Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   ...   20   21   22   23   24   25   26   27   28

 
 
108
 
istinad kəsilişləri qurulur və neftli laylar ayrılır və onların qalın-
lıqları təyin edilir. 
 
 
 
Şək. 46. Karotaj üsulu ilə quyuların tədqiqi sxemi. Öz-özünə 
qütbləşmə  və müqavimət karotajları V.İ.Daxnova görə). A-quyunun 
kəsilişi; b-diaqram; 1-fərz olunan xüsusi müqavimət; 2-öz-özünə 
qütbləşmənin potensialı; I-gil, qum; II-sulu qat; III-neftli qat; IV-
qumdaşları; V-gips. 
 
Öz-özünə qütbləşən potensiallar karotajı (ÖQK). Quyuda 
hərəkət edən qəbuledici M elektrodun Yerin səthində Yerləşən N 
elektroda nisbətən ölçülən potensiala əsaslanır (şəkil 47). 
Bu üsulun köməyi ilə süxurlarn və filizlərin təbii elektrik 
sahəsini, yəni öz-özünə qütbləşməsini öyrənirlər. Karotajın 
köməyi ilə quyunun kəsilişində sulfid və filiz kütlələrinin (şəkil 
48) məsaməli süxurlar ayırır və  həmin aralarda fəal diffuziya 


 
 
109
 
gedən, su süzgəclənən, yaxud su udulan laylar aşkar olunur. Layın 
nüfuzluğu U
öqk
 əyrisinin minimumu ilə qeyd olunur. 
 
 
 
Şək.47. Öz-özünə qütbləşmənin U
öq
 potensialının karotaj diaqramı 
(a), sulfid filiz kütləsinin oksidləşməsinin göstəricisi (v). 
 
Radioaktiv karataj (RK)  
Quyu kəsilişində radiometriya və 
nüvə geofizikası ilə aparılan ölçmələr bir çox çəhətlərinə görə 
eynidir.  
Qamma karataj (QK).
 Süxurlarn təbii qamma aktivliyini 
ölçmək məqsədi ilə aparılır. Buna görə  də quyuda qamma kvant 
detektoru istifadə olunur. Radioaktiv şüalanmanın qeyd olunması 
karotaj laboratoriyasının köməyi ilə Yerin səthində aparılır. 
Qamma karotaj bilavasitə uran-radium və torium filizlərinin 
yoxlanmasında, kalium duzunun, fosforitin və bir çox başqa nadir 
elementlərin kəşfiyyatında istifadə olunur. (şəkil 48). 


 
 
110
 
Maqnit həssaslığı karatajı (MHK).
 Quyu böyük süxur və 
filizlərin maqnit həssaslığının ölçülməsinə  əsaslanır. Bu üsuldan 
ekspres geofiziki yoxlama məqsədilə filizlərdə maqnitləşən 
dəmirin və dəmir minerallarının olmasını aşkar etmək məqsədi ilə 
istifadə olunur və  maqnetit yataqlarının dəqiq kəşfiyyatı zamanı 
ən səmərəli üsul sayılır. 
 
                 
 
 
Şək. 48. Quyularda uran filizini aşkar edən qamma karotaj 
diaqramı (a) və kalium duzu (b). 1-uran filizi; 2-filizi özündə saxlayan 
süxur; 3-kalium duzu; 4-aşağı keyfiyyətli kalium duzu. 
 
Geofiziki karotaj partiyalarında geoloji kəsilişlərin 
öyrənilməsi ilə yanaşı, istifadə olunan neft və hidrogeoloji 
quyuların texniki vəziyyətinin yoxlanması üçün xüsusi tədqiqatlar 
aparılır. Bura quyunun diametrinin ölçülməsi,  əyilmə azimutu, 
əyilmə bucağı, su axıb gələn və su udulan Yerin təyini, quyunun 
divarından süxurun götürülməsi və s. daxildir. 
 


 
 
111
 
7.3. Termik kəşfiyyat
 
İstilik sahəsinin anomaliyası tektonik hərəkətlər baş verən 
ərazilərdə, vulkan fəaliyyət göstərən sahələrdə və müxtəlif istilik 
keçiriciliyinə malik olan süxur və filizlərdə əmələ gəlir. Bu xassə 
termokəşfiyyatın məlumatlarını geoloji xəritəalmada istifadə 
etməyə imkan verir. İstilik seli mənbəyi radioaktiv elementlərin 
toplandığı Yerlər, oksidləşmə  və  bərpaolma reaksiyaları gedən 
kömür, sulfid və digər yataqların sahələri ola bilər. Ona görə  də 
faydalı qazıntıların axtarışında termokəşfiyyatdan istifadə edirlər. 
Yerin istilik sahəsinin ölçülməsini havada (təyyarə vasitəsilə 
infraqırmızı radioistilik planaalması), Yer dərinliyində  və quru 
sahələrdə aparılır. Yerüstü termokəşfiyyatda üstünlük dərinliyi 
0,7-1,5 m olan çalalarda, kiçik xəritəalma isə  dərinliyi 10-15 m 
olan quyulara verilir. Bunun səbəbi mövsümdən asılı olaraq 
temperaturun təsirini zəiflətməkdir. Ölçmə  işləri aparmaq üçün 
termistirlərdən yarımkeçirici termomüqavimətlərdən (temperatura 
yüksəldikcə onun elektrik keçiriciliyi artır) istifadə edilir. 
  
7.4.
 Geofiziki üsulların kompleksləşdirilməsi 
 İndiyə kimi biz geofiziki üsulların üstünlüklərindən danışdıq. 
Bu üsulların geoloji məsələlərin həllində geniş istifadə olunması 
bizi təmin edirdi. Yada salsaq ki, geofiziki kəşfiyyat işlərində, 
geoloji kəşfiyyat işlərinə buraxılan ümumi məbləğin yalnız üçdə 
biri xərclənir, onda bu üsulların üstünlüyü aydın olur. Təəssüf ki, 
digər axtarış  kəşfiyyat işlərində olduğu kimi, geofiziki üsullarda 
da çatışmayan cəhətlər var. Bunlardan ən vacibi geofiziki 
məlumatların bir qiymətli təhlil olunmamasıdır. İstənilən geofiziki 
anomaliyalar ola bilər ki, müxtəlif səbəblərdən və geoloji şəraiti 
hərtərəfli təhlil etmədən həmin anomaliyanın geoloji mənşəyini 
açmaq mümkün olmasın. Buna görə də mühəndis-geofizik şəxsən 
geoloji məsələləri peşəkarcasına araşdırmağı bacarmalıdır. 21-ci 
şəklə qayıdaq  və qravikəşfiyyatın nəticələrinin çox qiymətli izah 
olunduğunu  əyani sürətdə göstərək. Alınan qiymətlərə görə 
müsbət anomaliyanın nəyin hesabına olduğunu təyin etmək 
mümkün deyil, çünki sərbəstdüşmə  təcilinin qiymətinin artması 


 
 
112
 
həm kristallik əsasın səthinin qalxması hesabına, həm də süxurun 
tərkibində olan böyük sıxlıqlı kütlələrin hesabına yarana bilər. Bu 
məsələni qazmanın köməyilə  həll etmək olur. İki quyu, biri 
anomaliyanın mərkəzində, o biri isə kənarda qazılır, şübhəsiz ki, 
hər iki halda birqiymətli cavab alacağıq.  Əgər bünövrənin səthi 
hər iki nöqtədə müxtəlifdirsə,  onda birinci variant qüvvədədir, 
yəni biz bünövrənin günbəzvari qalxmasını müəyyən edirik. Əgər 
hər iki quyu eyni dərinlik verirsə və müxtəlif süxurlar çıxırsa, bu 
anomaliya bünövrənin müxtəlif quruluşda olmasını sübut edir. 
Təəssüf ki, quyu qazılmasına sərf olunan xərc çox böyükdür, 
ona görə  də  hər bir belə hal üçün texniki üsuldan istifadə etmək 
mümkün deyil. Geoloji mənşəli qravitasiya anomaliyasının xeyli 
tez və ucuz, digər bir geofiziki üsulu cəlb etməklə  həlli 
mümkündür. Bu üsullara seysmik kəşfiyyat, yaxud tellurik 
zondlama üsullarının köməyi ilə çöküntü örtüyün alt səthinin 
kristallik bünövrənin səthi ilə təmasının vəziyyəti haqda məlumat 
ala bilərik. 
Səmərəli kompleks geofiziki işlərin seçilməsi fiziki-geoloji 
modelə  əsaslanır. Geofiziki axtarışın obyekti, öyrənilən faydalı 
qazıntı yatağının, yaxud filiz kütləsini təsvir edən obyektin yekun 
həyəcanlanmasını özündə birləşdirir. 
24-çü  şəkildə göstərilən boksit yatağının fiziki-geoloji 
modelini qurmağa çalışaq.  İlk baxımda boksit yatağının 
Yerləşdiyi ərazi əslində Karst boşluğudur. Onu əhatə edən əhəng 
daşı və dolomit süxurlar özlərini biri digərinin daxilində Yerləşən 
sferik linzaya bənzər həyəcanlanmış obyekt kimi göstərir (şəkil 
49). Hər bir sfera müəyyən fiziki xassəyə malikdir. Boksitlər bir 
qədər yüksək maqnit həssaslığına malikdir və lokal maqnit 
anomaliyası qeyd olunur. Karst boşluğu az sıxlığa malikdir, 
yumşaq gilli qumlu çöküntülərlə dolubdur. Buna görə  də, bunun 
üzərində  zəif sərbəstdüşmə  təcili yaranır. (şəkil 49-a bax). 
Əhəngdaşı linzası böyük elektrik müqavimətinə malikdir. 
Diaqram aydınca fərz olunan müqavimətin qiymətinin artdığını 
göstərir. 


 
 
113
 
İkinci bir misala baxaq. Almaz yatağının axtarışında müvəf-
fəqiyyətlə kompleks geofiziki üsullardan istifadə edilir. Bu 
kompleksə maqnit, elektrik və qravikəşfiyyatı daxildir. Almaz 
kimberlit vulkanik partlayış borularında rast gəlinir. Bu borular 
maqnit sahəsi ilə izometrik planda özünü müsbət anomaliya kimi 
göstərir, Yerin maqnit sahəsinin şaquli komponenti 
∆Ζ  1000 nTl 
amplituda ilə büruzə verir (şəkil 50). Belə anomaliyaları Sibir 
platformasında əsası tərkibli süxur damarları və çox yayılmış trap 
süxurlarnın qalıqları yaradır. Maqnit kəşfiyyatının nəticələri bir 
qiymətli olmur. 
 
 
Şək. 49.Boksit yatağının fiziki geoloji modeli (şəkil 26-ya bax):  
1-yumşaq örtük; 2-yatağı özündə saxlayan süxur; 3-maqnitsiz yüksək 
elektrik müqavimətinə malik olan əhəngdaşı linzası; 4-kiçik sıxlığa 
malik olan içi boş karst boşluğu; 5-yüksək maqnit həssaslıqlı boksit 
yatağı. 


 
 
114
 
 
Qravi və elektrik kəşfiyyat üsullarını əlavə olaraq cəlb etmək 
maqnit anomaliyasının kimberlit və trap fərziyyəli olmasının 
təsnifatını verir. Kimberlit borusu üzərində trapdan fərqli olaraq 
ağırlıq qüvvəsinin və fərz olunan müqavimətinin azalmış qiyməti 
müşahidə olunur (şəkil 50). 
 
 
 
 
 
 
Şək. 50. Kimberlit partlayış borusu üzərində kompleks geofiziki 
işlərin tətbiqi və nəticələri. Buraya maqnit, qravi, elektrik kəşfiyyatları 
daxildir (a) və trap intruziyaları üzərində (b) /V.M.Bondarenkoya görə/. 
1-kimberlit partlayış borusunun Yerləşdiyi karbonat süxurlar; 2-
kimberlit; 3-trap. 
 
7.5. Kəşfiyyat geofizikası və ətraf mühitin qorunması 
Geofiziki üsulların bəzi növləri  ətraf mühitə  nəzərəçarpacaq 
dərəcədə  mənfi təsir göstərir. Bu seysmik, elektrik və nüvə 
fizikası üsullarına aiddir. Bu üsullarla süni fiziki sahələr yarat-
maqla tədqiqat işləri aparılır. Partlayışlar təbiətə  zərərli təsir 
göstərir, bu, elastik seysmik dalğalar yaratmaq üçün həyata 
keçirilir. Xüsusilə su hövzələrində aparılan partlayışlar daha 
təhlükəlidir. Elektrik kəşfiyyatı müşahidələri, xüsusilə  dərin 
obyektləri öyrənmək üçün, böyük ölçülərə malik olan qurğulardan 


 
 
115
 
istifadə olunur və böyük cərəyan tələb olunur. Bunun üçün güclü 
cərəyan generatorları  tələb olunur, bu isə  ətrafda olan insan və 
digər canlılar üçün ciddi təhlükə yaradır. Radioaktiv şüalanma 
mənbələrindən istifadə etdikdə  həddən artıq  şüalanma qəbul 
etmək təhlükəsi yaranır. 
Kəşfiyyat geofizikasının mənfi ekoloji təsirini azaltmaq üçün 
müntəzəm olaraq geofiziki işlərin texnologiyası, buraxılan 
cihazların istehsalının nizamlanması təkmilləşdirilməlidir. 
 
 
                                   NƏTİCƏ 
 
Elmi-texniki inqilab əsrində geofiziki tədqiqat üsulları ilə həll 
olunan Yer qabığının bir çox məsələləri müntəzəm olaraq 
genişlənməkdədir.  İnkişaf edən insan cəmiyyətini mineral 
xammalla təmin etmək problemi müasir geologiya elmi qarşısında 
duran məsələlərdəndir. 
Yerin dərin qatlarında Yerləşən, çətin tapıla bilən faydalı 
qazıntı yataqlarının axtarışında geofiziki kəşfiyyat üsulları aparıcı 
rol oynayır. Bu üsul müxtəlif dərinliklərdə Yerləşən yataqların 
tədqiq olunmasını  təmin edir. Geofiziki kəşfiyyat nəinki  ənənəvi 
məsələlərin həllində, eyni zamanda Yerin quruluşunun qlobal 
məsələlərinin öyrənilməsində istifadə edilir. Buraya şelf qurşaq-
ları, dərin sualtı çökəkliklər, okean qabığının quruluşu, litosfer və 
mantiyanın dərin qatları  və Yerətrafı kosmik fəzanın tədqiqi 
daxildir. Sözün həqiqi mənasında, bizim gözümüz qarşısında 
geofiziki kəşfiyyat üsulunun yeni tətbiq sahələri yaranır: bunlara 
fiziki sahələrin telemetrik tədqiqi, Ay və Günəş sisteminin və 
digər planetlərin öyrənilməsi, zəlzələlərin baş verməsini  əvvəl-
cədən xəbər verən və proqnozlaşdıran, kənd təsərrüfatında faydalı 
ərazilərin meliorasiyası, kosmosdan yerdəki bitki aləminin 
öyrənilməsi, vulkanologiya, arxeologiya, tarix, kriminalistika, 
ətraf mühitin qorunması, nüvə partlayışlarına nəzarət etmək və 
onun təsirinin öyrənilməsini və s. misal göstərmək olar. 
 


 
 
116
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ƏDƏBİYYAT 
1.Xələfli A.A. Geofiziki kəşfiyyat üsullarının əsasları. Bakı. 
1998. 216 s. 
2.Xələfli A.A. Geofiziki kəşfiyyat üsulları. Bakı. 2004. 306 
s. 
3.Бондаренко В.М., Демура Г.В., Ларионов А.М. Общий 
курс геофизических методов разведки. Учебник, пособие для 
техникумов, М.; Недра, 1986, 453 с. 
4.Хмелевской  В.К.  Краткий  курс  разведочной  геофизи-
ки. Изд.2-е доп. И перераб. М.; Изд-во МГУ, 1979, 287 с. 
5.А.И.Дягилева,  В.В.Андриевич  Основы  геофизических 
методов разведки. М.; Недра, 1987, 288 с. 
6.Иванов А.Г. Физика в разведке Земных недр. М.; Не-
дра, 1971, 199 с. 
        7.Магниторазведка. М.; Недра, 1990, 469 с. 
        8. Итенберг С.С., Дахкильков Т.Д. Геофизические иссле-
дования в скважинах. М.; Недра, 1982, 215 с.  
 
 
 


 
 
117
 
 
 
   
 
 
 
 
 
 
 
MUNDƏRİCAT 


   Ön söz ………………………………………………... 
Fəsil.
 Geofizikanın fiziki əsasları……………………… 
1.1.Yerin geoloji quruluşu haqqında qısa məlumat …… 
1.2.Axtarış kəşfiyyat üsullarının  müasir təsnifatı……..   

12 
1.3. Geoloji üsullar……………………………………...  13 
1.4. Texniki üsul………………………………………...  15 
1.5. Geofiziki  üsullar…………………………………...  18 
1.6. Geokimyavi üsul……………………………………  19 
1.7. Uzaq məsafədən (aerokosmik) tədqiqat üsulları….. 
22 
1.8. Dəniz geoloji-geofiziki kəşfiyyat üsulları………….  24 
1.9. Geoloji axtarış işlərinin aparılmasının növləri və         
        miqyası…………………………………………….. 
 
25 
1.10. Geofiziki axtarışlar haqqında ümumi məlumat….. 
27 
1.11. Geofiziki anomaliya anlayışı……………………...  30 
Fəsil.2.
 Geofiziki kəşfiyyat üsulları……………….……  37 
2.1. Maqnit kəşfiyyatı…………………………………..  37 
2.2. Maqnit sahəsinin ölçülməsi……………………….. 
39 
2.3. Süxurlarn maqnit xassələri…………………………  41 
2.4. Maqnit kəşfiyyatı üsulu ilə həll olunan məsələlər... 
42 
Fəsil.3
. Qravi kəşfiyyat………………………………… 52 
3.1. Ağırlıq qüvvəsi…………………………………….. 52 


 
 
118
 
3.2. Ağırlıq qüvvəsi düzəlişləri (reduksiyalar)………... 
57 
 3.3. Süxurlarn sıxlığı………………………………….. 58 
3.4. Ağırlıq qüvvəsinin ölçülmə qaydaları……………... 60 
3.5. Yerin Ayın və Günəş sisteminin digər planetlərinin 
formasının öyrənilməsi…………………………………. 
 
63 
3.6  Yerin daxili quruluşunun tədqiqi…………………..  64 
Fəsil. 4.
 Nüvə fizikası………………………………….. 72 
4.1. Radioaktivlik……………………………………….  72 
4.2. Radioaktivliyin ölçülməsi…………………………. 74 
4.3. Radiometrik üsul……………………………………  75 
4.4. Yer kürəsinin və onu təşgil edən süxurlarn yaşının  
təyini……………………………………………………. 
 
82 
4.5. Nüvə geofiziki üsulu ilə maddələrin tədqiqi……… 
84 
Fəsil.5.
 Elektrik kəşfiyyatı……………………………. 
87 
5.1. Süxurlarn elektrik xassələri……………………….. 
87 
5.2. Sabit cərəyan üsulu………………………………...  88 
5.3. Yüklü kütlə üsulu…………………………………..  94 
5.4. Təbii elektrik sahələrini öyrənən üsul…………….. 
96 
5.5. Dəyişən cərəyan üsulu……………………………..  98 
5.6. Maqnittellurik üsul…………………………………  99 
5.7. Radiokip üsulu……………………………………...  100 
Fəsil.6.
 Seysmik kəşfiyyat……………………………...  103 
6.1. Elastik dalğalar……………………………………..  104 
6.2. Seysmik kəşfiyyat cihazları………………………..  108 
6.3. Seysmik kəşfiyyat üsulları…………………………  111 
6.4. Dərin seysmik zondlama…………………………...  115 
6.5 Yerqabığının dərin qatlarının quruluşunun tədqiqi…  117 
6.6. Neft qaz yataqlarının axtarışı……………………….  117 
6.7. Ayın daxili quruluşunun öyrənilməsi………………  119 
Fəsil.7.
 Quyuların geofiziki üsulla tədqiqi……………..  121 


 
 
119
 
7.1. Karotaj üçün cihazlar……………………………... 
121 
7.2. Karotaj üsulları…………………………………… 123 
7.3. Termik kəşfiyyat …………………………………. 
128 
7. 4 Geofiziki üsulların kompleksləşdirilməsi …………  128 
7.5. Kəşfiyyat geofizikasf və ətraf mühitin qorunması .. 
132 
      Nəticə ………………………………………………  134 
     Ədəbiyyat……………………………………………  135 
 
 
ВВЕДЕНИЕ В РАЗВЕДОЧНУЮ ГЕОФИЗИКУ
 
 
ХАЛАФЛЫ А.А. 
 
Книга кратко знакомит читателей с основами геофизиче-
ской  науки  для  изучения  геологического  строения  земных 
недр, для поисков и разведки полезных ископаемых. 
Прочитавший  ее  узнает,  как  геофизика  помогает  откры-
вать в земных недрах скрытые от человеческого глаза залежи  
месторождения  руды  нефти  и  газа,  каменного  угля.  По  каж-
дому  методу  (магниторазведка,  электроразведка,  гравираз-
ведка, сейсморазведка, радиометрическая разведка и исследо-
вания в скважинах и др.) расмотрены его физические основы, 
характер изучаемого геофизического поля, аппаратура, мето-
дика измерений  и интерпретации. 
Книга  предназначена  для  студентов  вузов,  изучающих 
предмет Геофизические методы поисков и разведки месторо-
ждений полезных ископаемых. 
138с.6 таблиц, ил. 50, список лит.8 назв. 
 
XƏLƏFLİ  AYVAZ  ALI oğlu 
GEOFİZİKİ KƏŞFİYYATA GİRİŞ 
 
(учебный пособия) 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə