Aşağıdakı fikirlərdən hansə düzgündür. A dini nikah hüquqi əhəmiyyətə malik deyildir; b analıq, atalıq



Yüklə 359,85 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix12.10.2018
ölçüsü359,85 Kb.
#73483
1   2   3   4   5   6   7   8   9   10   11

128

Uşağı götürən müvafiq icra hakimiyyəti orqanı dərhal prokurora 

məlumat verməyə, uşağı müvəqqəti yerləşdirməyə borcludur. 

Həmin orqan uşağın alınması barədə aktın çıxarılmasından sonra 

.... gün ərzində məhkəməyə valideynləri valideynlik hüquqlarından 

məhrumetmə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia 

ilə müraciət edə bilər.

A) 3


B) 7

C) 5


D) 10

E) 15


129

Valideynlər (onları əvəz edən şəxslər) Uşaqların tərbiyəsi ilə bağlı 

iş üzrə məhkəmə qətnaməsinin icrasına mane olarlarsa, onlar 

barəsində ..................... nəzərdə tutulmuş tədbirlər tətbiq olunur. 

A) mülki qanunvericiliklə

B) inzibati qanunvericiliklə

C) cinayət-prosessual qanunvericiliyi ilə

D) cinayət qanunvericiliyi ilə

E) mülki-prosessual qanunvericiliklə

130


Uşağın alınıb başqa bir şəxsə verilməsi ilə əlaqədar məhkəmə 

qətnaməsinin məcburi icrasında müvafiq icra hakimiyyəti 

orqanının, uşağı götürən şəxsin, zəruri hallarda isə ............ orqanı 

nümayəndəsinin iştirakı vacibdir.

A) məhkəmə

B) milli təhlükəsizlik

C) prokurorluq

D) polis


E) ədliyyə

131


Aşağıdakılardan hansı yanlışdır?

A) Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

B) Uşaqları saxlamağın qayda və formasını məhkəmə müəyyən 

edir.


C) Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq 

barədə saziş bağlamaq hüququna malikdirlər.

D) Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün 

vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

E) Aliment ödənilməsi barədə valideynlər arasında saziş 

olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və 

məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti 

orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması 

barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq 

hüququna malikdir.

132

Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların 



valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın 

və (və ya) valideynlərin başqa gəlirlərinin .............. miqdarında 

aliment tutulur.

A) dörddə bir hissəsi

B) üçdə bir hissəsi

C) beşdə bir hissəsi

D) ikidə bir hissəsi

E) altıda bir hissəsi




133

Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların 

valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın 

və (və ya) valideynlərin başqa gəlirlərinin .............. miqdarında 

aliment tutulur.

A) dörddə bir hissəsi

B) üçdə bir hissəsi

C) beşdə bir hissəsi

D) ikidə bir hissəsi

E) altıda bir hissəsi

134

Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların 



valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa 

görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin .............. 

miqdarında aliment tutulur.

A) dörddə bir hissəsi

B) üçdə bir hissəsi

C) beşdə bir hissəsi

D) ikidə bir hissəsi

E) altıda bir hissəsi

135

Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı 



digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı məhkəmə 

tərəfindən .......... müəyyən edilir.

A) gəlirlərinin dörddə bir hissəsi məbləğində

B) gəlirlərinin üçdə bir hissəsi məbləğində

C) gəlirlərinin beşdə bir hissəsi məbləğində

D) gəlirlərinin ikidə bir hissəsi məbləğində

E) sabit pul məbləğində

136


Uşaq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji 

müəssisələri tərk etdikdə aliment məbləğlərinin cəmi və alimentin 

dövriyyəsindən əldə olunan gəlirin ........ faizi uşağın adına bankda 

açılan hesaba köçürülür.

A) 20

B) 25


C) 50

D) 75


E) 40

137


Aşağıdakılardan hansı yanlışdır?

A) Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də 

gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

B) Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi 

yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini 

saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

C) Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti 

olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment 

əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan 

məhkəmə qaydasında tutulur.

D) Uşaqlar valideynlik hüquqlarından məhrum edilən 

valideynlərinə aliment ödəməkdən azad edilmirlər.

E) Əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı 

tərəflərin sazişi ilə də müəyyən oluna bilər.




138

Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu 

köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında 

alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə 

və ümumi uşaqlarının doğulduğu gündən .... il ərzində arvad zəruri 

vəsaitə malik olan ərin aliment ödəməsini məhkəmə qaydasında 

tələb etmək hüququna malikdir.

A) 1


B) 2

C) 3


D) 4

E) 5


139

Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu 

köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında 

alimentin ödənilməsi barədə saziş olmadıqda 18 yaşından yuxarı .... 

qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad 

zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə 

qaydasında tələb etmək hüququna malikdir.

A) I


B) II

C) III


D) I və ya III

E) I və ya II

140

Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən .... il 



ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə 

qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment 

ödəməyi tələb etmək hüququna malikdir.

A) 1


B) 2

C) 3


D) 4

E) 5


141

Nikah pozulana qədər və ya nikah pozulduğu gündən .... il ərzində 

əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər 

(arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri 

vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb 

etmək hüququna malikdir.

A) 1

B) 2


C) 3

D) 4


E) 5

142


Ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 

.... il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi 

yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra 

məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən 

(arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.

A) 1


B) 2

C) 3


D) 4

E) 5



Yüklə 359,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə