Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə28/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 110 
 
dövrdə  Qraal  da  geniş  şəkildə  dolaşırdı.  Onlar  müxtəlif 
metodlarla eyni prosesi təsvir edirdilər. 
Rocer Bekon Akvinasla düşmən olması ilə yanaşı, belə bir alimi 
Aristoteli  yalnız  tərcümədə  oxuya  bildiyinə  görə  ələ  salırdı. 
Onların hər ikisi Eranın böyük impulsunu təmsil edirdi. 
Bekon  deyirdi  ki,  “eksperimentsiz  heç  nəyi  bilmək  mümkün 
deyildir”.  1250-ci  illərdə  Oksforddakı  gənc  alim  Rocer  Bekon 
ondan  xeyli  əvvəl  Pifaqorun  etdiyi  kimi  qərara  aldı  ki,  bilməli 
olduğu  hər  şeyi  o  bilməlidir.  O,  istəyirdi  ki,  Harun  ər-Rəşidin 
sarayında  tanınan  bütün  amilləri  bütünlüklə  öz  ağlına  toplasın. 
Bekon  Fransiskan  idi,  bu  ordenin  yaradıcısı  kimi  o  da  kasıblar 
üçün,  mülkiyyəti  olmayanlar  üçün  daha  yaxşı,  təmiz  və  rəhmdil 
bir dünya arzulayırdı. 
Bekon  “Əlkimyanın  güzgüsü”  adlanan  traktatını  yazmışdı, 
Kabalanın böyük alimi Müqəddəs Ceromun dediyini yada salırdı: 
“Sən  tam  ağıla  sığmayan,  imkanın  bağladığı  bağlardan  uzaqda 
olan çox şeyi tapacaqsan, bu onların hamısı üçün düz olandır”. 
1274-cü  ildə  Florensiyada  yaşayan  gənc  Dante  ilk  dəfə  gözəl 
Beatriçanı gördü. Bu ilk baxışdan məhəbbət idi, həmçinin ilk vaxt 
idi  ki,  kimsə  ilk  görüşdən  vurulur.  Gizli  cəmiyyətlərin 
salnaməsində bu böyük və mühüm tarixi həqiqətdir. Pindarin və 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 111 
 
Sapfonun  (qədim  yunan  lirik  şairi  və  şairəsi)  odaları  romantik 
sevginin ifadələri idi. 
Dante  “Komediya”sında  (ölümündən  sonra  bu  poema  “İlahi 
komediya”  kimi  məşhurlaşdı)  o  qızın  gözləri  tərəfindən  bu 
bütünlüklə udulan varlığın sensasiyasını təsvir edir və deyir ki, o 
gözlərdən götürdüyü məhəbbət yükü onu cənnətə apardı. Yenə də 
bu heç də sadəcə poetik təxəyyül deyildi. Dante və Beatriça başqa 
adamlarla ailə qurdu və bu qız gənc yaşında həyatdan getdi. Biz 
bu gün romantik məhəbbət barədə onun mistik kədər və tale hissi 
ilə  düşünürük.  Belə  hissiyyatın  bütünlüklə  İslamın  mistik 
qıcqırmasından  çıxarıldığı  güman  edilə  bilərdi.  Sufi  təriqəti 
əvvəllər heç vaxt yaşanmayan hissiyyatı ifadə edirdi və beləliklə, 
hər kəs üçün şərait yaradırdı ki, bunu özü hiss etsin. 
 
Avropada islam işğalı daha çox İspaniyada ömür sürdü. O vaxtlar 
Mavr 
İspaniyasının 
parlaq 
sivilizasiyası 
(Əl-Əndəlus 
mədəniyyəti)  Şimala  doğru  yayıldı,  dünyanın  başqa  hissələrinə, 
birinci növbədə Fransanın cənubuna yol aldı. 
On  ikinci  əsrdə  Provans  və  Lanqedon  Avropada  ən 
sivilizasiyalanmış  regionlara  çevrildilər.  Trubadurlar  adlanan 
Provans  şairləri  ərəb-əndəlus  poetik  formalarına  uyğunlaşdılar, 
onların erotik şöhrətindən ilhama gəldilər. Trubadurlar məhəbbəti 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 112 
 
daha  açıq  və  daha  çılğın  şəkildə  ifadə  edir,  əslində  bu  ilahi 
vurğunluqdan cuşa gəlməyə həsr olunmuş himnlər yazırdılar. Bu 
yolla onlar dini məhdudiyyətləri də nəzərə almırdılar. Əgər Sufi 
şairi Şeyx  Abdulla Ənsari “Ey Allah, sənin  məhəbbətinin  şərabı 
ilə  mən  sərxoş  oldum  yazırdısa,  trubadur  şairləri  məhəbbət 
səhnələrindən 
ağıllarını 
itirdiklərini 
etiraf 
etməkdən 
çəkinmirdilər. Trabudur ədəbiyyatı həsr edilmə ilhamları ilə dolu 
idi.  Məşhur  “Bülbül  və  Qızıl  gül”  əhvalatında  quş  ilahiliyi  çox 
arzulayan insan ruhunu təmsil edirdi. 
Sonralar Dantenin də əsəri müxtəlif səviyyələrdə oxunmaq üçün 
yayılmışdı. Bu səviyyələr astroloji, kosmoloji, əxlaq, hətta bəzən 
deyirdilər ki, əlkimyəvi xarakter daşıyır. 
On iki, on üç yaşında Fransada, sıx meşələri olan Luara vadisində 
sadə  kənd  evində  yaşayan  bir  qız  uşağı  səsləri  eşitməyə  və 
görmələri  sezməyə  başladı.  Böyük  mələk  Mixail  Jannaya 
göründü  və  ona  dedi  ki,  ruhi  bələdçilərə  malik  olacaqdır.  Qız 
onunla getməyə həvəs göstərmirdi, deyirdi ki, yaxşısı budur anası 
ilə parça toxumaqla məşğul olsun. Lakin səslər təkidini artırırdı. 
Onlar qıza dedilər ki, bu onun missiyasıdır. İngilis ordusu ölkəyə 
müdaxilə edib, Orlean şəhərini tuta bilərlər. Onlar qıza dedilər ki, 
Şinon  şəhərinin  yaxınlığına  getsin  ki,  orada  Fransa  tax-tacının 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 113 
 
varisi  olan  Dofini  (prinsi)  tapsın  və  onu  taclandırmaq  üçün 
Reyms kafedral kilsəsinə aparsın. 
Janna  Dofinin  sarayına  gələndə  hələ  də  uşaqdan  bir  az  böyük 
görünürdü. Dofin ona hiylə qurdu, əyanlarından birinə icazə verdi 
ki, taxtda otursun, özünü Dofin kimi qələmə versin. Lakin Janna 
oradan  keçib,  birbaşa  Dofinə  müraciət  etdi.  Janna  onu  inandırdı 
ki,  ona  ağ  at  və  ağ  zirehli  paltar  versin.  Qız  bunu  geyinib,  altı 
gün, altı gecə at belində fasiləsiz yol getdi. 
Jannanın  gözünə  kilsədə  gizlədilən  qılınc  göründü.  Tarixdə  bəzi 
hallarda göründüyü kimi ruh dünyasından olan böyük varlıqlar öz 
qüvvələrini xüsusi fərdlərə vermək üçün gətirirlər. Janna da bunu 
inkar edə bilməzdi. Heç nə onu dayandıra bilməzdi, baxmayaraq 
ki,  ona  qarşı  olan  qəribəliklər  bəzi  hallarda  hətta  məhvedici 
xarakter alırdı. 
28 aprel 1429-cu ildə Janna Orleanın ətrafına gəldi, bu vaxt şəhər 
düşmən tərəfindən işğal olunmuşdu. İngilis qoşunları gənc qız və 
onu dəstəkləyənlərin kiçik qrupu qarşısında geri çəkildilər. Yalnız 
beş  yüz  fransız,  sayı  minlərlə  ölçülən  ingilis  ordusunu  məğlub 
edə  bildi.  Bunu  hətta  ingilis  zabitləri  də  bir  möcüzə  kimi  təsvir 
edirdilər. 
Jannanın təkidi ilə Dofin Reymsdə Fransa kralı kimi taclandı. Bu 
gənc  qızın  missiyası  üç  aydan  az  olan  bir  müddətə  yerinə 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə