u b чаг idisə, onun sayı 1958-ci ildə 221.149 nüsxəyə
palm ışdı
50-cı illərdə respublikamızın texniki ziyalılarının
xancı texryki ədəbiyyata və texniki dövri mətbuata
olan ehtiyacının artması, dövrün tələbi idi. Artıq Azər
baycan alimləri, mühəndis - texniki işçiləri, texniki ali
məktəb tələbələri içərisində xarici dili yaxşı bilən
oxucular var idi. Kitabxana öz oxucularının xarici ədə
biyyata tələbatını ödəmək üçün xarici dillərdə kitab
almağa başladı. 1958-ci ildə Respublika Elmi-Texniki
Kitabxanasının fondunda 31.247 nüsxə xarici dillərdə
kitab var idi. Kitabxana xarici dillərdə kitablardan
mühəndis - texniki işçilərin istifadəsini asanlaşdırmaq
məqsədi ilə onlara tərcümə işində də kömək göstərir
di. Kitabxana həmçinin texniki ədəbiyyatın xüsusi
növləri: patent, standart və sənaye avadanlığı kataloq-
lanntn oxucuların istifadəsinə verilməsini təşkil et
məyə müvəffəq olmuşdu. Təkcə 1957-1958-ci illərdə
oxuculara 7.511-nüsxə ədəbiyyat verilmişdi.
50-ci illərdə kitabxananın fəaliyyətində dövri
nəşrlərlə iş xüsusi yer tuturdu. Bu, bilavasitə cəmiyyə
tin inkişafında meydana gələn yeni problemlərlə əla
qədar idi. Belə ki, respublikamızın texniki zı'yalılan
xarici ölkələrdə baş verən texniki nailiyyətlərin öyrə
nilməsinə xüsusi əhəmiyyət verirdilər. Bu məsələ ilə
əlaqədar rəqəmlərə diqqət yetirək. 1958-ci ildə kitab
xananın fondunda 77.780 nüsxə dövri nəşr toplanmış
və 1957-1958-ci illərdə oxuculara 62.860 nüsx» dövri
nəşr verilmişdi.
Kitabxananın respublika əhəmiyyətli kitabxanaya
çevrilməsi onun inkişafında böyük canlanmaya səbəb
olmuşdu. Kitabxanada aparılan məlumat-biblioqrafiya
və kütləvi işlərin kəmiyyət və keyfiyyətində ciddi
dəyişdik baş vermiş, onun səmərəliliyi xeyli arimışdı.
Təkcə 1957-58-ci illərdə 6 oxucu konfransı keçirilmiş.
681 mövzu və yeni kitabların sərgisi təşkil edilmiş,
3.971 əyani təbliğat vasitəsi tərtib edilmiş. 20 yeni ki
tabın icmalı keçirilmiş, 103 yazılı, 19.957 şifahi biblio
qrafik məlumat verilmişdir. Bütün bu tədbirlər kitab
xananın işinə olduqca müsbət tə’sir göstərmiş, kitab
xananın oxucularının sayı və kitab verilişi müntəzəm
olaraq artmışdır. Əgər 1953-cü ildə kitabxana 1.785
nəfər oxucuya xidmət etmiş və onlara 98.063 nüsxə
kitab vermişdisə, 1958-ci ildə oxucuların sayı 5. 081
nəfərə, kitab verilişi isə 162.889 nüsxəyə çatmışdı.
Bütün bu göstəricilərinə görə kitabxana dəfələrlə
SSRİ miqyasında keçirilən sosializm yarışının qalibi
hesab edilmişdir. Belə bir faktı qeyd etmək yerinə
düşər ki, kitabxana 1957-ci ildə SSRİ Neft Sənaye Na
zirliyinin 268 kitabxanası arasında keçirilmiş baxışın
qalibi elan edilmiş, xüsusi diplomla mükafatlandırıl
mışdır.
60-cı illər Respublika Elmi-texniki Kitabxanası
nın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Bu
mərhələ respublikanın informasiya məkanında meyda
na çıxan yeni proseslərlə əlaqədar idi. XX əsrin ikinci
yarısından başlayaraq dünyanın qabaqcıl ölkələrində
baş verən informasiya partlayışı və onun idarə olun
ması ilə bağlı fəaliyyət sahəsinin formalaşması Sovet
lər İttifaqında da geniş əks-səda doğurmuşdu.
SSRİ-də informasiya məkanının sahəsini idarə
edən sovet elmi-texniki informasiya orqanları yaran -
19
moğa başladı. Elmi-texniki kitabxanalar da yeni ya
ranmış orqanların idarəsinə verildi.
Doğrudar, bu təcrübə özünü doğrultmadı. Kitab
xanalar öz ^tatuslanna qaytarılaraq müstəqilləşdi. Anc
aq bu inteqrasiya prosesi xeyli davam etdi və elmi-
texniki kitabxanaların informasiya mərkəzi kimi for
malaşmasına cıddı təsir göstərdi. Elmi-texniki kitabxa
nalar informasiya mərkəzi kimi cəmiyyətin inkişafında
mühüm rol oynamağa başladılar. Kitabxanaların elmi-
tcxnıkı informasiya mərkəzlərinə çevrilməsi onların
qarşısında olduqca mühüm vəzifələr qoymuşdu. Dövlət
orqanları elmi-texniki kitabxanaların maddi-texniki ba
zalarının möhkəmləndirilməsinə, yeni ədəbiyyatla zə
nginləşməsinə, dövri mətbuatla müntəzəm olaraq tə
min edilməsinə ciddi diqqət yetirirdilər.
1966-cı ilin 29 noyabrında SSRİ Nazirlər Soveti
" Elmi-texniki informasiyanın ümumdövlət sistemi
haqqında" qərar qəbul etdi. Bu qərara müvafiq olaraq
Respublika Elmi-Texniki Kitabxanası elmi-texniki in
formasiyanın ümumdövlət sisteminə qoşuldu. Məhz bu
dövrdən başlayaraq kitabxananın fəaliyyəti
Azər
baycan Elmi-Texniki İnformasiya İnsititutu ilə inteq
rasiya edilməyə başladı. İnformasiya İnstitutu ilə ki
tabxananın birgə işi kitabxananın fəaliyyətində elmi-
tcxnıkı informasiya işinin daha aparıcı yer tutmasına
səbəb oldu kı, bu da kitabxananın oxuculara xidmətin
təşkili sahəsində keyfiyyət dəyişikliklərinin meydana
çıxmasını təmin etdi və kitabxana işində informasiya
funksiyasının daha da zənginləşməsinə səbəb oldu.
Kitabxananın informasiya fəaliyyətini gücləndirmək
məqsədi ilə 1965-ci ildə kitabxanada Patent ədəbiyyatı
20
fondu yaradıldı. Bu fondun yaradılması mütəxəssislərə
informasiya xidmətini xeyli yaxşılaşdırdı və onların
vaxtına qənaət etmək imkanı yaratdı.
İxtisaslaşdırılmış Patent Fondu dünyanın 35 ölkə
sinin 27 dildə Beynəlxalq və Avropa patent idarəsinin
sənədləri, həmçinin müəllif şəhadətnamələri ilə kom-
plektləşdirilirdi. Respublikada yeganə fond olan Patent
fondundan respublikanın müəssisə və təşkilatları
müvəffəqiyyətlə istifadə edirdilər.
1969-cu ildə kitabxanada yaradılmış respublika
standartlar və normativ - texniki sənədlər fondu böyük
elmi və təsərrüfat əhəmiyyətinə malik idi. Yerli və
xarici ölkə normativ - texniki sənədləri və standartlarla
komplektləşən bu fond böyük informasiya əhəmiyyə
tinə malik olmaqla respublikada mütəxəssislərin tələ
batını ödəyən yeganə müəssisə idi.
Kitabxananın 60-cı illər fəaliyyətində diqqətə
layiq işlərdən biri 1968-ci ildə Azərbaycanda ilk dəfə
olaraq "Məlumatın seçilib yayılması" avtomatlaşdırıl
mış informasiya sisteminin yaradılması olmuşdur. Bu
sistem Elmi-Texniki İnformasiya İnstitutu ilə birlikdə
elektron-hesablama maşınlarından istifadə etməklə
həyata keçirilirdi. Bu sistemin köməyi ilə respublika
mızın yüzlərlə sənaye müəssisələri, elmi işçiləri,
mühəndis - texniki işçiləri dünya elmi-texniki sənədlə
ri üzrə operativ informasiya ilə təmin edilirdilər .
Bu sistem əsasında 707 abonentə maqnit lentlə
rində müxtəlif informasiya mərkəzlərindən alınan in
formasiyalara dair siqnal məlumatları verilirdi. Respu-
likanın nazirlik və baş idarələrinin, müəssisə və təşki-
II '
1 - u оГ id
.:г. M
• '
o
'
21