“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

40 
 
Protokolların  imzalanmasından  və  Baş  nazir  Ərdoğanın  2009-cu  ilin  may 
ayında Azərbaycan Milli Məclisində etdiyi çıxışından sonra Türkiyədən Qarabağ şərti 
ilə  bağlı  fərqli  açıqlamalar  da  gəldi.  Bu  isə  ekspertlərin  Türkiyə  Qarabağ  şərtini 
dəyişdirir  (yumuşaldır)  şəklində  fikirlər  səsləndirməsinə  səbəb  oldu.  Xüsusən  Baş 
nazir Ərdoğanın 2010-cu ilin aprel ayında Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi 
üzrə sammitdən qayıdarkən, “Ermənistan Qarabağı boşaltmağa Ağdam və Füzulidən 
başlaya  bilər”
49
  şəklindəki  açıqlaması  Türkiyə  və  Azərbaycan  mətbuatında  Türkiyə 
Qarabağ  şərtini  iki  rayonla  əvəz  etdi  qənaətli  təhlillərin  aparılmasına  səbəb  oldu. 
Lakin  Baş  nazir  Ərdoğanın  açıqlamasının  sətiraltı  mənalarına  diqqət  yetirdiyimiz 
zaman  Türkiyənin  Qarabağ  şərtini  iki  rayonla  əvəz  etmədiyini  görürük.  Türkiyənin 
Xarici işlər naziri  Əhməd  Davudoğlunun  2010-cu il  mayın  4-də  Türkiyə  mediasına 
verdiyi müsahibədə “Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması üçün ilk 
növbədə İrəvan işğal etdiyi bölgələrdən çəkilməli, Bakı bu addımdan razı qalmalı və 
sonra  Azərbaycan-Ermənistan  sərhədi  açılmalıdır”
50
  şəklində  açıqlaması  Türkiyənin 
sərhədlər  siyasətinin  Bakı  mərkəzli  olduğuna  işarədir.  Göründüyü  kimi, 
Davudoğlunun bu açıqlaması Ərdoğanın Azərbaycan Milli Məclisində “Qarabağ- da 
işğal  bitmədən  sərhədlər  açıla  bılməz”  şəklində  səsləndirdiyi  fikirdən  nisbətən 
fərqlənir.  Lakin  burada  mühüm  olan  Azərbaycanın  Qarabağ  siyasətinin  Türkiyə 
tərəfindən  dəstəklənməsidir.  Çünki  Azərbaycan  da  işğal  altındakı  rayonların 
boşaldılması  qarşılığında  Ermənistanla  sərhədlərini  aça  biləcəyini  qeyd  etmişdir. 
Bakının  istəklərinin  əks  olunduğu  hər  hansı  bir  razılaşma  isə  hələ  də  Ermənistan 
tərəfindən qəbul edilməmişdir. 
Ermənistanla  münasibətləri  normallaşdırmaq  məqsədilə  Türkiyənin  atdığı 
təktərəfli  addımlar  Ermənistan  tərəfindən  ABŞ-ın  təzyiqi  ilə  verilən  təktərəfli  
güzəştlər  kimi  başa  düşüldü.  Ermənistanın  bu  düşüncəsi  protokolların  təsdiqlənmə 
prosesinə  də  öz  təsirini  göstərdi  və  Ermənistan  ABŞ-ın  təzyiqi  ilə  Türkiyənin 
protokolları təsdiqləyəcəyini düşündü. Ermənistan bu protokollardan Türkiyənin ilkin 
şərtlərinin ortadan qalxmasına və sərhədlərin açılmasına nail olmaq üçün istifadə edir 
                                                           
49
 Başbakan Erdoğan`dan önemli açıklamalar. Sabah (14 aprel 2010) 
50
 Can Dündar. Davudoğlu Oxford`dan hangi kitabı aldı? Milliyet (4 may 2010) 


41 
 
və bundan cəsarətlənərək həm Türkiyəyə, həm də Azərbaycana qarşı daha sərt mövqe 
nümayiş etdirir.  
Ermənistan Qarabağla bağlı danışıqlarda aprelin 24-dən əvvəl güzəştə getmək 
istəmədi. Çünki aprelin 24-dən əvvəl Obamanın soyqırım kartının işləyəcəyini, yəni 
Obamanın  soyqırım  deməməsinə  qarşılıq  Türkiyənin  protokolları  təsdiqləyəcəyini 
düşündü. Protokollar təsdiqlənmiş olsaydı, Ermənistana qarşı ən ciddi təzyiq vasitəsi 
olan  sərhədlərin  açılması  məsələsi  ortadan  qalxacaqdı.  Lakin  proses  Ermənistanın 
istədiyi kimi  irəliləmədi və ermənilərin 24  aprel ümidi  puç  oldu.  Bu isə o deməkdir 
ki,  Ermənistanın  ümidləri  tükənir.  Madrid  prinsiplərinin  yenilənmiş  variantını 
Azərbaycanın  qəbul  edib,  Ermənistanın  qəbul  etməməsi  Ermənistanın  vəziyyətini 
daha da çətinləşdirə bilər.  
İstər  Ermənistanın  siyasi  manevrlərinə,  istərsə  də  daxildən  və  xaricdən  gələn 
ciddi təzyiq və tənqidlərə baxmayaraq, Türkiyə hökuməti protokollara sala bilmədiyi 
Dağlıq  Qarabağ  şərtindən  imtina  etmədi  və  Azərbaycanla  strateji  müttəfiqliyini  bir 
daha  sübut  etdi.  Ermənistanla  protokolları  imzalayan  Türkiyə  erməni  problemini 
“soyqırım”  iddiaları  xaricinə  çıxararaq  müdafiədən  müzakirəyə  keçmək  istədi. 
Protokollar məsələsinə münasibətdə erməni diaspor təşkilatları ikiyə bölünsə də, hər 
iki qrup “soyqırım” məsələsində eyni düşüncədədir. Bundan əlavə, xüsusən ABŞ-da 
ən güclü erməni diaspor təşkilatları protokolların imzalanmasına qarşı çıxmışdır. Elə 
bu  səbəbdən  Ermənistanla  protokolları  imzalayan  Türkiyə  beynəlxalq  aləmdə 
“soyqırım” qərarlarının qarşısını alacağını düşünsə də, qısa zamanda bunun mümkün 
olmadığını anladı.  
Lakin  Türkiyə  bu  protokolları  erməni  diasporuna  1915-ci  il  hadisələrini 
“soyqırım”  olaraq  tanıyacağını  söz  verən  Obamaya  qarşı  bu  istifadə  etdi.  Eyni 
zamanda,  Türkiyə  hökümətinə  görə,  protokol  siyasətinin  nəticəsi  barədə  danışmaq 
hələ  tezdir  və  bunun  üçün  vaxta  ehtiyac  vardır.  Nəticədə,  Türkiyə  protokolları 
imzalayaraq böyük bir risk etdi. Onun istədiyi nəticənin alınıb-alınmayacağı bilinmir. 
Türkiyənin  Ermənistanla  protokolları  imzalaması  onun  ilkin  şərtlərinin  ortadan 
qalxması mənasına gəlmir. Əslində, Türkiyə hökumətinin protokolları imzalamaqda 


42 
 
məqsədi  Ermənistanın  Türkiyəyə  qarşı  tələblərini  ortadan  qaldırmaq  və  Qarabağ 
məsələsinin həlli üçün fərqli bir taktika həyata keçirməyə çalışmaqdır.  
Digər  tərəfdən  protokolların  Türkiyə-Ermənistan  münasibətlərində  müsbət  bir 
əhvali-ruhiyyə yaratdığını da söyləmək mümkündür. 1915-ci ildən indiyədək böyük 
güclərin təsiri ilə ermənilər türkləri və Türkiyəni təhlükə mənbəyi olaraq görmüşlər. 
Türkiyə  ermənilərlə  bu  vaxta  qədər  danışıqlar  aparmamaqla  erməni  millətçilərinin 
iddialarını doğrultmuş, Ermənistan ermənilərini diasporun və böyük güclərin təbliğatı 
qarşısında,  Türkiyə  və  türklərlə  yaxşı  əlaqələr  qurmaq  istəyənləri  millətçilər 
qarşısında  tək  qoymuşdur.  Türkiyənin  düşmən  görüntüsü  davam  etdiyi  üçün  bütün 
ermənilər  türk  düşmənçiliyi  ideyası  ətrafında  birləşmişdir.  Bu  isə  erməni  xalqında 
Türkiyə  və  Azərbaycan  barədə  fikirlərin  parçalanmasını  çətinləşdirmişdir.  Belə  ki, 
münasibətlərin  normallaşma  prosesi  və  protokollar  məsələsi  göstərmişdir  ki, 
ermənilər  arasında  ciddi  fikir  ayrılığı  yaratmaq  mümkündür.  Lakin  bu  fikir  ayrılığı 
“soyqırım” və Dağlıq Qarabağ nöqtəsində deyil, protokollar nöqtəsindədir. Yəni bəzi 
mütəxəssislərin  iddia  etdiyi  kimi,  protokollardan  sonra  ermənilər  arasında  yaranmış 
fikir  ayrılığı  “soyqırım”  və  Türkiyədən  torpaq  tələbi  ilə  bağlı  deyil,  protokolların 
mövcud şərtlər altında imzalanıb-imzalanmaması məsələsi ətrafındadır.  
Türkiyə  hökuməti  Dağlıq  Qarabağ  münaqişəsi  həll  olunmadan  protokolları 
parlamentdə ratifikasiya etməmə siyasətində israr edirsə, həm Azərbaycanın, həm də 
Türkiyə  müxalifətinin  protokollora  qarşı  etirazlarından  narahat  olmamalıdır.  Bu 
etirazlar  AB  və  ABŞ-ın  təzyiqlərinə  qarşı  Türkiyə  hökumətinin  mövqeyini 
gücləndirir.  Digər  tərəfdən,  Türkiyə  protokolların  TBMM-dən  keçməsi  üçün  daxili 
siyasətində  süni  psixoloji  vəziyyət  yaratmamalıdır.  Eyni  zamanda,  Dağlıq  Qarabağ 
məsələsində həqiqi mənada bir irəliləyiş olmadan, yəni Ermənistan hərbi birləşmələri 
Azərbaycan 
torpaqlarından  çıxmadan  protokollar  TBMM-də  ratifikasiya 
olunmamalıdır.  
Qurulduğu  1918-ci  ildə  ərazisi  9  min  km2  olan  Ermənistan  20-ci  illərdə 
Zəngəzur  və  Göyçə  mahalını  da  torpaqlarına  qataraq  sahəsini  29  min  km2  -ə 
çatdırmışdır.  Dağlıq Qarabağı işğal  edən,  Türkiyə  və  Gürcüstana  qarşı  ərazi  iddiası 
olan  Ermənistan  bu  yolla  öz  ərazisini  genişləndirməyə  çalışır.  Bu  səbəbdən  bağlı 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə