Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə8/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 30 
 
yürütdüyünü  gördü.  Qadın  yatanda  o,  sevimli  cütlüyün  üstünə 
hücum  çəkdi.  Osirisi  on  dörd  yerə  parçaladı  və  onları  yerin 
müxtəlif guşələrində gizlətdi. Osirisin sevdiyi qadın-Setin arvadı 
Neptis Osirisin bədənini qazıb çıxardaraq, bir yerə yığdı və arvadı 
İsida  isə  ondan  Kainatın  ağası  olan  Horu  doğdu.  Hor  böyüdü, 
atasının qətlinə görə əmisi Setdən qisas alıb, onu öldürdü. Osiris 
bu vaxt Dünyanın altında Ölülərin sahibi kimi yaşayırdı. Hor isə 
Seti taxtdan düşürüb, onun yerini tutdu. 
Digər  səviyyədə  güman  ki,  bu  həm  də  mövsümlərin  erkən  dövr 
etməsi  barədə  məhsuldarlıq  mifidir.  Sirius  ulduzunun  göydə 
görünməsi, bir neçə aydan sonra isə  gizlənməsi  qədim misirlilər 
üçün  belə  əlamət  idi  ki,  Osiris  qısa  müddətdə  yenidən  qalxacaq 
və bu hadisəyə Nilin daşması da borcludur. Ona görə də Misirdə 
Osirisə  taxıl  və  yay  məhsuldarlığı  allahı  kimi  sitayiş  edilir. 
İsidanın da çox arzulanan görünməsi də bizə Sirius kimi tanışdır. 
Sirius  göylərdəki  ən  parlaq  ulduzdur,  bitkiləri,  eynilə  həmçinin 
heyvan və insan dünyasını dirildən Nilin daşmasının simvoludur, 
deməli  tam  mənasında  həyat  və  ölüm  məsələsidir.  Piramida 
mətnlərində Osiris deyirdi ki, mən həyatın ağacıyam. 
Həmin  vaxt  inkişaf  etmiş  fiziki  gözlərə  dünya  çox  müxtəlif 
qaydada görünürdü. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 31 
 
Ovidinin  öz  “Metamorfozalar”ında  yazdığı  kimi,  bu  vaxt 
insanların  və  heyvanların  analitik  forması  bizim  gördüyümüz 
kimi  deyildi,  nəhənglərin,  hibridlərin  və  monstrların  dünyası 
mövcud idi. 
Tədricən  cisim  möhkəmlənməyə  başladı.  Kəllənin  sümük  damı 
möhkəmləndi,  Osiris  fənərini  örtdü,  beləliklə,  yuxarıdakı  böyük 
kosmik zəkanı süzgəcdən keçirdi. İnsanlar bu vaxt özləri üçün elə 
bir  məkana  malik  oldular  ki,  onun  içərisində  düşünməyi 
bacardılar. 
İnsan  şəraitinin  bu  modelinin  arxitipini  Platonun  “Mağara 
Alleqoriyası”nda  tapmaq  mümkündür.  Dustaqlar  mağarada 
zəncirlənmişdi, onların üzü divara baxırdı, ətrafı görə bilmirdilər. 
Hadisələr kənarda baş verdi, mağaranın ağzından divara kölgələr 
düşdü,  bu  dustaqların  reallığı  anlamasına  səbəb  oldu.  Fiziki 
obyektlər,  digər  tərəfdən  sadəcə  kölgələr  və  ya  yüksək  reallığın 
əksləri idi.  
İdealizmə  inanan  adam  idealistik  qaydada  təcrübə  aparır  və 
həmçinin  tarixi  prosesləri  anlaşılan  idealizm  kimi  başa  düşür. 
Platonun  Alleqoriyasında  mağara  kəllənin  sümük  daşıdır.  Kəllə 
qaranlıqdır,  sümük  otaq  ətlə  örtülmüşdür.  Gizli  doktrinaya 
müvafiq olaraq kosmos insan beynini elə qaydada yaratmışdır ki, 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 32 
 
o özü barədə düşünməyə qadir olsun. İdealist olanlar inanırlar ki, 
kainat Zəka tərəfindən zəkalar üçün yaradılmışdır. 
Dünyanın  yaranmasının  idealist  tarixi  minilliklər  dövründəki 
proseslərin və böyük hadisələrin salnaməsidir, burada Günəş, Ay, 
planetlər  və  ulduzlar  öz  yerinə  qoyulmuşdur.  Bizim  şüurumuz 
indi  elə  quruluşa  malikdir  ki,  bu  da  həmçinin  göy  cisimlərinin 
bizdən yuxarıda öz qaydasında sıralanması ilə əlaqədardır. 
Sehrli  keşişlər  inanırdılar  ki,  Osiris  Fənəri  kəllənin  sümüyü 
altında  geri  çəkilməklə,  bizə  bu  gün  tanış  olan  qozşəkilli  dəmir 
tək  öz  mövqeyini  tutmağa  başlamışdı.  İnsan  sümükləri 
bərkləşərək maddiyə çevrildi. İnsan kəlləsi bir qədər yarıyaşayan 
və yarıölüyə çevrildi.  
Gizli  doktrinanın  aksiomasında  olduğu  kimi  ölümün  başlanması 
fikrin doğulması idi. Gizli təlimə müvafiq olaraq, həyatla düşüncə 
arasında  fundamental  əkslik  vardır.  İnsanda  həyat  prosesləri 
qidanın  həzm  edilməsi,  nəfəs  alma  və  böyümə  prosesidir,  bu 
xeyli dərəcədə şüursuz işdir. Şüur, insanın düşünmək qabiliyyəti 
yeganə  xüsusiyyətdir  ki,  bu  həyatı  prosesləri  müəyyən  qədər 
yatırtmaqla,  onları  mümkün  edir.  İnsan  orqanizminin  “polad” 
qüvvələri,  hansılar  ki,  heyvanlarda  böyümək  və  bioloji 
strukturlaşdırma  üçün  istifadə  edilir,  düşünmək  üçün  lazım  olan 
şəraitlərin yaradılmasından ötəri vacib vasitə rolunu oynayır. Belə 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 33 
 
deyirlər  ki,  bu  elə  səbəblərdən  biridir  ki,  insanlar  buna  görə 
müqayisəli qaydada xəstə heyvanlardır. 
Protoinsanlar  bitki  varlıqları  olanda,  onlar  ölümlə  təcrübə 
aparmırdılar.  Heyvan  xüsusiyyətlərinə  yiyələnməyə  başladıqda 
isə ölümün dadını qabaqcadan təcrübədə görməyə başladılar. Bu, 
yuxu  görməklə  dolu  olan  yatmaq  təcrübəsinə  bənzəyirdi.  Sonra 
bir 
müddət 
onlar 
yenidən 
maddi 
dünya 
içərisində 
“oyanacaqdılar”.  İnsan  sümükləri  və  yerdə  yaşayan  bədən, 
bərkiyən  və  əyilməyən  kimi  olanda  insanlar  az  qaydada  sərbəst 
hərəkət edirdilər və bu həqiqətən də ağrı gətirən bir iş idi. Ölüm 
çağırışı o vaxta qədər daha bərkdən səslənirdi, bu, demək olar ki, 
qarşısıalınmaz labüdlüyə çevrilirdi. Yuxu ölümə bənzəyənə qədər 
dərinləşdi və sonra o ölümə çevrildi. 
Bu  vaxt  insanlar  nəticədə  həyatın,  ölümün  və  yenidən 
doğulmanın  qəddar  dövrəsinin  tələsinə  düşdülər,  bu  sikllərdə 
yaşayan  varlıqlar  ölməli  idi,  çünki  onlar  bir  yerdə  yaşayırdılar. 
Orada  ataları  ölməli  idi  ki,  öz  oğlanlarına  yol  açsınlar,  necə  ki, 
kral ölməli idi ki, cavan, daha güclü varisə yol versin. 
İnsan şəraiti çox müxtəlif səviyyələrdə dəyişilmişdi. Üçüncü Göz 
hələ  də  bu  gün  olduğundan  daha  fəal  idi  və  heç  də  rudimentar 
(orqanizmin  tarixi  inkişafı  ərzində  öz  funksiyasını  itirən  və  yox 
olmaq yolunda olan inkişaf etməmiş orqanlar belə adlanır) orqan 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə