Abuzər xəLƏfov tarix elmləri doktoru, professor



Yüklə 217,1 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix11.04.2018
ölçüsü217,1 Kb.
#37073
1   2   3   4   5   6   7

21.546  nəfər  olmuş,  həmin  oxuculara  1970-ci  ildə 

>91.265  nüsxə,  1975-ci  ildə  302.260  nüsxə,  1979-cu 

ildə 4  mıl>on 500 nüsxə kitab verilmişdir.

Kitabxana  bu  dövrdə  də  əvvəlki  illərdə  olduğu 

kımı  təcrübədə özünü doğrultmuş ənənəvi  iş üsulların­

dan  da  istıfacə  edirdi.  Oxuculara  xidmət  işini  günün 

tələbləri  səviyyəsinə  çatdırmaq,  oxucuların  durmadan 

artan  sorğularına  cavab  vermək  üçün  kütləvi  tədbirlər­

dən,  kitab  sərgilərindən,  söhbətlərdən,  oxucu  kon­

franslarından,  metodik  konfranslardan,  metodik  mək­

tublardan,  məlumat-biblioqrafiya  işinin  bütün  forma  və 

üsullarından  istifadə edirdi.  Kütləvi  tədbirlər içərisində 

kitab sərgiləri  mühüm yer tuturdu.

1970-ci  ildə  kitabxana  2400-dən  artıq  kitab  sə­

rgisi  təşkil  etmişdi.  Gəncədə,  Sumqayıtda,  Xankəndin­

də  elmi-texniki  ədəbiyyatın  təbliğinin  səmərəliliyinə 

dair elmi-texniki  konfranslar keçirmişdi.  Həmçinin  Ba­

kı  şəhənnin  ayrı-ayrı  müəssisələrində  yığıncaqlar,  se­

minarlar,  mühazirələr  təşkil  edirdi.  Kitabxana  geniş 

məlumat-biblioqrafiya  və  informasiya  işi  aparırdı. 

Təkcə  1976-1979-cu  illərdə  oxucular  üçün  193  arayış, 

70-ci  illərdə  həmçinin  10-dan  artıq  biblioqrafik  göstə­

ric»  tərtib  edilmişdi.  Kitabxana  M.F.Axundov  alına 

Respublika  Kitabxanası  ilə  birlikdə  "Məlumat  büllete­

ni" buraxırdı.

70-ci  illərdə  məlumatın  seçilib  yayılması  sistemi 

üzrə oxuculara xidmət xeyli genişlənmiş və  oxucuların 

böyük  marağına  səbəb  olmuşdur.  1979-cu  ildə  bu  sis­

tem  üzrə  kitabxananın  5.984  abonenti olmuşdur ki,  bu­

nun  1.932-si kollektiv, 4052-si  isə fərdi abonent idi.

26

70-80-ci  illərdə  kitabxananın  fəaliyyətində  res­



publikanın elmi-texniki kitabxana  şəbəkəsinə  rəhbərlik 

mühüm  yer  tutmuşdur.  1989-cu  ildə  respublikamızda 

əvvəlki  dövrdən  fərqli  olaraq  geniş  Elmi-texniki  kitab­

xana  şəbəkəsi  meydana  gəlib  formalaşırışdı.  Respubli­

kada  187  texniki  kitabxana  vardı.  Bu  şəbəkə  respubli­

kamızın  Elmi-texniki  həyatında,  texniki  fikrin  inkişa­

fında  mühüm  rol  oynamaqla yanaşı,  istehsalatın  inkişa­

fına,  texniki  tərəqqiyə,  texniki  kadrların  hazırlanması­

na  da  yaxından  kömək  edirdi.  Texniki  kitabxanaların 

əksərivvəti  müəssisələrdə  yerləşdiyindən  onlar  bilava­

sitə  müəssisələrin  fəhlə,  texniki  mühəndis  heyətinə 

xidmət  edir,  onların  peşə  biliklərinin  yüksəlməsinə, 

ixtisaslarının  təkmilləşməsinə,  beləliklə  də  müəssisə­

lərin  işində  səmərəliliyin  yüksəlməsinə  xidmət  edir­

dilər.

80-cı  illərin  axırında  kitabxana  125  texniki  kitab­



xanaya  metodik  rəhbərlik  edirdi.  Kitabxanada  metodik 

şöbənin  yaranması  bu  işin  məqsədyönlü  təşkilini 

asanlaşdırmış,  metodik  işlərin  elmi  əsaslara  söykənə­

rək  aparılmasına  imkan  yaratmışdı.  Kitabxana  rəhbər­

lik  etdiyi  kitabxanalar  üçiin  metodik  müşavirələr,  söh­

bətlər,  kurslar təşkil  edir,  metodik  ədəbiyyat,  metodik 

məktublar  hazırlayıb  göndərirdi.  Kitabxana  texniki  ki­

tabxana  şəbəkəsində  işləyən  kadrların  ixtisasının 

yüksəldilməsinə,  peşə biliklərinə  yiyələnməsinə  xüsu­

si diqqət yetirirdi.

İ3u  məqsədlə  vaxtaşırı  olaraq  tədris  kursları  toş- 

kil  edilirdi.  Kitabxana  belə  kursların  tədris  planlarının 

tərtibinə,  kursda  dərs  deyəcək  müəllim  kadrlarının  se­

çilib  hazırlanmasına  xüsusi  qayğı  ilə yanaşırdı.  Hornçi-

27



п т   kitabxana  işçiləri üçün həftədə bir dəfə  qrup  halın­

da  məsləhətlər verilirdi.  Kitabxana texniki kitabxanala­

rın  fondlarını  komplektləşdirməkdə,  mərkəzləşmiş 

qaydada  işlənməsində*də  yaxından  köməklik  edirdi. 

Kitabxana  bu  dövrdə  texniki  kitabxanaların  mərkəz­

ləşdirilmiş  komplektləşdirilməsi  sistemini  həyata  ke­

çirməyə  başlamışdı.  Bu  sistemə  90  kitabxana  daxil  ol­

muşdu.  Təkcə  1989-cu  ildə 50  komplektləşdirmə günü 

keçirilmiş,  mərkəzləşdirilmiş  komplekləşdirmə  planı 

əsasında sifarişlər hazırlanmışdı.

Kitabxananın  metodik  fəaliyyətini  xarakterizə 

etmək  üçün  bu  rəqəmlərə  diqqət  yetirək:  80-cı  illərdə 

kitabxana  125  kitabxanaya  metodik  rəhbərlik  edirdi. 

Bunlardan  63-ü  sənaye  müəssisələrinin,  38-i  elmi- 

tədqiqat  insititutlarının,  10-u  konstruktor  bürolarının, 

14-ü  digər  müəssisələrin  kitabxanaları  idi.  Göründüyü 

kimi,  belə  mürəkkəb,  müxtəlif profilli  kitabxana  şəbə­

kəsinə  metodik  rəhbərlik  etmək  o  qədər  də  asan  iş 

deyildi.  Bunun  üçün  kitabxana  ciddi  elmi-metodik  ba­

zaya malik olmalı  idi. 

.

70-ci  illərin  ortalarında  SSRİ-də  avtomatlaşdı­



rılmış elmi-texniki  informasiya  sisteminin  yaradılması­

na dair dövlət proqramı  işlənib Nazirlər  Soveti  tərəfin­

dən  təsdiq  edilmişdi.  Proqrama  əsasən  ümumittifaq, 

sahəvi  və  respublika  (ərazi)  avtomatlaşdırılmış  elmi- 

texniki  informasiya  mərkəzləri  şəbəkəsi  yaradılmalı 

və  bir-birilə  telesmal  rejimində  əlaqələndirilməli  idi 

(24 nömrəli dövlət proqramı).

Proqrama  əsasən  elmi-texniki  kitabxanalar  avto­



matlaşdırılmış  elmi-texniki  informasiya  sisteminin  al- 

tsistemi  kimi  əlaqəli  şəkildə  formalaşdırılmalı  idi.  Bu­

28

na  görə  də  1976-cı  ildə  Respublika  Elmi-Texniki  Ki­



tabxanasında  elmi-tədqiqat  şöbəsi  təşkil  edildi  və 

SSRİ-də  ilk  dəfə  respublika  səviyyəli  nümunəvi  avto­

matlaşdırılmış  inteqral  kitabxana-informasiya  sistemi 

layihələşdirilməyə başladı.  Bakı  Dövlət  Universitetinin 

dosenti  Ə.M.Rüstəmov  həmin  sistemə  rəhbərlik  etmək 

üçün  sistemin  baş  konstruktoru  kimi  dəvət  edildi.  Bu 

sistem  qısaca  olaraq  "ASU  NTB  Azərb  SSR"  kimi 

dövlət qeydiyyatına  alınmışdı.

"ASU  NTB  Azərb  SSR”  RETK-nı  və  25  in  elmi- 

texniki  kitabxananı  əhatə  edən  şəbəkə  avtomatlaşdı­

rılmış  sistem  idi.  Sistemin  texniki  bazası  kimi  respub­

lika Statistika Komitəsinin və Azərbaycan  Elmi-texniki 

İnformasiya  İnstitutunun  hesablama  mərkəzlərindən 

istifadə edilirdi.

"ASU NTB Azərb  SSR"-in  layihələşdirilməsində 

mərkəzləşdirmə  texniki  konsepsiyası  əsas  götürül­

müşdü.  Sistem  aşağıdakı  altsistemlərdən  ibarət  idi  və 

RASNTİ  ilə tam  uyğunluğu təmin edilmişdi:

1.  Sənəd  -  məlumat  bankı  (şəbəkə  elektron  ka­

taloqu,  abonent və s.);



2 .

  Avtomatlaşdırılmış komplektləşdirmə;



3 .

  Sənədlərin analitik-sintetik  işlənməsi;



4 .

  Kitabxana xidməti (servisi);



5 .  B ib lioq rafik   in form asiya;

6.  İdarəetmə;



7 .

  Maddi-texniki  təchizat;

8.  Maliyyə-təsərrüfat  fəaliyyəti.

29



Hər altsistem  bir sıra  kompleks  məsələlərə  bölü­

nürdü.  Onlann  ümumi  miqdarı  32-yə  qədər  idi.  Altsi- 

sıemlərin hər birinin texniki və  işçi  layihəsi  işlənmişdi.

I98l-1987-ci  illərdə  kitabxana  xidməti  və  idarə­

etmə  tətbiq  edildi  və  SSRİ  Dövlət  Elm  və  Texnika 

Komitəsinin ixtisas komissiyasına rəsmi təhvil verildi.

Ümumiyyətlə,  1979-1987-ci  illərdə  deyilən  sis­

temə  dair  SSRİ-nin  mərkəzi  mətbuatında  15  məqalə 

və  məruzə  dərc  edilmişdi.  Bir  monoqrafiya  hazırlanıb 

nəşr edilmişdi.

İş  davam  etdirilməli  idi.  Lakin  SSRİ-nin  dağıl­

ması  respublikamızda  siyasi  və  iqtisadi  vəziyyətin 

mürəkkəbləşməsi  ilə  əlaqədar  olaraq  bıı  vacib  tətbiqi 

problem  tam  şəkildə,  layihə  variantında  reallaşdırılma­

dı.

1980-ci  ildə  SSRİ  xalq  təsərrüfatı  nailiyyətləri 



sərgisində  (NTİ-80)  "ASU  NTB  Az.SSR"  sisteminin 

layihə variantı  1-ci  dərəcəli  diploma və  xüsusi  pul  mü­

kafatına  layiq  görülmüşdü.  Sistemin  reallaşan  altsis- 

temləri  Moldova,  Özbəkistan  və  Ukraynanın  mərkəzi 

elmi-texniki  kitabxanalarında  tətbiq  edilməyə  başla­

mışdı.


Respublika  Elmi-Texniki  Kitabxanası  respub­

likamızda  informatikanın  inkişafında  xüsusi  rol  oyna­

mışdı.  Kitabxana  bir  tərəfdən  öz  fəaliyyətində  infor­

masiyanı  geniş  surətdə  tətbiq  edir,  informasiya  işinin 

texniki  vasitələrini  əldə  edib  onlardan  istifadə  edir, 

digər  tərəfdən  informasiyanın  kitabxana  işinə  daxil 

edilməsi,  onun  tərkib  hissəsi  olması  haqqında  elmi  fi­

kirləri  inkişaf etdirib  yayırdı.  Kitabxananın  bu  sahədə 

respublika  Elmi-Tədqiqat  İnformasiya  İnstitutu  ilə

30

əlaqəsi,  işlərinin  inteqrasiya  edilməsi  kitabxananın  in­



formasiya  fəaliyyətinə  olduqca  mühüm  təsir  gös­

tərmişdi.  İnformatika  sahəsində  kadr  hazırlamaq  məq­

sədi  ilə  kitabxana  70-ci  illərdə  Respublika  Elmi- 

Tədqiqat  İnformasiya  İnsititutu  ilə  birlikdə  Azər­

baycanda  ilk  dəfə  olaraq  "İnformatika"  xalq  universi­

teti  yaratmışdı.  Tədris  prosesi  2  illik  olan  bu  universi­

tetdə  iki  fakültə:  "İnformatika"  və  "Kitabxanaçılıq" 

fakültələri  var idi.  Bu  fakültələrdə  dərsləri  Respublika 

Elmi-Tədqiqat  İnformasiya  İnsititutunun  əməkdaşları, 

kitabxananın  işçiləri  və  digər mütəxəssislər deyirdilər. 

Heç  şübhəsiz,  kitabxananın  təşkil  etdiyi  bu  xalq  uni­

versitetinin  respublikamızda  kitabxanalarda  informa­

siya  işinin  təşkilində  və  formalaşmasında  mühüm 

əhəmiyyəti olmuşdur.

Beləliklə,  70-ci  illiyini  təntənə  ilə  qeyd  etdiyi­

miz  Respublika  Elmi-Texniki  Kitabxanası  80-ci  illərin 

axırında  və  90-cı  illərin  əvvəllərində  respublikamızda 

və  SSRİ  məkanında  ən  zəngin  və  hərtərəfli  kitab  fon­

duna,  böyük  maddi-texniki  ehtiyatlara,  elmi-metodik 

potensiala,  yüksək  ixtisaslı  kadrlara,  geniş  informasiya 

imkanlarına  malik  olan  bir  kitabxana  kimi  formalaş­

mışdır.


Kitabxana  oxuculara  xidmət  işinin  təşkili  sahə­

sində  çox  böyük  nailiyyətlər  əldə  etmiş,  xidmət  işinin 

səmərəliliyini  xeyli  artırmış,  böyük  oxucu  nəsillərinin 

rəğbətini  qazanmışdı.

Müstəqil,  suveren  Azərbaycan  dövlətinin  yaran­

ması  xalqımızın  tarixində  çox  mühüm  hadisə  oldu. 

Xalqımız əsrlərdən bəri  arzusunda olduğu  müstəqilliyə 

qovuşdu və öz taleyinin  sahibinə  çevrildi.  Azərbaycan­

31



da  müstəqil,  suveren,  büquqi,  dünyəvi,  demokratik 

dövlətin yaranması xalqımızın taleyini kökündən də­

yişməklə,  ona  milli  ənənələrimizə,  soy  kökümü­

zə qayıtmaq imkanı  verdi.

Öz  müqəddəratının  sahibi  olan  xalq  milli  mədə­

niyyətin  inkişafı  üçün  geniş  imkanlar  əldə  etdi.  Bütün 

Azərbaycan  xalqı  kimi  Respublika  Elmi-Texniki  Ki­

tabxanasının  əməkdaşları  da  xalqımızın  müstəqilliyini 

böyük sevinc  və  iftixar hissi  ilə  qarşıladı.  Kitabxananın 

kollektivi  öz  fəaliyyətini  bilavasitə  Azərbaycan  döv­

lətçiliyinin  möhkəmləndirilməsinə,  milli  mədəniyyə­

timizin,  elmimizin,  ideologiyamızın,  texnikamızın  inki­

şafına  yönəltdi.  Kitabxana  işində  böyük  islahatlar  apa- 

nlmağa başladı.  Kitabxana işi  müstəqilliyin  tələbetdiyi 

yeni  şəraitə,  milli  ideologiyaya,  yeni  demokratik  prin­

siplərə  uyğun  qurulmağa  başladı.  Hər  şeydən  əvvəl 



kitabxananın  təşkilati  cəhətdən  tabeçiliyində  məq­

sədyönlü dəyişikliklik  edildi.  Azərbaycan  Nazirlər Ka­

bineti  çox  düzgün  olaraq  1993-cü  ildə  kitabxananı 

Azərbaycan  İqtisadiyyat  Nazirliyinin  tabeçiliyindən 

alıb  Azərbaycan  Respublikası  Dövlət  Elm  və  Texnika 



Komitəsinin  tabeçiliyinə  verdi.  Bu  tədbirlər kitabxana­

nın  gələcək  inkişafı  üçün  böyük  perspektiv  imkanlar 

açdı.  Müstəqilliyin  əldə  edilməsi  xalqımıza  çox  baha 

başa gəldi.  Erməni  faşistləri  ilə  uzun  sürən  ağır  müha­

ribə  respublikanın  iqtisadiyyatına  böyük  zərbə  vurdu. 

İqtisadiyyatda  baş  verən  böhran  bütün  sosial,  mədəni 

sahəyə,  xüsusilə kitabxana işinə də olduqca mənfi  təsir 

göstərən  kitabxananın  maliyyələşdirilməsi  üçün  ayrı­

lan  vəsait  ciddi  surətdə  ixtisar  edildi.  Kitabxanaların 

maddi-texniki  bazasını  möhkəmləndirmək,  kitab  fon­

32

dunu komplektləşdirmək,  yeni jurnal  və  dövri  mətbuat 



almaq  üçün  vəsait  aynlmaması  onların  fəaliyyətini  ol­

duqca zəiflətdi.  90-cı  illərin  əvvəllərindən  RETK-nm 

fəaliyyətində ciddi  durğunluq baş verdi.  Bu  hər şeydən 

əvvəl,  kitabxananın  inkişafı  üçün  vəsaitin  ayrılması  ilə 

bağlı  idi.  80-ci  illərlə  müqayisədə  hazırda  RETK-ya 

daxil  olan  yeni  elmi-texniki  ədəbiyyatın  və  müxtəlif 

informasiya  daşıyıcılarının  miqdarı  15-20  dəfə  azal­

mışdır.  Təkcə  bunu  göstərmək  kifayətdir  ki,  son  illər 

kitabxanaya Azərbaycandan  xaricdə  nəşr olunan  rus  və 

digər  xarici  dillərdə  heç  bir  kitab  demək  olar  ki,  alın­

mır.  Elmi-texniki  referativ jurnalların  alınmaması  res­

publikada  texniki  elmlərin  öyrənilməsinə  olduqca 

mənfi  təsir göstərir.  Kitabxana binasının darısqallığı  və 

namünasibliyi  oxuculara  xidmət  işini  yüksək  səviyyə­

də  təşkil  etməyə  imkan  vermir.  Bütün  göstərilən  çə­

tinliklərə baxmayaraq həyat davam  edir.  Respublikanın 

iqtisadiyyatının  və  mədəniyyətinin  tədricən  inkişafı 

Respublika  Elmi-Texniki  Kitabxanasının  fəaliyyətinə 

ciddi  müsbət  təsir  göstərmiş,  kitabxana  işi  dirçəlməyə 

və yavaş - yavaş  inkişafa başlamışdır.

1999-cu  ildə  respublikamızın  Milli  Məclisi 

"Kitabxana  işi  haqqında  Azərbaycan  Respublikasının 

Qanunu"nu  qəbul  etdi.  Ölkəmizin  mədəni  həyatında 

mühüm  hadisə  olan  bu  qanun  kitabxana  işinə  dair 

dövlət  qanunvericiliyinin  əsasını  qoydu.  Kitabxana  işi­

nin  qanunla  tənzim  edilməsi  üçün  şərait  yaratdı.  Müa­

sir  dünyanın  ən  demokratik  prinsiplərinə  əsaslanan  və 

ümumbəşəri  sərvətlərdən  bəhrələnən  bu  qanun  işlə­

məkdədir.  Bunun  əsas  müddəaları  tədricən  dövlətimiz 

tərəfindən  həyata  keçirilir.  Respublika  Elmi-Texniki

33



kitabxanası da öz  işini  bu qanuna müvafiq həyata keçi­

rir  Qanunun  8-ci  maddəsinə  görə 

Elmi-Texniki  Ki­

tabxanaya respublika  əhəmiyyətli  elmi-sahəvi  kitabxa­

na  statusu  verilib  vd  qanunun  15-ci  maddəsinə  əsasən 

dövlət  və  qeyri  -  dövlət  nəşriyyatlarından,  nəşriyyat 

fəaliyyəti  ilə  məşğul  olan  poliqrafiya  müəssisələri  və 

digər  hüquqi  şəxslər  tərəfindən  buraxılan  çap  məhsul­

larından profilinə uyğun olaraq 2 pulsuz məcburi  nüsxə 

almaq  hüququ  verilib.  Kitabxana  bu  hüquqdan  istifadə 

edə  bilsə,  heç  şübhəsiz,  kitabxana  fondunun  kom- 

plektləşdirilməsində  ardıcıllıq  və  fondun  dolğunluğu 

təmin oluna bilər.

Hazırda  kitabxananın  fondunda  20  milyon  nüsxə 

çap  vahidi  saxlanılır.  Kitabxana  il  ərzində  21  mindən 

artıq  oxucuya  xidmət  edir.  Xidmət  şöbəsi,  oxu  zalları, 

depozitar  və  mübadilə  fondu,  kitabxanalararası  abon- 

ment  bölməsi,  patent  və  standartlar  fondları  daim 

oxucuların  istifadəsindədir.  Kitabxanada  oxucuları  in­

formasiya  xidməti  ilə  təmin  etmək  üçün  böyük  soraq- 

məlumat  fondu, kataloq və kartotekalar sistemi  möv­

cuddur.  Bu  sistem  müasir  oxucunun  bütün  sorğu  və 

tələbatlarını  həyata  keçirmək  üçün  ardıcıl  informasiya 

işi  təşkil  edir.  Həmçinin  kitabxanada  xarici  dillərdə 

ədəbiyyatı  oxucuların  istifadəsinə  verən  dünyanın  18 

ölkəsindən  alınan  126  min  çap  vahidindən  artıq  kitabı 

olan  ədəbiyyat fondu  fəaliyyət göstərir.

Kitabxanada olan  patent fondu dünyanın  35  ölkə­

sinin  27  dildə  Beynəlxalq  və  Avropa  patent  idarələri­

nin  sənədləri  və  müəllif  şəhadətnamələri  ilə  kom- 

plektləşdirilmisdir.  Respublikada  yeganə  olan  bu  fond

34

bütün  müəssisə  və  təşkilatlara  xidmət  edir.  Burada  ge­



niş tədqiqatlar aparmaq  imkanı  vardır.

Respublikanın  bütün  vətəndaşlarına  xidmət  et­

mək  sayəsində  kitabxananın  nəzdində  olan  Respublika 

standartlar  və  normativ-texniki  sənədlər  fondunun  və 

100  min  nüsxədən  artıq  kitabı  olan  depozitar  mühafizə 

fondunun xidmətləri  xüsusi əhəmiyyətə malikdir.

Hazırda kitabxana və onun  bölmələrində  14  şöbə 

fəaliyyət  göstərir.  Kitabxananın  işçilərinin  sayı  142 

nəfərdir.  Kitabxana  işçilərinin  63  nəfərinin  ali  təhsili 

vardır ki,  bunlardan  43  nəfəri  ali  ixtisas  təhsilli  yüksək 

ixtisaslı  mütəxəssislərdir.  45  nəfərin  isə  orta  ixtisas 

təhsili  vardır.  Kitabxananın  belə  yüksək  ixtisaslı  kadr 

potensialına  malik  olması,  kitabxana  işini  dövrün  tə­

ləbləri  səviyyəsində  qurmaq  imkanı  verir.  Kitabxanada 

son  zamanlar  ənənəvi  xidmət  formaları  ilə  yanaşı  ola­

raq  yeni  xidmət  formalarına  keçilmişdir.  1999-cu  ilin 

əvvəllərindən  başlayaraq  kitabxanada  qismən  ödənişli 

məlumat-biblioqrafiya  və  informasiya  xidmətləri  tət­

biq  edilməyə  başlamışdır.  Yeni  xidmətin  əhəmiyyətli 

cəhəti  ondan  ibarətdir  ki,  böyük  maliyyə  çətinliyi  ilə 

üzləşən  kitabxana  pullu  xidmətdən  əldə  etdiyi  vəsaitə 

müasir  oxucu  üçün  çox  böyük  əhəmiyyət  kəsb  edən 

dövri  nəşrlər almağa başlamışdır.

Kitabxana  son  zamanlar  kitabxana  işini  kompü- 

terləşdirmək  üçün  əməli  addımlar  atmağa  başlamışdır. 

1999-cu  ildə  Dövlət  Elm  və  Texnika  Komitəsi  kitab­

xananı  kompüterləşdirmək  və  onun  internet  sisteminə 

qoşulmasını  təmin  etmək  üçün  kitabxananı  yeni  kom­

püter  texnikası  dəsti  ilə  təchiz  etmişdir.  Kitabxanada



’internet"  və  "Elektron  poçtu”  sisteminə  qoşulmaq 

üçün  texniki baza hazırlanmışdır.

İnternetdən  istifadə  oxuculara  xidmət  sahəsində 

kitabxananın  imkanlarını  genişləndirmiş,  zəruri  infor­

masiyanı  dünyanın  istənilən  ölkəsindən  əldə  edib 

oxucular çatdırmaq üçün  əlverişli  şərait yaratmışdır.

Kitabxana  öz  70  illik  yubleyini  respublikamızın 

müstəqilliyi  şəraitində  əldə  etdiyi  çox  böyük  nai­

liyyətlərlə qarşılayır.

Vətən  elminin,  mədəniyyətinin  tərəqqisi  naminə 

indi də səmərəli  fəaliyyətini davam etdirir.



Jb

MÜNDƏRİCAT

•  Respublika Elmi  - Texniki  kitabxana­

nın 70  illiyi....................................................3-6

•  Azərbaycan elmi  - texniki  fikrinin 

xəzinəsi.......................................................... 7-36

37



N eşnyyaim  direktoru: 

Baş redaktor:

M ətbəə  üzrə direkjor 

müavini:


Balakişi  Ağayev 

Məmməd Əlizadə

Əles Qasımov

Yığılmağa  verilmişdir 4.05.2001-ci  il 

Çapa  imzalanmışdır:  14.05.2001-ci  il 

Kağız  formatı  60x84  1/16. 

fiz-Ç-v.  2.  n e y , ç.v.  2,375.  Tirajı  200.

Bakı  Universiteti  nəşriyyatı, 

Bakı -  370148, Z.Xəlilov küçəsi,  23. 

BDU  Nəşriyyatının m ətbəəs



Yüklə 217,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə