Asif Ata NİzamiLİK (Bədii-fəlsəfi esse)



Yüklə 242,32 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix04.11.2017
ölçüsü242,32 Kb.
#8444
1   2   3   4   5   6   7   8   9

Vəhşi atlar kimi çöldə qaçaraq

Vəhşilərə munis olmuşdu ancaq. 

 

Dünyanın toruna düşən heyvanlar 

Onun dörd yanında qurmuşdu hasar. 

 

Bəzən ceyranlarla bağlardı ülfət. 

Bəzən marallarla bağlardı ülfət. 

 

Dostla bir bədəndə tutmaqçün qərar, 

İstərdi tənindən tez olsun kənar. 

 

Lakin Fərhadın Leylisi yoxdur. 



Şirin gözəldir, cazibədardır, ismətlidir, ancaq Leyli deyil. 

Leyli Xosrovu sevməzdi, Şirin Fərhadı sevmədiyi kimi. 

Əsərdə Fərhad qədər məhəbbətdən faydalanan da yoxdur. 

Şirin vüsala yetir, Xosrov kamilləşir məhəbbətdə. 

Fərhad müqəddəs duyğular axarına qovuşur – məhəbbətdə hədsiz güc, qüdrət gəlir biləklərinə, 

Bisütun dağını parçalayır, Şirini qucağında dağların arasından keçirir. 

Məhəbbətin Fərhad səviyyəsi yaranır və bu səviyyə dastana ülvilik gətirir. 

Xosrov, məhəbbətində özü üzərində qələbə çalır. 

Şirin, məhəbbətində öz insani ləyaqətini təsdiq edir. 

Fərhad, məhəbbətində yeni sevgi zirvəsi yaradır. 

Şuriyyə həm Xosrovun, həm də Şirin övladıdır. 

 

Məryəmdən olmuşdu bir kal övladı, 



Şir kimi qorxulu, Şuriyyə adı. 

 

Beyni xərçəng dolu, zorba bir eşşək, 

Ürək bulandırdı üzünü görcək. 

 

Ala və göygözlü bir üzü gülməz, 

Ondan iyrənirdi rast gəlsə hər kəs. 

 

Xosrov qeyri-sabitliyində, natamlığında, nəfs düşkünlüyündə şər yaratmaq imkanı var. 



Şuriyyə  –  Xosrov  daxili  aləminin  gizli  guşələrində  yaşayan  ehtirasların  eybəcər  şəkildə 

ifadəsidir. 

Şuriyyə-Xosrov mənəvi dünyasının ikiliyinə dəlalət edir. 

Xosrovda gözəl, parlaq, ali nə varsa, o Şirinə olan sevgisində üzə çıxır. 

Xosrov şəxsiyyətində eybəcər və naqis nə varsa, o, Şuriyyənin timsalında aşkara çıxır. 

Şahlığın, zadəgan eyş-işrətinin, ifrat nəşəsevərliyin bir Şuriyyə bataqlığı mütləq var! 

Xosrov Şuriyyə kimi pozğun və qəddar şəxs deyil. 

Ancaq Xosrov qızğınlığı, mənəm-mənəmliyi; hərisliyi Şuriyyə azğınlığını hazırlayırdı. 

Şuriyyə hərcayi həvəs və şəhvət mayasının gətirdiyi qazancdır. 

 

 




Belindən gələn bir damla şəhvət, 

Sənin öz belini əydi nəhayət. 

 

Şuriyyə, Xosrov aləminə xas olan mənəvi iqlimin yetirdiyi məhsuldur. 



Əxlaqi naqislik ilə şər və cinayət arasında məsafə qısadır. 

Şuriyyə mühitdə bərqərar olmuş eybəcərlikdən bircə addım irəli gedir və dəhşət yaranır. 

 

Pəncərədən girdi bir div sifətli

Məhəbbət düşməni, çirkin xislətli. 

 

Qəzəbdən qəssabtək bulanmış qana, 

Nifrəttək od səpdi kini hər yana. 

 

Oğru kimi evi gəzdi, dolandı, 

Şahın otağını tapıb yanaşdı. 

 

Şahın ciyərinə xəncəri vurdu, 

Şam söndü, Xosrovun ürəyi durdu. 

 

Bu dəhşətin eybəcər işığında Xosrov natamlığının, şahlıq, zadəganlıq naqisliyinin mahiyyəti 



çılpaq şəkildə aşkara çıxır. 

Şuriyyə təbiətin yaratdığı şərdir. 

Şuriyyə təbiətin pozğunluqdan aldığı intiqamdır. 

Şuriyyə – iradə zəifliyinin, eyş-işrət əsirliyinin törəməsidir. 

Ehtirasın ağılı söndürdüyü bir mühitdə – ata qatilliyi də mümkündür. 

“Xosrov və Şirin” məhəbbət dastanıdır. 

Şirinin böyük qələbəsidir – məhəbbət. 

Xosrovun həyat dərsidir – məhəbbət. 

Fərhadın hünər meydanıdır – məhəbbət. 

Nizaminin dünya ilə söhbətidir – məhəbbət. 

 

IV. ZƏMANƏ İLƏ DÖYÜŞ 

 

İnsan  nə  vaxt  ucalır?  Ali  ehtirasın  əbədi  yolçusuna  çevriləndəmi,  özünü  müqəddəs  duyğu 



axarında  itirəndəmi,  yüksək  və  munis  məqsədlə  eyniləşəndəmi,  ömrünü  inamına  tapşırandamı, 

yoxsa ilıq yarımhisslərin nəşəsiylə xumarlanandamı?! 

İnsan  nə  vaxt  müdrikləşir?  Ehtiras  dənizinin  dalğasına  dönəndəmi,  böyük,  qadir,  xalis 

duyğular selinin sularına qərq olandamı, qaynar, coşğun, məğrur hisslərin arxasınca gedəndəmi, 

yoxsa yüngülməcaz, dayaz sevgilərdə səadət tapandamı?! 

Nədir məhəbbət? 

Zəruri tələbin güclə alışdırdığı adi bir gözmü, alovları səmaya qalxan gur ocaqmı? 

Məhəbbətdə ağıllı kimdir, dəli kim? 

Özünü  dağa-daşa  salanmı,  fəryadından  yer-göy  titrəyənmi,  eşqi  dünyanı  ağladanmı,  bəsit 

məhəbbət  səddlərini  uçuranmı,  mənliyini  unudanmı,  yoxsa  yarımsevgi  xülyasına  pərçimlənib 

miskin rahatlıqdan həzz alanmı? 

Məhəbbətdə xoşbəxt kimdir, bədbəxt kim? 




Dərd  çəkən,  göz  yaşı  tökən,  əzab  sularında  təmizlənən,  xalisləşən,  munisləşən  qəm  əhlimi, 

yoxsa yüngül və ucuz sevinc fəvvarəsimi? 

Nizaminin  “Leyli  və  Məcnun”unda  əsil  insani,  ali  həyat  tərzi  və  yüksək,  müdrik,  qeyri-adi 

məhəbbət təsdiq olunur. 

Dünya ciddilərin, xalislərin, munislərin, cəfakeşlərin, fədakarların, vəfadarlarındır. 

Yaxşı  yaşamaq  –  dərin  duymaq,  miqyaslı  düşünmək,  çətin  məneələr  dəf  etmək,  dözüm  və 

mətanət odunda bərkimək deməkdir. 

Əsil məhəbbət intəhasız, ölçüsüz, qeyri-adi, ülvi duyğudur. 

Məhəbbətin dəliliyi – məhəbbətin əsilliyidir. 

Qeyri-adilik sevginin adi keyfiyyətidir. 

Həmin keyfiyyət adi təsəvvürlərə sığmır. 

Ona görə də Məcnun “dəli”adlanır. 

Əsərin qayəsi məcnunluğun tərənnümü, bədii-fəlsəfi təsdiqidir. 

Burada bədii təfəkkür adi təsəvvürlərlə mübahisəyə girişir, onu rədd edir. 

Əsərdə məhəbbət – “dəliliyin” böyük bədii-idrakı pafosla səslənir. 

Məcnun  “dəlidir”,  çünki  bəsit  şüur  indiyə  qədər  Məcnun  məhəbbəti  görməmişdi;  Məcnun 

fəryadı eşitməmişdi, Məcnun fədakarlığının şahidi olmamışdı. 

Çünki Məcnun öz sevgisində bəsit şüurun hüdudundan kənara çıxıb. 

 

Dilində hər gecə hicran qəzəli, 

Pünhan axtarırdı nazlı gözəli. 

 

Onun qapısını öpüb hər gecə 

Yenə qayıdardı ordan gizlicə. 

 

Gedən baş yel kimi əsərdi o, bil, 

Geri qayıtması çəkərdi bir il. 

 

Gedən baş quşu da vurub ötərdi, 

Gələn baş yolunda tikan bitərdi. 

 

Gedən baş sellərə bənzəri vardı, 

Gələn baş yolları çuxur olardı. 

 

Gəzərdi cananı ayağı qabar, 

Elə bil altında yorğa bir at var. 

 

Evinə dönəndə deyirdi ürək: 

Qarşımda quyu var, arxamda külək. 

 

Bəsit şüur sevən görmüşdü, ancaq Məcnun kimi canından keçən görməmişdi. 

Bəsit  şüur  hicran  anlarında  qəmlənən  aşiq  görmüşdü,  ancaq  yeri,  göyü  titrədən  aşiq 

görməmişdi. 

 

Məcnun görmədikdə Leylini bəzən

Bir sel axıdardı öz kirpiyindən. 



Yüklə 242,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə