Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə30/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   26   27   28   29   30   31   32   33   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 118 
 
Harun  ər-  Rəşidin  sarayında  və  sonralar  ərəb  xalqı  arasında 
elmin,  xüsusən  matematikanın,  fizikanın  və  astronomiyanın 
irəliyə  doğru  böyük  sıçrayışı  baş  verdi.  Bunu  ərəb  xalqı  ilə 
ingilislər arasında olan bir dərin mistik əlaqə hesab etmək olar ki, 
elmi tədqiqatın böyük ərəb ruhu yenidən Frensis Bekonla birlikdə 
yaşamağa başladı. Axırıncı isə fərdi qaydada Şekspirlə yaxından 
eyniləşdirilmişdi. Bekon böyük elmi inqilabı ilhamlandırmışdı. 
Şekspir  dünyası  bəşər  dəyərlərinin  dünyası  idi.  Burada  nə  baş 
versə,  bu,  insan  xoşbəxtliyi  və  karta  qoyulan  insan  həyatlarının 
ölçüsü  idi.  Bekon  dünyası  elə  idi  ki,  insan  dəyərləri  soyulub 
çıxarılmışdı. 
İnsan təcrübəsi hiylə xüsusiyyətli, paradkosal, sirli və bütövlükdə 
əvvəlcədən bilinən şey idi, bunları isə Şekspir dramatikləşdirirdi. 
Bekon  bəşəriyyətə  öyrədirdi  ki,  fiziki  obyektlərə  baxsın,  onlar 
təcrübə ilə qənaətlənmişdir, tabe olduqları və qabaqcadan məlum 
olan qanunları nəzərə alır. Ona görə də, elmi fəlsəfə tarixində o, 
İnduksiyanın  Atası  kimi  məşhurdur.  Qısaca,  Bekon  belə  qərara 
gəldi  ki,  əgər  obyektiv  qaydada  mümkün  olan  obyektləri 
müşahidə  etməyi  bacarırsansa,  müxtəlif  nümunələr  onun 
quruluşunun  subyektiv  təcrübəsini  verir.  Bu  planetin  sifətinin 
dəyişilməsinin reallaşması idi. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 119 
 
1517-ci  ildə  Papa  Romada  yeni  müqəddəs  Pyotr  bazilikasının 
inşaasına  çəkilən  xərci  ödəmək  üçün  bağışlanmanı  – 
indulgensiyanı  satmağı  yenidən  işə  saldı.  Bu,  dünyada  ən 
füsunkar,  həm  də  bədxərcliklə  tikilən  bina  olmalı  idi. 
Vittenberqdəki  müəllim  Martin  Lüter  indulgensiya  satılmasına 
qarşı  olan  öz  arqumentlərini  yazıb,  bu  kağızı  yerli  kilsənin 
qapısına vurdu. Həmin vərəqə icma üçün nəzərə çarpan mövqeyə 
çevrildi.  Lüterin  kilsədən  kənarlaşdırılması  barədə  Papa  bullu 
çıxdından  sonra  o,  bu  sənədi  ona  valeh  olan  kütlə  qarşısında 
yandırdı.  O,  elan  etdi:  “Mən  burda  dayanmışam”.  Saatın 
qəhrəmanı  olan  Lüter  yeni  hökmdarın  himayəsi  nəticəsində 
tonqalda  yandırılmaqdan  qaça  bildi  və  Papalığın  bədxərcliyinə 
qarşı olan etirazlara başçılıq etdi. Protestanizm dünyaya gəldi. 
Lüter  mistik  təlimdə  sərt  qaydada  dəyişdi.  Onun  yaxın  dostu  və 
ədəbi  silahdaşı  okkultist  Filipp  Malanxton  idi.  Axırıncı 
astrologiyanı  müdafiə  edirdi  və  Faustun  tərcümeyi-halını 
yazmışdı.  Lüterin  özü  də  müəyyən  şərtlərdə  ruh  dünyası  ilə 
əlaqədə  idi,  ona  bələdçilik  edən  səsləri  dinləyirdi.  O,  əlkimyaya 
rəğbətlə  yanaşırdı,  onu  “allerqoriyasına  və  gizli  mənasına”  görə 
tərifləyirdi, etiraf edirdi ki, bəşəriyyətin dirilməsində müəyyən rol 
oynamışdır. Lüter qızıl gülü öz simvolu kimi qəbul etmişdi. Buna 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 120 
 
baxmayaraq,  Lüterin  beş  ləçəkli  ağ  qızıl  gülü  özündə  kiçik 
çarmıxı daşımaqla, heç də mistik qızıl gül deyildi. 
Xristofor  Kolumbun  izi  ilə  az  sayda  idealist  adamlar  addımladı. 
1519-cu  ildə  Ernando  Kortes  Yukatan  körfəzi  sahilinə  üzdü, 
orada  o,  Verakruz  adlanan  baza  yaratdı.  O,  və  onun  ispan 
ardıcılları  attseklərin  ağlasığmaz  sərvəti  barədə  söhbətlər 
eşitmişdilər, 
onların 
hökmdarı 
Moktesumanın 
səfirinin 
hədiyyələrlə  bazaya  gəldiyini  gördükdə,  məəttəl  qaldılar. 
Hədiyyələrə  araba  təkəri  boyda  Günəşin  obrazı,  həmçinin  Ayı 
təmsil edən gümüş obraz daxil idi. Burada həmçinin qızıl dənələri 
ilə  dolu  dəbilqə  və  “kettsal”  quşunun  lələklərindən  düzəldilmiş 
baş  bəzəyi  var  idi.  Attsek  səfiri  izah  etdi  ki,  bu  onun  ağası 
Moktesumanın  hədiyyələridir,  Kettsal  Koutl  böyük  allahı 
tərəfindən  verilmişdir.  Səfir  izah  etdi  ki,  bu  allah  çoxdan  Yer 
üzünü  tərk  etmiş  və  Ayı  öz  vətəni  etmişdir.  Attsek  astroloqları 
peyğəmbərlik edirdilər ki, bu allah geri dönəcəkdir. 
Kortesin  ardıcılları  attseklərin  paytaxtı  Tenoçtitlana  (indiki 
Mexiko  şəhəri)  gəlib  çıxanda  öyrəndilər  ki,  bu  şəhər  gölün 
ortasındakı  adada  salınmışdır,  yalnız  əllə  tikilmiş  dar  körpü 
hesabına asanlıqla müdafiə olunur. 
Moktesuma onları qarşılamağa gəldi, Allah kimi baxdığı Kortesin 
qarşısında  əyildi  və  onları  içəri  keçməyə  dəvət  etdi.  Kortesin 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 121 
 
planı Moktesumanı oğurlamaq idi ki, onu girova çevirsin.  Lakin 
adamları saraydakı bütün qızılları görəndə, onlar ləngimədən çarı 
öldürdülər.  Bu  səfehlikləri  üzündən  onlar  yalnız  uzun  müddətli 
döyüşdən  sonra  qaçıb  aradan  çıxa  bildilər.  Bu  tarixdəki  qanlı 
epizodlardan birinin başlanğıcı idi. 
Konkistadorlar  (ispan  işğalçıları)  bütün  qızılların  gizli  mənbəyi 
və qızılla örtülmüş çar, El Dorado barədəki şayiələri eşitmişdilər. 
Çar  hər  səhər  maye  qızılda  çimirmiş.  Bu  əfsanəvi  çar  şəhərinə 
qonaq  kimi  gələn  ingilis  səyyahı  Uolter  Reli  də  yazırdı: 
“İmperiya şəhərinin damları qızıldandır”. 
Kortesin  rəqibi  Fransisko  Pisarro  üzüb  Peruya  gəlmişdi,  on  min 
adamı himayə etməklə, bütöv ölkəni talamaq niyyətində idi. Bunu 
o, yalnız iki min nəfərdən ibarət tərkibi olan ordunun köməyi ilə 
edəcəkdi. 
 
Kortes kimi o, silahsız görüşmək təklifindən sonra çarı oğurladı. 
Girovun  haqqı  kimi  o,  otağın  tavanına  qədər  qızıl  verilməsini 
tələb  etdi.  Bir  neçə  həftə  ərzində  yerlilər  dəstəsi  qızıl  lövhələri, 
şamdanları və digər gözəl əl sənəti işləri olan şeyləri gətirirdilər. 
Lakin  otaq  hələ  də  dolmamışdı.  İspanlar  tələb  etdilər  ki, 
sövdələşmə  yalnız  otağın  qızıl  külçələrlə  dolması  ilə  yerinə 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə