Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə29/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   26   27   28   29   30   31   32   33   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 114 
 
yetirildi.  Ona  öz  adamları  xəyanət  edib,  ingilislərə  satdılar. 
Jannaya  ona  gəlib  çatan  səslər  barədə  suallar  verdilər.  Ruhi 
dünyası ilə belə dərin əlaqələr kilsəyə xoş gəlmirdi. Ona görə də 
kilsə  onu  ifritə  kimi  ittiham  etdi  və  30  may  1931-ci  ildə  Janna 
Fransanın şimalındakı Ruan şəhərinin bazar meydanında tonqalda 
yandırıldı.  İngilis  əsgərlərindən  biri  o  birisinə  demişdi:  “Biz 
müqəddəsi yandırırıq”. 
Onun haqqında ingilis fikri bu qızı düşmən hesab etməkdir. Lakin 
gizli tarixin perspektivlərinə müvafiq olaraq Janna D`Arkın ilahi 
qaydada  ilhamlanmış  fəaliyyətlərindən  İngiltərə  daha  çox  fayda 
götürmüşdü.  Fransa  və  İngiltərə  yüz  illərlə  münaqişədə  idi, 
baxmayaraq  ki,  Jannanın  vaxtında  İngiltərə  hərbi  cəhətdən  daha 
qüvvətli  idi,  lakin  mədəni  cəhətdən,  dilində  və  ədəbiyyatında 
Fransa üstün mövqedə idi. 
Jannanın  qəhrəmanlığı  olmasaydı,  Fransanın  və  İngiltərənin, 
xüsusən  ingilislərin  dünya  tarixinə  töhfəsi,  Şekspirin  psixoloji 
realizmi  və  Frensis  Bekonun  mahiyyətcə  fərqli  olan  tolerant 
fəlsəfəsi baş verməzdi.  
 
Ədəbiyyatın dirçəlişi. 
Konkistadorların vəhşiliyi. 
Frimasonluğun gizli missiyası  


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 115 
 
 
1492-ci  ildə  Xristofor  Kolumb  Orinoko  çayının  mənsəbinə 
çatanda, o inanırdı ki, bu Ədəmdən axan dörd çaydan biridir. O, 
vətəninə  yazırdı:  “Bu  böyük  əlamətlər  buranın  təqribən  yerüstü 
cənnət  olduğunu  göstərir.  Təkcə  ona  görə  yox  ki,  müqəddəs 
rəylərin  və  oxumuş  ilahiyyatların  riyazi  mövqeyinə  uyğun  gəlir, 
həm də ona görə ki, bütün digər müdriklər bunun mümkün olması 
ilə razılaşırlar”. 
Kolumb kraliça İzabellaya yazdığı məktubda belə bir ümid ifadə 
edirdi ki, o “qızılla dolu çəllək” tapacaqdır, bu isə qadın və onun 
əri  kral  Ferdinand  tərəfindən  Yerusəmimin  yenidən  işğal 
edilməsini maliyyələşdirəcəkdir. 
Ferdinand  yenicə  Qranadanın  Mavrlardan  alınmasına  başçılıq 
etmişdi.  Ərəbləri  bütünlüklə  qovmaqla  İspaniyanı  yenidən 
Kilsənin  ağuşuna  qaytarmışdı.  Kolumb  bilirdi  ki,  qızıl,  vətənin 
yaxınlığındakı  və  sürətlə  güclənən  düşmənə  qarşı  müharibəni 
maliyyələşdirməyə  sərf  ediləcəkdir  və  əleyhinə  böyük  iddialar 
qaldırılan  düşmən  isə  Tampiliyerlər  Rıtsarlarının  ruhi  varisi 
adlanacaqdır. 
Servantes  və  Şekspir  isə  bir-birinə  tam  müasirlər  kimi  idilər. 
Yaşlı  rıtsar  olan  Don  Kixot  nizə  ilə  külək  dəyirmanlarını  məhv 
etmək istəyirdi. Dolu bədənli, sarımsaq çeynəyən kənd qızını isə 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 116 
 
rıstar  nağıllarından  gələn  Dulsineya  adlı  gözəl  kübar  qızı  kimi 
görürdü.  O,  ilk  anda  komediya  qəhrəmanı  kimi  görünə  bilərdi. 
Bir cəhətdən Don Kixot ötüb keçmiş Orta əsrlər rıtsar ideallarına 
qayıtmağı təkid etməyə çalışırdı. Digər tərəfdən o, özünün “ikinci 
uşaqlığına”  daxil  olurdu,  təxəyüllərin  daha  real  göründüyü 
dövrlərə qayıdırdı. 
Bəzi  ispan  alimləri  sübut  edirlər  ki,  Don  Kixot  kabalistik 
“Zöhar”ın  (və  ya  “Füsunkarlıq  Kitabı”nın)  alleqorik  icmalıdır. 
Don  Kixotun  nökəri  Sanço  Pansaya  Merlin  hiylə  gələrək  onu 
inandırmışdı  ki,  Dulsineya  tilsimlənmişdir,  məhz  ona  görə  də  o, 
kök  kənd  qızlarına  bənzəyir.  Don  Kixotun  özü  açıq  ürəklilik 
nəticəsində səhvlərə yol verirdi. O, ispan Xristi adlanırdı və əgər 
o,  real  olaraq  yaşasaydı,,  dünya  tarixinə  onun  səyahətinin  təsiri 
daha böyük olardı. 
Servantesin  müasiri,  dramaturq  Ben  Conson  isə  Uilyam  Şekspir 
haqqında  deyirdi  ki,  o,  “Latın  dilini  az  bilirdi  və  yunan  dilini 
bundan  az  bilirdi”.  Belə  bir  adam  olduqca  mükəmməl  olan  bu 
əsərləri necə yarada bilərdi, öz dövrü üçün necə erudit ola bilərdi? 
Böyük  müasirlərindən  çoxu  Şekspirin  pyeslərinin  müəllifinin 
Oksford  qrafı  Kristofer  Marlou  və  sonradan  şair  Con  Donn 
olduğunu  deyirdilər.  Müəllifliyə  daha  populyar  namizəd  isə, 
əlbəttə ki, Frensis Bekon idi. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 117 
 
Əgər  İisus  Xrist  iç  həyata  toxum  səpmişdisə,  Şekspir  onun 
böyüməsinə  kömək  etdi,  onu  məskunlaşdırdı  və  bizə  bu 
düşüncəni  verdi.  Bizim  hər  birimiz  onu  daxili  kosmos  kimi 
içimizdə  gəzdiririk  və  o  həm  də  zahiri  kosmos  kimi  genişdir. 
Hamlet  yalnız  ağlını  itirmə  vəziyyətində  “olumun  ya  ölümün” 
yaxşı olduğuna əmin deyildi. Bu Axillesin harayından gələn uzun 
yol  idi,  axı  o,  nəyin  bahasına  olursa  olsun,  günəş  işığında 
yaşamaq  istəyirdi.  Faciə  aktyorlarının  çoxu  indiyədək  inanır  ki, 
“Makbet”də təhlükəli okkult formulu vardır, pyes oynanılanda bu 
ona sehrli mərasim gücü verir. “Yay gecəsi yuxusu” pyesində biz 
Yaşıl  Meşəyə  giririk,  digər  komediyalarda  da  yenidən  qədim 
meşələrə  daxil  oluruq.  Biz  şüurun  arxaik  formalarına  qayıdırıq, 
bunda bütün təbiət ruhlar tərəfindən canlanır. Bütün rəssamlıqda 
və  ədəbiyyatda  fırlanan  bitki  adətən  siqnal  verir  ki,  biz  ezoterik 
səltənətə, efir ölçüsünə daxil oluruq. Şekspirin əsərləri, əlbəttə ki, 
çiçək  obrazı  ilə  dolu  idi.  Tənqidçilər  isə  çox  vaxt  qızıl  güldən 
istifadə edilməsini okkult simvolu kimi izah edirlər. 
Şekspir  bir  tapmacadır.  İisus  Xrist  kimi  o,  insan  şüurunu 
inqilabiləşdirir, həm də əks tarixi məlumatın izlərini, demək olar 
ki, görünməz edir. Şekspirin pyeslərində Sufi məmnunluğunu bol 
şəkildə  görürük.  Sufizm,  mistik  rəmz  kimi  qızıl  gülün  böyük 
mənbəyidir.  


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə