Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə13/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 50 
 
Gizli təlimdə Böyük Piramida b.e.ə. 3500-ci il illərdə Misirdə və 
Şumerdə  böyük  sivilizasiyaların  əsası  qoyulduqdan  əvvəl 
tikilmişdi.  Bu  elə  vaxt  idi  ki,  əvvəllər  də  mövcud  olmuş 
konstruksiyalar  daş  dövrələrdən  və  digər  “dövrə  şəkilli” 
abidələrdən ibarət idi. 
Böyük  Piramida  şərti  olaraq  sərdabə  idi.  Gizli  tarix  nöqteyi-
nəzərindən  bu  anaxronik  izah  idi.  Bu  həmin  vaxt  bir  universal 
inam  idi  ki,  bütün  insan  ruhları  ölümdən  sonra  planetar 
sferalardan  keçərək  ulduzlara  doğru  səyahət  edirlər.  Böyük 
Piramida nəhəng yenidən doğulma maşını idi. 
Misir sivilizasiyası bəşər təkamülündə yeni böyük impulsu təmsil 
edir, bu materiyanın maya və ya illyuziya olduğunu öyrədən Şərq 
sivilizasiyasından  fərqlidir.  Misirlilər  Qərbin  böyük  spiritual 
missiyasının  başlanğıcını  qoydular,  bəzən  bu  əlkimya,  Sufizm, 
Frimasonluq  və  digər  hər  yerdə  olan  gizli  cəmiyyətlərdə  isə  İş 
adlanır. Böyük Piramida bu sübutun ilk təzahürü idi. 
Misir  sivilizasiyasının  qalxması  ilə  eyni  vaxtda  Dəclə  və  Fərat 
çayları  arasında  Şumer  sivilizasiyası  yüksəlməyə  başladı. 
Şumerin  ilk  şəhərlərindəki  ailə  evlərində  əcdadların  və  aşağı 
allahların  heykəlləri  var  idi.  Kəllə  bəzən  kiçik  ruhun  yaşaya 
biləcəyi  “ev”  kimi  saxlanırdı.  Bu  vaxt  daha  böyük  ruh  şəhərin 
mənafelərini  himayə  etməklə,  “allah  evində”  yaşamaq  üçün 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 51 
 
saxlanırdı.  Bu,  məbəd  kompleksinin  mərkəzindəki  tikili  idi.  Bu 
şəhərlər böyüdükcə allah evləri  də böyüyürdü, o  vaxta qədər ki, 
onlar ziqquratlara, iri pilləli piramidalara çevrilirdi. 
Bir  qayda  olaraq  onlar  saman(  çiy)  kərpicdən  tikilirdi.  Hər  bir 
ziqquratın  mərkəzində  iri  otaq  var  idi  və  orada  allahın  heykəli 
məskunlaşırdı. Otağa qiymətli metallar və daş-qaş qoyulurdu və o 
gözqamaşdırıcı parçalarla bəzədilirdi. 
Mixi mətnlərə görə, Şumer allahları yeməyi, içməyi, musiqini və 
rəqs etməyi sevirdilər. Yeməklər masa üzərində qoyulurdu, sonra 
allahlar  tək  buraxılırdı  ki,  onları  yesin.  Bir  müddət  keçdikdən 
sonra  keşişlər  otağa  gəlir  və  qalan  hər  şeyi  yeyirdilər.  Allahlar 
həmçinin  yatmaq üçün çarpayıya ehtiyac duyurdular. Bəzi  intim 
məqsədlər üçün onlar yuyunur, geyinir və ətirlənirdilər. 
Şumer sivilizasiyasının böyük qəhrəmanı Qilqameş Uruk çarı idi. 
onun əhvalatı səfehliklə dolu idi. O, müstəsna emosiyaya, narahat 
olmaqla  dəlilik  xüsusiyyətlərinə  malik  idi.  Gənc  çar  barədə 
əhvalatın başlanğıcında, o, “buynuzla vuran öküz” adlanırdı. Dağ 
keçidlərini açır, quyular qazır, tədqiqat aparır, döyüşə yollanırdı. 
O,  digər  adamların  hamısından  güclü  idi,  gözəl  və  igid  olmaqla 
eşq düşkünü idi, heç bir bakirə qız ondan yayına bilmirdi, – lakin 
tənha idi. O, hansısa bir dosta malik olmağı ürəkdən arzu edirdi, 
elə biri ilə dost olmaq istəyirdi ki, ona bərabər olsun. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 52 
 
Beləliklə,  allahlar  Enkidunu  yaratdılar.  O,  Qilqameş  kimi  güclü 
idi,  lakin  vəhşi  idi,  bütün  bədəni  tüklərlə  örtülmüşdü.  O,  vəhşi 
heyvanların arasında yaşayır, onların yediklərini yeyir, çaylardan 
su içirdi. Bir gün ovçu bu qəribə varlıqla meşədə üz-üzə gəldi və 
bunu Qilqameşə çatdırdı.  
Qilqameş  ovçunun  söylədiyi  əhvalatı  eşitdikdə,  ürəyində  bilirdi 
ki,  bu  adam  onun  çoxdan  gözlədiyi  dostudur.  O,  əla  plan  tutdu. 
Məbəddəki  fahişələrdən  ən  gözəlini  təlimatlandırdı  ki,  çılpaq 
şəkildə meşəyə getsin, vəhşi adamı tapıb, onu əhlilləşdirsin. Qız 
onunla eşq macərasını yaşayanda, o, yaddan çıxardı ki, Qilqameş 
bundan  xəbər  tutacaqdır,  axı  onun  evi  təpədə  idi.  Enkidu  vəhşi 
heyvanların yanına gələndə, onlar dəyişikliyi hiss etdilər və artıq 
onunla birlikdə gəzmədilər, ondan uzaq qaçdılar. 
Qilqameş  və  Enkidu  Urukda  bazar  meydanında  görüşəndə, 
burada  pəhləvanların  güləş  yarışı  gedirdi.  Bütün  əhali  tamaşaya 
baxmağa  toplaşmışdı.  Qilqameş  Enkidunun  kürəyini  yerə 
vuraraq, ona qalib gəldi. Beləliklə, məşhur dostluq belə macəralar 
seriyasından  başladı.  Onlar  panterlər  ovlayır,  sirr  meşəsindən 
keçən  yolu  qoruyan  monstru  izləyirdilər.  Onlar  Göy  öküzünü 
öldürəndə,  Qilqameş  onun  buynuzlarını  öz  yataq  otağının 
divarından asdı.  


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 53 
 
Lakin sonra Enkidu özündə təhlükəli xəstəlik hiss etdi. Qilqameş 
isə  dünyanın  qurtaracağındakı  tavernada  öz  sonluğunu  tapdı. 
Qilqameşin  ölümü  ilə  böyük  ziqquratlar  dövrü  baş  verdi.  Babil 
qülləsi əhvalatı, göyə qədər qüllə tikmək cəhdi bütün bəşəriyyəti 
birləşdirən vahid dilin itirilməsi ilə nəticələndi. Bütün xalqlar və 
tayfalar  özlərinə  məxsus  olan  ruha  və  bələdçi  mələklərə  bağlı 
oldular,  onlar  yüksək  allahları  nəzərdən  qaçırdılar.  Bu  yüksək 
allahlardan yuxarıda və uzaqda isə böyük kosmos zəkası dururdu, 
oradan  kainatın  bütün  müxtəlif  hissələrinə  bir  tale  verirdi. 
Ziqquratlar maddi mənalarda ölçməyin səhv cəhdini təmsil edirdi. 
Babil qülləsini Ovçu Nimrod tikdirmişdi. Bibliyanın “Başlanğıc” 
kitabı  Nimrodu  yer üzünün ilk hökmdarı  adlandırır. Arxeoloqlar 
müəyyən etmişlər ki,  Nimrod Enmer-kar adlı tarixi şəxsiyyətdir, 
ona  da  Ovçu  Enmer  deyirdilər.  O,  Urukun  ilk  çarı  olmaqla, 
qonşuluqdakı  Aratta  çarına  məktub  göndərib,  ondan  təzminat 
pulu tələb etmişdi. Qədim yəhudi ənənəsində Abrahamın hökmən 
doğulacağı  barədəki  peyğəmbərlik,  Nimrodu  körpələr  kütləsinin 
qırmağa sövq etdi. 
Bununla  o,  körpə  uşaqların  qurban  verilməsi  qaydasını  yaratdı, 
onların bədənləri böyük tikililərin bünövrəsində basdırılırdı. 
 
Abraham. Yunan sivilizasiyası  


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə