəaliyyətini məhdudlaşdırmaq üçün müxtəlif addımlar atmışdır. Terrorçu 

fəaliyyətlə əlaqəli olmaları haqqında etibarlı məlumatlar olduğuna görə hökumət bir neçə 

Islam humanitar təşkilatını qanundankənar elan etmişdir. Hökumət, həmçinin, siyasi 

fəaliyyətlə  əlaqəli olmalarından  şübhələndiyi  əcnəbi müsəlman din xadimlərini ölkədən 

çıxarmışdır. Həmçinin, verilən məlumatlara görə hökumət təhlükəsizlik maraqları ilə 

əlaqədar müsəlman qruplarına qarşı zorakılıqlar tətbiq etmişdir. Məsələn, Xaçmazdakı 

İnsan Hüquqları Resurs Mərkəzinin verdiyi məlumata əsasən, hakimiyyət orqanları bütün 

vəhabilərin terrorçuluqla əlaqəli olduğundan  şübhələndiklərinə görə Xaçmazdakı 

vəhabilər zorakılığa məruz qalmışlar. 18 aprel, 2006-cı ildə hakimiyyət orqanları Cəmaət-

əl-Mücahiddin adlanan Vəhabi qrupunun dövlətə qarşı terror aksiyaları ittihamı ilə 

məhkum olunduğunu elan etmişlər.  

 

Ölkədə hər hansı dini məhbusun və ya saxlanılan şəxsin olması barədə məlumat yoxdur. 



2002-ci ildə  Gəncədə  həbs olunmuş sünni imamı Kazım  Əliyev AİHM-nə müraciət 

etdikdən sonra 2006-cı ildə Prezidentin əhv fərmanına  əsasən azadlığa buraxılmışdır. 

Şimal  şəhəri olan Xaçmazda icma üzvlərinin verdiyi məlumata görə ictimai qaydaları 

pozduqlarına görə  bəzi müsəlmanlar polis tərəfindən təqib edilmiş  və saxlanılmışlar. 

Faktlara əsasən polis saxlanılmış şəxslərin saqqalını qırxmışdır, lakin polis rəsmiləri dini 

səbəblərə görə kiminsə saxlanıldığını inkar etmişlər.  

 

Dinini Məcburi Dəyişmə 



 

Dinin məcburi dəyişilməsi haqqında, o cümlədən oğurlanmış, yaxud ABŞ-dan qeyri-

qanuni  şəkildə  çıxarılmış azyaşlı ABŞ  vətəndaşları  və ya bu kimi vətəndaşların ABŞ-a 

qaytarılmasının rədd edilməsi halları haqqında heç bir məlumat yoxdur.  

 

Din Azadlığına Münasibətin Yaxşılaşması 



 

Ölkədəki bəzi dini qruplar onların sərbəst fəaliyyət göstərməsi üçün şəraitin 

yaxşılaşdığını bildirmişlər. Bir neçə kilsənin qeydiyyata almışlar və ya bu gözlənilir

onlara dini ədəbiyyatı gətirməyə icazə verilir və onlar hökumətin heç bir müdaxiləsi ilə 

rastlaşmamışlar. 

 

Bakıdan kənarda olan kiçik dini icmalar yerli hakimiyyət orqanlarının qeyri-qanuni 



olaraq onların qeydiyyatını  rədd etdikləri haqqında məlumat verdikdən sonra DQİDK 


onların xeyrinə işə qarışmış və vəziyyəti düzəltmişdir. Əvvəlki illərdə DQİDK kiçik dini 

icmaların qeydiyyata alınmasına xüsusilə ciddi yanaşmış və yerli hakimiyyət orqanlarını 

belə icmaların qadağan olunmasından çəkindirməyə nail ola bilməmişdi.  

 

Məruzənin  əhatə etdiyi dövr ərzində hökumət dinlərarası anlaşmanı  təşviq etmək üçün 



fəal şəkildə iş aparmışdır. DQİDK bəzi hallarda mübahisələrin fərdi şəkildə həll olunması 

üçün müxtəlif dini icmaların rəhbərlərini bir yerə toplamış və rəsmi səfərə gələnlərin dini 

məsələləri dini xadimlərlə müzakirə etməsi üçün imkan yaratmişdır. Məruzənin  əhatə 

etdiyi dövr ərzində DQİDK din azadlığı və tolerantlıq üzrə bir neçə seminar, konfrans və 

regional görüşlər təşkil etmişdir.  

 

III Hissə. İctimai Zorakılıq və Ayrı-Seçkilik 



 

Cəmiyyətdəki dini qruplar arasındakı ümumi xoş münasibət din azadlığına müsbət təsir 

göstərmişdir, buna baxmayaraq qeyri-İslami dini inancları qəbul edən müsəlmanlara qarşı 

geniş mənfi münasibət və öz dinini yayan qruplara, xüsusilə də evangeliya xristianlarına 

və missioner qruplara qarşı düşmən münasibət vardır. Xüsusən də Ermənistanla Dağlıq 

Qarabağ üstündə həll olunmamış münaqişə bunu qabartmışdır.  

 

Əvvəlki məruzə dövrlərində olduğu kimi, qəzetlər və televiziya kanalları kiçik, zəif dini 



qrupları millətin kimliyinə  təhlükə törədən və ölkədəki dinlər arasında harmoniya 

ənənəsinə  xələl gətirən qruplar kimi təqdim etmişlər ki, bu da yerlərdə  mənfi rəftar 

hallarına gətirib çıxarmışdır. Bundan əlavə, DQİDK sədrinin bu verilişlər zamanı etdiyi 

ara-sıra qeydlər bu verilişlərin yaratdığı düşmənçilik mühitinə müsbət təsir göstərmişdir.  

 

Bu məruzənin  əhatə etdiyi müddət  ərzində bir çox qəzetlərdə  Vəhabiliyi və Xristian 



missionerliyini tənqid edən məqalələr dərc olunmuş  və televiziya kanallarından biri 

xristian kilsə ibadətlərinin “çəkilişlərini” yayımlamışdır.  Əcnəbilərin öz dinini yayması 

qanuna ziddir və buna açıq şəkildə etiraz olunur.  

 

Siyasi  İslamı yaymağa çalışan və buna görə  də sabitliyə  və sülhə  təhlükə hesab edilən 



əcnəbi müsəlman (daha çox İranlı və vəhabi) missioner fəaliyyətinə qarşı da düşmənçilik 

mövcuddur. Mətbuat hökumətin qeyri-qanuni fəaliyyətlə  məşğul olduğunu iddia etdiyi 

müsəlman icmalarını hədəfə almışdır.  

 

Həll olunmamış Dağlıq Qarabağ münaqişəsinə görə Ermənilərlə Azərbaycanlılar arasında 



daha da güclənmiş düşmənçilik güclü olaraq qalır. Ölkənin ermənilər tərəfindən nəzarət 

olunan  ərazilərində yaşayan bütün etnik Azərbaycanlılar oranı  tərk etmişlər və 

dağıdılmamış  məscidlər fəaliyyət göstərmir. Ölkənin hər yerində etnik ermənilərə qarşı 

olan nifrət onların çoxunu 1988-1990-cı illər ərzində ölkədən çıxmağa məcbur etmiş və 

on ildən çox bundan əvvəl baş vermiş etnik çıxışlar zamanı çoxuna xəsarət yetirilmiş 

erməni kilsələri bağlı olaraq qalmaqdadır. Bunun nəticəsi olaraq, ölkədə qalmış təxminən 

on mindən otuz minədək etnik erməni, öz ənənəvi ibadət yerlərində ayinlərdə iştirak edə 

bilməmişlər.  

 



Ölkədə  yəhudilərə qarşı çox az sayda mənfi münasibət və ayrı-seçkilik, bir neçə ahti-

semitizm halları müşahidə edilmişdir, lakin hökumət bu hallara dərhal reaksiya vermişdir. 

Yəhudi icmasının rəhbərləri Hökumət və digər dini icmaların rəhbərləri ilə müsbət 

münasibətlərinin olmasını  dəfələrlə ifadə etmişlər. 2004-cü ildə Bakıda yüksək vəzifəli 

dövlət məmurlarının iştirakı ilə  yəhudi icmasının yeni mərkəzi açılmışdır. Hakimiyyət 

orqanları  həmçinin 200 yəhudi  şagirdinin dünyəvi və dini təhsil alması üçün Bakı 

məktəblərindən birinin bir hissəsini ayırmışdır.  

 

IV Hissə. ABŞ Hökumətinin Siyasəti 



 

ABŞ hökuməti insan hüquqlarının təşviq edilməsi siyasətinin bir tərkib hissəsi kimi 

hökumətlə din azadlığı  məsələsini müzakirə edir. Məruzənin  əhatə etdiyi dövr ərzində 

səfirlik nümayəndələri qeydiyyat prosesi və qeyri-ənənəvi dini qruplara qarşı ümumi 

münasibətlə bağlı narahatlıqlarını DQİDK-nın sədrinə çatdırmışlar. Səfirlik 

nümayəndələri, həmçinin, hökumətin digər nümayəndələrinin din azadlığı ilə bağlı 

öhdəlikləri və mətbuatda açıq şəkildə bildirilənlər barədə narahatlıqlarını ifadə etmişlər.  

ABŞ səfirliyi dini ədəbiyyat üzərində senzuraya qarşı etirazlarını dəfələrlə bildirmiş və, 

həmçinin, din azadlığı haqqında qanuna təklif olunan dəyişikliklərin dindarların 

haqqlarına nə  dərəcədə hörmətlə yanaşacağı ilə  əlaqədar öz narahatçılıqlarını izhar 

etmişlər.  

 

Səfir və səfirlik işçiləri din azadlığını müşahidə etmək məqsədilə əsas Müsəlman, Rusiya 



Pravoslav və Yəhudi dini icmalarının nümayəndələri ilə sıx əlaqə saxlayır və qeyri-rəsmi 

dini qrupların üzvləri ilə müntəzəm olaraq görüşürlər. Səfir və səfirlik işçiləri, həmçinin, 

din azadlığı məsələləri ilə məşğul olan QHT-lərlə sıx əlaqə saxlayır. 

 

 



Yüklə 172,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə