Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   15   16   17   18   19   20   21   22   ...   85

 
 
70
lənmir. Qacar Azərbaycana münasibətində də fateh və işğalçıdır. 
Yuxarıda qeyd etdiyimiz kimi, o dövrdə Azərbaycan İran və Rusiyanın arasında 
qalmışdı. Bu dövlətlərdən hər biri ayrı-ayrılıqda Azərbaycanı öz malı etmək istəyirdi. 
Qacarın məqsədi isə Azərbaycanı  İrana qatmaq, qüvvətli  İran dövləti yaratmaq idi. 
Heç də  təsadüfi deyil ki, görkəmli Azərbaycan yazıçısı  Ə.Haqverdiyevin «Ağa 
Məhəmməd şah Qacar» pyesində Şuşada qətlə yetirilən şah son nəfəsində belə deyir: 
«Ey xanəxərab,  İran ra viran gərdi!» (71, 126) («Ey evi yıxılmış,  İranı viran 
qoydun»). 
Bununla birlikdə qeyd etmək lazımdır ki, Qacarın Qarabağı  ələ keçirmək 
istəməsinin əsas səbəbi Qarabağ hakimi İbrahim xanın Rusiyaya meylinin artması ilə 
əlaqədar olmuşdur. Mirzə Camal Cavanşir öz «Qarabağnamə»sində bu barədə belə 
yazmışdır: «Hamı yüksək Rusiya dövlətinə itaət etməyə hazırlaşdığı zaman, əzəmətli 
imperatriçə (II Yekaterina – A.B.)  vəfat etdi. Böyük sərkərdə Zubov (1796-cı ildə 
Dərbəndi tutmuş rus qoşunlarının komandanı – A.B.)  Əbülfət xanı  (İbrahim xanın 
general Zubovun hüzuruna göndərdiyi oğlu – A.B.),  Qarabağın bəyzadə  və 
kəndxudalarını böyük hörmət və çoxlu ənamla yola salıb, mərhum padşah Pavelin 
əmrinə görə geri qayıdacağını İbrahim xana xəbər verdi. Bu xəbər həm qəm-qüssəyə, 
həm də  Ağa Məhəmməd  şahın  ədavətinin artmasına səbəb oldu. Çünki o, mərhum 
İbrahim xanı tələfat vermədən, xoşluq və mülayimliklə özünə tabe etmək fikrində idi. 
Lakin  İbrahim xanın müharibəsiz Rusiya dövlətinə  əbədi itaət edib, səmimiyyət 
göstərməsi, islam və  İran padşahından üz çevirməsi onu olduqca qəzəbləndirmişdi. 
Buna görə  mərhum  İbrahim xanı yox etmək qərarına gələrək, yaz fəslində qoşunla 
Azərbaycana tərəf hərəkət etdi». (98, 125-126) 
Bütün bu mürəkkəb hadisələr axarında Vaqif öz ləyaqət və  məğrurluğunu 
saxlayır. Düşmənin qabağında vüqarla dayanır. Heç vaxt təmkinini pozmayan Vaqif 
zindanda da dözüm və iradə nümayiş etdirir. O, oğlu  Əli bəyi də bu cür tərbiyə 
etmişdir. Buna görə də Əli bəyin «Eh... ata, nə qoyub, nə axtarırsan,  


 
 
71
Zülmün qabağında ağlarmı insan?» deməsi onu ruhlandırır. 
S.Vurğun  əsəri yazarkən tarixi hadisə  və faktlara həssaslıqla yanaşmış, 
bunlardan məharətlə faydalanmışdır. Qarabağ xanlığının Rusiya ilə  əlaqə yaratmaq 
təşəbbüsü, qonşu gürcü xalqı ilə birgə  hərəkət etməsi və bu işdə Vaqifin böyük rol 
oynaması, onun Qacara sərt cavab məktubu yazması  və Qacarın bundan 
hiddətlənməsi, Vaqifin Şuşanın işğalı vaxtı şəhərdə qalması və s. tarixi faktlardır. 
Tarixdən məlumdur ki, 1783-1784-cü illərdə Qarabağ xanlığı Rusiya ilə əlaqəni 
möhkəmləndirmək məqsədilə bir sıra təşəbbüslər göstərmiş, bu işdə Vaqif də 
yaxından iştirak etmişdir. II Yekaterina 1784-cü ildə knyaz Q.A.Potyomkinə belə 
yazmışdı: «Deyəsən  İbrahim xanın məktubları  mənə  gəlib çatan türk və  bəzi  İran 
məktublarından daha nəzakətli yazılmışdır... Mənə bildir, görək o kimdir?... Gəncdir, 
yoxsa qoca? Güclüdür, yoxsa zəif?» (40, 65) 
M.A.Vaqifin həyat və yaradıcılığına aid geniş  tədqiqat aparmış  mərhum 
professor Araz Dadaşzadə belə  qənaətə  gəlmişdir ki, bu məktubun  şairanə ruhu
başqa xan və hökmdarların məktublarından öz nəzakəti ilə  fərqlənməsi onun əsil 
müəllifinin şair və vəzir Vaqif olmasını ehtimal etməyə imkan verir. 
Bu məktubdan sonra II Yekaterina rus qoşunlarını qraf V.Zubovun komandanlığı 
altında Dərbəndə göndərmişdir. Mirzə Adıgözəl bəyin «Qarabağnamə»  əsərində 
oxuyuruq: «Bu xəbər mərhum İbrahim xana çatdı. Oğlu Əbülfət xanı çoxlu hədiyyə 
və sovqatlarla böyük sərdar qraf Valerian Zubov cənablarının möhtərəm hüzurlarına 
göndərdi. Uca Rusiya dövlətinə ixlas və  sədaqətini bildirdi. İmperatriçə Yekaterina 
həzrətlərinin müqərrəblərinə qane edici və  təvazö bildirən məktublar yazdı.  İqtidar 
sahibi olan sərdar da Əbülfət xana qarşı  hədsiz hörmət və mehribanlıq göstərdi. 
Behiştlik mərhum (İbrahim) xanın ərizəsini Dərbənd və Qazlar yolu ilə ixtiyar sahibi 
padşahın fələklər qədər yüksək olan dərgahına göndərdi. Mərhum Pənah xan üçün də  


 
 
72
bir nəfər knyaz vasitəsilə çoxlu bəxşiş və töhfələr yolladı. Padşahın ona qarşı hədsiz 
lütf və  mərhəməti olduğunu bildirdi. Mövlana Molla Pənah Vaqifə  də qiymətli 
daşlarla bəzədilmiş bir əsa göndərdi». (115, 85) 
Əsərdə rus çarının adından göndərilən  əsanı Vaqifin əlində görən düşmənləri 
onu ruslara satılmaqda təqsirləndirirlər. Vaqifə hücum edir, onu «tanrı düşməni», 
«vətən xaini», «məlun», «qansız», «satılmış» və s. sözlərlə  təhqir edirlər.  Şeyx, 
Vaqifi «tanrı düşməni» adlandırmaqla ona qarşı mübarizədə dindən istifadə edir. 
S.Vurğun  Şeyxin simasında işğalçılara satılmış, Qacarı duz-çörəklə qarşılayan 
adamların iç üzünü açıb göstərmişdir.  Şeyx «Bəs ruslar? Bəs ruslar? Bəs o mə-
lunlar?» deyə Vaqifə hücum edir. Bu zaman Vaqif ona belə cavab verir: 
 
Din ayrı, dil ayrı olsa da onlar 
Yenə beşiyidir mədəniyyətin
Qədrini çox bilir şerin, sənətin. (134, 37) 
 
Vaqif, eyni zamanda, rus xalqının azadlıq uğrunda apardığı mübarizəni 
alqışlayır, azadlıq düşmənlərinə nifrət edir. Bu baxımdan onun rus çarı haqqında 
dediyi sözlər səciyyəvidir: 
 
Yalnız nifrətim var, inanın ona. 
Onu da boğaçaq gedən üsyanlar,  
Azadlıq uğrunda tökülən qanlar. (134, 37) 
 
«Vaqif» pyesində xalqlar dostluğunun təsvirinə  də yer ayrılmışdır.  Şair bu 
zaman da məhz tarixi faktlara istinad etmişdir. 
Məlumdur ki, yalnız XVIII əsrin axırlarında  İran iki dəfə Zaqafqaziya üzərinə 
basqın etmişdir. Hər iki hücum zamanı burada yaşayan bəzi xalqlar birləşmiş, 
düşmənin hücumlarını  dəf etmişlər. Mirzə Adıgözəl bəy yazır: «Gürcüstan valisi 
İrakli xan,  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə