Abuzər Xələfov



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə119/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   ...   115   116   117   118   119   120   121   122   ...   130

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 276 - 
edir  və  orada  ilk  dəfə  olaraq  Şamaxı  şairlərindən  Füruği,  Məxmur,  Qənnadi,  Qəmi,  Rüsva, 
Ərdəbil şairlərindən Müxsusi-Gənci, Qaib, Molla Məhəmməd Şəfi, Məhəmmədhəsən Qumru 
və başqaları haqqında məlumat verir. 
XIX əsrin axırlarında yaranan ən mühüm təzkirə Mirmöhsün Nəvvab Qarabağiyə məx-
susdur. «Təzkirəyi-Nəvvab» adlanan bu təzkirədə Qarabağın 90 şairi haqqında bioqrafik mə-
lumat verilir. Qeyd etmək lazımdır ki, Mirzə Məhəmməd Müctəhidzadə də 1907-ci ildə Qara-
bağ  şairlərinin  tərcümeyi-halı,  türk  və  fars  dillərində  olan  nəşrləri  haqqında  məlumat  verən 
«Riyazül-aşiqin» adlı bir kitab tərtib etmişdir və o, 1910-cu ildə İstanbulda çap olunmuşdur. 
M.Tərbiyət  «Danişməndani-Azərbaycan»  əsərində  həmin  əsəri  «Təzkireyi-Nəvvab»  əsərinin 
türk dilinə tərcüməsi hesab edir.  
Qədim tarixi hadisələr haqqında ilkin məlumat üçün əhəmiyyətli olan mənbələrə aid çox 
misallar göstərmək olar. Məsələn, akademik Ziya Bünyadov Atabəylər dövrünün tarixşünaslı-
ğında maraqlı olan əsərlərdən İbn əl-Cövzünün nəvəsi, Sabit ibn əl-Cövzi adı ilə daha çox ta-
nınmış Şəmsəddin Əbül Müzəffər Yusif ibn Qız oğlunun (1185–1256) öz babasının əsərinin 
nümunəsində tərtib etdiyi məşhur «Mirat əz-zaman fi tarix əl-əyan» («Görkəmli adamların ta-
rixinə  aid  zamanın  güzgüsü»)  əsərini  «dünyanın  yaranmasından»  1256-cı  ilə  qədər  mühüm 
hadisələri nəzərə alan hərtərəfli salnamə hesab edir. Əsərdə 1256-cı ildə vəfat edən tanınmış 
adamların əlifba sırası ilə hər biri haqqında biobiblioqrafik məlumat verilir. 
XIII–XIV  əsr  alimlərindən  olan  Xətib  Öməri  Şeyx  Vəliyəddin  Əbu  Abdulla  Təbrizi 
«Kitabul-ikmal  fi  Əsmair-Rical»  («Böyük  şəxsiyyətlərin  adları  haqqında  kamil  kitab») 
əsərinin  müəllifidir.  Biobiblioqrafik  baxımdan  diqqəti  çəkən  bu  əsər  «Mişkətül-Məsabih» 
(«Çıraqların  çıraqları»)  əsəri  ilə  birlikdə  Kəlküttədə  (1843),  Peterburqda  (1898),  Qazanda 
(1906) çap olunub. 
Coğrafiyaşünas alim Zeynalabdin Şirvani (1780-1837) İran, Türkiyə və Hindistan səya-
hətindən sonra «Bostanüs-siyahə» («Siyahətlərin gülşəni»), «Riyazüs-siyahə» («Səyahət bağ-
ları») əsərlərini yazmışdır. M.Tərbiyət onun «Riyazüs-siyahə» (1821) əsərini faydalı məlumat 
xəzinəsi kimi qiymətləndirir. 
Tarixçi alimlərdən Əbdürrəzaq bəy Məftunun (Dünbülü) (1762-1827) də adını çəkmək 
lazımdır. O, ərəb və fars dillərində nəzm və nəsr əsərləri yazmış, ərəb şairlərinin və rəvayətçi-
lərinin  yaradıcılıq  incəliklərini  öyrənmişdir.  Onun  tarixi  əsərlərindən  «Məasiri-Sultaniyyə» 
(«Şahın böyük işləri») və «Camei-Xaqani» adlı əsərlərini qeyd etməkolar. Bu əsərlərdə Fətə-
lişah taxta çıxandan 1825-ci ilədək baş vermiş tarixi hadisələrdən danışılır. Tərbiyətin adı çə-
kilən təzkirəsində onun 16 adda əsəri haqqında məlumat verilir. 
Yuxarıda qeyd edilmişdir ki, təzkirə yazmaq XX əsrdə də davam etdirilmişdir və bun-
lardan M.Tərbiyətin yuxarıda haqqında bəhs olunan «Danişməndani-Azərbaycan» təzkirəsini 
(1987) xüsusilə qeyd etmək lazım gəlir. Bu tərcümeyi- hal xarakterli məlumat kitabı əvvəlki-
lərdən fərqlənir. Əvvəla burada təkcə şairlərin deyil, yazıçı, alim, mütəfəkkir və incəsənət us-
taları  haqqında  bioqrafik  məlumat  verilir.  İkinci  mühüm  fərqli,  biblioqrafik  baxımdan  əhə-
miyyətli olan cəhəti odur ki, əsərdə bəzi görkəmli adamların əsərlərinin və onların haqqında 
yazılmış  ədəbiyyatın  biblioqrafik  siyahılarına  təsadüf  edilir.  Məsələn,  A.A.Bakıxanovun  10 
adda əsərinin, Əbdürrəziq bəy Məftunun 16 adda əsərinin, Mirzə Möhsün Təsirin 7 adda məs-
nəvisinin, 6 adda qitə və qəsidəsinin, XIII əsrin söz ustalarından Hüsaməddin Əbdülmövinin 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 277 – 
 
oğlu  Həsənin  5  adda  əsərinin,  XIV  əsrin  Təbriz  alimlərindən  və  fəzilət  sahiblərindən  olan 
Şeyx  Mahmud  Şəbüstərinin  (1320)  Təbrizdə,  Tehranda  və  Hindistanda  çap  olunmuş  «Gül-
şəni-raz» məsnəvisi haqqında ariflərin və alimlərin yazdıqları 17 adda izahın və nəzirənin si-
yahısı  verilmişdir.  Qeyd  etmək  lazımdır  ki,  bu  «biblioqrafik  siyahıların»  hamısı  qısa  şərhlə 
(annotasiya ilə) müşayiət olunur və bununla da oxucularda həmin əsərlər haqqında ilkin təsəv-
vür yaradılır. 
M.Tərbiyət  əsərinə  «Kitabın  yazılmasınadək  Azərbaycan  mətbuatı»  adlı  bir  bölmə  də 
əlavə  etmişdir  və  bu  da  cənubi  Azərbaycan  dövri  mətbuatı  haqqında  biblioqrafik  məlumat 
üçün çox maraqlıdır. Burada 1870-ci ildən 1933-cü ilə qədər çıxan 109 adda jurnal və qəzetin 
biblioqrafik təsviri verilir. Təzkirəyə belə bir biblioqrafik informasiyanın əlavə edilməsi onun 
cənubi  Azərbaycan  dövri  mətbuatı  üzrəretrospektiv  biblioqrafik  axtarışda  təcrübi  əhəmiyyə-
tini xeyli artırmışdır. 
Tədqiqat  əsasında  əldə  olunan  materialların  biblioqrafiyaşünaslıq  baxımından  təhlili 
göstərir ki, onlar biblioqrafik xaratkerli mənbələrə aid edilə bilərlər. Bu cür mənbələrdə tər-
cümeyi-hal məlumatları üstünlük təşkil edir, ayrı-ayrı tanınmış elm və sənət adamlarının əsər-
ləri  isə  nadir  hallarda  sadalanır  və  ya  onlardan  nümunələr  verilir.  Ona  görə  də  Azərbaycan 
biblioqrafiyasının  tarixən  ilkin  nümunələri  hesab  edilən  mənbələr  biblioqrafik  vəsait  olma-
salar da özlərində biblioqrafik əlamətləri əks etdirirlər və belə materiallar Azərbaycan biblio-
qrafiyasının tarixən ilkin formaları hesab edilə bilər. 
1959-cu  ildə  Azərbaycan  Respublikasının  Mədəniyyət  Nazirliyi  Azərbaycan  Kitabının 
ümumi  retrospektiv  biblioqrafiyası  haqqında  əsasnamə  təsdiq  edir.  Bu  rəsmi  sənədə  görə 
Azərbaycan kitabının ümumi retrospektiv göstəricisi üç cilddə nəzərdə tutulurdu. O, ilk Azər-
baycan kitabından baş- lamalı və 1960-cı ilə qədər olan kitabları əhatə etməli idi. 1959-cu il-
dən Kitab Palatası və M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası həmin işə ciddi ya-
naşır və kitabxananın qocaman işçisi Ə.Əliyev 1920-ci ilə qədər işıq üzü görmüş Azərbaycan 
kitabı haqqında araşdırmalara və biblioqrafik axtarışa başlayır. Bu zaman o çox ciddi çətinlik-
lərlə üzləşməli olur. Bunun səbəblərindən biri o dövr nəşrlərinin konkret bir fondda toplanma-
masıdır. Başqa bir səbəb isə Azərbaycan müəlliflərinin qələminə məxsus əsərlərin ərəb, fars, 
türk, fransız və başqa dillərdə dünyanın müxtəlif ölkələrində, o cümlədən İranda, Türkiyədə, 
Misirdə, Hindistanda və Avropanın bir sıra şəhərlərində çap olunması ilə əlaqədardır. Beləlik-
lə, azərbaycanlı müəlliflərə məxsus kitabların ümumi repertuarını yaratmaq probleminin həlli 
geniş  məkanda çox ciddi  axtarış  aparmağı,  müxtəlif ədəbi  və  biblioqrafik mənbələri araşdır-
mağı tələb edirdi. Bütün bunlar bir daha göstərir ki, «Azərbaycan kitabı» göstəricisinin birinci 
cildinin tərtibi kimi məsuliyyətli, çətin, lakin nəcib bir işi boynuna götürmüş Ə.Əliyev nə qə-
dər geniş miqyaslı axtarışlar aparmaq məcburiyyəti qarşısında qalmışdır. O, təkcə respublika-
nın kitabxanalarında, arxivlərində, yerli biblioqrafik mənbələr üzrə axtarış aparmaqla kifayət-
lənmir.  Başqa  şəhərlərə,  o  cümlədən  Moskva,  Sankt-Peterburq,  Tbilisi,  Kazan,  Daşkənd  və 
başqa şəhərlərə ezam olunur, ən böyük kitabxanalarda axtarışlar aparmalı olur və Azərbaycan 
kitabının mövcudluğu haqqında xeyli faktlar əldə edir.  
«Azərbaycan kitabı» göstəricisinin tərtibi prosesində qarşıya çıxan bir çətinilk də 1920-
ci ilə qədər vahid nəşriyyat sisteminin və qaydasının olmaması üzündən kitabın nəşriyyat tər-
tibi  prinsipindəki  müxtəlifliklə  bağlı  olmuşdur.  Bu  həmin  kitabların  biblioqrafik  təsviri 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə