Aşağıdakı fikirlərdən hansə düzgündür. A dini nikah hüquqi əhəmiyyətə malik deyildir; b analıq, atalıq



Yüklə 359,85 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix12.10.2018
ölçüsü359,85 Kb.
#73483
1   2   3   4   5   6   7   8   9   10   11

74

Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda .......... 

nikaha xitam verilmiş sayılır.

A) pozulmanın qüvvəyə mindiyi gündən

B) elə pozulma anından

C) pozulma haqqında qərar qəbul edildiyi andan

D) 3 ay sonra

E) pozulmanın dövlət qeydiyyatına alındığı gündən

75

Nikah məhkəmə qaydasında pozulduqda ........... nikaha xitam 



verilmiş sayılır.

A) bu barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi 

gündən

B) bu barədə məhkəmənin qətnaməsi çıxarılan gündən



C) bu barədə məhkəmənin qətnaməsi tərəflərə elan edilən gündən

D) bu barədə məhkəmənin qətnaməsinin surəti tərəflərə göndərilən 

gündən

E) bu barədə məhkəmənin qətnaməsinin surəti tərəflərə verilən 



gündən

76

Nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə 



mindiyi gündən .... gün müddətində məhkəmə bu qətnamədən 

çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.

A) 1

B) 2


C) 3

D) 4


E) 5

77

Ər (arvad) ............... yenidən nikaha daxil ola bilməz.



A) nikah müqaviləsi pozulana qədər

B) nikahın pozulması qanuni qüvvəyə minənə qədər

C) məhkəmə tərəfindən müəyyən edilən vaxta qədər

D) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər

E) müvafiq icra hakimiyyətinin müəyyən etdiyi vaxta qədər

78

Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə 



minmiş qətnamədən çıxarışı .... gün müddətində nikahın bağlandığı 

müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.

A) 1

B) 2


C) 3

D) 4


E) 5

79

Etibarsız hesab edilmiş nikah onun ............... etibarsız sayılır.



A) qüvvəyə mindiyi gündən

B) bağlandığı gündən

C) qeydiyyata alındığı gündən

D) müraciət edildiyi gündən

E) etibarsızlığının müəyyən edildiyi gündən



80

Nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni 

məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan 

şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz 

hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək 

iqtidarında olmadıqda bağlanarsa, nikahın etibarsız sayılmasını 

tələb etmək hüququna malikdir:

A) yetkinlik yaşına çatmayan ər (arvad)

B) nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad)

C) yalnız 18 yaşlı ər (arvad)

D) ərin (arvadın) valideynləri (onları əvəz edən şəxslər)

E) pozulmamış əvvəlki nikah üzrə ər (arvad)

81

Aşağıdakılardan hansı yanlışdır?



A) Nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın 

bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, 

məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı 

hesab edə bilər.

B) Yetkinlik yaşına çatmayan ərin (arvadın) mənafeyi tələb 

etdikdə, nikah yaşına çatmayan şəxslə bağlanmış nikahın etibarsız 

sayılması barədə iddianı məhkəmə rədd edə bilər.

C) Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər 

faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə 

bilər.


D) Ər-arvad arasında nikah bağlanması üçün qanunla qadağan 

olunmuş qohumluq halları və ya nikah bağlanarkən onlardan 

birinin başqa şəxslə pozulmamış nikahda olduğu hallar istisna 

olmaqla, əvvəllər pozulmuş nikah sonradan etibarsız sayıla bilməz.

E) Yetkinlik yaşına çatmayan ərin (arvadın) nikahın etibarsız 

sayılması barədə razılığı olmadıqda, nikah yaşına çatmayan şəxslə 

bağlanmış nikahın etibarsız sayılması barədə iddianı məhkəmə rədd 

edə bilər.

82

Nikahın etibarsız sayılması bu nikahdan doğulan və ya nikahın 



etibarsız sayılması günündən sonra ..... gün ərzində doğulan 

uşaqların hüquqlarına təsir etmir.

A) 300

B) 270


C) 365

D) 330


E) 240


83

Aşağıdakılardan hansı yanlışdır?

A) Nikahı etibarsız sayılmış şəxslərin birgə əldə etdikləri əmlaka 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi paylı 

mülkiyyət haqqında müddəaları tətbiq edilir.

B) Nikah etibarsız hesab edilərkən məhkəmə, belə nikahın 

bağlanması nəticəsində hüquqları pozulmuş ərin (arvadın) 

saxlanması üçün digər tərəfdən vəsait tuta bilər.

C) Nikah etibarsız hesab edilərkən məhkəmə, nikah müqaviləsini 

tamamilə və ya qismən etibarlı hesab edə bilər.

D) Ər (arvadın) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki 

qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb 

edə bilər.

E) Nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan 

zaman keçdiyi soyadı saxlaya bilməz.

84

Aşağıdakılardan hansı yanlışdır?



A) Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün 

ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki 

soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə 

birləşdirə bilər.

B) Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik 

olduqda soyadların birləşdirilməsinə yol verilmir.

C) Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının 

dəyişdirməsinə səbəb olmur.

D) Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq 

hüququna malik deyil.

E) Nikah pozulduqda ər (arvad) əvvəlki soyadını bərpa etmək 

hüququna malikdir.

85

Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının ............ 



hesab olunur.

A) müqavilə rejimi

B) qanuni rejimi

C) hüquqi rejimi

D) faktiki rejimi

E) ümumi rejimi

86

Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın 



əmlakının ............. fəaliyyət göstərir.

A) ümumi rejimi

B) müqavilə rejimi

C) qanuni rejimi

D) hüquqi rejimi

E) faktiki rejimi

87

Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-



arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan 

Respublikasının ...................... uyğun olaraq müəyyən olunur.

A) mülki-prosessual qanunvericiliyinə

B) inzibati qanunvericiliyinə

C) torpaq qanunvericiliyinə

D) ailə qanunvericiliyinə

E) mülki qanunvericiliyinə



Yüklə 359,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə