Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə26/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 102 
 
öz xalqını pozulmaqdan və tiran xasiyyətli kübarlardan mühafizə 
edirdi.  Şarl  Monteskyo  özünün  “Qalunların  ruhu  haqqında”  adlı 
məşhur əsərində onun şəxsiyyətinə çox yüksək qiymət verir. 
Şarlemanın 770-ci ildə əsasını qoyduğu “Müqəddəs Vehm” və ya 
“Azad  hakimlərin  gizli  tribunası”  özünü  həsr  etməməyi  istisna 
etmək  üçün  gizli  rəqəmlərdən  və  işarələrdən  istifadə  edirdi. 
Bəzən  işığın  gizli  əsgərləri  kimi  maskalı  adamlar  qanundan 
yuxarıda  yaşayanların  qəsrlərinin  qapılarına  çağırış  mismarlaya 
bilərdilər.  Şarlemanın  həsr  etmə  yollarının  ən  güclü  sübutu  bu 
gün də mövcud olan Axen kilsəsidir. Bura qurd qapısından girilir- 
kilsəni  şeytanın  mülkiyyətindən  çıxarmaq  üçün  hiyləgərlik  edən 
əfsanəvi  cəngavərin  adı  ilə  qapı  belə  adlanmışdı.  Bura  gələn 
adam  birinci  mərtəbədəki  qalereyadan  Qərbin  imperatorunun  iri 
taxtını  görür.  Kilsənin  mərkəzində  Şarlemanın  sümükləri  olan 
qalın  qızıl  tabut  qoyulmuşdur.  Ondan  yuxarıda  “İşıq  Tacı”  – 
nəhəng araba təkəri ölçüsündə şamdan asılmışdı. 
Şarlemanın  xristian  dünyasının  alimlərini  bir  yerə  yığması  da 
daxil  olmaqla  Harun  ər  –Rəşidin  rəqib  sarayına  çatmaq 
cəhdindəki nailiyyətləri göz qabağında idi. Ən böyük alim yəqin 
ki, Alkuin idi, o, İngiltərənin York şəhərindən idi. Britaniyalıların 
bu əlaqəsi gizli tarixdə mühüm əhəmiyyət daşıyırdı. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 103 
 
Xristianlar  Qraal  kubokunu  tapmağa  çalışırdılar.  Erkən  alman 
versiyasına  görə  Qraal  daşdan  idi.  Əlbəttə  bu,  kubok  ölçüsündə 
Lutsiferin alnına düşsəydi onun dəydiyi də daşa çevriləcəkdi. Bu 
kubokda  Xristin  qanı  saxlanırdı,  çarmıxda  olanda  onun 
bədənindən  tökülən  qanı  yığmaq  üçün  istifadə  edilmişdi. 
Müqəddəs Qraalın sirri  heç də qan xətti  kimi təmsil  olunmurdu, 
yəqin ki, reinkarnasiya ezoterik təliminə qarşı idi. 
Şarleman 814-cü ildə öləndə onun imperiyası tezliklə parçalandı. 
Lakin  bu  gün  birləşmiş  Avropanın  yaşayan  idealı  kimi  yenidən 
həyata  qayıtmışdır.  Kral  Artur  kimi  bəlkə  də  o,  heç  vaxt 
ölməmişdi,  lakin  vaxtında  ehtiyac  olanda  onun  qayıtması 
gözlənilir.  Bu  necə  də  Şiələrin  təlimində  mövcud  olan  12-ci 
İmamın-Mehdinin,  İmam  Zamanın  gələcəkdə  zühur  etməsi 
barədəki ümidlərə bənzəyir. 
Həmin  dövrlərdə  canlı  islam  təsiri,  o  cümlədən  onun  spiritual 
hissəsi  Toledodaki  və  Siciliyadakı  elmi  mərkəzlər  vasitəsilə 
Avropaya axmaqda davam edirdi. Matematikanın, həndəsənin və 
təbiət elmlərinin öyrənilməsi ərəb dilindən olan tərcümələrdən və 
astronomiya  və  astrologiya  ilə  yanaşı  Aristotelin  əsərlərinin 
saxlanılmasından  və  yayılmasından  ilhamlanırdı.  Şimala  tərəf 
yayılaraq, Avropada islam modelinə əsaslanan ilk universitetlərin 
formalaşmasına  aparırdı.  Bu  həmçinin  Qotika  arxitekturasında 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 104 
 
arabeskaların 
(həndəsi 
fiqurlardan 
və 
üslublaşdırılmış 
yarpaqlardan,  güllərdən  və  sair  ibarət  olan  mürəkkəb  ornament 
növü)  yaranmasına  gətirib  çıxardı,  bu  memarlıqda  məscid 
arxitekturasındakı  dolaşıq  bitki  formalarının  təsiri  aydın 
görünürdü. 
  
Tampliyerlər. Fransisk. Janna D`Ark  
  
Türk müsəlmanları  1076-cı  ildə Yerusəlimə nəzarəti əldə etdilər 
və  xristian  zəvvarları  təqib  etməyə  başladılar.  Səlibçilər 
Yerusəlimi  azad  etsələr  də,  sonra  yenidən  itirdilər.  1-ci  və  2-ci 
Səlib yürüşləri arasında yaranan tampliyerlər xristianlığın səs-küy 
salan dəstələrinə çevrildilər. Tampliyer (Məbəd)  Rıtsarları və  ya 
Xristin  və  Solomon  məbədinin  kasıb  əsgərləri  ordeni  onların 
bütöv adı idi. Onlar paltarlarının altından qoyun dərisindən tikilən 
şalvar  geyinirdilər,  bu  onların  bəkarətinin  rəmzi  idi  və  onlara 
saqqallarını  qırxdırmaq  qadağan  olunmuşdu.  Onların  özlərinin 
qılıncdan  savayı  heç  nəyi  yox  idi,  bütün  mülkiyyət  ümumi 
xarakter  daşıyırdı.  Onlar  heç  vaxt  düşməndən  mərhəmət 
gözləmirdilər,  yalnız üstünlük  üçün birə nisbətində olduqda  geri 
çəkilirdilər.  Hətta  geri  çəkilsələr  də,  onlar  ölənə  qədər  daim 
döyüşməli  idilər.  Tampliyerliyə  həsl  olunma  mərasimləri  aydın 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 105 
 
şəkildə  Sufizm  və  Məbədin  Solomon  müdrikliyi  daxil  olmaqla, 
müxtəlif  ənənələrdən  götürülmüşdü.  Quzu  öldürülürdü  və  onun 
bağırsağından kəndir düzəldilirdi. Bu kəndir namizədin boğazına 
keçirilir,  bu  qaydada  o,  həsr  olunma  otağına  aparılırdı.  O,  and 
içməli idi ki, ölüm ağrısı olsa da onun niyyətləri tam təmizdir və 
bu  vaxt  namizəd  bilmək  istəyirdi  ki,  böyük  müəllim  okkultun 
başa  düşdüyü  kimi  onun  ruhunu  görə  biləcəkdirmi-  o,  ölməyə 
yaxındırmı?  Namizədlər  qorxulu  əmrlərə  dözürdülər,  bura 
dəhşətli  demonik  qüvvələrlə  qarşı-qarşıya  durmaq  da  daxil  idi. 
Beləliklə,  onlar  ölümlə  qarşılaşmağa  hazırlaşırdılar  və  sonrakı 
həyatlarında  və  ya  ölümdən  sonra  hər  gün  dəhşətlərlə  üz-üzə 
gəlməli idilər. 
Çox  sayda  kübarlar  ordenə  qoşulduğuna  görə  öz  mülkiyyət 
hüquqlarını da ona verirdilər, ona görə də tampliyerlər müstəsna 
dərəcədə  vahid  olanlara  çevrilirdilər.  Onlar  kredit  məktublarını 
icad  etdilər,  beləliklə  pul,  quldurlar  tərəfindən  oğurlanmaq  riski 
olmadan  başqasına  ötürülə  bilirdi.  Onların  Parisdəki  məbədi 
fransız  maliyyəsinin  mərkəzinə  çevrildi.  Müəyyən  şəkildə  onlar 
bankların müjdəçiləri idilər, bu isə tacir siniflərinin yüksəlməsini 
hazırlamaqda  səmərəli  vasitə  rolunu  oynayırdı.  Tampliyerlər 
həmçinin ilk ticarət gildiyasının himayəçiləri idilər. Bu isə kilsəni 
və kübarlığı müstəqil etməli idi. 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə