www.kitabxana.net
– Milli Virtual Kitabxana
98
əsrlərdən belə biliklər vasitəsilə, onların çoxu, əlbəttə ki, ərəb
mənşəli idi və xüsusən də astroloji mənasına görə talismanlara
(tilsimlərə) aid olmaqla məşhur kolleksiyalarda toplanmalı idi.
Cəlaləddin Rumi “Mövlanə” adlanırdı, bu isə “Bizim müəllim”
mənasını verir. O, islam mistitsizminin – böyük Sufinin fars
dilində yazan şairi idi. Onun məşhur lirik və didaktik poeması
olan “Mənaveyi məsnəvi” (“Ruhi beytlər”) elə populyarlıq
qazanmışdı ki, onu “Persiyadakı Quran” adlandırırdılar.
Müsəlman mistik fikir və ədəbiyyatı isə bu dinə sitayiş edən
müxtəlif xalqların dillərində yazılmaqla, demək olar ki, saysız-
hesabsız idi. Rumi sarayın ən böyük şairlərindən birinə
çevrilmişdi. O, hələ uşaq olarkən biliyi ilə hamını
təəccübləndirmişdi. Altı yaşında oruc tutmağa başladı və bu
vaxtda da həmçinin o, gözünə görünənləri seyr etməyi bacarırdı.
Rumi daim insanların heyvanlardan daha ambisiyalı olduğuna
etiraz edərək, qeybə çəkildi. Adamlar qorxudan qışqıran vaxt, o,
qəflətən onların arxasından yenə üzə çıxdı. Onun gözlərində
qeyri-adi baxış var idi və dedi ki, yaşıl əbası olan ruhlar onu
kənara, digər dünyalara apardılar. Yaşıl əbalılar Əl-Xıdırın
kölgələri ola bilərdi, yaşıl biri qüdrətli varlıq olmaqla, vaxt
gələndə maddiləşməyə, həmçinin maddiləşməni ləğv etməyə
qadir olacaqdır. 37 yaşlı Ruminin həyatında mühüm rol oynayan
www.kitabxana.net
– Milli Virtual Kitabxana
99
həlledici bir hadisə baş verdi, o, Konyanın küçələrində dolaşan
dərviş, müqəddəs adam hesab edilən Şəmsəddin (“Dinin günəşi”)
Təbrizi ilə görüşdü. Şəmsəddinin heç bir ənənəvi mistik qardaşlıq
cəmiyyəti ilə əlaqəsi yox idi. Bu qəribə dərviş şeyxləri və digər
nüfuzlu din adamlarını təhqir etmək sahəsində özünəməxsus
şəkildə ad qazanmışdı, çünki onu Allahdan başqa heç kəs idarə
etmirdi. Cəlaləddinə isə Şəms Təbrizinin təsiri böyük oldu, ona
ilahi aliliyin və gözəlliyin sirrlərini açdı. Bir və ya iki ay onlar
meditasiya etdilər (gərgin düşünmə ilə məşğul oldular). Rumi
şagirdlərindən və ailəsindən ayrı düşmüşdü, onlara laqeydlik
göstərirdi. Buna görə də onlar Şəmsini şəhəri tərk etməyə məcbur
etdilər. Bu Cəlaləddini çox məyus etdi və Şəmsi geri qaytarıldı.
Lakin ailəsi Cəlaləddinin sevdiyi bu adamla yaxınlığına dözə
bilmirdi. Belə bir şəraitdə, ilk görüşlərindən üç il sonra Şəmsi
həmişəlik qeybə çəkildi, onu öldürmüşdülər. Rumi ağlayırdı, ağı
deyirdi, bədəncə xeyli zəifləmişdi. O, artıq sərgərdan idi. Bir gün
küçədə gəzəndə zərgər dükanının yanından keçirdi, bu vaxt
çəkicin qızıla vurulan ritmik zərbələrini eşitdi. Rumi Allahın
adını təkrar edib, sonra qəflətən ekstazda fırlanmağa başladı.
Sufilərin Mövlanə və ya fırlanan dərvişlər ordeni beləcə yarandı.
Fırlanma rəqsi “Səma” rəqsi adlanır və bugünkü Türkiyədə də
rəmzi dərviş rəqsi kimi ifa edilir. Məhəbbət təcrübəsi Rumini
www.kitabxana.net
– Milli Virtual Kitabxana
100
şairə çevirmişdi. O, təbiətdə “Dinin günəşinin” şüalanan
gözəlliyinin əksini tapırdı. O, çox vaxt öz şeirlərini rəqslə
müşayiət edirdi. Onun əsərləri mistiklər və öz şagirdləri
tərəfindən geniş miqyasda oxunurdu. “Məsnəvi” sufizmin bütün
müxtəlif cəhətlərini açıb göstərirdi. Bu əsər ilahi məhəbbət
təcrübəsini ifadə edirdi. Ruminin poeziyasında hər kəs mistik
təcrübələrin başlıca bəşəri ifadəsini tapa bilərdi. Ərəblərin
füsunkar sivilizasiyası orta əsrlər Avropasını həm valeh edir, həm
də dəhşətə gətirirdi. Səyyahların gətirdiyi təəccüblü xəbərlər
ondan ibarət idi ki, ərəblərin qiymətli metallardan düzəldilmiş
möcüzəli mexaniki bağı vardır və orada mexaniki quşlar uçur və
oxuyurlar. Onların arasında böyük qızıl ağac durur, təəccüblü
qaydada qiymətli daşlardan olan meyvələr gətirir və onlar
planetləri təmsil edirlər. Çoxlarına bu möcüzələr ölülər dünyası
kimi görünürdü, onlar sehrin və elmin arasındakı sərhədlərdə
mövcud idi. Ən azı buna müəyyən izah 1936-cı ildə Bağdadda
edilən qəribə kəşf vaxtda verildi. Alman arxeoloqu Vilhelm
Koeniq qədim saray drenaj arxını qazanda bilavasitə elektrik
batareyası kimi bir şey tapdı. Bunun düzəldildiyi dövr erkən orta
əsrlərə gedib çıxırdı. Kolleqası onun dəqiq oxşarını yaradanda
gördülər ki, bu qızılla gümüş qatından ibarət olsaydı, yarım saat
ərzində elektrik cərəyanı əmələ gətirməyə qadir olardı. 802-ci ildə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
101
Harun ər Rəşid Qərbin imperatoru Şarlemana (Böyük Katrla)
ipəklər, sarı mis şamdanlar, ətirlər və fil sümüyündən düzəldilmiş
şahmat göndərmişdi. O, həmçinin hədiyyə kimi fil və su saatı
göndərmişdi. Bürünc şarlar vazanın içərisinə düşəndə saatları
bildirirdi, bu vaxt kiçik mexaniki cəngavərlər isə xırda qapılardan
çıxırdı. Bu hədiyyələr Şarleman da ərəb elminin yüksək səviyyəsi
və öz imperiyasının da gələcəkdə buna nail olması barədə
təəssürat yaratmalı idi.
Əgər üç nəslə aid olan fransız kralları- Şarl Martel, Pipin və
Şarleman olmasaydı, islam, xristianlığı yer üzündən silib ata
bilərdi. 742-ci ildə anadan olan Şarleman Longinusun nizəsini
miras kimi götürmüşdü, bu nizə İusus Xrist çarmıxa çəkiləndə
onun böyrünü deşmək üçün istifadə olunmuşdu. Şarleman bu nizə
ilə yaşayır və yatırdı, inanırdı ki, silah gələcəyi qabaqcadan
görmək və öz taleyini həll etmək üçün ona qüvvə verəcəkdir. lX
əsrin birinci onilliyində o, müsəlmanlar üzərində qələbə çaldı.
Şarleman aldadıcı fiziki görkəmə malik idi. Yeddi fut (213 sm)
hündürlüyündə olmaqla, parlayan mavi gözləri var idi, lakin o,
sadə, mülayim adətlərə malik adam idi, həm də öz iradəsini,
taleyinin gedişi istiqamətinə yönəldə bilirdi. İslam müdaxiləsi ilə
üz-üzə gələndə o, Xristian düşüncəsini qorumaqla yanaşı, həm də
Dostları ilə paylaş: |