Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə12/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 46 
 
qaça  bildi,  həm  də  qətlə  yetirilməyindən  xilas  oldu.  O,  şər 
qüvvələrə  qarşı  bir  neçə  döyüşdə  vuruşdu.  Sonra  o,  cadugərin 
arxitipinə çevrildi, bu vaxt Zaratustra təhlükəli idi, bəzi vaxtlarda 
narazı  adam  olurdu,  odu  odla  vuruşdurmağa  hazırlayırdı.  O,  öz 
ardıcıllarını  Əhrimənin  demonlarını  qarşılamağa  hazırlayırdı.  O, 
deyirdi  ki,  kimsə  ölümdən  qorxursa,  o,  artıq  ölüdür.  Qorxudan 
çıxmaq  hədlərini  təcrübədən  keçirməklə,  özünü  həsr  etməyə 
hazırlayırdı,  çünki  ən  pis  şey  baş  verə  bilərdi,  özü  də  həm 
həyatda,  həm  də  ölümdən  sonra.  Bədəni  tərk  etmə  hərəkəti  ilə 
həsr  olunmağa  namizəd,  ölümün  son  olmadığının  hansısa  şübhə 
mümkünlüyündən uzaqda olduğunu bilirdi. 
“Pantancali  Yoqa  Sutranları”nda,  (Yoqa  qədim  Hindistanın 
fəlsəfi-dini  təliminin  tərkib  hissəsi  olmaqla,  psixikanı  və 
orqanizmin  fizioloji  proseslərini  idarə  temək  yolu  ilə  insanın, 
maddi  mövcudluq  buxovlarından  azad  olunmaq  və  özünü  dərk 
etmək  vasitəsidir,  metodlar  məcmusudur.  Sutra  isə  qədim  hind 
fəlsəfəsi, dini, elmi və hüquqi traktatlarıdır). 
“Pantancali  Yoqa  Sutranları”nda,  deyildiyi  kimi  dünya  daha 
təhlükəli  yerə  çevrildi,  o  həm  müdafiə  və  həm  də  hücum  üçün 
istifadə  edilməli  idi.  İnsan  təbiətinin  bitki  hissəsi  çox  funksiyalı 
idi,  bura  yaddaşı  saxlamaq  da  daxil  idi.  Bitki  hissəsi  maddi 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 47 
 
qüvvədən  ayrıldı,  hər  ikisi  öz  tərkib  hissələrinə  parçalanmağa 
başladı. 
Ay  sferasından  ayrılmış  ruh  Merkuri  səltənətinə  doğru  yuxarı 
uçmağa başlayır, oradan Veneraya tərəf, sonra isə Günəşə doğru 
gedir.  Qədim  mətnlərdə  özünü  həsr  etmişlərə,  hər  bir  sferaya 
girişi  mühafizə  edən  ruhların  gizli  adları,  bəzi  hallarda  isə  əl 
verməklə  salamlaşmaq  barədə  məsləhət,  həmçinin  başqa 
əlamətlər də deyilirdi. Bütün qədim dinlərdə insan ruhuna yeraltı 
dünyada  bələdçilik  edən  və  demon  mühafizəçilərdən  sonra  yol 
barədə  danışıq  aparmağa  kömək  edən  varlıq  Merkuri  planetinin 
allahıdır. Ruhun sonrakı hissələri də göy sferasından keçib yuxarı 
qalxdıqda yolu işıqlandıran bələdçi isə Lutsifer idi. 
Bir  çox  əhvalatlar  göstərir  ki,  həyat  və  həyatdan  sonrakı  aləm 
planetlər  və  ulduzlar  tərəfindən  idarə  olunur.  Müxtəlif  sferaların 
mühafizəçiləri yuxarıya və aşağıya gedən yollarda dururlar. Əgər 
bu  təlimlər  fərdi  ruha  kifayət  qədər  həkk  olunmuşdursa,  bu 
bütünlüklə  ruhu,  yeni  inkarnasiya  üçün  yüksək  ruhi  varlıqlarla 
birlikdə şüurlu iştiraka hazırlayacaqdır. 
Krişnanın  anası  hələ  bakirə  qız  olanda  Günəş  allahı  insan 
şəklində  saysız-hesabsız  işığın  şəfəqlərində  onun  yanına 
gəlmişdi.  Krişna  doğulanda  isə  mələk  anaya  demişdi  ki,  qardaşı 
Kansa onun uşağını öldürməyə cəhd edəcəkdir, ona görə də qoy 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 48 
 
ana,  saraydan  qaçıb  Meru  dağının  ətəyində  çobanlar  arasında 
yaşasın. Dayısı uşağı öldürmək üçün qırmızı kəkilli ilan göndərdi 
və Krişina onu ayağı ilə tapdalayıb öldürməyə qadir idi. 
Krişinanın  çox  titulları  arasında  “İnək  naxırçısı”  və  “Sağıcıların 
Sahibi” də var idi. O, sadə kəndli həyatı sürürdü. Yerli sağıcıların 
hamısı bu boylu-buxunlu gəncə vurulmuşdu. O, fleyta çalmağı və 
sağıcılarla  eşq  rəqsini  etməyi  sevirdi.  Ona  vurulmuş  sağıcılarla 
rəqs  edəndə,  qızların  hamısı  onun  əlindən  tutmaq  istəyirdi,  ona 
görə də o, özünü çox sayda olan formalara salırdı ki, hər qız əmin 
olsun ki, həqiqi Krişinanın əlini məhz onun özü tutmuşdu. Krişna 
bir  çolaq  qızı  sağaldıb,  onu  gözəl  etmişdi.  Həm  də  o,  özü  kasıb 
kənd adamı kimi yaşayırdı. 
Nəhayət Krişina bütün  maskalarından imtina etməyi  qərara aldı. 
O  dayısının  şəhərinə  yenidən  girəndə,  özünü  əhalinin  xilaskarı 
elan etdi. Kansa oxatanları onu şəhid etdilər. Krişinanın ölümü ilə 
Qaranlıq  Era  başlandı.  Frimasonlar  Kali  Yuqanın  –  Qaranlıq 
Eranın  sonunun  yaxınlaşmasını  Qərb  dünyasının  böyük 
şəhərlərinin mərkəzində nəhəng abidələr dikəltməklə xatırlayırlar. 
Səpələnmiş  qaranlıqda  işıq  gəlib  çıxdı.  Krişina  ölən  kimi  digər 
böyük  şəxsiyyət  yaşa  doldu,  işıq  gəzdirən  doğuldu,  necə  ki,  üç 
min il sonra İisus Xrist inkarnasiya edəcəkdi. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 49 
 
Bizim eradan əvvəl üçüncü minillikdə Çin xalqı tayfa qaydasında 
yaşayırdı,  köçəri  mövcudluq  keçirirdi.  Onların  düşərgələrindən 
birində  qeyri-adi  bir  şəxs  doğuldu.  Min  illər  sonra  göyün  digər 
yüksəltdiyi  varlıq,  yerə  düşdü,  bu  İusus  Xrisitin  inkarnasiyası 
üçün  idi.  Beləliklə,  bu  vaxt  həmçinin  Lutsifer  də  yenidən 
doğuldu. Lutsiferin doğulması müdrikliyin başlanğıcı idi. 
Orfey ədədləri icad etmişdi. Lakin Orfey erasında ədədlər barədə 
ruhi  mənanı  nəzərə  almadan  düşünmək  mümkün  deyildi. 
Lutsiferə görə hansısa bir simvolik əlaqə kimi mənasız düşünmək 
mümkün oldu. Adamlar bu vaxt ölçməkdə, hesablamaqda və inşa 
etməkdə sərbəst idilər. Misir çarı Coserin vəziri İmhotep “qurucu 
heykəltəraş və daş vazalar düzəldən” kimi tanınırdı. O, həmçinin 
“Baş  müşahidəçi”  idi,  bu  isə  Misirdə  ən  yüksək  keşiş  titulu  idi. 
Bəzi  hallarda  bu,  ulduzları  örtən  örtüyü  hörən  kimi  başa 
düşülürdü. İmhotep qədim dünyada həm məşhur qurucu, həm də 
Pilləli  piramidanın  axtitektoru  idi.  Böyük  Piramidanı  yaratmaq 
isə daha qeyri-adi, demək olar ki, möcüzəli bir iş idi. Gizli tarixə 
müvafiq  olaraq,  bu,  ilk  Misir  tikilisi  idi.  Şərti  tarixçilər  belə 
güman  edirlər  ki,  misirlilərin  lövcalıqdan  xəbər  verən  tikintisi 
“mastaba”  adlanan  sadə  birmərtəbəli  sərdabələrdən  başlayıb, 
Pilləli piramidadan keçərək öz kulminasiyasını mürəkkəb Böyük 
Piramidada tapdı. 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə