Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə22/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   18   19   20   21   22   23   24   25   ...   292

64

ulduz  artıq  onu  saxlaya  bilmir  və  partlayır.Bu  partlayış  nəticəsində 

dəmirə  çevrilən  meteoritlər  kosmosa  səpələnir  və  bir  göy  sisteminin 

cazibə qüvvəsinə məruz qalıb onun üzərinə enənə, yəni onun tərəfindən 

cəzb olunana qədər kosmik boşluqda hərəkət edir.Daha çox yaşı olan 

Supernova  hadisələrini  göstərən  dəlillər  var.Dəniz  tavanında  yığıl-

mış  dəmir  60,  Günəşdən  90  işıq  ili  uzaqlıqda,  təxminən  5  milyon  il 

əvvəl  meydana  gələn  bir  Supernova  partlayışının  dəlili  olaraq  izah 

edilir. Bütün bunlardan göründüyü kimi, dəmir mədənləri yerdə əmələ 

gəlməmiş,Supernovalardan göy daşları vasitəsi ilə yerə endirilmi dir. 



İLK İNSANI PALÇIQDAN YARATDI

Sən, ey bütün varlığa həyat verən, can verən!

Gildən yaranmışlara nəfəs verən, qan verən!

Bayrağın altındadır, ulu tanrı, xilqətin,

Biz səninlə mətinik, sənsə əzəldən mətin.

Mümkünmüdür bənzədək varlığını bir şeyə?

Kimsə sənə bənzəməz, bənzəməzsən kimsəyə. (”Sirlər Xəzinəsi”)

 

Açıqlama:Allah Quranda insanın yaradılışının möcüzəvi şəkildə ol-

duğunu xəbər verir. İlk insan, Allahın palçığı şəkilləndirib, insan bədəni 

halına  gətirməsi  və  ardından  bu  bədənə  ruh  üfürməsi  ilə  yaradılmış-

dır.   


İnsan-(Dəhr)1-2-Həqiqətən, yaradılışdan qabaq bütün insanlar üçün 

dünyada uzun zaman gəlib keçmişdir. O zaman həmin insanlar palçıq 

və nütfə halında bir şey olmuşlar ki, onu deməyə layiq deyildir.Yaxud 

insan bir cisim idi ki, su və torpaqdan əmələ gəlmişdi,ona ruh verilmiş 

və o,həyat sürməyə başlamışdır. Sonra biz insanı qarışmış nütfədən ya-

ratdıq.Onu imtahan edərək, onu həm eşidən, həm də görən etdik. 

 

  əs-Saffat-11-Şübhəsiz  ki,  Biz  onları  yapışqan  kimi  bir  palçıqdan 

yaratdıq. 



 əl-Hicr-28-32- Bir zaman Rəbbin mələklərə demişdi:”Mən quru və 

qoxumuş palçıqdan insan yaradacağam! Mən ona surət verib ruhumdan 

üfürdüyüm zaman siz ona səcdə edin!”Bundan sonra mələklər ona səcdə 

etdilər. Təkcə İblisdən başqa! O səcdə edənlərlə birlikdə olmaqdan im-

tina etdi. 

 

Açıqlama:  Ayədə  “süzülmüş”olaraq  tərcümə  edilən”sulələ”  sözü, 

”təmsili  nümunə”  kimi  mənalara  gəlir.  Göründüyü  kimi  Quranda  14 

əsr  bundan  əvvəl  bildirilən  insanın  yaradılışındakı  vəsait  ilə  torpa-




65

ğın tərkibindəki elementlərin eyni olduğunu müasir dövrümüzdə elm 

təsdiq etmişdir. Bu gün insan toxumalarının tərkibi araşdırılarkən,onun 

tərkibində yer üzündə mövcud olan bir çox kimyəvi elementlərin ol-

duğu məlum olur.İnsan toxumaları 26 elementdən ibarətdir ki, bunun 

95%-ni 6 element təşkil edir. Bunlar karbon (C), hidrogen (H), oksigen 

(O), azot (N), fosfor (P) və kükürd (S) elementlərindən ibarətdir ki, bu 

da eyni ilə torpağın tərkibindəki kimyəvi elementləri təşkil edir. 

 

  (Mövlana  Furatı)“Qırx  sual”kitabından:-Uca  Allah  aləmlərin 

hər işini əzəli elmi ilə təqdir edib yaratmışdır. Cahanın görüntülərini 

bitməz feyzilə tərtib edib,təsbit etmişdir. Cahanın gül bağçasını insan 

gülünün  qoxusu  ilə  süsləmişdir.  Bütün  cahanı  insan  üçün,  insanı  da 

özünün bilinməsi üçün var edib,bir çox hikmətləri tək insanda topla-

yıb ortaya çıxarmışdır. İnsanın “Cami”isminə surət vermış,öz ruhundan 

üfürüb,onu  əmanətlərin  daşıyıcısı  və  sirlərin  məkanı  etmişdir.  Bütün 

aləmdə olan neçə min hikməti ilə alimləri heyran etmişdir. Cahan kita-

bının hər bir hərfindən mərifətini oxuyub öyrənənləri ariflər etmiş,könül 

aləminə dalan bəndələrini öz hüzurundakı Kəbədə ibadət edən etmişdir. 

Allah-taala aləmlərin xəlifəsi, insanların babası olan Hz.Adəmi yarat-

maq istəyəndə Hz. Əzraili göndərib yer üzündəki yeddi iqlimdən tor-

paq gətirtmişdir. Sonra Hz.Cəbraili göndərib o quru torpağı qırx gün 

yoğurtdurmuşdur. Bundan sonra Allah o palçığı ən gözəl biçimdə Nu-

man  vadisinin  içində  şəkilləndirmişdir.  Öz  mübarək  ruhundan  onun 

başına üfürmüş, bütün mələklərə:”Mən bildiyim şeyi siz bilmirsiniz,”-

deyib ona səcdə etdirib,insanlar üçün Peyğəmbər təyin etmişdir. Bü-

tün mələklər ona səcdə etdikdə, İblis buna”xeyr”deyib, səcdə etmədiyi 

üçün lənətlənmişlərdən və qovulmuşlardan olmuşdur. Qiyamətə qədər 

möhlət  almış  və  hesabsız  zürriyyətləri  ilə  Adəm  övladlarını  başdan 

çıxarmaq üçün onlara müsəllət olunmuşdur. 

 

 Allah-taala Adəmi yer üzündə yaratdıqdan qırx il sonra onu göylərə 



qaldırıb,  Firdevs  Cənnətinə  qoyub.  Ona  Cənnət  geyimləri  geyindi-

rib  və  çoxlu  nemətlər  ehsan  etmişdir.  Ona  hər  bir  neməti  verdikcə:-

Bu  nemətlə  kifayətlənərmisən?-deyə  Hz.Adəmdən  soruşardı.O  da:-

Hələ  qane  deyiləm,  ya  Rəbb,-deyə  cavab  verərmiş.  O  vaxta  qədər 

ki,  Hz.Adəmə  bir  qəflət  yuxu  verib,  sol  qabırğa  sümüyündən  Həvva 

anamızı yaratdıqda, Adəm gözünü açıb görmüşdür ki, yanında özünə 

bənzər bir sevimli insan oturmuşdur. Beləcə, onunla söhbət, ülfət və 

vusal hasıl olduqda, Allah-taala yenə də xitab edib buyurmuşdur ki:-

Ey  Adəm!  Bu  nemətimlə  necəsən?  Adəm(ə.s.)  cavab  vermişdir  ki:-

Ya  Rəbbi!  Hesabsız  nemətinin  dənizinə  batmışam,  bu  nemətini  hər 




66

şeydən böyük bildim,bununla hər şey mənə kifayətdir.Çünkü Həvva ilə 

sükunət tapıb,ülfətiylə ünsiyyət etmişəm. Bundan başqa ikrama hacət 

qalmayıb, bu ehsanının şükr və razılığı ilə qəlbim dolmuşdur. Bundan 

sonra Allah-taala,ona:-Ey Adəm! Həvva ilə Cənnətimdə sakin olub,hər 

nemətdən ləzzət alarsınız.Ancaq bu ağaca yaxın getməyəcək və ondan 

yeyib mənə asi olmayacaqsınız-deyə onları xəbərdar edib, qorxuzmuş-

dur.Bu minval üzrə Hz. Adəm Həvva anamız min ilə qədər Cənnətdə 

səfalarını sürmüşlər. Bundan sonra onlar İblisin sözünə uyaraq, o ağacın 

meyvəsindən dərib ikisi də yedikdə, Allah-taala ikisini də Cənnətdən 

aşağı  düşürmüşdür.  Cənnətdən  çıxdıqdan  sonra  Hz.Adəm  və  Həvva 

anamız  bir-birindən  ayrılıb  dünyanın  müxtəlif  guşələrinə  düşdülər.

Adəm Hindistanda Sərəndib dağına (indiki Seylon adasına),Həvva isə 

Məkkə yaxınlığındakı Ciddəyə düşdü. Adəm dünyaya düşüb o nemətləri 

itirdiyi üçün, həm də Allah-taala dərgahında asi olduğu üçün peşman-

lıq, həsrət və xəcalətdən gecə-gündüz ağlayıb,tövbə etdi.Nəhayət, Hz. 

Cəbrail nazil olub onun tövbəsinin qəbul olunduğunu xəbər verir. Sonra 

Hz. Cəbrailin bələdçiliyi ilə Hz.Adəm Məkkəyə gəlir və orada Həcc 

qılarkən Ərəfatda, Həvva anamızı tapıb görüşür. Onlar görüşüb, ağla-

yaraq Allaha belə dua etdilər.



əl-Əraf-23-Ey Rəbbimiz!Biz öz nəfsimizə zülm edərək,yazıq olduq.

Əgər sən bizi əfv edib bağışlamasan,bizə acıyıb rəhm etməsən, yəqin ki, 

onda ən böyük zərər və ziyana uğrayanlardan, pərişanlıq və bədxahlıq 

içində qalanlardan olarıq. 



 ALLAH İNSANA ÖZ RUHUNDAN ÜFÜRDÜ

Bil ki, ərşin sultanı xəlq edərkən cahanı,

Çəkdi, qoşa yaratdı həm surəti, həm canı.

Nəhayətsiz, sonsuzdur Tanrının kəraməti,

Kərəm saçıb, can ilə birləşdirdi surəti.

Surət, can birliyindən qəlb aləmi doğuldu,

Xilafət mövqeyinə çatan xəlifə oldu.

Üstə sultan xütbəsi olan bu könül ki var,

Ruh və cisim aləmindən yaranıb açıq-aşkar. (”Sirlər Xəzinəsi”) 

Səcdə-7-9-O, elə bir Allahdır ki, yaratdığı hər bir şeyi gözəl yaratdı və 

insanı yaratmağa torpaqdan başladı.Sonra onun nəslini nütfədən əmələ 

gətirdi. Sonra nütfəni insan surətinə salaraq ona öz ruhundan üfürdü, 

sizə qulaq,ürək və göz verdi. Amma siz insanlar az şükür edərsiniz.




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə