Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   20   21   22   23   24   25   26   27   ...   85

 
 
88
ri»ndə yazdığına əsaslanaraq belə qənaətə gəlmişdir ki, bu hissə 1953-1954-cü illərdə 
qələmə alınmışdır. (133, 563) 
«Komsomol poeması» hələ 1930-cu illərdə  qəzet-curnallarda ayrı-ayrı parçalar 
şəklində çap olunduğu vaxt ədəbi tənqidin diqqətini çəkmiş,  şairin yaradı  cılığına 
ifrat tələbkarlıq göstərən tənqidçilər də əsəri yüksək qiymətləndirmişlər. 
Tənqidçi Atababa Musaxanlı  Səməd Vurğunun yaradıcılığına həsr olunmuş 
«Böyüyən şair» adlı məqaləsində poemadakı xarakterlərin həyatdan gəldiyini xüsusi 
qeyd edərək yazırdı: «O (Səməd Vurğun – A.B.), romanda hərtərəfli insan xarak-
terlərini həqiqətdə olduqu kimi, bütün müsbət və mənfi halları ilə yaratmaqla bir çox 
yazıçıların yaxa qurtara bilmədikləri sxematizmə düşməyir, canlı, hərarətli, real 
insanları verir. Onun təsvirində yaşayan quru, ölü, statik-kukla adamlar deyildir, 
əksinə dinamik, onun üçün də canlı adamlardır». (82, 37) 
1934-cü ildə Yazıçıların I Umumittifaq qurultayındakı çıxışında M.K.Ələkbərli 
poemanın mətbuatda çap olunmuş parçalarını «Vurğunun axırıncı illər içərisindəki 
yaradıcılığının ən yaxşı nümunələri» hesab etmişdir. (82, 22) 
«Komsomol poeması» haqqında məhz həmin illərdə Mirzə İbrahimov və Mehdi 
Hüseyn də xoş sözlər söyləmişlər. (87; 77, 6-9) 
Əsərdən bir parça 1937-ci ildə VII sinif üçün buraxılmış «Ədəbiyyat xrestoma-
tiyası» dərsliyinə də daxil edilmişdir. (62) 
Poema həmin vaxtlar oxucuların, xüsusən gənclərin böyük marağına səbəb 
olmuş, onlar əsəri bütöv halda oxumaq arzularını dəfələrlə şairə bildirmişlər. Osman 
Sarıvəlli xatırlayırdı: «Oxucular «Komsomol poeması»nı maraqla izləyir, onun 
nəşrini həmişə səbirsizliklə gözləyirdilər. «Hörmətli şair! «Komsomol poeması» indi 
nə haldadır?, «Komsomol poeması»nı  nə zaman bitirəcəksiniz?, «Bəxtiyarın, Gəray 
bəyin taleyi sonra necə olur?» kimi suallar görüşlərdə  Səməd Vurğuna verilən - ən 
çox təkrar edilən suallar idi». (143, 15) 
Kiyev şəhərində yaşayan soydaşımız, kimyaçı-alim Poluş  


 
 
89
Rzayev şairlə bağlı xatirələrində yazır ki, Azərbaycan Dövlət Universitetinin bir qrup 
tələbəsi 1934-cü ilin dekabrında Səməd Vurğuna bu məzmunda məktubla müraciət 
edib: «Hörmətli şairimiz Səməd Vurğun! Bizi maraqlandıran «Komsomol poeması»-
dır. Siz onu 1931-ci ildən yazırsınız, amma sonu görünmür... İmkan daxilində mək-
tubun cavabını səbirsizliklə gözləyirik». (159) 
Kimyaçı-alimin yaddaşında  şairin çavabı da qalıb: «Hörmətli oxucularım! 
«Komsomol poeması» yazılıb qurtarıb, ancaq hələ nöqtə qoyulmayıb». (159) Görü-
nür, poemanın taleyi şairi də düşündürmüş və o, gəncliyin ona verdiyi sualı 1939-cu 
ildə qələmə aldığı «Bizim gəncliyə» şerində özü-özünə vermişdir: 
Bu gün könlüm dərdə düşdü, könül dedi: noldu şair, 
Qurtarmadı komsomolun qəhrəmanlıq dastanları? (132, 35) 
Qeyd etdiyimiz kimi, Səməd Vurğun 1950-ci illərdə «Komsomol poeması» 
uzərində yaradıcılıq işini tam başa çatdırmaq fikrində idi. O, 1956-cı ildə Osman 
Sarıvəlliyə belə demişdir: «Mənim bu ilki işim  əsasən «Komsomol poeması» üzə-
rində olacaqdır. Oxuculara çox söz vermişəm, lakin... poemanı mütləq bitirmək 
lazımdır!» (143, 15) Şair bununla bağlı müəyyən işlər gördü. Lakin o, nəzərdə 
tutduqlarının hamısını həyata keçirə bilmədi. «Poemada Bəxtiyar və Çalpapaq Kərəm 
surətləri daha geniş planda təsvir edilməli, Gülpərinin  əri  İmranın taleyi, Cəlalın 
meyidinin axtarılıb tapılması, Bəxtiyarın nitq söyləməsi, Bəxtiyarın toy məclisi və s. 
hadisələr göstərilməli idi». (162, 220) 
Şair bu əlavələri yazmamışdır. Əgər bü gün bunlar qələmə alınmış olsa idi, əsər 
qazanardı, yoxsa itirərdi? 
Əsəri təhlil etmək, obrazları tarixi hadisələr axınında düzgün səciyyələndirmək, 
onlara  şairin münasibətini aydınlaşdırmaq üçün həmin dövrün gerçəkliklərini 
nəzərdən keçirmək lazımdır. Ona görə ki, Səməd Vurğun özü həmin hadisələrin 
iştirakçıların- 


 
 
90
dan olmuşdur.  Şairin müasirlərinin, xüsusən qardaşı Mehdixan Vəkilovun 
xatirələrində maraqlı faktlar vardır. 
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması  və devril-
məsi, habelə Azərbaycanda Sovet hakimiyyətinin qurulması kimi tarixi hadisələr Sə-
məd Vurğunun yeniyetməlik illərinə təsadüf etmişdir. Şair 1918-ci ildə, Azərbaycan 
Xalq Cümhuriyyəti dövründə Qazax müəllimlər seminariyasına daxil olmuş, Sovet 
hakimiyyəti dövründə isə təhsilini tamamlayaraq əmək fəaliyyətinə başlamışdır. 
Əlbəttə, cəmiyyətdə baş verən bütün dəyişikliklər Qazaxda da öz əksini tapırdı. 
Mehdixan Vəkilov yazır: «Bakıda Sovet hakimiyyətinin qələbəsi xəbəri Qazağa çat-
mışdı.  Şəhərdə bir vəlvələ vardı, sanki dünya qopurdu. Yerli kommunistlər haki-
miyyəti  ələ almışdılar...  Əksinqilabçılara qarşı mübarizə aparmaq üçün silahlı atlı 
dəstələri təşkil edilirdi. Varlılar və alverçilər var-yoxlarını gizlədirdilər. Hər gün mi-
tinq keçirilir, inqilabi nitqlər söylənilirdi. Bütün bu hadisələri gözümuzlə görürdük. 
14-15 yaşlı  Səməd inqilabın nəfəsilə isinirdi. Qəribədir, seminariyada oxuduğumuz 
illərdə (1918-20) inqilab haqqında, Lenin haqqında bir kəlmə də olsun eşitməmişdik. 
Siyasi mövzularda söhbət olmazdı. Biz inqilab xəbərini eşidən kimi məktəbin 
həyətinə toplaşmışdıq, müəllimlər həyəcan içində idilər. Firidun bəy (seminariyanın 
direktoru F.Köçərli – A.B.)  görünməyirdi (onu həbs ediblərmiş). Bir nəfər türkiyəli 
müəllimimiz vardı (adını unutmuşam), o, tələbələrə yanaşaraq: - bunları  həp yapan 
Lenindir, - dedi. Biz ilk dəfə Leninin adını eşitdik». (173, 56) 
Səməd Vurğun bu hadisələrin sürətli axarında XI Ordu hissələrinin Qazağa daxil 
olmasını  kənardan müşahdə etmiş, mitinqlərdə müxtəlif çıxışları dinləmişdi. 
Dilicanda yeni quruluşa qarşı  çıxan iki nəfərin, habelə  məşhur Gəncə qiyamının 
iştirakçısı olmuş daha iki zabitin Qazaxda hərbi-inqilab komitəsinin qərarı ilə gül-
lələnməsi yeniyetmə Səmədə sarsıdıcı təsir göstərmişdi. Qazax coşqun inqilabi ruhla 
yaşayırdı, sanki «Qırmızı Qazax»  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə