Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə19/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   15   16   17   18   19   20   21   22   ...   292

55

Dərya öküzütək o öküz bürcü

Gövhər boğazlıydı dişləri inci. 

Kəmər bağlamışdı Cövzə ikiqat

Qoşa payalıydı əyləşdiyi taxt... 

Göstərilən misallar bir daha sübut edir ki ,dahi şair-filosof qədim Şu-

mer, Misir və Yunan astronomlarının elmi əsərləri, kataloq və cədvəlləri 

ilə tanış olmuş və onları dərindən öyrənmişdir. O,eyni zamanda öz döv-

rünün görkəmli astronomu səviyyəsinə yüksəlmiş, astronomiya elminə 

aid  dəyərli  elmi  fikirlər  söyləmişdir.  Həmin  fikirlər  onun  sələflərinə 

ciddi təsir göstərmiş və onlar astronomiya elmini öz yaradıcılıqlarında 

həmişə ön mövqedə saxlamışlar. 



Dörd ünsür haqqında:Filosof-şair N.Gəncəvi maddə ilə məkanın 

ayrılmaz  məfhum  olduğunu  qəbul  edən  obyektiv  gerçəkliyin  əsasını 

təşkil edən dörd ünsür haqqında öz əsərlərində qeyd edir və göstərir ki, 

bütün bunları Allah yaratmışdır.

Ə.Əhmədov  “Nizami  Elmişünas”adlı  əsərində  belə  qənaətə  gəlir 

ki,N.Gəncəvi  təbiətə  Aristotelin  materialist  nəzəriyyəsi  baxımından 

yanaşmış və maddi gerçəkliyin dörd əsas ünsürdən yarandığını qəbul 

etmişdir. Həmin materialist nəzəriyyəyə görə dörd ünsürün hər birinin 

öz mərkəzi var və bu mərkəzə doğru meyl edir.Torpaqla suyun mərkəzi 

aşağıda, od ilə havanın mərkəzi isə yuxarıda yerləşir. Məhz buna görə 

də od ilə hava həmişə yuxarı, yəni öz mərkəzinə doğru qalxır, su isə 

torpaq kimi aşağı enir. (Ə.Əhmədov ”Nizami Elmişünas”) (”Leyli bə 



Məcnun”)

Cəhətin başına altı yaxa saldı,

Yerin qucağına dörd gövhər atdı.

Saydan çox gövhərlər vardır ki,

Hamısı öz mərkəzinə tərəf meyl edir.

Əgər od yerdə mərkəz tapmasa,

Yeri yarıb yuxarıya qalxar.

Əgər su havada uzun müddət qalarsa,

Öz təbiətinin meyliylə aşağıya qayıdar. 


56

 DÖRD ÜNSÜR HAQQINDA

 “40 sual” kitabında:Allahın əmri ilə Fələklər, ulduzlar, dönüb və 

hərəkət edərək; dörd ünsürə başqalaşma qabiliyyəti verərək bir-birinə 

qaynaşdırıb, xəmir etmişlər. Ta ki, ünsürlərin qaynaşmasından, əvvəl 

mədənlər hasil olub, ondan bitkilər peyda olub, ondan heyvanlar bədənə 

gəlmişdir.  Bu  dörd  mürəkkəb  cismin  mürəkkəb  vasitəçisi  də  vardır. 

Mədənlər ilə bitkilər arasında vasitəçi mərcanlardır.Əslində o daş ki-

midir  və  bitki  kimi  zərrə-zərrə  dənizin  dibində  bitərək,  suyun  üzünə 

çıxar  və  quruduqda  sərt  olar.  Bitkilər  ilə  heyvanlar  arasında  vasitəçi 

xurma ağacıdır.Əslində o, bitki ikən heyvan kimi mayalanmadıqca xur-

ma verməz. Başını kəssələr həlak olub, quru və yarpaqsız, meyvəsi qa-

lar. Heyvanlar ilə insan arasında vasitəçilərin ən qabarığı meymundur. 

Əslində bütün əzası, qıl və quyruğundan başqa, xarici və daxili insana 

bənzər. 


Bu  halda  zaman  dövrünün  tamamlayıcısı,  dünyanın  parçalarının 

zirvəsi , yeddi yüksək atanın (7-göyün)və dörd aşağı ananın (4 ünsürün)

və üç mürəkkəbin (mədən, bitki, heyvan) son nəticəsi insan bədənidir. 

Bəlkə də hər iki cahanın yaradılmasında məqsəd ancaq Həzrəti insan-

dır.  Bu  fələkdən,  ünsürlərin,  birləşmələrin  qabığı,  cümlənin  iliyi  və 

özünün özüdür. Bütün əşyalar insana xidmətçidirlər. İnsan xidmət və 

ikram edilən, əziz, şərəfli və möhtərəmdir və cümlədən gözəl və uca-

dır. İnsan doqquz fələkdən, dörd təbiətdən, dörd ünsürdən ta torpağa 

çatana qədər, yolların hamısının başlanğıcıdır. İlahi nur və ağıl ilə ka-

mil insan bir ömür yaşadıqdan sonra yenə Haqqa dönər. Yəni o ilahi 

nurdur  ki,  başlanğıcda  o  mövqedən  gəlib,  bir  bədənə  keçib,  yenə  öz 

məqamına gedib, dövrəsini tamam edər.”Hər şey əslinə dönər”- düs-

turunca, o nur, əslinə gedər. O ki: “İşin başlanğıcı ondandır, nəticəsi 

də onadır,” buyurmuşdur. Bu müvəqqəti bədənin işinin təhvil vermək 

olduğunu eşitdirmişdir. Bu çevrimə: Dönüş yeri və çıxış qövsi (arka) 

də  deyərlər.  Bu  halda  əsl  məhəbbətlə  və  Allahın  “Ol”  hökmü  ilə 

müvəqqəti olan ümumi bədən, rəftar və hərəkətləri ilə o hərəkətin tərzi 

ilə  rənglənər  və  müəyyən  mərhələlər  keçər.  Bu  mərhələlər  o  ümumi 

bədənin düşüşlərindən ibarətdir.

“40  sual”  kitabından:Kainatın  yaradıcısı  olan  Qadir Allah  bütün 

fələkləri isimləri, torpağa çatana qədər dörd ünsürü; kələm yarpaqları 

kimi biribirinin içində bükülü halda və bir nizam üzrə böyüyü kiçiyi-

ni əhatə edərək , eyni zamanda hər istiqamətdən bir-birinə toxunan və 

davamlı, hamısı bir tək kürə şəklində yaratmışdir. Bununla da Rəbbani 



57

hikmətlə cisimlər aləminin gözəl bir nizam üzrə təməli atılmış və təsis 

olunmuşdur.Bu çaşdırıcı və qəribə tərkib heykəlinin şəkil və quruluşu; 

bütün İslam filosoflarının və din alimlərinin çoxunun bir-birlərinə yaxın 

fikirləriylə  belə  alınıb,  qəbul  edilmişdir:  “Cisimlər  aləmi,  bir-birini 

əhatə edən kürələr və ünsürlər üzərində soğan qabıqları kimi təbəqələr 

halında olub, hamısı bir top şəklinə girmişdir.”

Külli Fələklərin sayı doqquz dənə olub, bütün yüksək cisimlərin və 

alçaq ünsürlərin içinə almış və aləmin mərkəzi və hər şeyin əsasıdır. Bu 

doqquz göyün ən böyüyü, atlas fələyidir ki,dünyanın istiqamətlərinin 

göztəricisi və zamanın vaxtlarının təyin edir. Bu fələk, o biri fələkləri 

ovucunun içinə alıb, iyirmi dörd saatda bir dəfə, işıldayan, sabit və pla-

net ulduzları tamamilə şərqdən qərbə təhvil verər. Bu doğuş və batış 

nəticəsində gecə və gündüz, işıqlıq və qaranlıq davamlı belə meyda-

na gələr. Hamısı onun hərəkətinə əsaslanır və ona bağlıdır. Bu doqquz 

fələyin sonuncusu, ay fələyidir ki, atmosferi, meydana gəlmə və dağıl-

ma aləmini və bütün əşyaların hər tərəfdən əhatə etmişdir. Dörd ünsürün 

kürələri, ay fələyinin içində mərtəbələrlə dayanmış və yerləşmişlər. Hər 

vəziyyətdə ətraf tərəfi üst istiqamət, mərkəz tərəfi alt istiqamət olub; 

yer  üzündə  və  suda  ayaqda  dayanan  və  gəzənlərin  başları,  ay  fələyi 

tərəfinə; ayaqları aləmin mərkəzi tərəfinə olduğu bir gerçəkdir.

 ATƏŞ HAQQINDA 

“40 sual” kitabından:Atəşin təbiəti quru və istidir. Havanın təbiəti 

isti və rütubətlidir. Suyun təbiəti yaş və soyuqdur. Torpağın təbiəti so-

yuq və qurudur. Şübhə yoxdur ki, atəş hava ilə temperatur müştərəkdir. 

Hava su ilə rutubəttə müştərəkdir. Su torpaq ilə soyuqluqda müştərəkdir. 

Torpaq atəş ilə quruluqdan müştərəkdir. O halda atəşin quruluğu, hava-

nın rutubətinə dönsə, atəş isti və rütubətli olub havaya çevrilir. Havanın 

temperaturu suyun soyuqluğuna bürünsə hava rütubətli və soyuq olub 

suya dönər. Suyun rütubəti torpağın quruluğuna bürünsə, su soyuq və 

quru olub torpağa dönər. Torpağın soyuqluğu atəşi temperaturu bürünsə, 

torpaq quru və isti olub atəşə dönər. Yəni atəş hava olar, hava su olar, 

su torpaq olar, torpaq olar ki, bu başqalaşma başlanğıc yolu deyərlər. 

Ünsürlərin başqalaşımının dəlilləri açıqdır. Öz təbəqələrində dayanan 

dörd  ünsür,  bir-birinə  yavaş-yavaş  dəyişərlər.  Necə  ki  atəş,  günlərin 

keçməsiylə atəş surətini tərk edib, hava surətinə girərək, atəş havaya 

çevrilir. Hava belə, yavaş-yavaş hava surətini tərk edib su surətinə girər, 

hava su olar. Su belə yavaş yavaş torpaq surətini tutub, su torpaq olar. 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə