Adam Smit-əlifba



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix04.11.2017
ölçüsü0,57 Mb.
#8216
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

www.azadliqciragi.org 

24 


demək  deyil  ki,  (dövrün  fransız  “fiziokrat

*

” iqtisadçılarının  iddia etdiyi kimi) kənddən kənarda 



sadəcə  Ģəhərlər  mövcuddur:  hər  iki  tərəf  öz  müxtəlif  töhfələrini  mübadilə  etməklə  dəyər 

qazanırlar.    

Smit  Avropada  feodal  qaydalarının  dağılması  sxemini  cızır  və    Roma  imperiyasının 

süqutundan  sonra  feodal  qanunlarının  mənĢəyini,  o  cümlədən    biznesin  onu  necə  sıxıĢdırıb 

aradan çıxarmağa apardığını araĢdırır. Biznes  və  ticarət dövründən əvvəl,  sərvət böyük torpaq 

sahiblərində  idi  və  bu  baronlar  labüd  Ģəkildə  həm  də  yerli  səlahiyyət  sahibləri  olurdular.  Lakin 

bu ixtiyari güc idi və feodal qanunu cüzi bir uğur olsa da, onu azaltmaq cəhdi kimi iĢlənmiĢdi. 

Amma ticarətin  və  biznesin  yüksəliĢi göstərdi ki, torpaq sahiblərinin sərvəti  (və  beləliklə gücü) 

pas tutmaqdadır və onu saxlayanlar müstəqil icarədarlara çevrilirlər. O icarədarlar, indi öz səyləri 

ilə  daha  çox  təhlükəsizlik  tələb  edirlər  və  feodal  sistemi  çox  və    az  bənzərliklə  tətbiq  olunmuĢ 

qanun normasına yol açır. Biznesin yüksəliĢi iqtisadiyyatı siyasi hakimiyyətdən ayırdı və iqtisadi 

hakimiyyət həqiqi gücdür. 

Smitin  fikrincə,  bu  uğurlu  nəticə  idi.  Çünki  adamların  kapitalını  qoruyur  və  ticarətə,  mülki 

ədalətə arxalanaraq, biznesə və istehsala artmaq imkanı yaradırdı. Bir daha o, insan qruplarından, 

geniĢ  ictimaiyyətə  ən  az  xidmət  etmək  niyyətində  olan,  ancaq  öz  əmlak  və  təhlükəsizliyinin 

qayğısına qalanlar üçün  faydalı nəticəyə səbəb oldu. 

 

İqtisadi nəzəriyyə və siyasət 

 

IV  Kitabda  Smit  iqtisadi  intervensionizm  (siyasətin  iqtisadi  fəaliyyətə  mane  olması)  haqqında 



fikirlərini  toplayır.  O,  merkantilizm  və  onun  “pul  və  sərvət  eyni  Ģeydir  və  siyasət  idxalı 

məhdudlaĢdırır  və  ixracı  geniĢləndirir  ki,  beləliklə,  daha  çox  qızıl  və  gümüĢ  yığılıb  saxlanır”  kimi 

yanlıĢ baxıĢından baĢlayır. 

 

Merkantilistlər və pul 

 

Smit bizə  xatırladır ki, pul  yalnız  mübadiləni  yüngülləĢdirmək üçün vasitədir.  Xarici ticarət 



ümumi biznesin kiçik bir hissəsi olduğuna görə, qızılın  sərhədləri aĢan  hərəkəti çətin ki, böyük 

xalqların məhvinə imkan versin.   

Əlbəttə,  merkantilistlər  deyirlər  ki,  qızıl  davamlı  sərvətdir  və  biz  belə  davamlı  bir  sərvəti 

səfehcəsinə etibarsız mallara mübadilə etdiyimiz halda, o malları bizə ixrac edən ölkələr əksinə, onu 

onillərlə  yığıb  toplaya  bilərlər.  Smit,  “biz  Fransadan  Ģərabları  idxal  (etibarsız)  etmək  və  əvəzində 

dəmir  məmulatları  ixrac  (davamlı)  etməkdən  çox  xoĢbəxtik”  fikrinə  etiraz  edir.  Amma  fransız  o 

qədər  səfeh  deyil  ki,  ehtiyac  duyduğundan  artıq  qazan  və  tava  toplasın.  Və  ya  biz  o  qədər  səfeh 

deyilik  ki,  qızıl  və  gümüĢü  onun  gərək  olduğundan  artıq  kənara  yığaq.  Arıq  ölü  metal  “ölü  ka-

pital”dır və “ölü kapital” bizi zənginləĢdirə bilməz.  

 

Mütləq mənfəət 

 

Nə zaman ki, biz öz qızıl və gümüĢ yataqlarımızı qorumaq ümidi ilə idxalı məhdudlaĢdırırıq, 



Smit fikrinə davam edir, bu o deməkdir ki, yerli istehlakçıların seçimi azdır: onlar müxtəlif xarici 

istehsalçılardansa,  yerli  istehsalçılardan  almalıdırlar,  hansı  ki,  xarici  istehsalçıların  məhsulları 

daha  yaxĢı  və  daha  ucuz  ola  bilər.  Bu  siyasət  baha  və  qeyri-məhsuldardır.  Ticarət  sahələri 

arasında  əmək  bölgüsü  olduğuna  görə,  ölkələr  də  yaxĢı  bacardıqları  iĢlə  məĢğul  olmalı  və  öz 

                                                

*

 18-ci  əsrdə  Avropada  ortaya  çıxan  Fizyokratizm  cərəyanı  Yunanca  “Physis”  (təbiət)  və  “Kratos”  (Güc) 



kəlimələrinin  birləĢməsindən  əmələ  gəlmiĢ  və  mənası  “təbiətin  gücü”  deməkdir.  Fizyokratizm  iqtisadi  fəaliyyətin 

insanların qoyduğu qanunlarla deyil, təbii qanunlarla iĢlədiyini düĢüncəsini müdafiə edir.  




www.azadliqciragi.org 

25 


artıq məhsullarını mübadilə etməlidirlər. Bu arqument o prinsipin ilk əlamətidir  ki, bu gün onu 

“mütləq mənfəət” adlandırırıq, Smit isə bunu aydın nümunə ilə təsdiqləyir: 

“ġüĢələrin,  istixanaların  və  istilik  sisteminin

 

köməyi  ilə  ġotlandiyada  çox  yaxĢı  üzüm 



yetiĢdirilə  və  onlardan  çox  yaxĢı  Ģərab  hazırlana  bilər.  Bu  ən  azı  xarici  ölkələrdən  gətirilənlər 

qədər  yaxĢı  ola  bilər,  amma  30  dəfə  baha  qiymətə.  Bütün  xarici  Ģərabların  idxalına  qadağan 

qoymaqla, yalnız ġotlandiyada “Claret” və “Burqundu”nun hazırlanmasını müdafiə etmək ağıllı 

qərar olardımı?” 

Belə interventionizm təkcə səmərəsiz və baha deyil. Bu həm də korrupsiyalaĢmaqdır: 

“Bir  müstəqil  Ģəxsi  öz  kapitalını  hansı  yolla  istifadə  etməyə  istiqamətləndirməyə  cəhd 

göstərən dövlət adamı, özünü daha çox  lazımsız  məsələlərlə  yükləməməlidir. Yalnız  ayrıca  bir 

Ģəxslə  bağlı  deyil,  hər  hansı  Ģura  və  ya  senatla  bağlı  da  üzərinə    əminliklə  etibar  olunan  bir 

səlahiyyət götürməlidir. Hansı ki, o səlahiyyət heç yerdə özünü onu yerinə yetirməyə qadir hesab 

edən lovğa və səfeh adamın əlində olduğu qədər təhlükəli olmazdı.”  



 

Tariflər və subsidiyalar 

 

Smit  qəbul edir ki, onlar baĢqa ölkələri öz tariflərini aĢağı salmağa vadar etsəydilər,  müvəqqəti 



tariflər üçün Ģərait yaranardı. Amma ümumilikdə, belə strategiyalar məqsədsiz və ya zərərlidir ki, biz 

onlara  vəkillik  edən  adamlara  Ģübhəylə  yanaĢmalıyıq.  Xarici  Ģərab  və  pivə  üzrə  Britaniya  tarifləri, 

məsələn,  sərxoĢluğa  qarĢı  mübarizə  aparan  yerlərdə  müdafiə  olunur.  Amma,  Smit  etiraz  edir, 

baxmayaraq,    alkoqol  bəzən  sui-istifadə  olunur, hələ  bu daha  yaxĢıdır ki,  biz onu  hazırlamaqdansa 

daha ucuz qiymətə ala bilirik. O həmçinin, Fransa üzərində Portuqaliyanın xeyrinə olan tarifləri qeyd 

edir  və  o  arqumentə  əsaslanır  ki,  Portuqaliya  Britaniya  istehsalçıları  üçün  daha  yaxĢı  müĢtəridir. 

“Asılı ticarətçilərin oğurlanan malları” o Ģikayətlənir, “bu yolla böyük imperiyanı idarə etmək üçün 

siyasi prinsiplərə əsasən hazırlanıb”. 

Biz  ticarətin  mənfi  balansı  barədə  çox  da  narahat  olmamalıyıq,  Smit  merkantilistlərə  iĢarə 

edir. Nə qədər ki, ölkə istehlak etdiyindən artıq istehsal edir, bu, onların kapitalına qənaət edir və 

onu  artırır.  Belə  bir  ölkə  hələ  ixrac  etdiyindən  daha  çox  idxal  edə  və  bununla  belə,  artıq 

məhsulunun istehsalını davam etdirə və sərvətini artıra bilər. 

BaĢqa ticari müdaxilələr barədə Smitin rəyi, “qüsurlar” (ixrac edənlər üçün vergi güzəĢtləri) 

və “həvəsləndirici yardım” (subsidiyalar) daxil olmaqla,  onun öz dövrünə maraqlı mənzərə açır 

və arada əlvan incilər parlayır.

 

Məsələn: 



“Ağ siyənək balıqçılarına həvəsləndirici yardım tonnaj ilə bağlıdır və o, balıqçının zəhmətinə və 

ya uğuruna görə deyil, gəminin  yükünə uyğunlaĢdırılıb; və mən qorxuram ki, bu, yalnız balıq ovu 

üçün təchiz olunmuĢ gəmilərin, balıq üçün deyil, həvəsləndirici yardım üçün istifadə olunmasını adi 

hala çevirsin.” 



 

Müstəmləkə ticarətinin məhdudiyyətləri 

 

“Xalqların  sərvəti”  Amerikada  qaynayan  narazılıqların  açıq  üsyana  çevrilməsindən  aylarla 



sonra  çap  olunmuĢdu.  Smitin  müstəmləkələr  haqqında  fəsli  amerikanlara  rəğbətini  üzə  çıxarır, 

əsasən  o  məsələdə  ki,  merkantilist  məhdudiyyətləri  onların  ticarətinə  zərər  vurmuĢdu  (və 

Britaniyanı  prosesdə  pis  vəziyyətdə  qoymuĢdu). O,  ayrıca  olaraq,  Amerikanın  vergi  gəlirlərinə 

yardımı  olduğunu  düĢündüyü  üçün,  ədalət  məsələsi  kimi,  o  mövzuya  Parlamentdə  böyük 

təqdimat hüququ verir. 

Müstəmləkələrin mənĢəyini izləyərək, Smit iĢarə edir ki, onlar adətən qızıl və gümüĢ tapmaq 

ümidi  ilə  yaradılmıĢdı,  hansı  ki,  merkantilistlər  bunu  aydın  olaraq  sərvət  mənbəyi  sayırdılar. 

Amma Amerikanın ən böyük sərvəti torpaqdır. Bu kifayət qədərdir və ucuzdur ki, onun potensial 

məhsulunu üzə çıxarmaq üçün çox əmək tələb olunurdu. Bu, əməyi bahalaĢdırır, ancaq amerikan 

kənd təsərrüfatı gerçəkdən çox məhsuldardır ki, əmək heç nəyə baxmayaraq sərfəli olaraq qalır.   




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə