Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

 
 
31
 
                                        FƏSİL II    
GEOFİZİKİ KƏŞFİYYAT ÜSULLARI 
 
2.1.  MAQNİT KƏŞFİYYATI 
Maqnit kəşfiyyatında Yerin maqnit sahəsi ölçülür və  təhlil 
olunur. Hələlik Yerin maqnit sahəsinin mənşəyi tam aydın 
olmamasına baxmayaraq bu üsul praktiki məqsədlər üçün, faydalı 
qazıntı yataqlarının kəşfiyyatı  və axtarışı, geoloji məsələlərin 
həllində geniş istifadə olunur. Bu onunla əlaqədardır ki, bütün 
geoloji kütlələr, xüsusilə filiz yataqları maqnit minerallarından 
ibarətdir və Yerin maqnit sahəsinin təsirindən maqnitlənir. 
Beləliklə, bunları Yerin alt qatlarında Yerləşən nəhəng sabit maq-
nitlər kimi qəbul etmək olar. 
Yerin maqnit sahəsi və onun elementləri Geomaqnit sahə 
strukturasına görə nəhəng iki qütblü maqnitə yaxındır, maqnit oxu 
planetin fırlanma oxuna 4-10
o
 meyillidir. Maqnit qüvvə xətlərinin 
paylanması cərəyan axan makaranın yaratdığı maqnit sahəsini 
xatırladır (şəkil 9). 
Maqnit qütbü coğrafi qütblə üst-üstə düşmür və öz 
vəziyyətini müxtəlif dövrlərdə  dəyişir. Maqnitlənmiş iynəni 
sapdan asdıqda  geomaqnit sahənin qüvvə  xətləri istiqamətində 
yönəldiyini görərik. Ekvatorda bu horizontal vəziyyətdə durur, 
maqnit qütbündə isə şaquli istiqamət alır.  
Yerin tam maqnit vektoru T istiqamətində yönəlmiş iynə 
Yerin səthinin orta en dairəsinin istənilən nöqtəsində düzbucaqlı 
koordinat sistemində özünün tərkib hissələrinə, yəni geomaqnit 
sahənin elementlərinə ayrılır. Koordinat oxları X, Y, Z  uyğun 
olaraq coğrafi  şimala,  şərqə  və  şaquli olaraq Yerin mərkəzinə 
yönəlir (şəkil 10). 
Geomaqnit sahənin  əsas elementlərinə  aşağıdakılar daxildir: 
şaquli 
Ζ, horizontal H və onun elementləri I, əyimlik, tam vektor 
T ilə horizontal müstəvi arasındakı bucaq, D, meyillik maqnit 
meridianı ilə coğrafi meridian arasındakı bucaq, eyni zamanda X 
şimal, Y şərq komponentlərinə, yəni horizontal komponentin 
hissələri deyilir. 


 
 
32
 
X=HcosD; Y=HsinD; H=
Χ
Υ
2
2
+
; tgD=
Υ
Χ
 ;                         
     I=arctg(
Ζ
Η
);     H=TcosI;   I=arcsin
Ζ
Τ

Maqnit kəşfiyyatında maqnit induksiya vektoru B-ni ölçürlər. 
Bu maqnitli cismin daxilində maqnit sahəsinin gərginlik ölçüsü 
 
                              
 
  
Şək.9. Makaradan axan cərəyanın maqnit sahəsi (a) və Yer 
kürəsinin sadələşmiş formada maqnit sahəsi (b). 
 
          
 


 
 
33
 
   Şək. 10. Yerin maqnit sahəsinin elementləri. 
  
olaraq  B=
µΗ kimi ifadə olunur, burada µ maqnit 
nüfuzluğudur. Bir halda ki, hava üçün 
µ =1, onda B və H-ın 
qiymətləri kəmiyyətcə bərabər olur.  
Maqnit induksiya vektoru beynəlxalq vahidlər sistemində 
Tesla (Tl) ilə ölçülür. Geofiziklər isə Yerin maqnit sahəsini 
yüksək dəqiqliklə ölçürlər və buna görə  də kiçik ölçülü 
vahidlərdən nanatesladan (nTl) istifadə edirlər 1nTl=10
-9
Tl. 
 
2.2. Maqnit sahəsinin ölçülməsi 
Maqnit sahəsini ölçən cihazlara maqnitometr deyilir. Yerin 
maqnit sahəsinin dəyişməsinin xüsusiyyəti haqda fikir söyləmək 
üçün tam vektorun T qiymət və istiqamətinin təyin edilməsi vacib 
deyil. Bunun üçün müntəzəm olaraq onun komponentlərindən 
birini müşahidə etmək kifayətdir. Xüsusən geniş  əhəmiyyət kəsb 
edəni Z komponentidir. Bunu komponenti ölçən cihazlara Z 
maqnitometrləri deyilir və bu, Yerin maqnit sahəsinin  şaquli 
komponentinin qiymətini ölçür. 
Konstruksiyasından və ölçü prinsipindən asılı olaraq geomaq-
nit sahəni ölçən cihazları optik, mexaniki, ferrozond, proton və 
kvant maqnitometrlərinə ayırırlar. Birinci cihazda həssas maqnit 
əqrəbindən istifadə olunur. Ferrozond maqnitometrləri induksiya 
metoduna  əsaslanır. Proton və kvant maqnitometrləri nüvədə, 
atomda və maddədə gedən fiziki proseslərə  əsaslanır, çünki bu 
prosesin parametrləri həddən artıq dərəcədə bizi əhatə edən 
maqnit sahəsinin qiymətindən çox asılıdır. 
Müasir maqnit kəşfiyyat cihazları Yerin maqnit sahəsinin 
qiymətinin onda bir nTl hissəsini ölçür. Buradan aydın olur ki, 
Yerin səthində piyada , avtomobillə  və uzaq məsafədən idarə 
olunan aerokosmik maqnit planaalma işləri aparmaq üçün istifadə 
olunan cihazlar konstruksiyalarına görə bir-birindən fərqlənirlər. 
Yerin səthində istifadə olunan cihazlar yüksək dərəcədə yığ-
cam, yüngül və  əldə  gəzdirilə bilən olmalıdır. Aeromaqnitometr 
avtomatik rejimdə daimi olaraq Yerin maqnit sahəsinin 


 
 
34
 
komponentlərini rəqəmlə qeyd edir və sonra alınan rəqəmlər təhlil 
olunur. Yerin maqnit sahəsi sabit deyil, o zaman keçdikcə müəyən 
dəyişikliyə  uğrayır, buna variasiya deyilir. Variasiyalar üç 
səviyyədə ayrılır, əsrlik, sutkalıq və maqnit burulğanlığı. 
Əsirlik variasiya Yerin maqnit sahəsinin qiymət və 
istiqamətinin  əsr boyu tədricən dəyişməsidir. Bu tədqiqat qədim 
geoloji epoxaları öyrənmək üçün böyük maraq kəsb edir. Sutkalıq 
maqnit variasiyası 24 saata yaxın periodla amplitudası 25-30 nTl 
qiymətində təkrar olunur. Dəqiq planaalma işləri apardıqda nəzərə 
alınmalıdır.  Maqnit burulğanlığı  maqnit sahəsinin qəflətən heç 
bir qanunauyğunluğa malik olmadan 1000 nTl qiymətinə qədər bir 
neçə gün davam edən dəyişməsidir. Maqnit burulğanlığı 
günlərində aparılan müşahidələrdən istifadə etmək olmaz 
müşahidələrin yenidən davam etdirilməsi tələb olunur. 
 
2.3. Süxurların maqnit xassələri 
Süxurlarn, mineralların və filizlərin maqnit xassələri dedikdə 
onun maqnit həssaslığı, yəni maqnitlənmə qabiliyyətinə malik 
olması başa düşülür. Sadə təcrübəni etmiş olsaq görərik ki, sabit 
maqnitlə bir neçə  dəfə polad iynəyə  təsir etdikdə iynənin 
maqnitlənərək dəmir tozunu özünə çəkməsinin şahidi olarıq. Əgər 
biz plastik kütlədən hazırlanmış iynə götürüb onun ətrafında sabit 
maqnitlə  hərlədib təsir etsək, nə plastik iynə maqnitlənər, nə  də 
dəmir tozunu özünə çəkər. 
Polad iynənin maqnitlənməsinə səbəb poladın yüksək maqnit 
həssaslığına malik olmasıdır. 
Süxurlarn maqnitlənməsi I Yerin maqnit sahəsi ilə 
mütənasibdir  I=
χΗ. Maqnit həssaslığı  χ-nın qiyməti təbii  əmələ 
gəlmiş geoloji materiallar üçün geniş hüdudda dəyişir.Buna görə 
də maqnit həssaslığının qiyməti 10
-5
 BS vahidləri ilə göstərilir. 
Üç növ maqnit maddələri fərqləndirirlər: diamaqnitlər, 
paramaqnitilər və ferromaqnitlər. Süxurlarn maqnit xassəsi onların 
tərkibində ferromaqnit mineralların olması ilə  təyin olunur. 
Diamaqnetiklərin maqnit həssaslığı kiçik qiymətə malikdir və 
mənfi işarəlidir, yəni bunu maqnit sahəsinə  gətirdikdə yaranan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə