Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

 
 
43
 
Boksit yataqları maqnitliyə malik olmayan əhəng daşlarındakı 
karst boşluqlarında Yerləşir və bu səbəbdən də maqnit kəşfiyyatı 
ilə asanlıqla ayrılır (şəkil 16). 
                                            
  
 
              
Şək.16. Boksit yatağı üzərində maqnit sahəsinin  Z
a
, üfiqi N
a
 
hissəsinin qrafiki (N.A.İvanovaya görə): 1-kasıb boksit filizi; 2-sənaye 
əhəmiyyətli boksit filizi; 3-çökmə süxurlar; 4-əhəngdaşları; 5- quyu. 
 
Arxeologiyada mütləq yaş  məsələlərini maqnit kəşfiyyatı 
üsulu ilə effektli təyin etmək yüksək tezlikli maqnitometrlərin 
yaranmasından sonra mümkün olmuşdur.  İbtidai insanların 
məskan saldığı Yerlərdə  dəqiq mikromaqnit  planaalma yolu ilə 
qalın torpaq qatları altında basdırılmış ağac, kərpic divarlar, ocaq 
Yerlərinin özülü, saxsı qabların tullantı Yerləri, dəmirçi kürəsi və 
başqa obyektləri aşkar etməyə imkan verir. Adətən belə Yerlərdə 
maqnitlənmə geomaqnit sahənin köməyi ilə yüksək temperaturda 
əmələ gəlir. Maqnit anomaliyası üstü  basdırılmış su quyularında, 
xəndəklərdə, su arxlarında planalınır. Bunlardan istifadə dövrü 


 
 
44
 
burada metal əşyalar və müxtəlif üzvi qalıqlar toplanır və nəticədə 
kimyavi çevrilmələr baş verir.  
Boru kəmərlərin istiqamətlərinin təyini,  qəzaya uğramış 
gəmilərin axtarışı, okean şelflərində filiz, neft və qaz yataqlarının 
aşkar edilməsi  əsasən maqnit kəşfiyyatı üsulu ilə  həll olunan 
məsələlərdəndir. 
 Maqnitin  bioloji  tədqiqat sahəsi Maqnit sahəsinin 
təzahürünün öyrənilməsi həddən artıq maraqlı  və yeni bir elm 
sahəsidir. Dəqiq olaraq müəyyən edilib ki, ürək-damar xəstəliyinə 
tutulmuş  xəstələrdə maqnit burulğanlığı günlərində böhran 
yaranır. Məlumdur ki, maqnit qolbağları  təzyiqi olan adamlara 
yaxşı  təsir göstərir. Maqnit anomaliyası ilə  kənd təsərrüfatı 
məhsullarının məhsuldarlığının artması arasında  əlaqə olduğu, 
insan orqanizminin elektromaqnit sahəsini hiss etməsi və başqa 
mühüm əlaqələr müəyyən edilmişdir. 
 
 
          
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
45
 
ФЯСИЛ III 
  ГРАВИ КЯШФИЙЙАТ 
 
3.1. AĞIRLIQ QÜVVƏSİ 
Qravi kəşfiyyat üsulunun əsasında Nyutonun ümumdünya 
cazibə qanunu durur. Bu qanuna görə  m kütləyə malik olan 
istənilən cisim Yer tərəfindən F qüvvəsi ilə  cəzb olunurlar və 
aşağıdakı formula ilə təyin edilir. 
F=GMm/ R
2
 
Burada G qravitasiya sabiti olub 6,673
 . 
10
-11
  N
.
m

/kq
2
 
bərabərdir, M -Yerin kütləsi, R isə Yerin radiusudur. Cazibə 
qüvvəsi  F
v
vektorial kəmiyyətdir, yəni  ədədi qiymətindən başqa 
fəzada istiqaməti ilə də xarakterizə olunur. 
Vahid m
1
=1 kütləyə malik olan cism Yerin kütləsi tərəfindən 
 
 
qüvvəsi ilə  cəzb olunur. Burada r-vahid kütlədən cəzb edən küt-
ləyə qədər olan məsafədir, v-Yerin həcmidir. Bu halda  F
v
qüvvəsi 
ədədi qiymətcə sərbəstdüşmə təcilinə bərabərdir və                                        
g
=−
2
R
GM   -dir, 
M -Yerin kütləsi, R –Yerin mərkəzindən cəzb edilən kütləyə 
qədər olan məsafədir. Əgər bu nöqtə Yerin səthində Yerləşirsə bu 
zaman  r məsafəsi Yerin radiusuna (R) bərabər olar. g kəmiyyəti 
vahid kütləni cəzb edən qüvvəni və ya sərbəstdüşmə  təcilini 
xarakterizə edir. 
Cazibə qüvvəsindən başqa Yer səthində Yerləşən m kütləli 
cismə  mərkəzdənqaçma qüvvəsi 
ρ⋅ω
2
  təsir göstərir (
ρ, A 
nöqtəsində en dairəsinin radiusudur, 
ω isə Yerin fırlanma bucaq 
sürətidir (istiqaməti isə  fırlanma oxuna perpendikulyardır) (şəkil 
17). 
Bu iki qüvvənin toplanmasından alınan qüvvə ağırlıq qüvvəsi 
adlanır. Vahid kütləyə aid edilən ağırlıq qüvvəsi təcili verir və 

=
2
r
dv
F


 
 
46
 


=
2
r
dm
g
+
ρω
2
  bərabərdir

 
        
 
 
Şək.17. Cazibə və mərkəzdənqaçma qüvvələrinin cəmi olan ağırlıq 
qüvvəsi. 
 
Ağırlıq qüvvəsi boşluqda da təsir edir. Məlumdur ki, cismin 
çəkisi onun kütləsi ilə düz mütənasibdir: P=mg, burada g=9,81 
m/s

  sərbəstdüşmə  təcilidir. Qravitasiya sahəsi Yer kürəsinin 
istənilən nöqtəsində vahid kütləyə  təsir edən qüvvədir. Ağırlıq 
qüvvəsi qiymətcə cismin sərbəstdüşmə  təcilinə  bərabərdir və 
nöqtədən-nöqtəyə  dəyişir. Buna görə  də qravikəşfiyyat 
praktikasında cismin sərbəstdüşmə  təcili  əvəzinə cismin ağırlıq 
qüvvəsi (cazibə qüvvəsi) termini işlədilir. 
Sərbəstdüşmə  təcilinin tam qiyməti BS vahidlər sistemində 
9,81m/s
2
–ə yaxındır. Adətən qravikəşfiyyatda sərbəstdüşmə təcili 
mQalla ölçülür. Qal=10
-2
m/s
2
–dır. Qravikəşfiyyatda bundan kiçik 
ölçü vahidi 1MQal istifadə olunur. (Qal məşhur italyan alimi 
Qalileyin şərəfinə adlandırılıb). 


 
 
47
 
Sərbəstdüşmə  təcilinin Yerin səthində  nədən asılı olduğunu 
araşdıraq. 
Əgər Yer fırlanmasaydı, kürə şəklində olardı və onun mərkə-
zindən bərabər məsafədə olan nöqtələrdə cazibə qüvvəsi eyni ol-
malı idi. Yerin daimi fırlanmasından planetin kütləsi elə paylanır 
ki, cazibə və mərkəzdən qaçma qüvvələrinin birgə təsiri həmişə səthə 
perpendikulyar olaraq qalır, bu da okeanın səthinə uyğun gəlir. Buna 
görə Yer kürəsi  qütblərdən basılaraq sıxıldığından ekvatorda böyüyür. 
Qütbdə radiusun ekvatordakı radiusuna nisbətən azalması 
ağırlıq qüvvəsinin Yerin en dairəsindən asılı olaraq dəyişməsinə 
səbəb olur, müşahidə  məntəqəsinin en dairəsi artdıqca Yerin 
ağırlıq qüvvəsi də artır. Bunun 9,78 m / s
2
-dan qütblərdə 9,83 m/s
2
 
(0,05 m/s
2
) qədər artdığı müşahidə olunur. Qütbdəki və 
ekvatordakı ağırlıq qüvvəsi fərqinin ekvatordakı ağırlıq qüvvəsinə 
nisbəti  
                          
189
1
=

=
e
e
q
g
g
g
e
  dir 
Bu effekt mərkəzdənqaçma qüvvəsi hesabına güclənir və bu 
qüvvənin istiqaməti ekvatorda Yerin ağırlıq qüvvəsinin əksinə yönəlir. 
Cazibə qüvvəsi mərkəzdənqaçma qüvvəsindən önəmli 
dərəcədə çoxdur. Mərkəzdən qaçma qüvvəsi 0,5% təşkil edir. 
Sərbəstdüşmə  təcilinin qiyməti eyni zamanda müşahidə 
məntəqəsinin dəniz səviyyəsindən hansı hündürlükdə olmasından 
da asılıdır.  Əlbəttə, dağa qalxdıqda Yerin radiusu artır, 
sərbəstdüşmə təcili hər metr hündürlükdə 0,309 mQal azalır. Əgər 
ölçü apardığımız məntəqə  dəniz səviyyəsindən 100 m yüksəkdə 
Yerləşirsə, onda sərbəstdüşmə  təcilinin qiyməti 30,9 mQal 
azalacaq. Yer səthində eyni bir nöqtədə  sərbəstdüşmə  təcilinin 
qiyməti Günəş  və Ayın cazibəsi nəticəsində sabit qalmır. Bizim 
planetdə istənilən kütləyə nəinki təkcə Yerin cazibə qüvvəsi, eyni 
zamanda Günəş  və Ayın cazibə qüvvələri də  təsir edirlər. Ayın 
təsiri ilə Yer səthinin müxtəlif nöqtələrində sərbəstdüşmə təcilinin 
qiymətinin maksimum dəyişməsi 0,24 mQal-a bərabər olur. Bu 
rəqəmi indiki qravimetrlərin dəqiqliyi ölçməyə imkan verir, ona 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə