Aşağıdakı fikirlərdən hansə düzgündür. A dini nikah hüquqi əhəmiyyətə malik deyildir; b analıq, atalıq



Yüklə 359,85 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix12.10.2018
ölçüsü359,85 Kb.
#73483
1   2   3   4   5   6   7   8   9   10   11

98

Yetkinlik yaşına çatmayan uşaqlarının vurduğu zərərə görə ər-arvad 

....................... müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

A) mülki qanunvericiliklə

B) cinayət qanunvericiliyi ilə

C) inzibati qanunvericiliklə

D) əmək qanunvericiliyi ilə

E) vergi qanunvericiliyi ilə

99

Aşağıdakılardan hansı yanlışdır?



A) Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi 

əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan 

ona çata biləcək paya yönəldilə bilər.

B) Ər-arvadın ümumi öhdəlikləri üzrə alınmış vəsaitin ailə 

ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən 

edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların 

ümumi əmlakına yönəldilir.

C) Ər-arvadın ümumi əmlakının onlardan birinin cinayət yolu ilə 

qazandığı vəsait hesabına əldə edildiyi və ya artırıldığı 

məhkəmənin hökmü ilə müəyyən olunduqda, ödəmə bu əmlakın 

hamısına yönəldilə bilməz.

D) Ər-arvadın ümumi əmlakının onlardan birinin cinayət yolu ilə 

qazandığı vəsait hesabına əldə edildiyi və ya artırıldığı 

məhkəmənin hökmü ilə müəyyən olunduqda, ödəmə əmlakın bir 

hissəsinə yönəldilə bilər.

E) Ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə 

ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən 

edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların 

ümumi əmlakına yönəldilir.

100


Nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və pozulması 

barədə ər (arvad) öz .............. məlumat verməlidir.

A) vəkilinə

B) uşaqlarına

C) nümayəndəsinə

D) kreditoruna

E) borclusuna

101


Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə 

müəyyən olunmuş qaydada ...................... əsaslanır.

A) onların qeydiyyata alınmasına

B) onların yaranma şəraitinə

C) uşağın mənşəyinin təsdiq olunmasına

D) valideynlərin razılığına

E) uşaqların razılığına



102

Uşağın anadan mənşəyi (analıq) müəyyən olunmur:

A) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd 

əsasında


B) uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma 

kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən

C) heç bir sənəd olmadıqda şahid ifadələri əsasında məhkəmə 

tərəfindən

D) heç bir sənəd olmadıqda  digər sübutlar əsasında məhkəmə 

tərəfindən

E) uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma 

kömək göstərmiş həkimin sənədi əsasında məhkəmə tərəfindən

103


Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də 

nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın 

atasının ölümündən .... gün ərzində doğulduqda, başqa sübutlar 

yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur.

A) 365

B) 270


C) 300

D) 330


E) 240

104


Aşağıdakı hallardan hansında atalıq müvafiq icra hakimiyyəti 

orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq 

olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunmur?

A) Ana razı olmadıqda

B) Ana fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə

C) Ananın yerini müəyyən etmək mümkün olmadıqda

D) Ana valideynlik hüquqlarından məhrum edildikdə

E) Ana öldükdə

105

Aşağıdakılardan hansı yanlışdır?



A) Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur.

B) Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının 

və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri 

ilə müəyyən olunur.

C) Uşağın öz aralarında nikahda olmayan valideynləri atalığın 

müəyyən olunması haqqında birgə ərizəni müvafiq icra hakimiyyəti 

orqanına ananın hamiləliyi dövründə vermək hüququna malik 

deyillər.

D) Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən 

olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti 

olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra 

hakimiyyəti orqanının razılığı ilə yol verilir.

E) Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra 

aparılır.




106

Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin 

birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq 

aşağıdakı şəxslərdən hansının ərizəsi əsasında məhkəmə 

qaydasında müəyyən oluna bilməz?

A) uşağın valideynlərindən birinin

B) uşağın vəkilinin

C) uşağı saxlayanın

D) uşaq yetkinlik yaşına çatdıqda onun özünün

E) uşağın qəyyumunun (himayəçisinin)

107

Aşağıdakılardan hansı yanlışdır?



A) Valideynlər öz aralarında nikahda olmadıqda uşağın atası 

haqqında qeyd uşağın atasının və anasının birgə ərizəsi və ya atanın 

ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.

B) Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən 

olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin 

qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın 

atasının soyadının əvəzinə ananın soyadı yazılır.

C) Öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun 

implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin 

həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının 

(surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar 

uşağın valideynləri kimi qeydə alınırlar.

D) Öz aralarında nikaha daxil olan və başqa qadına embrionun 

implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər uşağı doğan 

qadının razılığı olmadan uşağın valideynləri kimi yazıla bilərlər.

E) Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə 

yazılır.

108


 .... yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti 

əldə etməyən şəxslər uşaq hesab olunurlar.

A) 15

B) 16


C) 17

D) 18


E) 19

109


Valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum 

olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, 

uşağın ailədə tərbiyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

təmin edilir. Müvafiq icra hakimiyyəti orqanı dedikdə hansı orqan 

nəzərdə tutulur?

A) Qəyyumluq və himayə orqanı

B) Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri

C) Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanı

D) Məhkəmələr

E) Konsulluq idarələri




Yüklə 359,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə