“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

37 
 
   -  Məlumdur  ki,  AKP  millət  vəkillərinin  sayı  protokolları  parlamentdə 
təsdiqləmək  üçün  kifayətdir.  Lakin  partiya  daxilindəki  millətçi  millət  vəkilləri 
Qarabağ məsələsi həll olunmadan protokolların TBMM-nin gündəliyinə salınmasına 
qarşı  çıxır.  Bu  səbəbdən  Baş  nazir  Ərdoğan  “protokolların  təsdiqlənməsi  üçün 
Türkiyədə  uyğun  şərABt  meydana  gəlməlidir”  açıqlamasını  vermişdir.  Bu  uyğun 
şərait Qarabağ məsələsi və Ermənistanın Türkiyəyə qarşı tələblərində dəyişikliklərin 
yaşanması- dır. Bundan başqa, AKP daxilindəki kürd əsilli millət vəkilləri də əvvəlcə 
“kürd  açılımı”nın  başa  çatdırılmasını  istəyir.  Çünki  “erməni  açılımı”na  qarşı  xalq 
arasında mövcud mənfi reaksiya “kürd açılımı”na da mənfi təsir göstərir.  
Parlamentdəki  AKP-dən  olan  millət  vəkilləri  arasında  parçalanma  təcrübəsi 
əvvəllər  də  yaşanmışdır.  Belə  ki,  2003-cü  il  martın  1-də  ABŞ-ın  İraqa  müdaxiləsi 
məsələsi  ilə  bağlı  partiya  daxilində  fikir  ayrılığı  baş  vermişdi.  İraqa  keçəcək  ABŞ 
hərbi  kontingentinin  Türkiyə  torpaqlarından  istifadə  etməsinə  dair  sənəd  AKP 
hökuməti  tərəfindən  dəstəklənsə  də,  parlamentin  müzakirəsindən  keçmədi. 
Parlamentdəki  AKP  millət  vəkilləri  də  sənədin  əleyhinə  səs  vermişdi.  Türkiyə 
hökuməti  bu  problemin  təkrar  yaşanmasını  istəmir,  çünki  bunun  təkrarlanması 
hökumətin xalq arasındakı imicinə böyük zərbə vurar. Lakin hökumət millət vəkilləri 
arasındakı bu fikir ayrılığını xarici təzyiqlərə qarşı da istifadə edir.  
2.  Azərbaycanla  Ermənistan  arasında  davam  edən  Dağlıq  Qarabağ 
müzakirələrində  istənilən  nəticənin  əldə  olunmaması  və  Ermənistanın  mövqeyini 
sərtləşdirməsi.  
3. 2009-cu il Türkiyə üçün “açılımlar ili” oldu. AKP Türkiyə üçün iki ənənəvi 
problem  olan  və  cəmiyyəti  ikiyə  bölən  kürd  və  erməni  məsələlərinin  həlli  yönündə 
ciddi  addımlar  atdı.  Bu  açılım  prosesində  yaşanan  bəzi  hadisələrdən  sonra  AKP 
hökuməti  seçkilərdə  qazandığı  səslərin  bir  qismini  itirdi.  Açılım  prosesində  səhvlər 
davam  edərsə,  səs  itkisi  daha  da  arta  bilər.  Digər  tərəfdən  aparılan  sorğular 
nəticəsində  məlum  oldu  ki,  türk  xalqı  “kürd  açılımı”na  “erməni  açılımı”na  nisbətdə 
daha müsbət yanaşır.  
4. Türkiyədə hal-hazırda qeyri-rəsmi seçki təbliğatına başlanılmışdır. 2010- cu 
il  sentyabrın  12-də  Türkiyə  hökumətinin  təklifi  ilə  konstitusiyaya  müəyyən 


38 
 
dəyişikliklər  etmək  üçün  referendum  keçirilməlidir.  2011  və  2012-ci  illərdə  isə 
ölkədə  parlament  və  prezident  seçkiləri  olmalıdır.  Türk  xalqının  böyük  əksəriyyəti 
Azərbaycanı dəstəklədiyi üçün  müxalifət partiyaları  Ermənistan  məsələsini hökümət 
əleyhinə istifadə edə bilərlər. Azərbaycanın bu həssas məsələyə reaksiyası Türkiyədə 
seçicilərin rəyinə təsir göstərə bilər. Nəticədə, seçicilərin milli konservativ hissəsinə 
ABd səslərin AKP–dən digər partiyalara keçmə ehtimalı var. Bunun qarşısını almaq 
üçün, ümumiyyətlə, neoliberal xarici siyasət anlayışına sahib olan AKP Ermənistanla 
yaşanan “protokol böhranı”nda millətçi bir davranış sərgiləməklə millətçi seçicilərin 
səslərini toplamağa çalışdı.  
ABŞ  Konqresi  Nümayəndələr  Palatası  Xarici  əlaqələr  komitəsinin  4  mart 
2010-cu  il tarixində 1915-ci  il hadisələri ilə  əlaqədər  qəbul  etdiyi  qərar da  Türkiyə- 
Ermənistan  protokollarına  mənfi  təsir  göstərdi.  Komitə  23-ə  qarşı  22  səslə  qəbul 
etdiyi  qətnamədə  ABŞ  Prezidentinin  1915-ci  il  hadisələrini  “soyqırım”  olaraq  elan 
etməsini  istəyirdi.  2007-ci  ildə  də  Xarici  əlaqələr  komitəsində  eyni  qərar  qəbul 
edilmiş və o zaman qətnamənin lehinə 27 səs verilmişdi. 2010-cu ildəki səsvermədə 
qətnamənin 23 səs toplamasını protokollarla əlaqələndirənlər də oldu. İddialara görə, 
komissiyadakı  bəzi  nümayəndələr  Türkiyə  ilə  Ermənistan  arasındakı  prosesə  zərər 
verməmək  üçün  qətnamə  əleyhinə  səs  verdi.  İstər  Obama  hökumətinin  qətnamənin 
komissiyadan keçməsini əngəlləmək üçün ləng hərəkət etməsi, istərsə də qətnamənin 
komissiyadan keçməsindən sonra Davudoğlunun “ABŞ Türkiyənin təzyiqlərə boyun 
əyəcəyini  düşünürsə,  yanılır”  ifadəsi  komissiyada  qəbul  edilən  qərarın  təzyiq 
məqsədli  olduğunu  ortaya  qoyur.  Lakin  komissiyanın  qəbul  etdiyi  bu  qətnamə 
Türkiyəyə  istər  protokollar,  istərsə  də  1915-ci  il  hadisələri  ilə  əlaqədər  ABŞ  və 
Obamanın  mövqeyinə  qarşı  reaksiya  vermə  fürsətini  yaratdı.  Türkiyənin  bu  sərt 
reaksiyası  bir  tərəfdən  Türkiyənin  Qarabağ  məsələsində  qəti  mövqeyini  yenidən 
ortaya  qoymasına  stimul  verdiyi  halda,  digər  tərəfdən  aprelin  24-də  “soyqırım” 
sözünü istifadə etmək istəməyən Obama üçün bir bəhanə də ola bilər.  
Bu  qətnamə  özlüyündə  Qarabağ  prosesini  sürətləndirdi.  Qətnamənin 
qəbulundan  sonra  Ə.Davudoğlu  Qarabağ  şərtini  daha  sərt  sözlərlə  ortaya  qoydu. 
Bundan  başqa,  Madrid  prinsiplərinin  yenilənmiş  variantını  Azərbaycan  tərəfinin 


39 
 
qəbul etməsi, Ermənistan tərəfinin isə qəbul etməməsi, Qarabağ məsələsində Türkiyə 
və  Azərbaycanın  sərt  mövqeyi  və  Rusiya-Azərbaycan  münasibətlərində  yaşanan 
müsbət  irəliləyiş  Ermənistana  qarşı  təzyiqləri  artıra  bilər.  Minsk  qrupu 
həmsədrlərinin  Azərbaycanın  qəbul  etdiyi  Madrid  sənədinin  yenilənmiş  variantının 
müzakirəsi  üçün  sadəcə  Ermənistana  səfər  etməsi  və  həmsədr  ölkələrin  bu  ölkənin 
rəsmiləri  ilə  görüşdən  sonra  bir  açıqlama  verməməsinə  baxmayaraq,  Ermənistanın 
xarici  işlər  naziri  Nalbandyanın  “biz  2007-ci  ildəki  Madrid  sənədini  qəbul  edirik” 
açıqlaması
46
  Ermənistana  qarşı  artan  təzyiqin  ilkin  işarələri  ola  bilər.  Türkiyənin 
daxili  siyasətinə  təsirini  nəzərə  aldığımız  zaman  2011  və  2012-ci  illərdə  seçkilərin 
keçiriləcəyi  səbəbindən  önümüzdəki  2  il  ərzində  protokolların  təsdiqlənmə  ehtimalı 
olduqca  azdır.  Lakin  1915-ci  il  hadisələrinin  100-cü  ildönümü  olan  2015-ci  ildə 
Türkiyəyə qarşı təzyiqlər arta və bu səbəbdən həmin il protokollar la bağlı kritik tarix 
ola bilər.  
Protokolların  təsdiqlənməsi  prosesi  ləngisə  də,  Türkiyə  ilə  Ermənistan 
arasındakı  münasibətlər  normallaşmağa  doğru  davam  edir.  Türkiyə  bu  prosesin 
dayandırılacağı  təqdirdə  bir  daha  başladıla  bilməyəcəyini  qeyd  edir.  Digər  tərəfdən 
Türkiyə  protokolları  bir  kart  olaraq  həm  Ermənistana,  həm  də  Obama 
administrasiyasına qarşı istifadə edir.  
Qarabağ  şərtinin  ermənilərin  iddia  etdiyi  kimi  türk  xalqının  və  Azərbaycanın 
reaksiyasından  sonramı  gündəliyə  gətirildiyi,  yoxsa  protokolların  imzalandığı 
mərasimdəmi  Ermənistana  bildirildiyi  dəqiq  deyil.
47
  Lakin  Türkiyə  mətbuatında 
yazılanlar  və  bu  ölkənin  rəsmi  şəxslərinin  açıqlamaları  Türkiyənin  protokolları 
imzalayarkən  Qarabağ  məsələsindən  bir  tərəfdən  Ermənistanı  cəsarətləndirmək 
(Qarabağ  məsələsinin  həlli üçün  addım  atmaq  məqsədilə),  digər  tərəfdən isə  Minsk 
qrupu  həmsədr  ölkələrinin  Ermənistana  təzyiqi  artırmaları  üçün  istifadə  etməyi 
hədəflədiyi  düşünülməkdədir.
48
  Yəni  Türkiyə  protokolları  imzalayarkən  Qarabağ 
şərtini tamamən diqqətdən kənarda qoymamışdır.  
                                                           
46
http://www.panarmenian.net/eng/politics/news/46190/RA_MFA_Madrid_Principles_were_adopted_by_Armenia_as_ 
47
 Mehmet Ali Birand. Gizli görüşmelerde kim kimi aldattı? Hürriyet (03 aprel 2010) 
48
 Gürkan Zengin. Rusya, Türkiye’yi aldatıyor mu? Star (9 mart 2010) 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə