www.kitabxana.net
– Milli Virtual Kitabxana
74
arzu eləmək nəticəsində yaranır. Lakin sən bütün bu arzulardan
azad ola bilərsən. Həqiqətən də, sən elə azadlığa və ruh dünyasına
yaxınlığa nail ola bilərsən ki, yenidən heç vaxt reinkarnasiyaya-
yenidən doğulmağa ehtiyac duymayasan. Və beləliklə sən,
Siddhartha etdiyi kimi, Buddaya çevrilə bilərsən.
Anlamanın və ya işıqlanmanın cığırı Budda tərəfindən “səkkiz
dolaşan cığır” adlanmışdır.
Bura inam, inandırılma, öyrənmə, hərəkət, yaşamaq, niyyət,
düşünmək, seyr etmək daxil idi. Buddanın səkkiz dolaşan cığırı
səkkiz praktikadan və tapşırıqdan ibarət olmaqla Çakra boğazının
16 ləçəyindən canlanan səkkizi üçün mövcud idi. Budda öləndə
öz məqsədinə nail olmuşdu. Reinkarnasiya barədə ona heç bir
tələb olunmayacaqdı.
Pifaqor. Böyük Aleksandr.
Brahminlər.
Pifaqor isə inkişaf edən yunan adası olan Samosda b.e.ə. 575-ci
ildə anadan olmuşdu, bu vaxt Afina Akropolunun yüksəkliyinə
ilk mərmər lövhələr döşənmişdi. Pifaqor öz ömründə yarımallah
kimi sayılırdı. O, böyük təbib idi, bəzən böyük şair bildiyi
Homerdən xüsusi şer parçalarını əzbər söyləyirdi, necə ki,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
75
xristian mistiklər “Zəburlar” dan və İoannın “İncil”indən bəndlər
söyləyirdilər. O, xəstələri sağaltmaq üçün musiqidən istifadə
edirdi. Erkən Yunan filosofu Etnpodoke deyirdi ki, Pifaqor
xəstəni sağalda və qocanı cavanlaşdıra bilirdi. Budda kimi o, öz
son inkarnasiyasını xatırlaya bilərdi. Və hətta deyirlər ki, o, bütün
dünyanın tarixini başlanğıcından söyləyə bilərdi. Onun
müdrikliyi Sirli məktəblərdə illər boyu tədqiqat aparmasına və
müqəddəs saymağa dəfələrlə özünü həsr etməsi idi. O, 22 il
ərzində Misir müqəddəs sayma keşişlərinin sirlərini öyrənmişdi.
Pifaqor 532-ci ildə Samosun diktator hökmdarının çirkin
əməllərini hiss etməyə başladı və sürgünə yollanmağa məcbur
edildi. O, İtaliyanın cənubundakı Krotonada yaratdığı bir neçə
kiçik icmalarından birincisini təşkil etdi. İcmaya üzv olmağa
namizədlər bir neçə il məşq edirdi, bura qəribə xüsusiyyətli
pəhriz də daxil idi. Bu pəhrizdə istiotdan, küncütdən, xiyar
toxumundan, yabanı baldan, çiçəklərdən və dəniz soğanının
dərisindən istifadə olunurdu, onların bütöv şirəsi çıxardılırdı. Bu
gimnastikanın ən yüksək fazası olmaqla, üç insan bədənini-
maddi, bitki və heyvan bədənlərini harmoniyaya gətirmək yolu
idi və namizədlərdən tələb olunurdu ki, illər ərzində axıra qədər
dinməz qalsınlar.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
76
Pifaqor öz şagirdlərinə ruhi dünyanı yaxşı görmək biliyi verməyə
qadir idi, bunu onlara izah edirdi. Bunlardan əlavə ilk müzakirə
olunan təlim matematika, həndəsə, astronomiya və musiqi kimi
meydana çıxdı. Öz dövründə Pifaqora demişdilər ki, yalnız insan
oğlu Yer kürəsinin musiqisini eşitməyə qadirdir, o müxtəlif
notların tərəzisi kimidir, onların hər birini isə məkanda hərəkət
edən yeddi planet düzəldir.
Bir dəfə Pifaqor şəhərdə gəzəndə o, metalın zindana döyüldüyünü
eşitdi. O, gördü ki, müxtəlif ölçülü çəkiclər müxtəlif səslər əmələ
gətirir. Evə qayıdanda o, otağının yanında ağac lövhə qurdu və
ona artan çəkidə ağırlıqlar asdı. Sınaq və səhv etmə prosesi
vasitəsilə o, müəyyən etdi ki, insan qulağında səslənən gözəl
musiqi notları müxtəlif ağırlıqlardan asılıdır. Sonra o, hesabladı
ki, onların biri riyazi dəqiqlik qaydasında digərinə mütənasibdir.
Pifaqorun həmin hesablamalarından bu gün bizim başa
düşdüyümüz və həzz aldığımız musiqi oktavaları çıxarılırdı.
Sirli məktəblərin təlimi şəhərləri tikməyə, elmin və
texnologiyanın inkişafına, zahiri Dünyanın quruluşuna və
nizamlanmasına kömək etməli olan rasional tərəflə əlaqədədir.
Plutarx demişdi ki, kim yüksək həqiqətləri bilirsə, belə nəticəyə
gəlir ki, cəmiyyətin “ciddi” vəzifələrini ciddi qaydada qəbul
www.kitabxana.net
– Milli Virtual Kitabxana
77
etmək çətindir. O, Heraklitdən “Əbədilik oynayan uşaqdır”
sitatını gətirmişdi.
Pifaqorun şagirdləri cəmiyyətdən ayrı yaşamağa öyrədilirdi,
musiqi ekstazı ilə intellektual analizlər arasındakı alternativi
seçirdilər. Pifaqor ilk adam idi ki, özünü müdrikliyi sevən
adlandırırdı, bu da yunanca “filosof” (hərfi mənada bu söz
“müdrikliyi sevən” deməkdir) adlanırdı. Onu təqlid edən Sokrat
və Platon kimi o, müasir universitet professorlarından daha çox
maqlara yaxın idi. Onun şagirdləri ondan qorxu hissi keçirirdilər.
İnanırdılar ki, əgər, istəsə onları yatırtmaq gücünə malikdir və
onların oyaq şüurunu uzaq məsafədən də döndərə bilir. Pifaqoru
özünün daxili siklindən xaric edilənlərdən çıxan ölümcül qəzəb
cəzb edirdi, buna görə o, Siron adlı adamı öz Sirli məktəbinə
qəbul etməkdən imtina etdi, səbəbi isə onun düşünülməmiş
davranışı, özünü təkəbbürlü aparması idi. Siron kütləni Pifaqora
qarşı qaldırdı. Adamlar Pifaqorun öz ardıcılları ilə görüşdüyü
binanı, onun içərisinə girib yandırdılar. İçəridə olanların hamısı
öldü.
Pifaqor erasında dünyanın iki müxtəlif tərəfində digər filosoflar-
Yunanıstanda Heraklit və Çində Lao-Tszını qısa müddətdə tarixin
səthinə çıxdılar. Onlar rasionallığı, həyatın irrasional ölçüsünü
Dostları ilə paylaş: |