Aşağıdakı fikirlərdən hansə düzgündür. A dini nikah hüquqi əhəmiyyətə malik deyildir; b analıq, atalıq



Yüklə 359,85 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix12.10.2018
ölçüsü359,85 Kb.
#73483
1   2   3   4   5   6   7   8   9   10   11

165

Məhkəmədə övladlığa götürmə barədə işə müvafiq icra hakimiyyəti 

orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə 

tutulmuş ............. qaydasında baxılır.

A) iddia icraatı

B) xüsusi icraat

C) xüsusi iddia icraatı

D) əmr icraatı

E) icra icraatı

166


Aşağıdakılardan hansı yanlışdır?

A) Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin 

(şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata 

keçirilir.

B) Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının 

dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata 

alınır.

C) Övladlığa götürənlərin və övladlığa götürülən uşaqların hüquq 



və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin 

müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi 

gündən 3 gün sonra yaranır.

D) Hər hansı şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr 

vasitəsilə övladlığa götürmək yolverilməzdir.

E) Uşaq öldükdə övladlığa götürməyə yol verilmir.

167

Övladlığa götürmək hüququna malikdir:



A) məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya 

məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər

B) məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş 

və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər

C) qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə 

qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər

D) səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən 

şəxslər


E) Aralarında nikah olmayan şəxslərdən biri

168


Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən 

uşağın yaş fərqi .... az olmamalıdır.

A) 14-dən

B) 15-dən

C) 16-dan

D) 17-dən

E) 18-dən

169


Aşağıdakılardan hansı yanlışdır?

A) Valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi 

qəbul edildikdən sonra öz uşaqlarını övladlığa vermək barədə 

razılığı geri götürə bilərlər.

B) Ögey ata (ögey ana) uşağı övladlığa götürəndə yaş fərqinin 

olması tələb edilmir.

C) Məhkəmə tərəfindən üzürlü hesab edilən səbəb olduqda, 

övladlığa götürülən uşaq ilə övladlığa götürən arasındakı yaş fərqi 

qısaldıla bilər.

D) Valideynlər öz uşaqlarını konkret şəxsə və ya konkret şəxsi 

göstərmədən övladlığa verməyə razılıq verə bilərlər.

E) Valideynləri olan uşaq valideynlərinin razılığı ilə övladlığa 

götürülə bilər.



170

Valideynlər ..................... övladlığa götürməyə onların razılığı tələb 

olunur.

A) valideynlik hüquqlarından məhrum edilmişlərsə



B) valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il 

müddət keçmişsə 

C) qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti 

olmayan hesab edilmişlərsə

D) valideynlik hüquqlarından məhrum edilməmişlərsə

E) qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş hesab 

edilmişlərsə

171


Valideynlər .... aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, 

qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, 

onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun 

qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, 

övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər.

A) 5


B) 6

C) 8


D) 4

E) 2


172

Aşağıdakılardan hansı yanlışdır?

A) Qəyyumluqda (himayədə) olan uşaqların övladlığa götürülməsi 

üçün qəyyumların (himayəçilərin) yazılı razılığı olmalıdır.

B) Himayədar ailənin öhdəsində olan uşaqların övladlığa 

götürülməsi üçün onların himayədar valideynlərinin yazılı razılığı 

lazımdır.

C) Tərbiyə, müalicə, ailənin sosial müdafiəsi müəssisələrində və 

digər analoji müəssisələrdə yerləşən uşaqların övladlığa 

götürülməsinə həmin müəssisələrin rəhbərləri yazılı razılıq 

verməlidirlər.

D) 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq 

verməsi zəruridir.

E) Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa 

götürmək istəyənin ailəsində yaşamışsa və onu öz valideyni hesab 

edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı 

olmadan aparıla bilməz.

173


Övladlığa götürülmüş uşağın doğum tarixi uşaq .... yaşına çatana 

qədər, .... aydan çox olmayaraq dəyişdirilə bilər.

A) 1; 2

B) 2; 1


C) 1; 3

D) 3; 1


E) 2; 3


174

Aşağıdakılardan hansı yanlışdır?

A) Övladlığa götürənlərin valideyn kimi yazılması zəruriliyi barədə 

övladlığa götürmə haqında məhkəmə qətnaməsində göstərilir.

B) Tərbiyəçi öldükdə övladlığa götürmə faktı məhkəmə qaydasında 

müəyyən oluna bilər, yalnız o şərtlə ki, yetkinlik yaşına 

çatmayanlar ailədə doğma uşaq kimi qəbul edilsin.

C) Tərbiyəçi öldükdə övladlığa götürmə faktı məhkəmə qaydasında 

müəyyən oluna bilər, yalnız o şərtlə ki, övladlığa götürən 

sağlığında bu barədə məhkəməyə ərizə təqdim etmiş olsun.

D) Övladlığa götürülmə vaxtınadək ailə başçısını itirməyə görə 

pensiya, dövlət müavinəti almaq hüququna malik olan yetkinlik 

yaşına çatmayanlar bu hüququ övladlığa götürüldükdən sonra 

itirirlər.

E) Övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini 

yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb 

olunurlar.

175


Övladlığa götürmə aşağıdakı hallardan hansında ləğv edilmir:

A) övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik 

vəzifələrini yerinə yetirmədikdə

B) övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə 

etdikdə

C) övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar 



münasibət bəslədikdə

D) övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda

E) övladlığa götürənlər arasındakı nikah pozulduqda

176


Övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin 

özləri, uşağın valideynləri, övladlığa götürülən .... yaşına çatmış 

uşaq və müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər.

A) 10


B) 14

C) 15


D) 16

E) 18


177

Qəyyumluq .... yaşınadək, himayəçilik .... yaşından .... yaşınadək 

olan uşaqlar üzərində təyin edilir.

A) 14; 14; 18

B) 15; 15; 18

C) 16; 16; 18

D) 12; 12; 18

E) 13; 13; 18

178

Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı 



Azərbaycan Respublikasının ............. qanunvericiliyi ilə müəyyən 

edilir.


A) ailə

B) mülki


C) mənzil

D) inzibati

E) cinayət



179

Qəyyum (himayəçi) ola bilərlər:

A) alkoqolik və narkomanlar

B) qəyyumluq (himayə) vəzifələrini icra etməkdən kənarlaşdırılmış 

şəxslər

C) valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər



D) səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə 

bilməyən şəxslər

E) yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər

180


Aşağıdakılardan hansı yanlışdır?

A) Uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi 

və əxlaqi inkişafının qeydinə qalmaq uşağın qəyyumunun 

(himayəçisinin) hüquq və vəzifəsidir.

B) Qəyyumluqda (himayədə) olan uşağın qəyyumunun 

(himayəçisinin) qəyyumluq və himayə orqanlarının tövsiyələrini və 

uşağın rəyini nəzərə almaqla, onun tərbiyə üsullarını sərbəst 

müəyyənləşdirmək hüququ vardır.

C) Qəyyumluqda (himayədə) olan uşağı hər hansı təşkilat, şəxs və 

ya yaxın qohum qanuni əsasla saxlayarsa, qəyyumun (himayəçinin) 

məhkəmə yolu ilə uşağın qaytarılmasını tələb etmək hüququ var.

D) Uşağın valideynləri, yaxın qohumları ilə ünsiyyət uşağın 

maraqlarına cavab vermədiyi hallardan başqa, qəyyumun 

(himayəçinin) uşağın onlarla ünsiyyət saxlamasına icazə verməmək 

hüququ yoxdur.

E) Hər ay uşağın qəyyumuna (himayəçisinə) onun saxlanması üçün 

dövlət tərəfindən təyin edilmiş maddi vəsait verilir.

181


Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın 

bağlanma şərtləri ........................ qanunvericiliyi ilə müəyyən 

edilir.

A) Azərbaycan Respublikasının



B) onun daimi yaşadığı ölkənin

C) onun müvəqqəti yaşadığı ölkənin

D) onun ölkəsinin

E) onun tranzit keçdiyi ölkənin

182

Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin 



tapıldığı vaxtdan .... gündən gec olmayaraq verilməlidir.

A) 5


B) 7

C) 10


D) 15

E) 30


183

Ölümün qeydə alınması aparılmır:

A) ölmüş şəxsin yaşamış olduğu yerdə

B) ölmüş şəxsin qeydiyyatda olduğu yerdə

C) ölüm faktının müəyyən edilməsi haqqında qətnamə çıxarmış 

məhkəmənin olduğu yerdə

D) vətəndaşın ölmüş elan edilməsi haqqında qətnamə çıxarmış 

məhkəmənin olduğu yerdə

E) ölümün baş verdiyi yerdə



184

Adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların ............... 

qeydə alınır.

A) daimi yaşayış yerində

B) qeydiyyatda olduğu yerdə

C) seçdikləri yerə görə

D) müvəqqəti yaşayış yerində

E) əmlakının olduğu yerdə

185

Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, 



atasının adını dəyişdirməsinə .... yaşına çatdıqdan sonra yol verilir.

A) 10


B) 14

C) 16


D) 17

E) 18


186

Aşağıdakılardan hansı yanlışdır?

A) Ərizə əsasında Atalığın müəyyən edilməsi valideynlərdən 

birinin yaşadığı yerdə qeydə alınır

B) Atalıq məhkəmə tərəfindən müəyyən edildikdə məhkəmə 

qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır

C) Atalığın müəyyən edilməsi ana fəaliyyət qabiliyyəti olmayan 

hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda 

atanın ərizəsi üzrə qeydə alınır

D) Yetkinlik yaşına çatmayanlar barəsində atalığın müəyyən 

edilməsinin qeydə alınmasına yalnız onların razılığı ilə yol verilir

E) Atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın 

doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum 

haqqında yeni şəhadətnamə verilir

187

Qarşılıqlı razılıq üzrə nikahın pozulması haqqında ərizədə ər-arvad 



onların yetkinlik yaşına çatmayan uşaqlarının olub-olmadığını 

təsdiq etməyə borcludurlar. Nikahın pozulması bu barədə ərizə 

verilən gündən .... ay keçdikdən sonra qeydə alınır.

A) 1


B) 2

C) 3


D) 4

E) 5


188

Övladlığa götürənlər övladlığa götürmə haqqında məhkəmənin 

qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci .... ay ərzində 

övladlığa götürməni müvafiq icra hakimiyyəti orqanında qeyd 

etdirməyə borcludurlar.

A) 1


B) 2

C) 3


D) 4

E) 5



189

Aşağıdakılardan hansı yanlışdır?

A) Nikaha daxil olmağı arzu edən şəxslər müvafiq icra hakimiyyəti 

orqanına bu barədə şəxsən yazılı ərizə verirlər.

B) Nikaha daxil olmaq barədə ərizədə hərənin neçənci nikaha daxil 

olduğu və neçə uşağı olduğu göstərilməlidir.

C) Nikaha daxil olmaq barədə ərizəyə nikaha daxil olmaq istəyən 

şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə 

olunur.

D) Nikahın qeydiyyatı günü təyin edilərkən nikaha daxil olanlar 



nikahı təntənəli şəraitdə bağlamaq arzusunda olub-olmadıqlarını 

bildirirlər.

E) Nikahın bağlanması haqqında qeyd aparıldıqdan 3 gün sonra 

nikah haqqında şəhadətnamə verilir.

190

Atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti...............



A) yazılmır

B) ananın göstərişi ilə yazılır

C) ananın milliyyəti ilə eyni yazılır

D) qeydiyyat orqanının mülahizəsinə əsasən yazılır

E) məhkəmənin mülahizəsinə əsasən yazılır

191


Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci .... ay 

ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən .... 

gün müddətində verilməlidir.

A) 1; 5


B) 1; 2

C) 1; 3


D) 2; 5

E) 2; 3


192

Aşağıdakılardan hansı yanlışdır?

A) Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı 

faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim 

edildikdə aparılır.

B) Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə 

verən şəxslərə müvafiq şəhadətnamə verilir.

C) İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən 

bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının 

qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

D) Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabına yazılan hər 

bir qeyd ərizə verənlərə oxunmalı, yalnız qeyd aparan vəzifəli şəxs 

tərəfindən imzalanmalı, möhürlə təsdiq edilməlidir.

E) Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət 

mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və 

əmlak hüquqlarının qorunması məqsədilə aparılır.

193

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən cəmiyyətin 



əsas özəyidir:

A) Uşaqlar

B) Ailə

C) Valideynlər



D) Hüquq

E) Qanun



194

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlətin 

himayəsindədir:

1. Analıq       2. Atalıq       3.Uşaqlıq

          4. Nikah            5. Ailə

A) 4,5


B) 1,2,3

C) 1,2,3,4,5

D) 1,2

E) 3


195

Azərbaycan Respublikasının Ailə Məcəlləsi nə vaxt qanuni 

qüvvəyə minmişdir?

A) 28 dekabr 1999

B) 1 iyun 2000

C) 1 iyul 2000

D) 12 noyabr 1995

E) 6 mart 2000

196

Aşağıdakılardan hansı yanlışdır?



A) Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan 

Azərbaycan Respublikası vətəndaşları arasında nikah Azərbaycan 

Respublikasının diplomatik nümayəndəliklərində bağlanır.

B) Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan 

Azərbaycan Respublikası vətəndaşları arasında nikah Azərbaycan 

Respublikasının konsulluq idarələrində bağlanır.

C) Xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik 

nümayəndəliklərinə əcnəbilər arasında bağlanan nikah Azərbaycan 

Respublikasında etibarlı hesab edilir.

D) Xarici ölkələrin Azərbaycan Respublikasındakı konsulluq 

idarələrində əcnəbilər arasında bağlanan nikah Azərbaycan 

Respublikasında etibarlı hesab edilmir.

E) Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında 

onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah 

Azərbaycan Respublikasında tanınır.



197

Aşağıdakılardan hansı yanlışdır?

A) Azərbaycan Respublikasından kənarda Azərbaycan 

Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan 

şəxslər arasında bağlanan nikahın Azərbaycan Respublikasında 

pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 

olaraq həyata keçirilir.

B) Azərbaycan Respublikasından kənarda Azərbaycan 

Respublikası vətəndaşları ilə Azərbaycan Respublikasının 

vətəndaşları arasında bağlanan nikahın Azərbaycan 

Respublikasında pozulması Azərbaycan Respublikasının 

qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

C) Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan 

Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda 

yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı 

olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza 

bilər.

D) Nikahın müvafiq icra hakimiyyəti orqanında pozulmasına 



Azərbaycan Respublikasının qanunvericiliyi ilə yol verilirsə, həmin 

nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində 

pozula bilər.

E) Nikahın müvafiq icra hakimiyyəti orqanında pozulmasına 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə yol verilirsə, həmin 

nikah Azərbaycan Respublikasının konsulluq idarələrində pozula 

bilməz.

198


Aşağıdakılardan hansı yanlışdır?

A) Ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri 

ərazisində birgə yaşadıqları ölkənin qanunvericiliyi ilə 

müəyyənləşir.

B) Ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri 

ərazisində birgə yaşadıqları ölkədə onların birgə yaşayış yeri 

olmadıqda, ər-arvad axırıncı dəfə hansı ölkənin ərazisində birgə 

yaşayıblarsa, həmin ölkənin qanunvericiliyi ilə müəyyən edilir.

C) Birgə yaşayış yeri olmayan ər-arvadın şəxsi qeyri-əmlak və 

əmlak hüquq və vəzifələri Azərbaycan Respublikası ərazisində 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

D) Ər-arvadın ümumi vətəndaşlığı və birgə yaşayış yerləri olmazsa, 

onların aliment tutulması barədə sazişdəki hüquq və vəzifələrinin 

müəyyənləşdirilməsi üçün tətbiq olunan qanunvericiliyi özləri seçə 

bilməzlər.

E) Ər-arvadın ümumi vətəndaşlığı və birgə yaşayış yerləri olmazsa, 

onların nikah müqaviləsindəki hüquq və vəzifələrinin 

müəyyənləşdirilməsi üçün tətbiq olunan qanunvericiliyi özləri seçə 

bilərlər.

199


Aliment öhdəliklərinə və valideynlərlə uşaqlar arasında digər 

münasibətlərə, iddiaçının tələbi ilə .............................. ölkənin 

qanunvericiliyi tətbiq oluna bilər.

A) iddiaçının vətəndaşı olduğu

B) iddiaçının daimi yaşadığı

C) ərazisində uşaq daimi yaşayan

D) atanın daimi yaşadığı

E) ananın daimi yaşadığı



Yüklə 359,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə