“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

49 
 
Türkiyənin  Fələstin  probleminə  dair  olan  davranışı  da  bölgədə  əks-səda 
oyandırdı. Baş nazir da daxil olmaq üzrə, türk hökumətinin spikerləri bir çox dəfələr 
İsrailin  Fələstin  qarşısındakı  sərt  mövqeyini  etiraz  edən  şərhlərdə  tapıldı.  Ərdoğan, 
2005-ci  ildəki  Ramallah  ziyarətinin  ardından  İsrail  lideri  Ariel  Şaron  ilə  bir  araya 
gəldi. Türkiyə bir neçə ay sonra isə Pakistanlı və İsrailli səlahiyyətlilər arasında təşkil 
edilən əhəmiyyətli bir yığıncağın təşkilatında vasitəçi oldu.
56
 AKP hökuməti Amerika 
və İsraildən gələcək reaksiyaları balanslamaq vasitəçiliyi ilə 2007-ci Qəzza-Ramallah 
sürtüşməsinə qədər Həmas hökuməti ilə olan əlaqələrində məsafəli oldu. Həmas lideri 
Xalid Məşəl, fevral 2006-cı ildə Ankaraya gəldi. Ərdoğan tərəfindən deyil xarici işlər 
naziri  Abdullah  Gül  tərəfindən  qarşılandı.  Görüş  xarici  işlərində  deyil  AKP  ümumi 
mərkəzində reallaşdı. 
Ərəb ictimaiyyət tərəfindən baxıldığında AKP hökumətinin siyasəti hər zaman 
aydın  deyildi.  Təhsilli  ərəblər  Ərdoğan  hökuməti  altındakı  Türkiyənin  iqtisadi 
böyüməsini  və  bölgədə  oynadığı  rol  qarşısını  görürdülər.  Yenə  ərəb  ictimaiyyəti 
Fələstin  problemi  qarşısında  Türkiyədən  daha  az  praqmatik  davranan,  primitiv  bir 
güc olmasını gözləyirdi.
57
 
Yeni  dövrdə  Türkiyənin  İsrail  ilə  gəlinən  nöqtədə  yumşalmağa  istiqamətli  bir 
vəziyyət nəzərə çarpmır. Türkiyə burada son dərəcə qərarlı, sərt və dəqiq bir siyasət 
yeritdiyi  aydın  görülür.  Bu  səbəbdən  İsraildə  bir  mövqe  dəyişikliyi  olmadığı 
müddətcə və bəlkə də bir rəhbərlik dəyişikliyi olmadığı müddətcə Türkiyənin İsrailə 
istiqamətli  siyasətinin  yumuşayacağı  görüşündə  deyilik.  İsrail  tərəfi  Türkiyənin  bu 
sərt  mövqeyinə  çəkindirə  biləcəyini  bir  mənada  düşünməkdədir.  Burada  İsrailin 
inandırıcılıq  istiqamətində  bəzi  arqumentlərdən  hərəkət  edərək  Türkiyəni  inandırıcı 
görməməkdə  və  bu  səbəbdən  Türkiyənin  İsrail  siyasətində  yumşalmağa  gedəcəyini 
düşünməkdədir.  Bir  mənada  İsrailin  bu  mövqedə  az  da  olsa  həqiqət  payı  var.   
Türkiyənin  təyin  olunmuş  Orta  Şərq  siyasəti  Türkiyəyə  həm  risk  həm  də  üstünlük 
təmin etməkdədir. ABŞ-ın soyuq müharibədən sonrakı türk xarici siyasəti üzərinə iki 
istiqamətli  təsiri  olmuş,  bu  vəziyyət  izlənən  qərb  tərəfdarı  siyasətlər  üzündən 
                                                           
56
  Baskın Oran “Türk dış politikası” , III cild, İstanbul 2013, s. 568-583 
57
  Ahmet Davutoğlu “Strateji gerinlik” , İstanbul 2001, s. 386 


50 
 
müsəlman  ölkələrlə  əlaqələri  mənfi  təsirlərkən  digər  tərəfdən  də  ABŞ  və  Qərb 
ölkələrlə bazarlıq etmə imkanını da əlində tapmışdır.  
Türkiyənin  ənənəvi  siyasəti  arasında  Yaxın  Şərq  ölkələriylə  təşkilati  bazda 
əlaqə  qurma  mövzusunda  tərəddüd  içində  olması,  xüsusilə  ABŞ  və  Qərb 
müttəfiqlərin  öz  istəkləri  istiqamətində  bölgədə  siyasət  həyata  problemlər  ortaya 
çıxarmaqdadır, məsələn bölgəyə istiqamətli bir müdaxiləyə Türkiyənin də qatılmasını 
tələb  etdiklərində  Ankara  çətin  vəziyyətdə  qalır.    Türkiyə  xüsusilə,  regional 
böhranlar,  Qərblə  birlikdə  hərəkət  etməsi,  bölgə  ölkələriylə  olan  maraqların 
zədələnməsinə  gətirib  çıxaracağından  izləniləcək  siyasətlərdə  daha  diqqətli  olması 
lazımdır. 
Türkiyə  gözləntiləri  çox  yüksəltmişdir.  İstər  kürd  problemi,  istərsə  də  yeni 
konstitusiya  istehsal  prosesi  var.  Hər  yeni  yerləşdirmə  problemlidir.  Bu  səbəbdən 
bunlar  Türkiyəni  daxili  ictimaiyyətdə  istiqrarsızlaşdıra  biləcək  mövzular  olaraq 
qarşımızda  dayanmaqdadır.  Eyni  zamanda,  Türkiyənin  əli  Orta  Şərq  sahəsində 
sanıldığı  qədər  sərbəst  deyil.  Bazarlıq  mövzularında  həmişə  önünə  çıxarılan  Kipr 
problemi, Ermənistan, erməni Diasporası problemi, mövcud Suriya ilə əlaqələr, İran 
ilə  əlaqələr  kimi  bir  problem  Türkiyənin  ayağında  bir  qandal  kimidir.  Bunlar  Orta 
Şərqdə  rahat  hərəkət  etməsini  maneə  törədəcək  əhəmiyyətli  məqamlardır.  Xüsusən, 
hadisənin  bir  də  maliyyə  ölçüsü  vardır.  Sabah  o  bir  gün  bu  Orta  Şərq  ölkələri 
demokratiya və azadlıqları yerləşdirmə adına Türkiyənin qapısını döydüklərində bizə 
10-15-20 milyard dollar ver dediklərində Türkiyə həqiqətən bunları cibindən çıxarıb 
verə  biləcək  ola  bilərmi?  1990-cı  illərin  başında  SSRİ-dən  xilas  olan  türk 
respublikalarının  bir  sıra  tələbləri  olmuşdur.  Əhməd  Davudoğlunun  da  ifadə  etdiyi 
kimi,  Türkiyə  son  iki  əsrin  ən  əhəmiyyətli  strateji  konjonkturlarından  birini  soyuq 
müharibə 
sonrasında  tutmuşdu;  ancaq  müxtəlif  çatışmazlıqlar,  zəifliklər, 
hazırlıqsızlıqlar  bunun  kifayət  qədər  dəyərləndirilməsinə  səbəb  oldu.  Maliyyə 
cəhətdən Türkiyədən dəstək istədilər. Lakin Türkiyənin verəcəyi maksimum pul 100 
milyon  dollarlarla  ifadə  edilən  kiçik  rəqəmlər  olmuşdur  və  bunlar  da  heç  bir  məna 
ifadə  etməmişdir.  Bu  səbəbdən  1990-cı  ildən  sonrakı  gözləntilərin  çox  yüksəlmiş 
olması böyük xəyal qırıqlıqlarına yol açmışdır. Ancaq bu anda Türkiyənin qarşısında 


51 
 
yeni  bir  şərait  vardır.Türkiyə  soyuqqanlı,  rasional  və  ancaq  vizion  sahibi  bir  xarici 
siyasət tətbiqiylə özünə ciddi bir manevr sahəsi aça bilər. 
İqtidara  gəldiyi  2002-ci  ildən  bəri  AKP,  Türkiyənin  Orta  Şərqə  dönük 
siyasətini həm üslub, həm də öz etibarilə dəyişdirdi. Ancaq bu siyasətin nə dərəcədə 
yeni olduğu, Orta Şərqdəki qonşulara digərlərindən fərqli davranılıb davranılmadığı, 
xüsusilə  müsəlman  və  hətta  İslamçı  bir  dinamika  var  olub  olmadığı  və  bu  siyasətin 
Türkiyənin NATO və AB ilə ikinci dünya müharibəsindən sonrakı dövrdən bu yana 
davam edən uzunmüddətli müttəfiqlik əlaqələrinin yerinimi aldığı yoxsa bu əlaqələri 
tamamlayıcı  xüsusiyyətdəmi  olduğu  mövzularında  müzakirələr  sürməkdədir. 
Qabaqda  gələn  AKP  aktyorlar  arasında  baş  nazir  Rəcəb  Tayyib  Ərdoğan,  prezident 
Abdullah  Gül  və  xarici  işlər  naziri  Əhməd  Davudoğlu  var.  Mərkəz  sağ  və  dindar 
zehniyyətli  bu  liderlər,  xüsusilə  Ərdoğan  və  Gül  dini  yönümlü  köhnə  Rifah 
Partiyasında  (RP)  ön  sıralarda  çalışdıqları  gənclik  illərində  islamçı  axınlara  ən 
azından  simpatiya  bəsləyirdilər.  Bu  liderlərin hamısı  Türkiyənin  müsəlman  və  Şərq 
qonşularına qarşı ənənəvi Qərb müttəfiqlərinə olduqlarından fərqli daha isti və yaxın 
münasibət  bəsləyirdilər.  Baş  nazir  Ərdoğan  2009cu  ilin  yanvar  ayındək  dörd  il 
boyunca  Brüsselə  səfər  etməmişkən  özü  daxil  AKP  qurucuları,  Orta  Şərq  ölkələrini 
tez-tez  ziyarət  etdilər.  Uzun  illərdir  İsrailə  olan  günahlandırmalarının  yanında 
Ərdoğan Qərbdə qatı olaraq xarakterizə edilən Orta Şərq aktorlarından böyük maraq 
bəsləndiyini  gördü.    Ötən  on  il  ərzində  Türkiyə  xarici  siyasətinin  açar  rol  oynayan 
aktoru,  xarici  işlər  naziri  Əhməd  Davudoğlu  oldu.  Türkiyənin  sahib  olduğu  gücün 
təməl qaynaqları olaraq gördüyü tarix və coğrafiya mövzularında yazan bir alim olan 
Davudoğlu 2003-cü ildə baş nazir Ərdoğanın xarici siyasət baş məsləhətçisi  oldu və  
2009-cu  ilin  may  ayında  xarici  işlər  nazirliyi  vəzifəsinə  təyin  edildi.  Hal-hazırda 
Türkiyənin  yeni  aktivizminin  nümunələrini  gözlər  önünə  sərir.
58
  Məqsədlərini, 
"demokratiyanın  gücləndirilməsi"  və  "Türkiyəni  birbaşa  və  ya  dolayı  olaraq 
maraqlandıran  problemlərin  həll  olunması  "  olaraq    sıralayır.  Qismən  Makiavelli, 
qismən  Mevlanacı    olaraq  xarakterizə  edilən  Davudoğlu  gerçəkçiliklə  idealizmi 
tarazlamağa çalışdığını söyləyir. Davudoğlu siyasəti özünü yumşaq rəftarlı prezidenti 
                                                           
58
 Ali Balcı, Türkiye Dış Politikası: İlkeler, Aktörler, Uygulamalar, İstanbul, Etkileşim Yayınları, 2013, s. 17. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə