“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

64 
 
bölgədən  köç  etmiş  yəhudilərin  əllərindəki  sənədlərə  istinad  edərək  Şimali  İraqda 
torpaq  əldə  etməyə  çalışması  qarşısında  Türkiyə  İsraili  xəbərdar  etmiş  və  İsrail 
hökumətinin  beynəlxalq  hüquq  sərhədlərində  hərəkət  etməsi  lazım  olduğunu  ifadə 
etmiştir.  İraqın  şimalına  bağlı  suallar  və  problemlər  davam  edərkən,  2004-ci  ildə 
İsrail  Rifah  Mühacir  düşərgəsinə  bir  əməliyyat  təşkil  etdi.  Bu  əməliyyat  qarşısında 
baş  nazir  Rəcəb  Tayyib  Ərdoğan  və  Xarici  işlər  naziri  Abdullah  Gül  çox  böyük 
reaksiya  göstərdilər.  Bu  reaksiyalar  gələcəkdə  iki  ölkə  əlaqələrinin  daha  da 
gərginləşəcəyinin işarələriydi. AK Partiyanın bölgə siyasəti "sülh və sabitliyin təmin 
edilməsi və davamlı olması" şəklində   təsvir edilə bilər. Bu çərçivədə dövrün xarici 
işlər  naziri  Abdullah  Gül  2004-ci  ildə  BMT-nin  Baş  Məclisində  söylədiyi  nitqində 
bölgənin  nüvə  silahlarından  təmizlənilməsi  lazım  olduğuna  diqqət  çəkərək  İranın 
nüvə  silahlanma  fəaliyyətlərini  dayandırmasının  yanında  İsrailin  də  əlindəkimövcud 
silahları  məhv  etməyi  lazım  olduğunu  ifadə  etmişdir.  Bununla  birlikdə  Ərəb-İsrail 
problemində AK Partiya iqtidarının ərəblərdən tərəfə yer  aldığı ifadə edilməlidir. 19 
May 2004-cü ildə Baş nazir Ərdoğanın HƏMAS liderlərindən Şeyx Əhməd Yasin və 
Əbdüləziz  Rantisinin  İsrail  əməliyyatı  nəticəsində  öldürülməsi  üzərinə  İsrailin 
bölgədə dövlət terroru tətbiq şəklindəki bəyanatı İsrail tərəfində narahatlıq  meydana 
gətirmişdir.  İsrail  baş  nazir  müavini  Ehud  Olmertin  əlaqələri  yenidən  düzəltmək 
məqsədiylə baş nazir Ərdoğandan görüş tələbinin səbəb göstərilmədən rədd olunması 
və  baş  nazir  Ariel  Şaronun  görüş  tələbinin  də  Ərdoğanın  proqramının  sıxlığı  səbəb 
göstərilərək rədd edilməsi İsrail tərəfindəki narahatlığı artırmışdır. 
69
Ancaq PKK-nın 
Şimali  İraqda  fəaliyyətlərinə  yenidən  başlaması,  ABŞ  ilə  1  mart  hadisələrinə  bağlı 
olaraq  pozulan  əlaqələrin  düzəldilməsi  ehtiyacı  erməni  soyqırımı  qanun  layihələri 
qarşısında  beynəlxalq  dəstək  ehtiyacı  və  Kiprdə  Annan  planı  ilə  girilən  kritik 
müddətdə  Türkiyə  xarici siyasətinin  gərginliklər  səbəbiylə  meydana  gələ  biləcək 
problemləri  daşıya  bilməyəcəyi  düşüncəsi  AK  Partiyanın  İsraillə  əlaqələrdə 
yumuşamadan ötrü rəftar etməsi ilə nəticələnmişdir. İsraildəki bəzi dairələr Türkiyə 
baş  nazirinin  və  hökumətinin  bu  reaksiyasından  narahat  olsalar  da,  bu  sözlərin 
Türkiyənin  daxili  ictimaiyyətinə  istiqamətli  olduğu  istiqamətində  görüşlər  də  dilə 
                                                           
69
 Efrahim Inbar, “Israeli-Turkish Tensions and Beyond,” Israel Journal of Foreign AffABrsVol 4 No 1 (2010): 29 – 30. 


65 
 
gətirmişlər,  "işlərin  əvvəlki  kimi  davam  edəcəyinin"  xüsusi  qeyd  etmişdilər. 
Türkiyənin  bu  reaksiyası  ən  böyük  səs-küyü  ərəb  dünyasında  tapdı  və  Türkiyənin 
ərəb dünyasındakı imicini və məşhurluğunu artırdı.  
2006-cı il yanvarda Fələstin seçkiləri sonrası HƏMAS-ın siyasi büro şefi lideri 
Xalid  Məşəlin  Türkiyəni  ziyarəti  əlaqələrdə  yeni  bir  gərginlik  olaraq  qarşımıza 
çıxmaqdadır.  Hər  nə  qədər  Türkiyə  Məşəlin  rəsmi  bir dəvət göndərməmiş  və  rəsmi 
olaraq  qəbul  etməmiş  olsa  da  bu  vəziyyət  əlaqələrdə  yeni  bir  gərginliyə  səbəb 
olmuşdur.  Bu  inkişafların  ardınca  iki  ölkə  əlaqələri  təkrarən  yaxınlaşmışdır  ancaq 
Türkiyənin  2006-cı  il    Livan  müharibəsi  zamanı  İsrailə  göstərdiyi  sərt  reaksiya  ilə 
yenidən  gərginlik  yaşanmışdır.  Türkiyənin,  İsrail  və  Suriya  arasında  vasitəçi  rolu 
oynamasıyla  birlikdə  əlaqələrdə  yeni  bir  ölçüdən  bəhs  etmək  mümkündür.
70
Bu 
mənada  da  Türkiyə  ilə  əlaqələr  İsrail  üçün  yeni  bir  dəyər  qazanmışdır.  Ancaq 
vasitəçilik  mövzusunda  davam  edən  aktiv  əlaqələrə  baxmayaraq  2008-ci  ilin  son 
günlərinə  qədər  Türkiyə  ilə  əlaqələr  İsrail  gündəmində  məhdud  bir  şəkildə  iştirak 
etməkdə  idi.  Bu  vəziyyət  İsrailin  Qəzzaya  qarşı  girişdiyi  "Tökmə  Qurğuşun 
Əməliyyatı" nadək davam etdi. Hücumun başından etibarən, yəni 27 dekabr 2008-ci 
il  ilə  birlikdə  əməliyyata  ən  sərt  reaksiya  baş  nazir  Ərdoğandan  gəldi. Baş  nazir  bir 
tərəfdən tərəflər arasında atəşkəsin təmin edilməsi, fələstinli qruplar arasında razılığa 
gəlməyə və Qəzzanın yenidən inşası şəklində yekunlaşdırılan Türkiyənin mövqeyini 
müxtəlif  platformalarda  dilə  gətirərkən  digər  tərəfdən  də  İsrailin  bu  əməliyyatını 
Türkiyəyə  edilmiş  bir  hörmətsizlik  olaraq  da  dəyərləndirmiş,  iki  ölkə  əlaqələrində 
güvənin  qalmadığını  vurğulamışdı.  Əməliyyatın  başlamasının  ardından  Ərdoğan  
İsraili  təcavüzkar  ölkə  adlandırmış,  Qəzzanı  "açıq  hava  həbsxanası"  olaraq 
xarakterizə  edilən  əməliyyatı  sülhə  endirilmiş  böyük  bir  zərbə  olaraq 
qiymətləndirmişdi.  Qəzzadakı  humanitar  faciəyə  səssiz  qala  bilinməyəcəyini, 
xüsusilə  Birləşmiş  Millətlər  Təşkilatına  məsuliyyət  düşdüyünü  və  Türkiyənin  sülhə 
istiqamətli  səylərinin  davam  edəcəyini  ifadə  etmişdi.  Xarici  işlər  naziri  Babacan  isə 
hücumların  Türkiyə  baxımından  dərin  bir  kədər  və  xəyal  qırıqlığı  yaratdığını 
                                                           
70
  İlter Türkmen,Türkiye Cumhuriyeti’nin Ortadoğu Politikası(İstanbul:BİLGESAM Yayınları, 2010), s. 17 – 19. 


66 
 
söyləyərək  "İsrail-Fələstin  Xəttində  vuruşaq,  Suriya-İsrail  xəttində  sülh  danışıqları 
edək  “  şərhini  etmişdi.  Bunun  üzərinə  Yaxın  Şərq  turuna  çıxan  Ərdoğan  İsrailə  baş 
çəkməmişdi. 
2004-cü  ildə  olduğu  kimi,  ancaq  çox  daha  qəti  bir  şəkildə,  Türkiyənin  Qəzza 
əməliyyatına  qarşı  göstərdiyi  reaksiya  ərəb  dünyasında  təqdirlə  qarşılandı. 
Əməliyyatın ardından ərəb dövlətlərinin bu davranış mövzusunda HƏMAS-ın məsul 
şəxsləri  qarşısında  Türkiyənin  birbaşa  olaraq  İsraili  hədəf  alması  xüsusilə  ərəb 
küçəsində  Türkiyənin  məşhurluğunu  artırdı.
71
  Bilindiyi  kimi,  Türkiyə  yalnız  dəyişik 
ölkələrdə  və  platformalarda  İsraili  tənqid  etmiş,  eləcə  də  İsrailin  Birləşmiş 
Millətlərdən üzvlükdən atılmasını da təklif etmiş və bir dəfə daha İsraili Fələstinlilərə 
qarşı  dövlət  terroru  işləməklə  günahlandırmışdı.  Gözlənəcəyi  kimi  İsrail  daxilində 
Türkiyənin  bu  davranışı  reaksiyayla  qarşılandı.
72
  5  yanvar  2009-cu  il  tarixli  
Yerusəlim Post-un baş səhifəsində yalnız Türkiyə tənqid edilmiş və vasitəçilik rolunu 
sorğulamaqla  kifayətlənməmiş,  eyni  zamanda  İsrailin  Qəzzada  etdiyi  əməliyyatla 
Türkiyənin  PKK  ilə  mübarizəsi  arasında  paralellər  qurmağa  qədər  getmişdir. 
Türkiyənin İran ilə görüşdüyü və bu ölkə ilə yaxın iqtisadi və siyasi əlaqələrə sahib 
bir  ölkə  olduğu  vurğulanan  yazıda  Türkiyənin  Qərb  düşərgəsindən  "sürətlə 
uzaqlaşdığı" xüsusi qeyd olunmuşdu.  
Bu  çərçivədə  gərginliklər  davam  edərkən,  Davos  İqtisadi  Forumunda  "Qəzza: 
Yaxın Şərqdə Sülh Modeli" başlıqlı paneldə yaşananlar Türkiyə-İsrail əlaqələrindəki 
gərginliyi  yeni  bir nöqtəyə  daşıdı. Baş  nazir  Ərdoğan, paneldə yanında  oturan  İsrail 
prezidenti  Perezin  İsrailin  Qəzzada  ölçüsüz  güc  istifadə  vurğulayaraq  tənqid  etdi. 
Perez  isə  "Siz  raketlər  altında  qalsanız  reaksiyanız  nə  olar?  Burada  bir  təyin  etmə 
problemi  vardır.  HƏMAS  çirkin  bir  diktatorluqdur.  Hal-hazırda  HƏMAS-ın  səbəb 
olduğu  problemlərlə  məşğul  oluruq.  Qəzzaya  yardıma  biz  deyil,  HƏMAS  maneə 
törədir  "demiş,  iclas  idarəçisi  İgnatius-dan  söz  istəyən  baş  nazir  Ərdoğan  panel 
idarəçisinin söz haqqı vermək istəməməsinə cavab Perezə dönərək,"Səsin çox yüksək 
                                                           
71
 Çağrı Erhan ve Ömer Kürkçüoğlu, “Orta Doğu ile İlişkiler: İsrail’le İlişkiler,” s. 572 
72
 Gencer Özcan,Türkiye- İsrail İlişkilerinde Dönüşüm: Güvenliğin Ötesi (İstanbul:TESEV Yayınları, 2005), s. 60 
 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə