“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

34 
 
Ermənistan  Konstitusiya  Məhkəməsinin  verdiyi  qərar  bir  neçə  səbəblə  izah 
edilə bilər:  
   1. Protokokolların qəbul edilməsinə qarşı çıxan diasporun və müxalifətin sərt 
reaksiyalarını yumşaltmaq, bununla da Sərkisyan hökuməti üçün dəstəyi yeniləmək;  
   2.  Türkiyənin  “Qarabağ  kartı”nı  ortadan  qaldırmaq.  Məlumdur  ki,  Türkiyə 
tərəfi protokolların TBMM-də təsdiqi üçün Dağlıq Qarabağ məsələsinin həllini ilkin 
şərtlərindən  biri  kimi  irəli  sürmüşdü.  Konstitusiya  Məhkəməsinin  qərarı  ilə 
Ermənistan  da  Türkiyəyə  qarşı  bir  “kart”  əldə  etmiş  oldu.  Ermənistan  tərəfi 
protokolların  Konstitusiya  Məhkəməsinin  qərarı  şəklində  parlamentdən  keçməməsi 
üçün  Türkiyənin  Dağlıq  Qarabağ  kartından  imtina  etməsi  tələbini  irəli  sürə  və  bu 
tələbin reallaşması üçün ABŞ və Rusiyadan da dəstək istəyə bilər.  
3. Konstitusiya Məhkəməsinin bu qərarı Ermənistanın əslində Türkiyəyə qarşı 
soyqırım  və  torpaq  iddialarından  imtina  etmədiyini,  protokollarin  müzakirəsi  ilə 
müvəqqəti  olaraq  dondurduğunu,  ancaq  vaxtı  gələndə  istifadə  edə  biləcəyini  ifadə 
etmiş oldu.  
Aprelin  24-nə  qədər  protokolların  qarşılıqlı  olaraq  təsdiqlənməsini  istəyən 
Ermənistan  Türkiyə  tərəfindən  məsələyə  münasibətdə  heç  bir  irəliləyiş  müşahidə 
etmədi.  Türkiyənin  protokolları  aprelin  24-dən  əvvəl  təsdiqləməməsi  erməni 
müxalifətinin  və  diasporunun  etirazlarına  baxmayaraq  protokolları  imzalayan 
Sərkisyan  üçün  ciddi  təhlükə  yaratdı.  Məhz  bu  səbəbdən  2010-cu  il  aprelin  22-  də, 
yəni tərəflər arasında “Yol xəritəsi”nin açıqlanmasından bir il sonra (aprelin 24- dən 
iki  gün  əvəl)  Ermənistan  Prezidenti  Serj  Sərkisyan  Türkiyədə  uyğun  bir  şərait  və 
Ankarada normallaşma prosesini davam  etdirməyə hazır bir liderlik yaranana qədər 
protokolların  təsdiqlənməsini  “dondurduqlarını”  açıqladı.  Bu  bəyanat  protokolların 
təsdiqlənmə prosesinin tamamən ortadan qalxdığı mənasına gəlmir. Proses müvəqqəti 
olaraq  durduruldu.  Əslində,  Sərkisyanın  diaspordan  və  daxildən  gələn  təzyiqlərin 
təsiri  altında  atdığı  bu  addım  Qarabağ  məsələsində  hər  hansı  bir  razılıq  olmadan 
protokolları təsdiqləmək istəməyən Türkiyənin də maraqlarına uyğun oldu. Prosesin 
bu səviyyəyə gəlməsində Türkiyənin sonradan Qarabağ şərtini irəli sürməsi göstərilsə 


35 
 
də,  nəticədə  protokolların  təsdiqlənməsini  dondurduğunu  açıqlayan  tərəfin  Türkiyə 
deyil, Ermənistanın olması Türkiyə üstündə artan təzyiqləri azaltdı.  
2010-cu  il  aprelin  24-dən  sonra  normallaşma  prosesinin  “səssiz  diplomatiya” 
ilə  davam  edəcəyi  ortaya  çıxdı.
44
  İki  tərəf  arasındakı  müzakirə  edilən  məsələlər  çox 
həssas olduğu üçün açıq diplomatiya xalqların və müxalifətin reaksiyaları nəticəsində 
istənilən  nəticəni  vermir  və  ya  prosesin  zərər  görməsinə  səbəb  olur.  Beləliklə,  açıq 
diplomatiya  protokolların  təsdiqlənməsi  prosesinə  zərər  verdiyi  üçün  təkrar  səssiz 
diplomatiyaya dönmə arzusu göstərilməkdədir.  
   Bundan  əlavə,  Baş  nazir  Ərdoğanın  ABŞ-dakı  nüvə  təhlükəsizliyi  üzrə 
sammitdə Sərkisyanla görüşdən sonra prosesin xarici işlər nazirləri vasitəsilə davam 
etdirilməsi  və  protokolların  təsdiqlənməsi  üçün  izlənəcək  yol  baxımından  bir  “Yol 
xəritəsi”nin hazırlanması
45
 razılaşdırılmışdır. Hətta xarici işlər nazirləri bu çərçivədə 
ilk  toplantılarını  da  məhz  ABŞ-dakı  nüvə  təhlükəsizliyi  üzrə  sammitdə  həyata 
keçirdilər.  Birinci  “səssiz  diplomatiya”  prosesi  protokolların  hazırlanması  ilə 
nəticələnmişdir.  İkinci  “səssiz  diplomatiya”  isə  protokolların  təsdiqlənməsi  üçün 
“Yol  xəritəsi”nin  müəyyən  olunması  ilə  nəticələnəcəkdir  və  buradan  sürprizlər  də 
gözləmək  olar.  Türkiyənin  Ermənistanla  başlatdığı  “səssiz  diplomatiya”da 
Azərbaycanla əlaqələrin koordinasiya olunması Bakı ilə Ankara arasında ortaya çıxa 
biləcək yeni gərginlikərin qarşısını ala bilər.  
Türkiyə və Ermənistan hökumətləri protokolların təsdiqlənməsi üçün xaricdən, 
təsdiqlənməməsi  üçün  isə  daxildən  təzyiqlərə  məruz  qalırlar.  Protokollar 
imzalanandan  sonra  Türkiyə-Ermənistan  münasibətləri  və  protokollar  haqqında 
mübahisələr bitmədi, sadəcə məzmun dəyişdi. Lakin onu da qeyd etmək lazımdır ki, 
qarşılqılı  müzakirələr  üçün  psixoloji  şərait  yarandı.  Protokollar  imzalanandan  sonra 
Türkiyənin  Qarabağ  şərti  ermənilər  tərəfindən  ciddi  qəbul  olunmurdu.  Türk 
rəsmilərinin 
Qarabağ  haqqında  açıqlamalarını  Türkiyə  və  Azərbaycan 
ictimaiyyətlərini  rahatlatmaq  üçün  verilən  mesajlar  kimi  dəyərləndirən  Ermənistan 
Türkiyənin  bu  məsələdə  qəti  mövqeyini  gec  dərk  etdi.  Ermənistan  protokolların 
                                                           
44
 Sessiz diplomasi dönemi, Radikal (26.04.2010). 
45
 Top Dışişleri Bakanlarında, Yenişafak, (13.04.2010) 


36 
 
“Qarabağsız”  təsdiqlənməsi  üçün  Rusiya  və  ABŞ  vasitəsilə  Türkiyəyə  qarşı  təzyiqi 
artırmağa  çalışdı  və  Qarabağın  rəsmi  olaraq  protokollarda  yer  almamasını  siyasi 
manevr  üçün  vasitə  kimi  istifadə  etdi.  İrəvanın  özünün  isə  Türkiyəyə  qarşı  ata 
biləcəyi addımlar məhduddur. Ermənistan protokolları gah Türkiyədən sonra, gah da 
ondan  əvvəl  təsdiqləyəcəyini  bildirdi.  Hər  iki  halda  da  ABŞ  vasitəsilə  Türkiyəyə 
qarşı təzyiq göstərməyə çalışdı. Lakin nə protokollarla əlaqədar qətiyyətli bir siyasət 
ortaya qoya bildi, nə də Türkiyəyə qarşı təzyiq siyasəti bir nəticə verdi. Bu səbəbdən 
Ermənistanın “protokollar” siyasətinin İrəvan mərkəzli olduğuna dair şübhələr özünü 
doğrultmağa  başladı.  Ermənistanın  protokollardan  imzasını  geri  çəkmə  ehtimalı 
azdır. Bu addım onun həm Türkiyə, həm də beynəlxalq aləmə qarşı haqsız vəziyyətə 
düşməsinə  səbəb  ola  bilər.  Ermənistan  parlamentinin  protokollardan  imzasını  geri 
çəkmək üçün ölkə prezidentinə verdiyi səlahiyyət onun protokollardan imzasını geri 
çəkəcəyi mənasına gəlmir.  
Tərəflər arasında yaranmış fikir ayrılığı yalnız Qarabağ məsələsi ilə bağlı deyil. 
Protokolların  imzalanmasından  sonra  Ermənistan  Türkiyə  tərəfindən  yaradılması 
istənilən  tarix  komissiyasının  1915-ci  il  hadisələrinin  “soyqırım”  olub-olmadığını 
araşdırmaq  məqsədi  güdmədiyini  qeyd  etdi.  Ermənistan  21  dövlətin  parlamenti 
tərəfindən qəbul edilmiş məsələnin tarix komissiyasında müzakirə edilməsinə razılıq 
verməklə  mövqeyini  zəiflətmək  istəmirdi.  Ermənilər  protokolların  imzalanmasından 
sonra  da  1915-ci  il  hadisələrinin  beynəlxalq  aləmdə  “soyqırım”  olaraq  tanınması 
üçün  təbliğat  kampaniyasını  davam  etdirdilər.  2010-cu  ilin  mart  ayında  ABŞ 
Konqresi  Nümayəndələr  Palatasının  Xarici  əlaqələr  komitəsində  və  İsveç 
parlamentində qəbul olunan “soyqırım” qətnamələri bu təbliğatın nəticələri idi.  
Beləliklə,  Qarabağ  və  tarix  komissiyasının  yaradılması  kimi  məsələlərlə  bağlı 
yaranmış fikir ayrılığı protokolların təsdiqlənməsini çətinləşdirdi.  
Təzyiqlərə baxmayaraq, protokolların Türkiyə Böyük Millət Məclisində yaxın 
vaxtlarda  təsdiqlənmə  ehtimalı  olduqca  azdır.  Bunun  özünəməxsus  daxili  və  xarici 
səbəbləri vardır. Bu səbəblər aşağıdakılardır:  
1.  Protokolların  təsdiqlənmə  prosesində  AKP  millət  vəkilləri  arasında 
parçalanma ehtimalı. Bunun da iki səbəbi ola bilər:  


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə