Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   2   3   4   5   6   7   8   9   10   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
13
B
ütün bunlarda heç də “onlar” günahkar deyil, hər şeydə
biz özümüz günahkarıq!
Vaxt vardı cınqırımızı da çıxara bilmirdik. İndi artıq
“samizdat” yazıb-oxuyuruq, institutların dəhlizlərinə yığışıb
ürəyimizi boşaldırıq: “Gör nə oyundan çıxırlar, gör bizi hara
sürükləyirlər?!”. Xarabalıq və yoxsulluq içində yerə-göyə
sığmayan lovğalıq, vəhşi rejimlərin harda gəldi
möhkəmləndirilməsi, vətəndaş müharibələrinin
qızışdırılması... Kefləri istəsə, bizi öz əlimizlə (öz
vəsaitimizlə) bəsləyib böyütdüyümüz Mao Tszedunun üstünə
də göndərə bilərlər və gedərik - çarəmiz nədir? Kimi istəsələr
həbs eləyirlər, sağ-salamat adamları dəlixanaya salırlar.
İstədikləri oyunu çıxarırlar, bizsə acizik, gücsüzük.
Axırımız çatıb, mənəvi ölüm artıq bizi yaxalayıb və fiziki
ölüm də qapımızın ağzını kəsdirib: özümüzü də, övlad-
uşağımızı da külə döndərməyə hazırdır, bizsə əvvəlki kimi
hürkək-hürkək qımışır və dodaqaltı mızıldanırıq: 
“Necə mane ola bilərik? Bizdə o zor hanı?”.
Adamlığımızı o dərəcədə itirmişik ki, bütün prinsipləri,
mənəviyyatımızı, ata-babalarımızın bütün elədiklərini,
nəvələrimizin eləyə biləcəklərinin hamısını bir qarın çörəyə
qurban veririk - təki köhnə nizam pozulmasın, vücudumuza
xətər toxunmasın. Bizdə nə qətiyyət, nə qürur, nə də ürək
yanğısı qalıb. Biz bütün bəşəriyyətin axırına çıxa biləcək
atom ölümündən və üçüncü dünya müharibəsindən də
qorxmuruq (bəlkə dəlmə-deşikdə yer tapıb gizlənə bildik?);
biz yalnız cəsarətli vətəndaş addımı atmaqdan qorxuruq. Təki
sürüdən ayrılmayaq, təkbaşına bir addım atmayaq - birdən bir
parça çörəyimizi itirərik, qazdan, isti sudan, Moskva
qeydiyyatından əlimiz çıxar.
Siyasi dərnəklərdə beynimizə möhkəm yeridiblər ki, ömür
boyu sabit və rahat yaşamaq gərəkdir: mühitdən, sosial
şəraitdən qaça bilməzsən, varlıq şüuru müəyyən eləyir, yəni
bizlik bir iş yoxdur, biz heç nə eləyə bilmərik.
Ancaq biz hər şey eləyə bilərik! Yalandan özümüzə toxtaqlıq
veririk. Bütün bunlarda heç də “onlar” günahkar deyil, hər
şeydə biz özümüz günahkarıq! Deyə bilərsiniz ki, axı
həqiqətən, çıxış yolu yoxdur! Ağzımızı tıxayıblar, nə bizə qulaq
asan var, nə bizdən söz soruşan. Onları necə məcbur eləyək ki,
bizə qulaq assınlar?
Onları öz fikrindən döndərmək, doğrudan da, mümkün deyil.
Yaxşı olar ki, onları yenidən seçək! Ancaq bizim ölkədə heç
vaxt heç kəs yenidən seçilmir!
Qərbdə adamlar tətillər, etiraz nümayişləri keçirirlər, ancaq biz
o qədər başıqapazlı olmuşuq ki, belə şeylərdən qorxuruq: necə
yəni işdən boyun qaçırasan, necə yəni küçələrə töküləsən?
Müsibətlərlə dolu son əsr rus tarixinin dönə-dönə sınaqdan
çıxardığı fəlakətli (üstəlik, həqiqətən də bizə xidmət
eləməyən) yollarla getmək lazım deyil! Bir vaxt əkilən o
toxumun boy verib artdığı indiki dövrdə terrorla, qanlı üsyan
A.Soljenitsin
YALANSIZ YAŞAMAQ
( 1 9 7 4 )


АЛАТОРАН № 15, YANVAR 2010
14
və vətəndaş müharibəsi ilə ölkəni ədalətli və xoşbəxt eləmək
istəyən o özündənrazı cavanların necə azdıqlarını, nə boyda
səhvə yol verdiklərini hamı aydın görür. Yox, sağ olun,
maarifçi atalar! İndi görürük ki, çirkin metodlar çirkin də
nəticələr doğurur. Qoy əllərimiz qana bulaşmasın!
Bəlkə dairə qapanıb? Doğrudanmı çıxış yolu yoxdur? Bizə
ancaq oturub gözləməkmi qalır? Birdən nəsə öz-özünə baş
verdi?.. Lakin biz gecə-gündüz indiki yaşayışımızı tərifləyib
daha da möhkəmləndirəcəyiksə, heç olmasa, onun ən yaralı
yerindən (yalandan!) qaçmayacağıqsa, yalan heç vaxt öz-
özünə bizdən əl çəkməyəcək.
Zorakılıq adamların dinc həyatına soxulanda lovğa-lovğa,
qırmızı-qırmızı bayraq qaldırır: “Mən zorakılığam! Dağılın,
çəkilin - əzərəm!”. Ancaq zorakılıq tez qocalır, o, özünə uzun
müddət güvənə bilmir, özünü yaşatmaqdan, yaxşı
görünməkdən, gözə kül üfürməkdən ötrü əlüstü yalanı
köməyə çağırır. Çünki zorakılıq yalandan başqa heç nəyin
arxasında gizlənə bilmir, yalansa yalnız zorun hesabına
yaşayır. Zorakılıq bizə qarşı çox vaxt açıq hücuma keçmir. O,
bizdən yalnız yalana boyun əyməyi, hər gün ona şərik
çıxmağı tələb edir - kölənin bütün sədaqəti də elə bundadır.
Azadlığa çıxmağın indiyəcən məhəl qoymadığımız ən adi, ən
sadə açarı elə buradadır - şəxsən yalana qoşulmamaq! Qoy
yalan dünyanı bürüsün, qoy yalan hamıya hakim kəsilsin,
ancaq kiçicik bir şeydə möhkəm duraq - yalanın hakim
kəsilməsində mənim əlim olmasın!
Və bu, süstlüyümüzü azacıq da olsa aradan qaldıra bilər. Bizdən
ötrü ən asanı - yalanı yoxa çıxarmağın ən sadə yolu da elə budur!
Çünki adamlar yalandan iyrənib üz döndərəndə o, sadəcə olaraq,
aradan çıxır. Yalan mikrob kimi ancaq adamlarda yaşaya bilir.
Ortaya çıxan həqiqəti car çəkməyə, düşündüyümüzü ucadan
deməyə yetişməmişik - lazım deyil, qorxuludur. Heç olmasa
düşünmədiyimizi danışmaqdan əl çəkək!
İçimizdə qat bağlamış mütiliyin fonunda yolumuz budur - ən
rahat yol; Qandisayağı vətəndaş itaətsizliyinə (dilə gətirmək
belə xatalıdır) baxanda ən asan yol.
Düşünüb-daşınmaq, yalana qətiyyən qahmar çıxmamaq!
Yalanın sərhədini (onu hərə bir cür görür) anlayıb o iltihab
xəttindən geri çəkilmək gərəkdir! Yalana don geyindirməsək,
onda onun necə tez və əngəlsiz yıxıldığına heyrətlənəcəyik;
çılpaq yalanı çılpaq şəkildə də görəcəyik.
Və nəhayət, itaətkarlığımızdan çıxış yolunu qoy hər kəs özü
seçsin: ya bilə-bilə yalana nökərçilik eləsin (ah, şübhəsiz, öz
kefindən ötrü yox, ailəsini dolandırmaqdan, balalarını yalana
uyğunlaşdırmaqdan ötrü!), ya da müasirlərə, gələcək nəslə
layiq adam olsun. Və həmin gündən o;
- daha bir kəlmə də yalan yazıb çap etdirməsin, yalana imza
atmasın;
- yalan sözü nə camaat arasında, nə şəxsi söhbətlərdə, nə
təbliğatçı, müəllim, tərbiyəçi, nə də teatr aktyoru kimi nə
özündən desin, nə kağızdan oxusun;
- istər rəssamlığın, istər heykəltəraşlığın, istər fotonun, istərsə
də musiqinin vasitəsilə heç bir uydurmaya həqiqət donu
geyindirməsin;
- özünüsığorta üçün, öz müvəffəqiyyəti naminə
“yuxarılar”dan şifahi və ya yazılı şəkildə yerinə düşməyən
sitatlar gətirməsin;
- onu istəmədiyi nümayiş və mitinqə getməyə məcbur etməyə
imkan verməsin; ürəyincə olmayan transparantı, şüarı əlinə
alıb başı üzərinə qaldırmasın;
- könlüncə olmayan təklifin lehinə əl qaldırmasın, layiq
bilmədiyi, yaxud şübhələndiyi adama (açıq və ya gizli) səs
verməsin;
- saxtalığına əvvəlcədən əmin olduğu müzakirələrdən boyun
qaçırsın;
- natiqin dilindən yalan, ideoloji cəfəngiyat, sürtük təbliğat,
söhbət eşidən kimi yığıncağı, mühazirəni, tamaşanı,
kinoseansı yarımçıq qoyub çıxsın;
- informasiyanı saxtalaşdıran, əsl faktları ört-basdır eləyən
qəzet-jurnallara abunə yazılmasın, onları satışdan almasın.
Əlbəttə, biz yalandan uzaqlaşmağın vacib şərt və
imkanlarının heç də hamısını sadalamadıq. Təmizlənməyə
başlayan - baxışları aydınlaşıb durulan hər kəs başqa
imkanları asanca seçə bilər.
Bəli, ilk vaxtlar çətin olacaq. Kimsə bir müddət işdən
qovulacaq. Doğru-düzgün yaşamaq istəyən cavanların həyatı
ilk vaxtlar lap qəlizləşəcək, axı onların oxuyub cavab aradıqları
dərsliklər yalanla doludur - onları da ələyib-seçmək gərəkdir.
Amma namuslu olmaq istəyən heç bir vaxt, hətta qorxusuz-
hürküsüz texniki elmlərdə belə həqiqətə və ya yalana, mənəvi
müstəqilliyə və ya mənəvi nökərçiliyə tərəf addım atarkən
sadaladığım şərtləri pozmasa, özünü aldada bilməz.
Öz ruhunu qorumağa təpəri çatmayan adam qoy qabaqcıl
baxışları ilə öyünməsin, akademik və ya xalq artisti, əməkdar
xadim və ya general olması ilə lovğalanmasın, qoy öz-özünə 
beləcə də desin: mən qoyunam və qorxağam, təki qarnım tox,
başım salamat olsun.
Bütün müqavimət yollarının ən sadəsi olan bu yol bizim üçün
asan keçməyəcək. Ancaq özünü yandırmaqdan və aclıq
keçirməkdən də ağır olmayacaq: alov bədənini sarmayacaq,
isti gözlərini qarsalamayacaq və ailən üçün heç olmasa qara
çörək, içməli su tapılacaq. Bizim xəyanət etdiyimiz,
aldatdığımız böyük Avropa xalqı - çexlər, slovaklar ləyaqətli
ürək gəzdirən arxasız-köməksiz sinəni tank qabağına vermək
örnəyini göstərmədimi?


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə