Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə11/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 42 
 
yuxarı  qaldırdı  və  sonra  onu  yenidən  suya  qərq  etdi”.  Atlantida 
bir  neçə  fəlakətli  daşqınlarda  əzab  çəkdi,  bir  müddət  sonra  isə 
suda  batdı.  Nuh  da  altı  gün  davam  edən  daşqından  xilas  olmaq 
üçün gəmisində üzməyə məcbur olmuşdu. 
Hindistan  indiyədək  spiritual  biliyin,  xüsusən  də  okkult 
psixologiyasına  görə  dünyanın  ən  böyük  anbarı  olaraq  qalır.  Bu 
gün  də  Hindistana  səfər  edən  adamlar  havanın  indiyədək 
astrallıqdan  (ulduz  təsirindən)  necə  xışıldadığını  hiss  edəcəklər. 
Hətta  nüfuzlu  Sufi  ənənəsi  də  çakraları  öyrənməkdə  hinduizm 
müdrikliyinə  tərəf  əyilir.  Ramanın  tacdan  imtina  etməsindən 
sonra,  bu  dövrdə  heç  bir  böyük  şəxsiyyətin  ağalığı  mövcud 
olmadı.  Əgər  Rama  fəaliyyətdə  olan  qəhrəman  idisə,  o, 
monstrlarla  vuruşmuşdu,  uzun,  təhlükəli  macəralara  yollanmış, 
şəhərlər  salmışdı,  onun  varisləri  isə  bəzi  hallarda  Yeddi  Müdrik 
adam və ya Rişilər adlanır. Onlar heç bir daş bina tikməmişdilər, 
palçıqdan  olan  binalarda  yaşayırdılar.  Rişiləri  öz  bildiklərindən 
başqa heç nə şirnikləndirmirdi. 
Belə  bir  Kabalistik  deyim  vardır:  “Sənin  gördüyün  hər  bir  şey, 
hər  bir  çiçək,  hər  bir  quş,  hər  bir  qaya  öləcək  və  toza 
çevriləcəkdir,  lakin  sənin  onları  görməyin  ölməyəcəkdir”. 
Bükülmüş ayaqlar üstündə oturan Rişilərin yalnız ayaqları yuxarı 
baxırdı, onlar heç bir cazibəni, maddi dünyanın, kiçildilərək geri 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 43 
 
atılması şərti ilə hiss etməyi arzu etmirdilər. Onlar bunun əvəzinə 
ruh dünyalarına istiqamətlənirdilər. Onlar yer üzərindəki işdə ruhi 
varlıqları görmək qabiliyyətinə malik idilər. 
Onlar  yazda  toxumların  rüşeym  verməsinə,  cücərməsinə,  yayda 
güllərin  çiçəklənməsinə,  payızda  ağacların  meyvə  gətirməsinə 
necə kömək etmələrini – toxumların qış vaxtı eyni ruhi varlıqlar 
vasitəsilə  özlərinin  necə  saxlanmasını  görə  bilmirdilər.  Rişilər 
nəhəng meh kimi ruhi təsirin qabarma və çəkilməsini təcrübədən 
keçirirdilər.  Qədim  hind  sivilizasiyası  aşağı  Göy  səltənətinə 
bənzəyirdi. 
İndi  İran  adlanan  ərazidə  vaxtilə  yeni  böyük  liderin  anadan 
olacağı  barədə  söhbət  gedirdi.  Onun  anası  kiçik  kənd  təsərrüfatı 
icmasında  yaşayırdı.  Qış  vaxtı  görünməmiş  taun  xəstəliyi 
yayılmağa  başladı.  Bəziləri  gənc  qadını  cadugərlikdə  ittiham 
edirdi.  Tufanların,  taunun  onun  işi  olduğunu  iddia  edirdilər. 
Hamiləliyinin  beşinci  ayında  o,  dəhşətli  yuxu  gördü.  Gördü  ki, 
əjdahalar,  canavarlar  və  ilanlar  nəhəng  buluddan  çıxıb,  onun 
bətnindəki uşağı parçalamağa cəhd edirlər. Lakin monstrlar gəlib 
çıxanda,  uşaq  ana  bətnində  danışmağa  başladı,  anasını 
sakitləşdirdi.  Sonra  səs  yoxa  çıxdı  və  o,  göydən  enən  işıq 
piramidasını  gördü.  Piramidanın  aşağısında  sağ  əlində  bükülü 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 44 
 
kağız  tutan  uşaq  gəlirdi.  Onun  gözləri  daxili  alovla  işıq  saçırdı. 
Onun adı Zaratustra (Zərdüşt) idi.  
 
 
Zaratustra. Krişna. Misir və Şumer sivilizasiyaları 
 
Zaratustranın dövrü barədə müxtəlif fikir məktəbləri vardır. Bəzi 
qədim dünya yazıçıları onu təqribən b.e.ə. 5000-ci ilə aid edirlər. 
Bu  vaxtı  Plutarx  kimilər  isə  b.e.ə.  6000-ci  il  tək  göstərirlər.  Bu 
yenə  də  bir  neçə  Zaratustranın  olması  faktı  ilə  əlaqədardır. 
Zoroastrizm  ənənəsinə  görə  İblis  Əhrimən  kimi  şər  qüvvələrə 
başçılıq  edirdi.  Kosmosa  demonların  orduları  hücum  çəkmişdi, 
ona  görə  də  göy  qaranlıqlaşmışdı.  Demonlar  özlərini  insanların 
arasına və ruhi iyerarxiyanın yüksək eşelonlarına da soxmuşdular. 
Biz  yuxuya  girəndə  heyvan  şüurunu  itiririk.  Gizli  cəmiyyətlərin 
təlimində  heyvan  şüuru  –  və  ya  ruh-yatandan  sonra  bədəndən 
çıxan  kimi  təsvir  edilir.  Bu  iki  başlıca  nəticəyə  malikdir. 
Birincisi,  heyvan  elementi  olmasa  bizim  bədənimiz  bitki 
vəziyyətinə qayıdardı. Biz möhkəmlənmiş kimi oyanırıq. İkincisi, 
bədənin  sensor  (mərkəzə  qaçan  əsəb  lifləri)  qavramasını  tərk 
edib, ruh şüurun alternativ vəziyyətinə daxil olur. Yuxu görəndə 
bizə  mələklər,  şeytanlar  və  ölülərin  ruhları  müraciət  edir.  Dərin 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 45 
 
yuxuda  Üçüncü  Göz  açıla  bilər  və  o  ruh  dünyalarının  içərisinə 
baxa bilər, lakin oyandıqda, biz bunu unuduruq. 
Bir  neçə  illik  sürgüngən  sonra  gənc  Zaratustra  İrana  dönmək 
ehtiyacı  hiss  etdi.  Sərhəddə  o,  görünmə  sezdi.  Ruhun  nəhəng 
parlayan  varlığı  onu  qarşılamağa  gəlmişdi  və  ona,  öz  arxasınca 
getməyi tapşırdı. Zaratustra ruhun nəhəng doqquz addımına görə 
doxsan addım atmalı idi. Bu vaxt  ruh bütün  daş  yeri süpürürdü. 
Zaratustranı  təmiz,  qayalar  və  ağaclarla  örtülmüş  yerə  gətirdi. 
Burada  bənzər  ruhların  yerdən  yuxarı  pərvazlandığı  digər  altı 
dövrə var idi. Bu işıq verən məclis Zaratustranı salamlağa döndü 
və  onu  özlərinə  qoşulmaq  üçün  fiziki  bədəni  tərk  etməyə  dəvət 
etdilər. Bunlar Günəş ruhları idi və bu vaxt Zaratustranı onun öz 
missiyası  üçün  hazırlayırdılar.  Birincisi,  onlar  dedilər  ki,  o, 
yanmadan  alovun  içindən  keçməlidir,  ikincisi,  onun  döşünə 
əridilmiş qurğuşun tökdülər, bu Əhrimənin metalı idi. O, sakitcə 
əzab  çəkirdi.  Zaratustra  qurğuşunu  öz  sinəsindən  götürdü  və 
danışmadan  bunu  onlara  verdi.  Üçüncüsü,  onlar  onun  bədənini 
yarıb, öz daxili orqanlarının sirlərini ona göstərdilər.  
Zaratustra saraya döndü və böyük ruhların vəhylərini moizə etdi. 
O, çara dedi ki, dünyanı yaradan Günəş ruhları onu dəyişdirmək 
üzərində işləyirlər və bir gün dünya işığın geniş bədəni olacaqdır. 
Lakin əyanlar Zaratustranı dustaqxanaya atdırdılar. O, zindandan 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə