Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   18   19   20   21   22   23   24   25   ...   85

 
 
81
Ay ləçər! 
Bu iş yaraşarmı heç nəslimizə
İndi nə deyəcək el-oba bizə? (134, 53) 
 
Əlbəttə, utancaq bir kənd qızı, beş-on günün gəlini olan Gülnarın «ləçər» sözünü 
işlətməsi təbii səslənmir və tamaşaçını razı salmır. 
Azərbaycan xalqının tarixində qaçaqçılıq mövcud olduğuna görə əsərdə Eldarın 
dəstəsi ilə bağlı  səhnələr də  təbii görünür. Tarixən xalqımızın həyatında ayrı-ayrı 
şəxslərin qaçaq düşməsi halları baş vermişdir. Çox zaman şəxsin özünün incikliyi 
onun qaçaq düşməsinə  səbəb olmuş, oxşar taleli, adamlar bir yerə toplaşmışlar. 
Sonradan bu adamlar hamının sevimlisinə çevrilmiş, xalqın azadlığı  və  səadəti 
uğrunda mübarizə aparmışlar. Qaçaq Nəbi, Qaçaq Kərəm, Qaçaq Süleyman kimi. 
Deməli, S.Vurğun Eldarı qaçaq kimi göstərərkən xalqın həyatında tipik olan 
fakta  əsaslanmışdır. Burada qaçaqların bir-birilə  şən zarafatları, qonaqpərvərliyi, 
kabab çəkmələri və s. qaçaq həyatı ilə bağlı canlı lövhələrdir. 
Əli bəyin qırqovul ovlaması,  Əminənin kürəkəninə  hədiyyə olaraq corab 
toxuması, Gülnarın Vaqifin məktubunu Eldara verərkən kəlağayını açıb yerə atması, 
Vaqiflə Vidadinin saz götürüb deyişmələri də xalqın özünəməxsus xüsusiyyəti kimi 
yadda qalır. 
«Vaqif»də milli qürur hissləri qabarıq verilmişdir. Bununla yanaşı «Vaqif» 
ümumbəşəri ideyaları geniş  əks etdirən ölməz sənət abidəsidir.  Əsərin geniş  şöhrət 
tapmasının, bütün dövrlərdə öz təravətini saxlamasının  əsas səbəblərindən biri də 
burada dərin milli ruhla ümumbəşəri hisslərin vəhdətinin yüksək bədii ifadəsidir. 
«Vaqif» 1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrında, 1940-cı ildə isə 
Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşaya qoyulmuşdur. Daha sonra əsərə 
Bakı erməni teatrının ta- 


 
 
82
maşaçıları baxmışlar.  Əsər Gürcüstan və Ermənistan teatrlarında gürcü və erməni 
dillərində oynanılmışdır. 
«Vaqif»   Bolqarıstanda  (1948-ci  il)  və  Almaniyada da  (1951-ci  il) tamaşaya 
qoyulmuşdur. (184, 111) 
Təbiidir ki, əsər bir sıra dillərə çevrilmişdir. «Vaqif»in rus dilinə bir neçə 
tərcüməsi vardır. A.Adalisin tərcüməsi daha uğurlu olmuş  və bir neçə  dəfə  nəşr 
edilmişdir. 
«Vaqif» pyesi 1941-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 
 
 
 
 


 
 
83
 
II FƏSİL 
 
MƏNZUM  ROMAN  VƏ  İNSAN  
XARAKTERLƏRİ 
 
 
Şairin poemalarında tarixi səsləşmələr. 
Müasir mövzu və insan problemi 
 
Səməd Vurğunun yaradıcılığı  zəngin və  rəngarəngdir. O, şer və poemaların, 
dram  əsərlərinin,  ədəbi-tənqidi və publisistik məqalələrin, çıxışların, habelə bir sıra 
tərcümələrin müəllifidir. Şairin yaradıcılığında poema canrı mühüm yer tutur. Onun 
«Azərbaycan» epopeyasına daxil etdiyi əsərlərindən başqa da bir çox poemaları 
vardır.  
S.Vurğun epik əsərlərə xüsusi maraq göstərmişdir. Bu onun ümumiləşdirilmiş 
xarakterlər və obrazlar yaratmaq səyi ilə bağlıdır.  Şair göstərirdi ki, qəhrəmanın 
xarakterindəki qüvvətli və  zəif cəhətlər vahid bir ahəng yaratmalı, vahid bir 
istiqamətdə meydana çıxmalı, bütün sifətləri məhz onun müsbət sifətinin hərtərəfli 
inkişafı kimi verilməlidir, əks halda biz müsbət obrazın təbiətinə xas olan bütövlüyü 
itirə bilərik. Onun fikrincə, müsbət obrazın təbiətinə xas olan bu bütövlük işıqlı  və 
qaranlıq cəhətlərin hərc-mərcliyindən ibarət deyil, müxtəlif formalarda özünü büruzə 
verən vahid və tam xarakterdən ibarətdir. Bütöv və tipik xarakterlər yaratmağı 
ümumiləşdirmənin  əsas vəzifəsi hesab edən  şair deyirdi: «Ümumiləşdirilmiş 
xarakterlər və obrazlar yaratmaq, içtimai həyat hadisələrini və  vəziyyətlərini 
göstərmək üçün epik poeziya sənətkara hədsiz imkanlar verir». (136, 334) 


 
 
84
Səməd Vurğun həm də eposla lirika arasındakı fərqləri izah edirdi: «O zaman ki
şair öz daxili aləmini, öz xarakterini, öz düşüncələrini, bir növ, öz qəlbini oxucunun 
qarşısında açıb göstərir, o zaman ki, şair onu bilavasitə  həyəcanlandıran  şeylərdən 
danışır, nə ilə yaşadığı və nə ilə nəfəs aldığından danışır - bu, lirikadır. O zaman ki, 
şair öz zəkasının bütün gücü, ehtirası və əqidəsi ilə xalq həyatının lövhələrini çəkir-
bu, eposdur». (136, 337) Şair onu da qeyd edirdi ki, bunların hər ikisi - lirika və epos 
bir araya sığa bilir, böyük epik lövhələrdə isə çox zaman bunlar ayrılmaz surətdə bir-
biri ilə bağlı olur. 
S.Vurğun lirik-epik poemalarla yanaşı, «tam sücetə, kəskin konfliktlərə, dolğun 
və aydın təsvir edilmiş insan xarakterlərinə malik olan» epik-dramatik poemaların 
inkişafını da arzu edirdi. Şair mənzum roman və böyük epik poema formasının bizim 
zəmanə üçün artıq köhnəldiyini, bu formanın yalnız nəsrlə yazılan romanın hələ 
inkişaf etmədiyi və yaxud yenicə təşəkkül tapdığı dövr üçün qanuni olduğunu iddia 
edənlərlə razılaşmır, epik poeziyanın müəllifin yaradıçılıq imkanlarının, həmçinin 
onun lirik istedadının bütünlüklə  və  hərtərəfli meydana çıxmasına xeyli kömək 
etdiyini xüsusi vurğulayırdı. O deyirdi: «Poeziyamızda insan həyatının və insan 
münasibətlərinin geniş mənzərəsini verən mənzum romanlar lazımdır». (136, 339) 
Səməd Vurğun yaradıcılığının ilk dövrlərindən başlayaraq epik canra müraciət 
etmiş  və  həmişə bu ənənəyə sadiq qalmışdır.  Şair 1920-ci illərin axırlarında «Dəli 
şair» və «Tacir qızı» adlı poemalarını yazmağa başlamış, lakin başa çatdırmamışdır. 
(174, 78) 
Professor Cəlal Abdullayev şairin epik növün bu canrında bir-birindən  əsaslı 
surətdə  fərqlənən gözəl poemalar yaratdığını xüsusi qeyd edərək bu əsərləri üslub, 
forma, habelə məzmun və mahiyyət etibarilə aşağıdakı şəkildə təsnif etmişdir: 
«Mənzum romanın sərhədlərinə yaxınlaşan  əsərlər: «Komsomol poeması», 
«Aygün», «Bakının dastanı», «Muğan». 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə