Alatoran-15-an-son-2010-1: Layout qxd


ədəbiyyatın) öz ölkəsinin taleyinə necə təsir göstərə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   5   6   7   8   9   10   11   12   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
17
ədəbiyyatın) öz ölkəsinin taleyinə necə təsir göstərə
bilməsinin canlı şahidi-sübutusunuz. Yəni
nailiyyətlərinizdən məmnun qalmaq üçün əlinizdə
yetərincə səbəb var. Lakin siz məmnunsunuzmu? Və
Rusiya üçün, dünya ədəbiyyatı üçün daha nələrsə etmək
istəyirsinizmi?     
Cavab: - Kommunist diktaturası mütləq qaydada onunla
mübarizə aparmağı tələb edirdi. Ancaq mən dəfələrlə Qərb
qüvvələrini Sovet Kommunizmi ilə Rusiyanı və Rus tarixini
eyniləşdirməməyə çağırmışam. Təəssüf ki, Qərbdə bir çox
qüvvələr bu fərqi görə bilmədilər, bu səbəbdən də Qərbin
qüdrətli dövlətlərinin siyasəti Sovet diktaturası çökəndən
sonra da Rusiyaya münasibətdə çox dəyişilmədi. Bu məni
xeyli mütəəssir edir. 
Amma 90-cı illərdən sonra Rusiyanın özündə də hadisələr
daha ağır keçdi. Ölkəni sağaltmaq üçün gərək olan mənəvi,
iqtisadi məlhəm tapmaq əvəzinə, qara qüvvələr, ən prinsipsiz
quldurlar fürsətdən yararlanıb vəzyyəti ələ aldılar, millətin
dəyərlərini maneəsiz oğurlamaqla hədsiz dərəcədə varlanıb
cəmiyyətə sinizm və əxlaqsızlıq toxumu səpdilər. Bu –
ümumrusiya fəlakəti idi. 
Bu dəyişiklikləri mən ürək ağrısı ilə yaşadım, sizsə
“məmnunluqdan” danışırsınız. Mənim artıq 87 yaşım var,
sağlamlığım pozulub və daha hadisələrin gedişinə təsir
göstərmək  gücüm qalmayıb.        
Sual: - Nəhayət, sonuncu sual: Rusiyanın gələcəyi necə
olacaq? Burada demokratiya olacaq, yoxsa Çin modeli
üzrə avtoritar dövlət qurulacaq? Başqa ölkələrin
Rusiyadan öyrənməli nəsə varmı? Yaxud əksinə, Rusiya
özü kimdənsə nəsə öyrənməlidirmi? Rusiya Qərblə
yaxınlıq etməlidir – yoxsa öz yolu ilə gedib özünün siyasi
modelini tapmalıdır? Və Rus ədəbiyyatını digər dünya
ədəbiyyatından fərqləndirən nələrsə hələ qalırmı? 
Cavab: - Rusiyanın gələcəyi – məni çox narahat edir. Onun
necə olacağını indidən söyləmək məsuliyyətini üzərimə
götürmürəm. Sizin sualınız əsasən ictimai quruluşla bağlıdır
(O həqiqətən vacib məsələdir, ancaq mənəvi quruluş daha vacibdir və
hətta ondan da vacibdir).  Mən Rusiyada görmək istədiyim
demokratiya haqqında hələ 1990-cı ildə öz modelimi (“Biz Rusiyanı
necə qurmalıyıq”) yazıb təklif etmişəm: yerli özünüidarədən
başlayaraq ən yuxarılarda  ümumdövlət miqyasınadək demokratik
quruluşun mərhələ-mərhələ düzənlənməsi (Bir çox Qərb ölkələrində
mövcud olan yerli özünüidarə fəaliyyəti  - tam fərqli bir quruluşdur və
mən həmişə öz həmvətənlərimi bu nümunədən bəhrələnməyə
çağırmışam).
Mənim modelim Qərbdə geniş yayılmış partiya
parlamentarizmindən fərqlənir (Ümumiyyətlə, işi-peşəsi yalnız
hakimiyyətə can atmaq olan siyasi partiyaların mövcudluğunu
mən müsbət hal yox, bədbəxtlik hesab edirəm). Hələlik təklif
etdiyim o plan baxılmamış qalır. Ancaq mən gələcəyin Rus
demokratiyasını kor-koranə Qərbdən köçürtməkdənsə, məhz bu
cür  görməyə üstünlük verərdim.    
Rus ədəbiyyatı ilə digər dünya ədəbiyyatları arasında
prinsipial fərqi, ya ayrılığı isə mən görmürəm. 
Tut arağı və çöl ördəyi
Qaranlıq qəfildən qəhqəhə çəkdi
Qəfildən yağış də kəsdi, yağmadı
Binanın damından bir adam düşdü
Göyə yollanırdı, yerə yapışdı
Mən evdə tək idim, əzab çəkirdim
Qəfildən həyətdə bir səs-küy qopdu
Bir arvad çığırdı üzüyuxarı:
- «İsanı kölələr şillələdilər!»
Qazanın dibində yatmışdı yemək
Onu da, məni də oyatdı isti
Pisdir, axşamüstü yaşamaq pisdi!
Götürüb zəng vurdum, İlham Tumasa
Bir az söyüş söydüm, bir az ağladım
- təzə nə xəbər var - soruşdu məndən
- İsanı kölələr şillələdilər!
Süfrənin üstündə hər şey yarımçıq
Çağırdım, səslədim qarışqaları
Evdə heç kim yoxdur, bu necə evdi?
Özüm yarım saat qarışqa oldum
Vurnuxdum boş evdə, gəzdim boş evdə
Yarım saat çəkdi qarışqalığım
İsanı kölələr şillələdilər…
Kafir təfəkkürlü bir qızı sevdim
Sevgimi fikrimdə doqquza vurdum
Alınan hasili ikiyə böldüm
Axırda bir uşaq qalıq alındı
Can atdım, can atdım adam olmağa
Məndən quş alındı, balıq alındı
Ağac şəkli çəkdim bekarçılığa
Geyindi dərisin şair Nəsimi 
Dedi, üşüyürəm, ev nə soyuqdu
İsanı kölələr şillələdilər.
Təkliyin dibinə göz yaşı tökdüm
Bir az tez yetişsin ölüm meyvəsi
Mənim dostum divar, düşmənim divar
Bağışla, sənə də bir yumruq vurdum
Bağışla, yediyim ördək qanadı
Bağışla, bağışla udduğum hava
Udub ciyərimdə incitdim səni
Bağışla, bağışla sol ayaqqabım
Sənə mıx vurdurub, yumdum ağzını
Bağışla şeytanı, bağışla tanrı!
Bağışla tanrını, bağışla şeytan!
İsanı kölələr şillələdilər!
Aqşin
Y
enisey
a.yenisey@gmail.com 


1959-cu ilin aprel ayı. Mən “Botori”nin yuxarı
göyərtəsindəki sürahinin yanında dayanmışam və hiss edirəm
ki, həyatım sona çatır. Mən, sahilə toplaşaraq Qdınyadan
uzaqlaşan və bir daha geri dönməyəcək gəmini müşahidə edən
kütləyə baxıram, - az zaman içində o biri tərəfdə qalan
kütləyə, - və burdan qurtulub geriyə, tanış həyəcan və
qışqırıqların içinə dönmək istəyirəm. Ağlıma sığmır ki, bütün
bunlardan baş götürüb gedirik – yox, amma biz gedirik.
Mənim on üç yaşım var. Biz köçürük. Bu sözdə elə dönməz,
sarsıdıcı qətilik var ki, mənim üçün dünyanın sonunu anladır.
Məndən dörd yaş kiçik olan bacım susaraq əlimi
sıxır. O, harda olduğumuzu və nə baş verdiyini o qədər də
anlamır. Valideynlərim əsəbləşib. Indicə gömrükdə şəxsi
baxışdan keçiblər və bunu antisemitizmlə vida görüşü kimi
qəbul ediblər. Lakin gömrükçülər kifayət qədər ağıllı yaxud
şübhəkar olmadıqlarından bacımla məni axtarmadılar, - bu,
yaxşı oldu, çünki ikimizin də donuna xüsusi ciblər tikilmişdi
və onlarda Polşadan çıxarılması yasaq edilən gümüş əşyalar
gizlətmişdik. Budur, sahildə nəfəsli çalğı alətlərindən ibarət
orkestr çalır, cəld “mazurka” (mazurka – polyak rəqsi – S.B.)
motivlərindən ibarət polyak himninin sədaları eşidilir. Kədər
qəlbimi elə bürüyür ki, gözlərimin yaşı quruyur və susaraq bu
ağrı-acıya tab gətirməyə çalışıram. Çarəsizcə zamanı
dayandırmaq, iradəmin gücü ilə gəmini saxlamaq istəyirəm.
Mən özümün ilk və ən güclü nostalgiyasını yaşayıram –
polyak sözü teşknota özündə kədər və çarəsizliyin əlavə
çalarlarını daşıyır. Bu hiss, sonralar, mənə xırdalığına qədər
məlum olacaq, bütün çalarları və səviyyələri ilə, - lakin, ilk
dəfə bu hissi yaşayanda, o, tamamilə yad yerlərin qarabasması
kimi, yeni ağrının, ayrılıq ağrısının müjdəçisi kimi idi. Yaxud
ayrılığı öncədən hiss etmək idi, çünki bu ayrılıq nöqtəsində
mən itirəcəklərimin xiffətini əvvəlcədən çəkirdim: çox
sevdiyim Krakovun mənzərələri, yayda getdiyimiz günəşli
kəndlər, müəllimlə royalın arxasında keçirdiyim saatlar,
dostlarımla söhbət və görüşlərim haqqında xatirələr. Irəlidə
isə soyuq, nəhəng boşluq vardı – ruhun qaralması vardı, sanki
fotoapparatın obyektivinin qapağını örtmüşdülər, gələcəyin
üstündən ağır pərdə çəkmişdilər. Getdiyimiz ölkə, Kanada
haqqında heç nə bilmirəm. Qitənin dumanlı təsviri, nəhəng,
az məskunlaşmış torpaqlar... Valideynlərim müharibə zamanı,
meşədə budaqlarla örtülmüş talada gizlənəndə atamda
“Kanada, qatran qoxuyan ölkə” kitabı vardı, o, bu dəhşətli
vəziyyətdə heyrətamiz təbiət, sərbəstcə dolaşan vəhşi
heyvanlar, azad həyat haqqında oxuyurdu. Bəlkə də buna
görə, yəhudi dostlarımızın əksəriyyəti kimi İsrailə deyil,
Kanadaya köçürük. Lakin mənim üçün “Kanada” sözü
“Saxara” kimi qorxuncdur. Yox, qəlbim bu səyahətin
əleyhinədir, istəmirəm ki, məni uşaqlığımdan, sevincim və
rahatlığımdan, musiqidən ayırsınlar. Gəmi sahildən uzaqlaşır,
alçaqdan fit səsi eşidilir, lakin mən bütün varlığımla,
inadkarcasına öz yerimdə qalmağa çalışıram. Valideynlərim
təsəlli verircəsinə əllərini çiynimə qoyurlar, sanki onların
istədiyi bu köçetmədə ağrının da olduğunu etiraf etmək
istəyirlər. 
АЛАТОРАН № 15, YANVAR 2010
18
Eva Hoffman – polyak-yəhudi mənşəli amerikan yazıçısıdır. Onun qələmindən Şərqi Avropa və Polşa
yəhudilərinin taleyi, emiqrasiya və mədəni stereotiplər haqqında publisistik janrda yazılmış bir neçə kitab
çıxıb. Evanın 13 yaşı olanda valideynləri Polşadan Kanadaya köçmək qərarına gəliblər. Eva üçün yeni həyat
başlandı – Vankuver Krakovla müqayisədə başqa planetə bənzəyirdi.
Eva Hoffman Hyustondakı Rays universitetini bitirdi, Harvardda dissertasiya müdafiə etdi, “Nyu-York
Tayms”da jurnalist kimi uğurla çalışdı... Amma o, ruhsal bütövlük və harmoniyanı özünə qaytarınca,
emiqrasiyanın qırdığı daxili bağları bərpa edincə çox zaman keçdi. Hal-hazırda Eva Hoffman Londonda
yaşayır, necə deyərlər – “Manhettendən Krakova qədər olan yolun yarısında”, - ABŞ-da dərs deməyi də
buraxmayıb. Tezliklə onun yeni kitabı – “Sirr” adlı romanı işıq üzü görəcək.
“İtkilər sənəti” – Eva Hoffmanın yeni dildə həyata, yeni səsin, yeni şəxsiyyətin qazanılmasına, keçmişin itirilməsinə, əzabverici
nostalgiyaya dair müəllif üçün ən mühüm, ən ağrılı suallara toxunan ilk və bəlkə də ən məşhur kitabıdır. Kitabın “polyak” və
“amerikan” fraqmentlərinin təzadlılığı adamı heyrətə salır (kitab tamamilə fraqmentlərdən ibarətdir ki, bu da nəşri çox asanlaşdırır).
Sanki “polyak” və “amerikan” Eva fərqli düşünür, dünyaya müxtəlif cür baxırlar. Hamımız bilirik ki, təfəkkür və qavrayışı dil
müəyyənləşdirir, kitabda qarşımıza bu həqiqətin sadəcə deklarasiyası deyil, həm də parlaq və inandırıcı illüstrasiyası çıxır. Polşanın,
Krakovdakı uşaqlıq illərinin təsviri rənglərlə, səslərlə, qoxularla doludur; burda detallar hökm sürür. Emiqrantlıq təcrübəsi
haqqındakı hekayədə müəllif abstrakt kateqoriyalara müraciət edir; məişət mənzərələrinə qəfildən “arxetip” və “metahekayə” kimi
sözlər soxulur... Əlbəttə, bütün kitab ingiliscə yazılmışdır, amma uşaqlıq xatirələrinə baş vuran Eva Hoffman sanki keçmiş “polyak”,
emiqrantlıqdan əvvəlki qavrayışına qayıdır. Yazıçının özü bütün bu metamorfozaları həssaslıqla işləyir, insan şüurunun daxilindəki
mədəniyyətlər və dillər sarmaşmasını incə ironiya ilə açır. 
Kitabın ingiliscə adı – “Lost in Translation”, - ikili şərhə malikdir. Lost sözünü “azmış” yaxud “itirilmiş” kimi də anlamaq olar. (Biz
burda “tərcümə” sözünü buraxmaqla bir az sərbəstliyə yol vermişik, - bu söz onsuz da, implisit olaraq mövcuddur. Çünki məhz
tərcüməni “itkilər sənəti” adlandırırlar). Lakin itkilər və sərsərilik tarixi gözlənilmədən yumor, səmimiyyət və məhəbbətlə dolur.
Labirint nə qədər mürəkkəb olsa da, Eva Hoffman azıb qalmır. O, yolu tapır.
Eva Hoffman 
İTKİLƏR SƏNƏTİ YAXUD YENİ DİLDƏ HƏYAT TƏCRÜBƏSİ
( r o m a n d a n   p a r ç a )


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə