Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə22/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 86 
 
“İncil”ində (3.32) İisus öz anasının özü üçün əhəmiyyətini inkar 
edir. Matfeyin “İncil”ində isə (10.37-8) o deyir: “Kim ki, atasının 
və anasını məndən artıq sevir, o mənə layiq deyildir”. 
 Ezoterik  təlim  düz  yolla  bütün  sevgiyə  aid  olanlardan  da 
yuxarıda  durur.  Bu  təlim  deyir  ki,  sən  kosmosdan  olan 
mərhəmətli  qüvvələrlə  əməkdaşlıq  edirsən,  güc  səndən  elə  yolla 
axır  ki,  sən  onu  anlayana  çevrilə  bilərsən.  Bu  proses  möcüzə 
yaradan və ya ilahi sehrlilik adlanır. 
İisus  Xrist  təsdiq  edirdi  ki,  “Ancaq  mən  sənə  deyirəm  ki,  kim 
qadına şəhvətlə baxırsa, öz ürəyində artıq onunla zinakarlıq etmiş 
olur”. Bu vaxta qədər heç kəsin demədiyini o dedi və bu mənanı 
verirdi  ki,  bizim  dərin  düşüncələrimiz  fiziki  obyektlər  kimi 
realdır. 
Bizim  “özəl”  düşündüyümüz  şey  kosmos  tarixinə  birbaşa  təsir 
göstərir.  “Ürəyində  təmiz  olanlar  xoşbəxtdirlər,  buna  görə  də 
onlar Allahı görəcəklər”. 
Filippin  “İncil”ində  İisus  Xristin  Mariya  Maqdalina  ilə 
münasibətinə  dair  intriqa  xarakterli  bir  işarə  vardır:  “İisus  onu 
bütün  şagirdlərindən  artıq  sevirdi  və  onu  tez-tez  öpürdü”.  Bu, 
Bibliyanın “Şərqilər Şərqisi” kitabındakı şeiri yada salır: “Qoy o, 
məni  ağzının  öpüşləri  ilə  öpsün”  və  ya  “Məhəbbət  ölümdən 
güclüdür”. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 87 
 
Mariya  Maqdalina  adətən  tövbə  edən  kimi  təsvir  edilir.  Fra 
Bartolomeonun  tablosunda  qız  İisus  Xristin  ayaqlarını  yumağa 
apardığı bitki yağı bardağı ilə təsvir olunur. Bardaq daşın üzərinə 
qoyulmuşdur  və  daşın  üstündə  bu  sözlər  yazılmışdır:  “Mən 
könlüm sevdiyi adamı tapdım”. 
  
Xristianlıq və Şamanizm 
  
Konstantin  Roma  imperiyasının  yavaş-yavaş  gedən  tənəzzülünü 
dayandırmaq üçün yeni qüdrətli dinə-xristian dininə ümid edirdi. 
Lakin  Roma  yenidən  canavarların  və  tülkülərin  istirahət  yerinə 
çevrildi.  Konstantinin  qohumu  Yulian  361-ci  ildə  hakimiyyətə 
gələndə, o, dini dözümsüzlük dalğasını dəyişdirdi. Dar, doğmatik 
xristianlığa  qarşı  məşhur  polemik  əsərlər  yazdı,  axı  məhz  belə 
xristianlıq  yüksəlmişdi.  Buna  görə də sonralar xristian  yazıçıları 
onu “Dönük” deyə adlandırmağa başladılar. Bu o demək idi ki, o, 
inamı kənara tullamışdır. 
Yulian  Persiya  ilə  müharibə  aparanda  Persiyada  yerləşən 
Manixey Sirrli məktəbinin gizli biliyini anlamağı arzu edirdi.  O, 
Günəş  allahın  missiyasının  təhlükədə  olduğunu  kifayət  dərəcədə 
qiymətləndirməyi bacarırdı və bu Manixeyizmin daxili sirrlərinin 
Günəş allahla Əhrimən və ya İblis materializminin ruhu arasında 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 88 
 
gedən  müharibəyə  aid  olduğunu  bilirdi.  Lakin  o,  öz  missiyasına 
nail  olmamışdan  əvvəl  Konstantinin  ardıcılları  tərəfindən 
öldürüldü.  Yeni  imperator  isə  “dinsizin”  mülkiyyətini  müsadirə 
etdi  və  onun  məbədlərini  tutdu.  İsidanın  heykəlləri  yenidən 
Mariyaya  həsr  olundu.  Romadakı  Panteon  bütün  allahlar  üçün 
məbəd  olsa  da,  imperator  Teodesi  tərəfindən  monoteizm 
məbədinə çevrildi. 
Çində  imperiyanın  tədricən  genişlənməsi  Asiyada  və  Avropa 
daxilində  domino  effekti  yaratdı.  Uzaq  Şərqdə  olanların  təzyiqi 
altında  qotlar,  vestqotlar  və  vandallar  Avropanın  bir  sıra 
hissələrinə müdaxilə etdilər, hətta yenidən geri çəkilməzdən əvvəl 
Roma kimi uzaq ərazilərə gəlib çatdılar. Köçəri monqol tayfaları 
Hun  lideri  Attilanın  başçılığı  altında  V  əsrin  ikinci  rübündə 
birləşdirir.  Onlar  əvvəllər  qotların  və  vandalların  müdaxilə 
etdikləri  ərazilərdə  at  oynatdılar  və  imperiya  Mərkəzi  Asiya 
düzənliklərindən  Şimali  Qaliyaya  qədər  uzandı.  Avropalıların 
“Allahın  bəlası”  hesab  etdikləri  Attila  barbarlığına  görə  dillərə 
düşdü,  yunan  tarixçisi  Priskus  Attilanın  düşərgəsinə  səfər  edib, 
bir  şahid  kimi  orada  olanları  təsvir  etdi.  O,  gördü  ki,  Attila, 
döşəməsi  yonulmuş  taxtadan  olan  sadə  evdə  yaşayır  və  bu  ev 
taxta hasarla çəpərlənmişdir. Yun palazlar xalça rolunu oynayırdı 
və  hərfi  mənada  “kiçik  ata”  adlanan  Attila  öz  qonaqlarını  sadə 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 89 
 
kətan paltarda qarşılayırdı. O, ağac fincandan qədərində içki içir 
və ağac boşqabdan yemək yeyirdi.  
Deyirdilər  ki,  Attila  Xristian  şəhəri  Korinfi  işğal  edəndə,  o 
küçənin  hər  küncündə  fahişə  qadınları  görüb  qəzəblənmişdi. 
Həmin  qadınlara  ya  adamlarından  birinə  ərə  getməyi,  və  ya 
sürgünə yollanmağı seçmək imkanını vermişdi. 
Romanlar  digər  düşmənlərinə  nisbətən  Attiladan  daha  çox 
qorxurdu.  O,  öz  adamlarına  Roma  ərazisində  yaşamağa  və  ya 
Roma mallarını almağa icazə vermirdi. 
O,  Roma  ərazilərinə  müdaxilə  edəndə,  romanlaşmanı  dəyişdi, 
Roma  tikililərini  dağıtdı  və  həmçinin  Romadan  təzminat  pulu 
kimi  minlərlə  funt  qızıl  götürdü.  452-ci  ildə  o,  nəhayət  Romanı 
sıxışdırmağa  başlayanda  imperator,  yepiskop  Leonu  onunla 
görüşməyə  göndərdi.  Gələcək  Papa  Leo  Attila  ilə  sövdələşmə 
danışığı apardı, bu şərtlərə görə imperatorun qızı Honoriya onun 
arvadı  olmalı  idi  və  minlərlə  funt  qızılı  da  cehiz  kimi  özü  ilə 
götürəcəkdi.  Bu  səbəbdən  də  Atilla  Roma  imperiyası  üzərində 
ağalığa və dünyanı idarə etməyə nail olduğuna inandı. 
Attila və onun xalqı şamanizmi tətbiq edirdilər. Döyüşlərdə Attila 
özü ordusuna başçılıq edirdi, ona bunu şaman keşişləri məsləhət 
görürdülər.  Hun  ordusu  döyüşə  ulamaqla  atılırdı,  silahlarını 
cingildədirdi, buynuzlarla və zənglərlə səs salırdı. 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə