Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   11   12   13   14   15   16   17   18   ...   81

mən antirus lətifələrini təkrarlamayım və evdəki söhbətləri heç
yerdə danışmayım.
Məktəbdə mən ikiqat siyasi təhsil alıram, onlar bir
fotoşəkildə birləşən iki diapozitiv kimi bir-birinin üstünə
qoyulub. Birincisi, rus dilini öyrənməkdir. Beşinci sinifdən
başlayaraq bu məcburidir. Bu, ağır yük hesab olunmur, çünki
rəsmi şəxslərin dediklərinə uyğun olaraq, biz hamımız dünya
kommunizminin dilini öyrənmək həsrətindəyik. Yeganə çətinlik
ondadır ki, bu fəndən dərs deyən bütün müəllimlər xüsusi
entuziazma malik deyillər. Başqa dərslərdə ciddi nizam-intizam
var. Hər gün bizi hansısa parçanı oxumaq yaxud əzbərdən
danışmaq üçün lövhəyə çağırırlar. Əlbəttə ki, işlər pis gedəndə,
yerdən cavabları pıçıldayan yoldaşların köməyinə güvənmək
olar. Amma rus dili dərslərində buna gərək yoxdur: hansısa
qaydanı tənbəl-tənbəl aydınlaşdıran müəllim bizimlə başqa
mövzularda polyakca danışmağa başlayır.
Tarix dərslərində biz tarixin siniflər arasında sonsuz
müharibələr, əzilənlərin əzənlər üzərində qələbə çaldığı
qəhrəmanlıq salnaməsi kimi təsvir edildiyi kitablardan
öyrənirik: XIV əsrdə yoxsul polyak cəngavərləri Prussiya
qəsbkarlarına qarşı mübarizə aparır, XVIII əsrdə kəndlilər
qəddar feodallara qarşı üsyana qalxır, XIX əsrdə fəhlələr
sahibkarlara müqavumət göstərir, buradan isə dərsliyin
müəllifləri uydurma yolla gedərək tarixi vicdanın susmaz,
qorxunc səsi olan – Polşa Kommunist Partiyasının zəfər çalan
mübarizəsi ilə birləşdirir: yox, kommunizm hələ bərqərar
olmayıb, biz özümüzü tənqid edə bilirik, amma bizim
qarşımızda işıqlı məqsəd – ümumbəşəri ədalət və həqiqətin
zəfər çalması durur. Yeddinci sinifdə bütün bunlar öz
kulminasiya nöqtəsinə çatır – Marksın “Kommunist
partiyasının manifesti”ni əzbərdən öyrənmək.
Mən bilmirəm ki, bu tarixi versiyanın əleyhinə hansı
tarixi və ideoloji arqumentləri qoymaq olar, lakin dəqiq bilirəm
ki, bizim müəllimlərimiz də bu versiyaya inanmırlar. Rəsmi
konsepsiyalar qəfəsindən onlar bizə tamamilə başqa mənzərəni
göstərirlər. Məsələn, müəllim bizə deyir ki, dərsliyin tiran və
zalım kimi qələmə verdiyi kral, əslində böyük polyak
vətənpərvəri olub. Onun vaxtında etibarlı kanalizasiya sistemi
qurulub; o, Avropada gözəl binalar tikən italyan memarlarını
Polşaya gətirib. Onun arvadı, kraliça Yadviqa o qədər Allaha
inanan, yoxsulların qayğısını çəkən idi ki, onu müqəddəs
şəxslər sırasına daxil etmişdilər. 
Bundan mən bir neçə nəticə çıxarıram. Görünür,
müəllimimizdə elə bir dərslik var ki, orda Allaha ininmağın və
vətənpərvərliyin – yaxşı hal olduğu yazılıb və müəllim istəyir
ki, biz də bunu bilək. O, bu haqda danışanda səsi canlanır və
başını əyərək alçaq səslə bizi anlatmağa çalışır ki, bu söhbət öz
aramızdadır. Başqa sözlə, bizim dərsliklərdə tarixdən çox şey
buraxılıb. Onlara fikir vermək lazım deyil, həqiqəti başqa yerdə
axtarmaq lazımdır.
Fortepiano dərsləri valideynlərimin öz uşaqlarına
vermək istədikləri “yaxşı həyat” haqqında arzuları əks etdirir.
Polşada musiqiçilər həmişə müqəddəs sayılıblar, seçiliblər;
böyük pianoçu və skripkaçılar özlərində ulduz parlaqlığı və
yüksək incəsənət perspektivini birləşdiriblər. Bundan başqa,
hansısa musiqi alətində ifa etmək bacarığı – yaxşı tərbiyənin,
orta sinfə malik olmanın əlamətidir və bizim ətrafımızdakı
insanlar, xüsusən də yəhudilər, hamısı eyni zamanda qərara
gəliblər ki, onların uşaqları bu imtiyazsız keçinə bilməzlər. Bir
də ki, kim bilir? Bəlkə, bizim aramızda vunderkind var? Musiqi
istedadı – uğura aparan və hər kəsə açıq olan yoldur; əgər
bizlərdən hansı birimizdə bu istedad kifayət qədər olsa, o,
meteor sürətilə yoxsul həyatı tərk edib, hamımızın gizlində
arzuladığı şöhrətə və zənginliyə çata bilər.
Birinci dərs ilinin sonunda, əvvəllər özü də musiqini
öyrənmiş pani Orlovskaya elan edir ki, mənim istedadım var.
Görünür, müəlliməm də belə düşünür və “istedad”
azad mövcudluq əldə edir, mənə məxsus olan obyektiv
predmetə çevrilir, lakin o, məndən kənarda da mövcuddur; bu,
mənə məxsus olan qiymətli bir şeydir, onun qarşısında mənim
müəyyən vəzifələrim var və mən bunları yerinə yetirməyə
borcluyam. “Sən hələlik körpəsən, lakin Allah sənə qızıl alma
verib, - pani Orlovskaya soyuq, mavi gözləri ilə mənə ciddi-
ciddi baxaraq deyir. – Bu, o deməkdir ki, sənin borcun, vəzifən
var. Vergini, hədiyyəni, istedadı puça çıxarmaq günahdır.
Nizam-intizam, hər şeydən əvvəl nizam-intizam lazımdır. Sən
hər gün iki saat məşğul olmalısan. Bazar günündən başqa”. O
vaxtdan mənim ləyaqət haqqında təsəvvürüm – istedadın tam
reallaşmasıdır, mənim üçün ən qorxunc günahsa – öz istedadını
puça çıxarmaqdır. Tam reallaşmamaq təhlükəsi qarşısında
mənim qorxum o qədər güclüdür ki, gündəlik həyatımda bu
məni iflic edir. Səhv addım atmaq, öz mahiyyətini ifadə
etməmək, qabiliyyətini itirmək, istedadının sonsuz potensialını
inkişaf etdirməmək dəhşətdir!
Lakin müəyyən vaxtlarda, belə tərəddüdlər məni
narahat etmir. Mənim öz “istedad”ıma kvazimistik inamım var,
tam və mütləq. Yoxsa mən bu cür ifa edə bilməzdim, musiqi
yalnız alətlərdən deyil, sanki mənim özümdən yaranır. Qərara
alındı ki, bundan sonra mən pani Viteşakın yanında məşğul
olacağam; bu müəllimə gənc istedadları öyrətməklə məşhurdur,
o, bir neçə adlı-sanlı polyak pianoçusu yetişdirib. Onu gözəl
adlandırmaq olmaz, lakin belə məşhur şəxsiyyətin qarşısında
ifa edəcəyimdən əvvəl-əvvəl qorxsam da, tezliklə görürəm ki,
bu yumşaq, qəhvəyi rəngli gözlər, təbəssüm mənə sakitləşdirici
təsir göstərir. Dərs zamanı pani Viteşakın əvvəllər musiqi
müəllimi olmuş qoca anası pianinonun yanındakı divanda,
üstünə qalın ədyal örtərək uzanıb, hərdən öz fikirlərini deyir.
Həmin mənzildə pani Viteşakın oğlu da yaşayır, sonralar gəlin
və körpə də ailənin sayını artırdı. Bu evdə hamı səssiz hərəkət
edir, səssiz danışır və bir-biri ilə ehtiramla, nəzakətlə davranır.
Sonralar mən onun oğlunun kitabından öyrənirəm ki, pani
Viteşak çox dindar adam olub və müharibədə öz həyatını
təhlükəyə ataraq  bir neçə yəhudinin həyatını xilas edib.
Pani Viteşak heç zaman səsini qaldırmır, o çox
mehribandır, bununla belə onun mənə böyük təsiri var. Musiqi
müəllimlərimdən birincisi idi ki, mənəvi tərbiyəmə görə ona
borcluyam. Bu, kamerasayağı təkbətək, musiqi obrazları
vasitəsi ilə münasibətdə o, mənə mühüm bir şeyi – öz daxili
həyatımı anlamağı öyrədir. Pani Viteşak Baxın invensiyasında
səsin necə olmasını yaxud mazurkada dəqiq modulyasiya
mövzusunu aydınlaşdırmağa cəhd edəndə o, bilavasitə mənə
emosiyalar dilini də öyrədir. “Musiqi – bir növ ritorikadır, - o
АЛАТОРАН № 15, YANVAR 2010
24


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə