Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

 
 
51
 
Süxur və filizlərin sıxlığını hidrostatik çəkmə üsulu ilə təyin 
edirlər. Bu məqsədlə densometr adlanan cihazdan istifadə olunur. 
Aşağıda müxtəlif süxurlarn və çökmə süxurlarn sıxlığı q/sm
3
-la 
verilmişdir. 
    Çökmə süxurlarn sıxlığı onun məsaməliliyindən asılıdır. 
Vulkanik və metamorfik süxurlarda boşluqlar adətən 1-2%-dən 
çox olmur və həmin süxurlarn sıxlığı onların mineroloji tərkibin-
dən asılıdır. Metal filiz faydalı qazıntıları bir qayda olaraq böyük 
sıxlığa malik olurlar ki, bu da filizin tərkibində ağır mineralların, 
yəni oksidlərin, yaxud sulfidlərin olması ilə əlaqədardır.   
 
       Süxular  
    Orta sıxlıqlar           Mineral            Orta sıxlıq 
 
 
     Qum  
 
1,4-1.7   
Neft 
               0,8-1,0 
      Gil   
 
1,6-2,2    
Su 
               1,0 
     Qum daşları   
1,8-2,8   
Kömür                 1,1-1,4              
     Əhəng daşları 
 2,3-2,9 
 
 Daşduz                 2,1-2,4 
     Qranit-qneys   
2,5-2,9   
Gips   
2,2-2,3      
     Qabbro 
 
 2,8-3,1 
 Siderit 
 3,7-3,9 
      Peridodit 
 
3,8-3,4   
Hematit    
4,9-5,2   
                                                                                Maqnetit 
                                                                                Qalenit   
7,5-7,8 
                          
                        Mühit 
    Yer qabığının orta sıxlığı                                    2,67 
    Yer nüvəsinin maddə- 
     lərinin orta sıxlığı 
 
 
     10,1 
 
     Yerin maddələrinin 
      orta sıxlığı                                             5.52 
 
 
3.4. Ağırlıq qüvvəsinin ölçülmç qaydaları 
Ağırlıq qüvvəsinin ölçülməsi üçün müxtəlif qayda və 
üsullardan istifadə edirlər. Yerin sərbəstduşmə təciliini təcrübi 


 
 
52
 
olaraq ilk dəfətəyin edən Qaliley olmuşdur. Bu təcrübə 1590-cı 
ildə məşhur Piza qülləsinin başından atılmış cismin düşdüyünü 
müşahidə etməklə mümkün olmuşdur. 
Əgər cisimin düşməsinə sərf olunan zamanı t-ni ölçmüş olsaq 
cisim tərəfindən gedilən S yolu bilərək, məlum düsturla g-nin 
qiymətini təyin edə biləri 
                                     g=
2
2
t
  
Bu üsul az dəqiqliyə malik olduğuna görə praktik olaraq geniş 
yayıla bilmədi. Hətta bir neçə  əsr unuduldu, bu üsula yenidən
yəni yeni texniki əsaslarla qayıdıldı. Müasir cisimlərin 
sərbəstdüşmə  təcilinə bağlı olan qravimetrlərdə kvars tezlik 
sabitləşdiricilərindən və vaxtın atom etalonundan istifadə edərək 
sərf olunan zamanın ölçülmə  dəqiqliyini 10
-10 
s-yə  qədər qaldır-
mışlar. Lazer texnikasını  tətbiq etməklə gedilən yolun təyin 
olunması anoloji olaraq dəqiqliyin artmasına gətirib çıxarır. 
Ballistik qravimetrlər bu nailiyyətdən istifadə edərək 
sərbəstdüşmə  təcilinin mütləq qiymətini 10
-9
  dəqiqliklə  təyin 
etməyə imkan verir. Belə cihazlar yüksək dəqiqlikli daimi 
qravimetrik məntəqələr yaratdıqda istifadə edilir.  
Planaalma işlərində ballistik qravimetrlərdən istifadə çox 
baha başa gəldiyinə görə və cihazlar əldə gəzdirilə bilmədiyindən, 
(yüngül olmadığından) geniş yayıla bilməmişdir. Uzun müddət 
sərbəstdüşmə təcilini rəqs edən rəqqasla təyin edirdilər. Məlumdur 
ki, rəqqasın dövrü T, g ilə sadə münasibətlə bağlıdır. 
                          T=2
π
l
g

burada l-rəqqasın uzunluğudur. 
Sərbəstdüşmə  təcilini mQal dəqiqliklə ölçmək üçün bir 
məntəqədə 13 saatdan az olmayaraq ölçmə  işləri  aparmaq 
lazımdır. Ölçmələrin sayı artırıldıqca T dövrünü tələb olunan 
dəqiqliklə ölçmək mümkündür. 
Hazırda ağırlıq qüvvəsini statistik qravimetrlə ölçürlər. Bütün 
bu qravimetrlər nisbi dəyərləri ölçürlər. Onlar yüngül olduğuna 
görə  əldə  gəzdirmək asandır (çəkisi 5 kq-dan çox deyil, 


 
 
53
 
sərbəstdüşmə təcilinin qiymətini 0,02 mQal orta kvadratik xəta ilə 
ölçür, hər müşahidəyə isə cəmi 1-2 dəq. vaxt sərf olunur).    
Qravimetrdə çox sadə prinsipdən, yaylı  tərəzidən istifadə 
olunur. Əgər həssas yaydan kütləsi m olan yük asmış olsaq, Yerin 
ağırlıq qüvvəsinin təsiri nəticəsində yükün çəkisi (R= mg) yay 
müəyyən qədər uzanacaq (şəkil 18). 
Əgər başqa məntəqədə  ağırlıq qüvvəsi artırsa, uyğun olaraq 
yay da uzanacaq, əgər ağırlıq qüvvəsi azalırsa, yayın uzunluğu 
onun  əvvəlki uzunluğundan az olacaqdır. Sərbəstdüşmə  təcilinin 
dəyişməsini  əvvəlcədən seçilmiş  məntəqədə ölçüldüyü qiyməti 
(
∆g –mQal-la) yayın uzunluğunun dəyişməsi ilə mütənasibdir. 
Yaylar istənilən formada: metaldan, spiral  lent formalı, 
vintvarı kvars sapından düzəldilir. Bəzən elastiki yay əvəzinə  
elastiki element kimi müəyyən həcm qaz götürülür. Temperaturun 
1
o
 C dəyişməsi cihazın həssas hissəsi olan kvars yayına elə  təsir 
edir ki, sanki ağırlıq qüvvəsi 100 mQal dəyişib. Müasir orta 
səviyyəli qravimetrlər sərbəstdüşmə  təcilinin 
∆g –ni 0,01 mQal 
dəqiqliklə ölçür.  
 
Şək.18. Qravimetrin quruluşunun sxemi. 
 
Bunu təmin etmək üçün elastiki yayların istehsalı tam 
öyrənilibdir. Hərəkətsiz kütlənin təsirindən yayın uzunluğunun 
milyonda bir dəqiqliyi ilə qeyd etmək üçün təzyiq və 
temperaturun təsirini son dərəcə  dəqiqliklə tarazlaşdırmaq tələb 
olunur. Adətən Yer səthində planaalma zamanı qravimetrlə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə