Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   14   15   16   17   18   19   20   21   ...   85

 
 
66
nə  ətrafında maraqlı mülahizələr söyləmiş,  əsərin bu yerini yüksək 
qiymətləndirmişlər. Bununla birlikdə bu səhnənin ayrı-ayrı  məqamları ilə bağlı 
tənqidi fikirlər də mövcuddur. Xalq şairi Bəxtiyar Vahabzadə yazır: «Çox vaxt 
Vaqiflə Qacarın üzləşdiyi səhnəni əsərin ən gözəl, ən mənalı və tutarlı səhnəsi hesab 
edirlər. Ancaq realizm baxımından yanaşdıqda, bu səhnə qüsurludur. Elə  təsəvvür 
yaranır ki, bu səhnə yalnız Qacarla Vaqifin deyişməsi, Vaqifin məntiqi, kəsgin sözlər 
deməsi naminə yaradılmış, hadisələrin təbii axımından doğmamışdır. Fikrimizi 
aydınlaşdırmaq üçün bu səhnədən  əvvəlki hadisəyə qayıdaq: Ağa Məhəmməd  şah 
Qacarın təslim olmaq təklifinə qarşı Vaqif ona bir şer göndərir və... Qacarı  təhqir 
edir. Qəzəblənən Ağa Məhəmməd  şah Qacar hücum əmri verir və  nəhayət,  Şuşa 
qalasını tutur. İbrahim xan Dağıstana qaçır. Vaqif isə evində oturub, Qacarın 
çağırışını gözləyir. VIII şəkildə Qacar Vaqifin «keçər aylar, keçər illər, yaz, ey Vaqif, 
ömür azdır» misrasını xanəndənin dilindən eşidəndən sonra onu hüzuruna çağırır. 
Vaqif də, əmrə görə Qacarın hüzuruna gəlir və deyişmə başlanır».

 (170, 264)
 (170, 264)
 
Doğrudanmı Vaqif həmin məclisdə yada düşməsə Qacar onu həbs 
etdirməyəcəkdi? Doğrudanmı Vaqifin VIII şəkildə yada düşməsi bir təsadüfdür? 
Əsərin həmin yerinə müraciət edək: 
 
Qacar 
... Belə deyirlər ki, ağladır yeri 
 Sizin Qarabağın xanəndələri. 
 Hünəriniz varsa, bir «Rast» oxuyun! 
 
Xanəndə 
(oxuyur) 
...Keçər aylar, keçər illər, yaz, ey Vaqif, ömür azdır,  
Düşər bir gün laçın könlün şer-sənət marağından. 
 
                                           

  Мцяллиф  бу  фикрини  «Вагиф»  адлы  мягалясиндя  дя  тякрар  етмишдир.  Бах:  Б.Ващабзадя.  Вятян  ожаьынын  истиси.  Б., 
«Эянжлик», 1982, сящ. 51.  


 
 
67
Qacar 
Qəzəl Vaqifindir? 
 
Şeyx 
Bəli, Vaqifin! 
 
Qacar 
N ə  o l d u ? (Kursiv bizimdir – A.B.
Onu tez tapıb gətirin! 
(Sərkərdə baş əyib çıxır) 
Vəzir! Bu doğrudan böyük qüdrətdir, 
Hər sözü, söhbəti canlı sənətdir. 
Böyük təhlükədir bu şair bizə,  
Sən nə fikirdəsən? 
 
Vəzir 
Nə deyim sizə, 
Buyruq sizinkidir, adil hökmdar, 
Sizdə fəzilət də, ədalət də var... 
 
Şeyx 
Şahım, təhlükədir Vaqif, doğrudan, 
Onu gözünüzdən qoymayın bir an... 
Bir də, bərk dostudur o qaçaq Eldar- 
Sizin düşməniniz, bəli, o murdar. 
Vaqif yaşadıqca-qorxudur bizə, 
Şair görünməsin gözlərinizə. 
 
Qacar 
Yazdığı cavabdan bilmişəm onu,  
Dayan, sovuraram göyə tozunu, 
Qoy gəlsin, əylənib gülüşək bir az,  
Bizim dilimizi o bağlayammaz. (134, 83-84). 
Qacarın «nə oldu?» sualından məlum olur ki, o, Vaqifi unutmamışdı və bəlkə də 
Şuşaya daxil olduğu elə ilk gün onun həbsi barədə tapşırıq vermişdi. «Nə oldu?» 
sualını verməklə isə əvvəl verdiyi tapşırığın icrasının vəziyyətini yoxlayırdı. 


 
 
68
S.Vurğun isə Vaqifi bu cür xatırlatmaqla qarşısına xüsusi məqsədlər qoymuşdur. 
Bunlardan biri Vaqifin hökmdarla – Qacarla qarşılaşdırılması  səhnəsinə hazırlıq, 
digəri isə Vaqifin görkəmli bir şəxsiyyət olması, el-oba tərəfindən sevilməsi barədə 
məhz onun düşmənlərinin dili ilə məlumat verilməsi ilə bağlıdır. 
Əsərdən göründüyü kimi, Qarabağı  pəncəsinə keçirən Qacar kef məclisi 
düzəltmişdir. Qalib hökmdar böyük bir qürurla qələbəsini qeyd edir, özünü «şahlar 
şahı», «yer üzünün allahı» sayır. Vəzir və şeyx də şahın dediklərini təsdiqləyir, ona 
xeyir-dua verirlər. 
Xanəndə Vaqifin adını çəkdikdən sonra isə söhbətin səmti dəyişir və məhz onun 
üzərində  cəmləşir. Qacar Vaqifin doğrudan da böyük bir sənətkar olduğunu etiraf 
edir. Şeyx isə Vaqifi aradan götürmək üçün «tədbirlər görür»; onu şəriətin düşməni, 
bir də qaçaq Eldarın dostu kimi təqdim edir. Şeyx el-obanın Vaqifi çox sevdiyini də 
etiraf etməli olur. 
Qacara bəlli olur ki, Vaqif mənsub olduğu xalqın sevgisini qazanmışdır. Vaqifə 
dəyən zərbə bütün Azərbaycana dəyəcəkdir. Məhz buna görə də Qacar belə deyir: 
 
Aparın, aparın onu zindana,  
Göz dağı çəkdirin Azərbaycana! (134, 91) 
 
Beləliklə, Qacar Vaqifi öldürməklə bütün Azərbaycana «dağ çəkmək» istəyir. 
S.Vurğun Qacarın simasında müstəbid obrazı yaratmışdır. O öz qəddarlığından 
həzz alır. Bütün bəşəriyyəti məhv etməyə hazır olduğunu bildirir və bütün bunları 
özünün fiziki şikəstliyi ilə izah edir. O, fiziki şikəstliyinin intiqamını bütün 
bəşəriyyətdən almaq istəyir.  Əslində isə Qacar daha çox mənəvi  şikəstdir. O, 
Vidadinin yalvarışlarını nəzərə alaraq Vaqifi «bağışlayır», ölüm fikrindən daşındığını 
bildirir. Bir an sonra isə özünün yeni hökmünü elan edir: 
 


 
 
69
Ancaq kəsəcəyəm yazan əlini,  
Bir də həcv deyən acı dilini. (134, 90) 
 
Qacar əsir aldığı gürcülərə - Şalikoya və onun qardaşına da bu cür «səxavət» vəd 
edir. O, Şalikonu və qardaşını bir-birilə vuruşmağa təhrik edir. Qalib gələn azad 
ediləcəkdir.  Şaliko böyük qardaşdır. O belə hesab edir ki, kiçik qardaş - sonbeşik 
ananın yanına qayıtmalıdır. 
Müəllif burada iki doğma qardaşı bir-birilə vuruşmağa çağıran Qacarın şəxsində 
müstəbidlərin olduqca alçaq bir xüsusiyyətini nəzərə çarpdırır. O, şəhər və kəndləri 
yandırır, müxtəlif xalqları, onların sənətkarlarını  məhv
 
edir, mədəniyyət abidələrini 
dağıdır, qapılar bağlayır, ocaqlar söndürür, sirdaşları bir-birindən ayırır, göz 
yaşlarından çaylar yaradır və bütün bunlardan həzz alır. Qardaşları bir-birilə 
vuruşmağa təkrik etməsi isə onu göstərir ki, Qacar ayrı-ayrı xalqlar arasında deyil, 
eyni millətdən olan adamlar, hətta doğma qardaşlar arasında belə düşmənçilik 
yaratmağa çalışın despotdur. 
Xaliq Məhəmmədoğlu «Elm və  həyat» curnalının 1990-cı il 11-12-ci sayında 
dərc etdirdiyi «Ağa Məhəmməd  şah Qacar işğalçıdırmı?» sərlövhəli məqaləsində 
«Ağa Məhəmməd şah Qacar kimi dahi bir sərkərdənin işğalçı və düşmən kimi qələmə 
verilməsini ziyalılarımızın bağışlanılmaz səhvlərindən» sayır və onun Qarabağa 
yürüşlərini «vahid Azərbaycan dövləti yaratmaq siyasətilə» izah edir. (43, 35-36) 
Qacar doğrudan da böyük dövlət yaratmaq istəyirdi. Lakin onun yaratmaq 
istədiyi bu dövlət «vahid Azərbaycan dövləti» deyil, İran dövləti olmalı idi. Qacarın 
azərbaycanlı olması  məlumdur. Bu, pyesin özündə  də göstərilmişdir. Lakin vahid 
Azərbaycan dövlətinin yaradılmasını  mərkəzləşdirilmiş  İran dövləti ilə bağlamaq 
fikri hər cür elmilikdən və obyektivlikdən məhrumdur. Qacarın Zaqafqaziya, xüsusən 
Azərbaycan uğrunda mübarizəsi yurdumuzu odlara qalamış digər fatehlərin 
niyyətlərindən fərq- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə